< <
12 / total: 12

Nəticə

Bu kitab boyunca 100 trilyon hüceyrəyə, kiçik, şüursuz molekullar tərəfindən necə ayrı-ayrılıqda nəzarət olunduğunu, onların necə istiqamətləndirildiklərini, hormon adlandırdığımız bu molekulların hüceyrələr üzərində necə hakimiyyət qurduqlarını öyrəndik. Hüceyrələr arasında qurulmuş rabitə şəbəkəsini, bir-birindən çox uzaqda yerləşən, gözü, qulağı olmayan iki hüceyrənin bir-birləri ilə necə əlaqə saxladıqlarını araşdırdıq. Beləliklə də, insan orqanizminin dərinliklərində qurulmuş sistemin möcüzəvi xüsusiyyətlərinə və Allahın yaratma sənətinin möhtəşəm nümunələrindən birinə daha şahid olduq.

Siz bu sətirləri oxuyarkən və bu möcüzələrin incəliklərini araşdırarkən, oxuduğunuz möcüzələr sizin orqanizminizin dərinliklərində baş verməyə davam etdi. Kitabı oxuduğunuz müddət boyunca orqanizminizdəki şüursuz hüceyrələr olduqca ağıllı davranışlar göstərdilər. Məsələn;

Bəzi hüceyrələr qanınızdakı su miqdarını ölçdülər.

Bəzi hüceyrələr qanınızdakı şəkər miqdarını dəfələrlə hesabladılar. Şəkər miqdarının tarazlanması üçün minlərlə hüceyrəniz ayrı-ayrılıqda işlədi.

Bəzən sümüklərinizdən qana kalsium verilməsi təmin edildi. Bəzən də tam tərsi edildi və qanınızdakı artıq kalsium, sümüklərinizə geri qaytarıldı.

Ölən dəri hüceyrələrinizin yerlərində yeni hüceyrələr əmələ gətirildi. Bunun üçün bəzi hüceyrələr bölünərək çoxalmalmağa təhrik edildi.

Orqanizm temperaturunun tənzimlənməsi üçün trilyonlarla hüceyrə bir mikro qızdırıcı kimi işlədi.

Hər bir hüceyrənin işləmə sürəti ayrı-ayrılıqda yoxlanıldı və nəzarət altına alındı.

Qanınızda nə qədər natrium olduğuna da hüceyrələr tərəfindən nəzarət edildi və tələb olunan natrium miqdarı xüsusi mexanizmlər sayəsində nizamlandı.

Qan təzyiqinizin təhlükəli şəkildə yüksəlməsinin və ya enməsinin qarşısını almaq üçün hüceyrələr təzyiqinizi ölçdülər və lazımi tədbirləri almaq üçün gecə-gündüz çalışdılar.

Damarlarınızın ətrafındakı əzələ hüceyrələri bəzən yığılaraq damarları daraltdılar, bəzən də boşalaraq damarları genişləndirdilər.

Böyrəklərinizdəki bəzi hüceyrələr sidik mayesinin içindən bəzən su, bəzən də natrium molekullarını alıb qana qarışdırdılar...

Eləcə də, bunlara bənzər minlərlə əməliyyat hormonlarınız vasitəsilə yerinə yetirildi.

Bir sözlə, orqanizminizin hər nöqtəsinə (sizin həyatınızı davam etdirmək üçün) ayrı-ayrılıqda nəzarət edildi, çatışmazlıqlar aradan qaldırıldı və nizam yaradıldı. Siz hormon haqqında bir kitab oxuyarkən, hormon molekulları orqanizminizin içindəki bütün bu möcüzəvi hadisələrin reallaşmasını təmin etdilər.

Belə olan halda, insanın üzərinə düşən əhəmiyyətli bir vəzifə var: Düşünmək.

Çünki göylərdə və yerdə olan hər şey Allahın varlığının bir dəlilidir və bu dəlilləri haqqıyla görə bilməyin yeganə yolu düşünməkdir.

Yaradılan varlıqlar üzərində düşünmək, ağıl sahiblərinin Allaha olan yaxınlığını artırar, Allahın gücünü daha yaxşı qiymətləndirmələrini təmin edər və Allah qorxularının artmasına vəsilə olar. Göylərdə və yerdə Allahın ayələrinin (möcüzələrinin) olduğu və imanlı insanların bu ayələr qarşısındakı rəftarları, Quranda belə bildirilmişdir;

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən çox ucasan. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)

İnsanın heç nədən xəbəri olmadığı halda, orqanizminin dərinliklərində işləyən hormon sistemi də Allahın göstərdiyi möhtəşəm ayələrdən biridir. Buna görə də, bu kitabda araşdırılan mövzulara yalnız bir bioloji incəlik kimi baxmaq, şübhəsiz ki, böyük qəflət olar.

İnsanın öz orqanizmində baş verən bu möcüzəvi hadisələr üzərində düşünməsi, bu hadisələrin və mövcud sistemlərin necə meydana gəldiyi üzərində düşünməsi, şübhəsiz ki, insanın Allaha olan yaxınlığını daha da artıracaqdır.

Hormon sistemi üzərində düşünməyin digər bir əhəmiyyətli nəticəsi daha var. Bu sistem üzərində düşünmək, Allahın varlığını inkar edərək ortaya atılmış böyük böhtan olan "təkamül nəzəriyyəsinə" qarşı insanı daha da məlumatlandıracaq. Bir-biri içinə keçmiş və təkcə biri belə olmadan işləməyən alt sistemlərdən qurulmuş möhtəşəm hormonal sistem, təkamül nəzəriyyəsinin iddiası olan təsadüf nağılının əsassızlığını da gözlər önünə sərəcək.

Bu kitabı oxuyan insana düşən digər bir vəzifə isə, şübhəsiz ki, şahid olduğu yaradılış möcüzələrini əlindən gəldiyi qədər digər insanlara çatdırması, ətrafındakı hər insana Allahın göstərdiyi bu sənəti səmimi, sidq ürəkdən və şövqlü üslubla çatdırmasıdır. Ancaq belə olduğu halda əlinizdəki kitab əsil məqsədinə nail olacaq, yəni Allahın yaratma sənətinin incəlikləri mümkün qədər çox insana çatdırılmış olacaq.

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

12 / total 12
"Harun Yəhyanın Hormon Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top