< <
1 / total: 8

Giriş

Eyni mühitdə olan iki fərqli insanı, məsələn, iki qapı qonşusunu düşünək. Hər ikisinin də başına eyni pis hadisə gəlmiş olsun. Hər ikisinin də evinə oğru girmiş və evindəki qiymətli əşyaları oğurlamış olsun. Ev sahiblərindən biri Allaha iman gətirmiş bir insan, digəri isə dünya ehtiraslarına qapılmış və axirəti unutmuş bir insan olsun…

İman gətirməyən insan həyatı boyu işləmiş və qazandığı pulla özünə bəzi qiymətli əşyalar satın almışdır. Əşyalarına hər şeydən çox dəyər verər, çünki bütün həyatını, şövqünü və gözləntilərini bunlar üzərinə qurmuşdur. İndi isə bir anda bütün bunlar itirmişdir. Həyatının boşa keçdiyini, əməklərinin yox olduğunu düşünər. Həmişə şikayətçi və pessimist ruh halına bürünər və hər kəsə dərd yanar. Hətta bəziləri günlərlə ağlayar, xəstə olar. Bəziləri də həmişə əsəbi hərəkətlər sərgiləyər, ətrafındakılara indici davranar. Bəzən də anidən içinə qapanıb, çarəsizliyinə və kədərinə ətrafındakıları da ortaq etməyə çalışar. Öz dili ilə desək itirdiyi bir neçə əşya ucbatından "bütün həyatı alt-üst olmuşdur".

Digər mənzildəki iman gətirən insan isə bütün bu saydıqlarımızın heç birini yaşamaz. Yan evdən gələn qışqırtı və ağlama səslərinin əksinə iman gətirən insanın evində olduqca sakit, hüzurlu vəziyyət hakim olar. Azacıq da olsa kədərlənməz və pessimizmə qapılmaz, həmişəki təvəkküllü, sabit və şən üslubunu qorumağa davam edər.

Çünki malı özünə verənin Allah olduğunu bildiyi kimi, alanın da Allah olduğunu bilir. Hadisədə mütləq özü üçün xeyir olduğunu düşünərək rahat olar. Dünyəvi ehtiraslara qapılaraq əsla gələcək qayğısına qalmaz. Allahın özünə daha gözəlini, daha xeyirlisini həm dünyada, həm də axirətdə verməsini ümid edər.

Bu və buna bənzər hadisələr müsəlmanı heç vaxt ümidsiz etməz. Əksinə, iman gətirənlərin belə hadisələrdə Allaha qarşı təslimiyyətləri daha da artar, hər vəziyyətdə Allaha şükür etməyin bəxş etdiyi rahatlıq və xoşbəxtliyini yaşayarlar. Allahın özlərini sınadığını bilərək Allahdan daha xeyirlisini ümid edərlər.

İman gətirən insan, hər şeyini itirsə belə, yenə də ən kiçik ümidsizliyə qapılmadan, səbirlə, şövqlə hər şeyə ən əvvəldən başlaya bilər. Sahib olduğu bu şövq, imanından, Allaha qarşı duyduğu sevgi və etibardan, Quran əxlaqını mənimsəmiş olmasından və dünya həyatının müvəqqəti olduğunu qəti şəkildə qavramış olmasından qaynaqlanar. Gələcəkdən yana həmişə ümidvar olan davranışı, hadisələrin həmişə gözəl tərəfini görən münasibəti həyatı boyu qarşılaşdığı bütün hadisələrdə özünü göstərər.

İman gətirən insanlar nə qədər böyük çətinliklərlə qarşılaşsalar da, həmişə çox gözəl yetkinlik, etidal, mətanət və fərasət göstərərlər. Təmkinlilik, zadəganlıq və möhtərəmliklərindən qətiyyən güzəştə getməzlər. İnkarçı insanlarda görünən davranış və əxlaq pozuqluqlarından heç birini göstərməz, bu əxlaqları ilə bütün insanlar üçün çox gözəl nümunə olarlar.

Belə vəziyyətlərdə ən çox diqqətçəkən xüsusiyyətləri isə əsla ümidsizliyə qapılmamalarıdır. Çünki ümidsizliyə qapılmaq Allahın bəyənmədiyi davranışdır və Quranda inkarçılara məxsus xüsusiyyət kimi göstərilib. Çünki, Allahın köməyindən, rəhmətindən, bağışlayıcılığından ümid kəsmək çox çirkin davranışdır və Quranda qadağan edilmişdir.

İman gətirən insan imanından qaynaqlanan ümidvar ruh halı ilə rahat və xoşbəxt həyat sürər. Allaha təslim olmayanlar isə daim ümidsizlik, narahatlıq və dərd içindədirlər. Buna görə də qəmləndirici, bədbəxt və sıxıntılı həyat yaşayarlar. İnsanların əksəriyyəti, istədikləri şeyi əldə edə bilmədikdə, sevdikləri bir şeyi itirdikdə və ya başlarına gözləmədikləri pis bir hadisə gəldikdə ümidsizliyə qapılarlar. Bununla yanaşı, axirətdə bağışlanmağı, cəhənnəmdən xilas olmağı, cənnətə getməyi ümid etmək ağıllarına belə gəlməz. Hətta axirət barəsində doğru, Quran məlumatına sahib olmadıqlarından cənnəti ümid etməyin nə demək olduğundan belə xəbərləri yoxdur.

Bütün bunların səbəbi Qurandan xəbərsiz, Quranda göstərilən doğru yoldan uzaq yol tutmalarıdır. Alışdıqları gündəlik həyatın təlaş və qarışıqlığı içində, başlarına gələn hər mənfi hadisə onlar üçün kədər və pessimizm səbəbi olar. İman gətirənlərin Quran əxlaqı sayəsində qazandıqları İlahi elmdən, nəsihət və tövsiyələrdən xəbərsiz olduqları üçün şeytanın bütün vəsvəsələrinə qulaq asar, bir çox narahatlıq, xülya və dərdlərə qapılarlar. Özlərinə Quran göndərildiyi halda ondan üz döndərmələrinin qarşılığını həm bu dünyada, həm də axirətdə maddi və mənəvi olaraq alarlar.

Məhz bu kitab, bu günə qədər qurandan uzaq həyat yaşamış insanların keçmiş həyatlarındakı yanlış münasibət və zehniyyətlərini tərk etmələri, dünya və axirət xoşbəxtliyinə qovuşmaları üçün mühüm fürsətdir. İman gətirən və qurana tabe olanlar üçün isə nəsihət və xatırlatma, quranı daha yaxşı anlamağa təşviq vəsiləsidir.

Mömin, Allahın Qəffar Sifətinə Güvənər Və Ümidvar Olar

Adnan Oktar: Allah rəhmət sahibidir. Rəhman və Rəhimdir. "Qullarına qarşı Şəfqətlidir", (Bəqərə surəsi, 207). Bu Quran ayəsidir, yəni məna cəhətdən yaxındır. Təbii ki, müsəlmanlar Allahın rəhmətini istəyər, mərhəmətini istəyərlər. Müsəlmanların yeri cənnətdir. Müsəlmanlar cənnətdən dünyaya gəlirlər və dünyadan da cənnətə gedərlər. Sonsuz cənnəti yaşayarkən o həyatın içindən dünyaya gəldi müsəlmanlar. Küfr əhli də cəhənnəmin içindən gələr. Çünki baxın tək bir an. An, saniyə deyil, salisə də deyil, salisənin milyonda biri də deyil. O an içində Allah sonsuz həyatı yaşatdı və bitirdi. Dolayısilə onsuz da müsəlmanlar hazırda eyni zamanda cənnətdədirlər. Onsuz da Allah söyləyir elə deyil, Əbu Ləhəbin, cəhənnəmdəki halını söyləyir. Adam həyatdaykən söyləyir Allah. Ona görə də, həzrəti Peyğəmbər (s.ə.v)-in, digər şəxslərin cənnətdəki həyatı da bildirilir. Dolayısilə onlar hazırda cənnətdədirlər.

Müsəlman hüsnü-zənn etməlidir inşaAllah. Allahdan ümidvar olmalıdır. Allah Rəhman və Rəhimdir və qoruyandır, Qəffardır. Biz Allahı böyük sevgi ilə, ehtirasla sevərik və Onun təcəllilərini də ehtirasla sevərik. "Sizə əzab vermək Allahın nəyinə gərəkdir?" (Nisa surəsi, 147) deyir Allah, şeytandan Allaha sığınıram. Belə əzab vermə ehtiyacı olan bir varlıq deyil Allah. Allah xoşbəxt olmağımızı, gözəl olmağımızı, xeyir olmasını istəyir, hər şeyin gözəl olmasını istəyir. Həmçinin mükəmməl nizamdan da onsuz da bunu müsəlman açıqca görür. Buna görə də, Allaha tam təslimiyyət, Qurana tam təslimiyyət, Qurana tam tabe olmaq, gözəl əxlaqlı olmaq və səmimi olmaq. Bunun xaricində rahat olsunlar qardaşlarımız (hörmətli Adnan Oktarın Tempo telekanalına verdiyi müsahibədən, 28 sentyabr 2008-ci il).

 

1 / total 8
"Harun Yəhyanın Quranda Ümidvar Olmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top