< <
1 / total: 9

Giriş

Bütün insanlara göndərilmiş Quran'ın insan həyatına təqdim etdiyi gözəlliklərdən xəbərdarsınızmı? Allah'ın bütün insanlara göndərdiyi Haqq Kitabı nə qədər tanıyırsınız?

Quran'da insanlara, niyə yaradıldıqları, nə məqsədə var edildikləri, bu məqsəd istiqamətində necə yaşamaları lazım olduğu, qulluq vəzifəsini nə şəkildə yerinə yetirəcəkləri və bunu etdikləri ya da etmədikləri təqdirdə özlərini necə bir aqibətin gözlədiyi bildirilir. İnsanlar, gözələ, doğruya, təmizə və əbədi xoşbəxtliyə çağırılır. Quran, Allah'ın qullarına bir rəhmət, hidayət, rəhbər olaraq göndərdiyi Haqq Kitabdır. Allah Quran'ın bu xüsusiyyətlərini bir çox ayəsində bildirir:

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. (Bəqərə surəsi, 2)

Quran, hər dövrə xitab edən kitabdır. Quran'da insanın həyatı boyunca ehtiyac duyacağı əsas mövzuların hamısı mövcuddur. İbadətlər, müsəlmanda olması lazım olan ruh halı, gözəl əxlaq, ani vəziyyətlər və çətin anlardakı gözəl rəftar, fiziki cəhətdən və ruhən sağlam yaşamanın yolları, ölüm anı, hesab günündə yaşanacaq hadisələr, ardından insanları gözləyən cənnət və cəhənnəm, Allah'ın qullarına göndərdiyi bu kitabda yazılıdır.

Quran, hökmlərlə və gözəl əxlaqa dair məlumatlarla yanaşı, insanın bütün həyatına dair tövsiyələr, işarələr ehtiva edən, müxtəlif insan xarakterlərini tanıdan və bunun kimi bir çox mövzuda möminlərə yol göstərən bir bələdçidir. Allah bir ayəsində Quranın bu xüsusiyyətini bu şəkildə vurğulamışdır:

... Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Quran'a uyan və ayələrdə bildirilən tövsiyələrə uyğun olaraq həyat sürənlər isə, yalnız möminlərdir.

Allah insanı yaratmış və Öz Qatından göndərdiyi Quran vasitəsiylə ona, hər mövzuyla əlaqədar ən faydalı həlləri açıqlamış, ehtiyac duyacağı hər cür yol göstərici məlumatı vermişdir. Bu səbəbdən hər hansı mövzunu araşdırarkən, Allahın ayələrinə və ayələrin göstərdiyi düşüncə metodlarına görə davranmaq əsasdır. Bir insan nə qədər təcrübəli olursa olsun və ya nə qədər yüksək mədəniyyət səviyyəsinə çatırsa çatsın, məlumatı yenə də məhduddur. Çünki bütün məlumat Allaha aiddir, insan ancaq Onun dilədiyi və təqdir etdiyi qədər məlumata sahib ola bilər.

Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə surəsi, 32)

Bu səbəblə, dünya həyatında gözəl həyat sürmək istəyən adam, hər şeyin ən doğrusunu bilən və hər şeyin yaradılışı Özünə aid olan Allahın endirdiyi Quran yönündə həyat tərzini mənimsəməlidir. Bu sayədə düşünən və Allah'dan qorxan insanlara məxsus olan “ağıla” sahib olar, son dərəcə şərəfli həyat yaşayar, xoşbəxt və dinc olar, ən əhəmiyyətlisi belə insanın həyatının böyük mənası olar və bunlar kimi müxtəlif gözəllikləri bir yerdə yaşayar. Edilməsi lazım olan yalnız, Allah'a və Quran'a tam təslimiyyət içərisində olmaq, bununla birlikdə Quran'ın əmr və tövsiyələrini və bunların altında gizlənən incəlikləri araşdırmaq, görmək və həyata keçirməkdir.

Bu işdəki məqsəd, Quran'ın işarə etdiyi mənaları ələ almaq, bunlarda insan həyatı üçün faydalı olan nöqtələrə diqqət çəkməkdir. Bununla yanaşı, Quran ilə düşünmənin, Quran'a görə davranmanın və həyatı Quran istiqamətində yaşamanın nə şəkildə olacağının qavranmasına vəsilə ola bilməkdir.

 

1 / total 9
"Harun Yəhyanın Quranın Həyata Təqdim Etdiyi Gözəlliklər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com