< <
1 / total: 8

Giriş

Quran əxlaqından uzaq yaşayan bəzi insanlar doğru yol onlara göstərilsə də, bu dəvətdən imtina edirlər. Lakin belə davranmaları onların həyatları boyu Allahın Quranda bildirdiyi üstün əxlaqdan məhrum qalmalarına və bunun maddi-mənəvi zərərlərinə qatlaşmalarına səbəb olur. Kədər, sıxıntı, bədbinlik, ümidsizlik, eqoistlik, mübahisə, dava, ikiüzlülük, lağ etmək, mənfəətpərəstlik... Cəmiyyətin çox hissəsinə hakim olan bu və buna bənzər mənfi davranışlar, əslində, insanların Allahın Quranla bildirdiyi haqq dindən, gözəl əxlaq anlayışından uzaqlaşmalarının nəticəsidir.

Halbuki, bəzi insanlar bu vəziyyətin fərqində belə deyillər. Üstəlik, məntiqləri də bu yanlışları normal qarşılayacaq qədər pozulub. Bu vəziyyətə düşmələrinin səbəbi, Allahın haqq dinini tərk etmələridir. Allah Quranın “Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək”. (Furqan surəsi, 30) ayəsi ilə insanların bu rəftarını bizə bildirir.

Bu kitabda bəhs olunan “sədaqət” anlayışı Quran əxlaqından uzaq yaşayan insanların tamamilə yanlış və səhv dəyərləndirdikləri, hətta bəzilərinin həqiqi mənasını heç bilmədikləri və yaşamadıqları bir xüsusiyyətdir. Hər mövzuda olduğu kimi, sədaqət mövzusunda da iman gətirənlərlə inkar edənlər arasında böyük anlayış fərqi var. Cahil cəmiyyətdəki sədaqət anlayışını “insanın sevdiyi və yaxın bildiyi, ya da mənfəət umduğu insanlara bağlanması, hansı şərtlər altında olursa-olsun, tamamilə o insanların əmr və arzularını yerinə yetirməsi” kimi açıqlaya bilərik. Cahillik inanclarını mənimsəyən insanların sədaqət anlayışı həqiqi mahiyətindən uzaqlaşıb və müxtəlif dünyəvi mənfəətlərlə əlaqələndirilən sədaqət növünə çevrilib.

İnkar edənlər Allaha iman gətirmədikləri və Onun ucalığını layiqincə təqdir edə bilmədikləri üçün Allaha sədaqət göstərmək şərəfindən də məhrum qalırlar. Allaha sədaqət göstərərək yaşayarlarsa, dünyəvi zövq və ehtiraslarından məhrum qalacaqlarını düşünür, Allaha bağlanmaqdan və Ona sadiq qalmaqdan çəkinirlər. Halbuki, Allah səmimi qəlblə Ona bağlanan sadiq qulları üçün dünyada və axirətdə nemətlərin və zövqlərin ən gözəllərinin olduğunu bildirib. Ancaq inkar edənlər bu həqiqətin şüurunda deyillər.

Bunun yerinə, inkar edənlər fərqli yöndən dərin sədaqət hissi içərisindədirlər. Bu sədaqət iman gətirməyən insanların nəfslərinə və şeytana qarşı göstərdikləri sədaqətdir. Şeytanın və nəfsin istəklərinə qapılan bu insanlar həyatları boyu bu iki aldadıcıya sadiq qalırlar. Onları addım-addım izləyirlər. Halbuki, şeytana və nəfsə göstərilən sədaqətin axirətdəki qarşılığı əbədi əzabdır.

Möminlər isə inkar edənlərdən fərqli olaraq, Allahın onlara verdiyi ağıl ilə doğru düşünən, Allahın gücünü və elmini layiqincə təqdir etməyə çalışan insanlardır. Bu səbəbdən, tərifə layiq olanın yalnız Allah olduğunun şüurundadırlar. Allahın Quranla bildirdiyi əxlaqdan bir an belə uzaqlaşmadan yaşayarlar. Göndərilən elçilərin yoluna heç bir şübhəyə qapılmadan sədaqət göstərərək tabe olarlar. Baş verən çətinliklərə səbir edər və hər işlərində daima Allaha yönələrlər. Allahın yardımını və rəhmətini istəyərlər. Heç bir qorxu və narahatlığa qapılmadan daima Allahın razılığını qazanmağa çalışırlar. Olduqca çətin imtahan mühitində olsalar da, Allaha olan sədaqətlərində ən kiçik azalma belə baş vermir. Əksinə, Allaha olan bağlılıqları, yaxınlıqları və sədaqətləri həmişə qat-qat artar. Uca Rəbbimiz Allah bu gözəl davranışlarının qarşılığında iman gətirənlərə Allah qatında bağışlanma və böyük mükafat olduğunu vəd edib:

“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır”.(Əhzab surəsi, 35)

 

1 / total 8
"Harun Yəhyanın Quranda Sǝdaqǝt kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top