< <
6 / total: 8

Nəticə

Bu kitabda, digər bəzi kitablarımızda ətraflı olaraq araşdırdığımız "maddənin əsli" mövzusunu fərqli bir baxımdan araşdırdıq. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Xəyalın Digər adı: Maddə, Kültür Nəşriyyat, 2001)

Qüllədəki kiçik adam nümunəsi bizə diqqət çəkici bir həqiqəti göstərir:

Əgər maddənin əsli ilə təmasda olduğunuza inanırsınızsa, o zaman sizin həqiqi bədəniniz, hal-hazırda gördüyünüz bədəniniz ola bilməz.

"Xaricdə", yəni zehninizin xaricində, heç görmədiyiniz, hiss etmədiyiniz bir başqa bədən daha olmalıdır.

manzara

Və bu bədən, sizin hal-hazırda gördüyünüz bədəninizdən qat-qat daha böyük bir "nəhəng" dir.

Siz də, sanki bir qüllənin təpəsindəki bağlı bir otağa həbs edilmiş məhkumsunuz.

Bir başqa ifadəylə, böyük ehtimalla həyatınızın başlanğıcından bu yana qəbul edə-edə gəldiyiniz "bədənim bu dünyanın üzərində yaşayır, mən də bədənimdən çölə baxıram" şəklindəki fərziyyə səhvdir. Belə bir şey mümkün deyil.

Bundan daha ağıllı olan nəticə isə, "qüllə" deyə bir şey olmadığını qəbul etməkdir. Çünki bunun varlığına dair heç bir dəlil yoxdur. Bizə belə bir şeyin varlığını düşündürən tək səbəb, maddənin əslini bildiyimizə olan ön mühakimədir.

Bu ön mühakimədən qurtulduğumuzda isə dünyanın əslində çox daha fərqli bir yer olduğunu qavrayarıq:

Gördüyümüz və hiss etdiyimiz hər şey Allahın bizim ruhumuza göstərdiyi qəbullardır. Tək mütləq varlıq isə, hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allahdır.

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

6 / total 8
"Harun Yəhyanın Qüllədəki Kiçik Adam kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top