< <
4 / total: 9

Quranda Diqqət Çəkilən Təbliğ Üsullari

Tarix boyunca Allahın bir-biri ardınca göndərdiyi elçilər cahiliyyə cəmiyyəti insanlarını Allaha iman etməyə və Ona qulluq etməyə dəvət etmişlər. Allah Quranda “sizdən; xeyirə çağıran, yaxşılığı əmr edən və pislikdən (münkərdən) çəkindirən birlik olsun...” (Ali-İmran surəsi, 104) ayəsiylə, bu ibadətin elçilərin olduğu qədər, möminlərin də əsas məsuliyyətlərindən biri olduğunu ifadə etmişdir.

Ancaq möminlərin bu mövzudakı məsuliyyətləri yalnız dini təbliğ etməkdir, yəni insanlara Allahın hökmlərini izah etmək, onları Quran əxlaqını yaşamağa dəvət etməkdir. İnsanlara hidayəti və anlayışı verəcək olan Allahdır. Möminlərə düşən, Quranın göstərdiyi üsulları ən yaxşı şəkildə tətbiq etməkdir. Yoxsa insanların inanıb inanmamaları mövzusunda onların üzərində hər hansı məsuliyyət yoxdur.

Məhz Allah möminlərə, bu məsuliyyətlərini yerinə yetirmədə asanlıq olaraq Quranda həm açıq hökmlərlə, həm də müxtəlif hekayələrlə bir çox üsul göstərmiş və peyğəmbərlərin bu mövzudakı tətbiqlərindən nümunələr vermişdir. Bu hissədə, Quranda işarə edilən təbliğ üsullarını, dəyişən şərtlər və mühitlərə görə Allahın möminlərə təqdim etdiyi həlləri araşdıracağıq.

Təbliğdə Heç Bir Mənfəət Gözləməməyin Vurğulanması

Ona təbliğ edilən adamın izah edilənləri heç bir ön mühakimə, şübhə və təzyiq altında qalmadan, tamamilə azad düşüncə və vicdan ilə qiymətləndirə bilməsi lazımdır. Bunun ilk şərti isə ona dini izah edən adamın səmimiyyətindən əmin olmasıdır.

Möminləri tanımayan və onlar haqqında məlumatı da olmayan bir adamın, yaşadığı cahiliyyə mühitinin təsiriylə, inananlara qarşı bəzi ön mühakimələr bəsləməsi və şübhəci yaxınlaşması ilk başda təbii ola bilər. Məsələn, dini yaşaması üçün var gücü ilə bir şeylər izah edən möminin, bunu nəyin müqabilində etdiyinə dair ağlına bəzi suallar gələ bilər. Öz düşüncə sistemində hər şey mənfəət əlaqəsi içində olduğu üçün, Allaha inanan insanların tək çıxar olaraq Allahın razılığını güddüklərini qavramaya bilər. Ya da qarşı tərəfin izah edəcəyi məlumatların doğruluğu mövzusunda ən başından bəri tərəddüd və ön mühakimə içərisində ola bilər. Bu səbəblə adamın bütün bu narahalıqlarını və şübhələrini, onun dilə gətirməsini gözləmədən aradan qaldırmaq, möminin təbliğdən əvvəl üzərinə düşən ən əhəmiyyətli məsuliyyətlərdən biridir.

Qurana baxdığımızda da, bütün peyğəmbərlərin göndərildikləri qövmlərə əvvəlcə təlqin etdikləri həqiqətin, bu şübhələri aradan qaldırmağa istiqamətli olduğunu görərik. Peyğəmbərlər, Allahın böyüklüyünə və axirətin həqiqətinə qəti olaraq inanan və bütün həyatlarını yalnız Allahın razılığını qazanmağa həsr etmiş kəslərdir. Cənnətin və cəhənnəmin varlığına qəti iman edən elçilər, qarşılaşdıqları hər insanın cəhənnəm kimi sonsuz və qorxunc əzaba uğramasından narahatçılıq duyarlar. Onları səhv olan şeylərdən çəkindirməyə çalışar və onlara Allahın gücünü və böyüklüyünü izah edərlər. Bütün bu səylərinin qarşılığında isə tək gözlədikləri şey Allahın məmnuniyyətini qazana bilməkdir. Bundan başqa insanlardan gözlədikləri dünyəvi heç bir mənfəət yoxdur.

Quranda elçilərin təbliğdən əvvəl bu mövzuya diqqət çəkərək, qarşı tərəfin əndişələrini aradan qaldırmağa çalışdıqlarına işarə edilmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. (Şuəra surəsi, 180)

Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır”. (Ənam surəsi, 90)

Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamırsınız? (Hud surəsi, 51)

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin! Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin! (Yasin surəsi, 20-21)

Elə isə bütün möminlər üçün, təbliğə başlamadan əvvəl ayələrin işarəsinə uyaraq buna diqqət etmələri, nəticə ala bilmələri üçün çox məqsədəuyğun olacaq. Xüsusilə indiki vaxtda cahiliyyə cəmiyyətindəki insanların hər şeyi maddi mənfəət qarşılığında etmələri insanların hər kəsə qarşı bu tip ön mühakiməyə sahib olmalarına səbəb olmuşdur. Bu səbəbdən bu cür açıqlamanın qarşı tərəfi rahat edəcəyi dəqiqdir.

Dini İzah Edən İnsanın Etibarlı Olduğunu İfadə Etməsi

Quranda təbliğ mövzusunda diqqət çəkilən başqa üsul isə, dini izah edən insanın etibarlı, doğru sözlü və dürüst insan olduğunu başdan ifadə edərək özünü tanıtmasıdır. Necə ki, Quranda bütün peyğəmbərlərin, göndərildikləri qövmlərə əvvəlcə özlərini tanıtdıqlarını və Allahın vəzifələndirdiyi, etibarlı elçi olduqlarını ifadə etdiklərini görürük:

Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm. (Şuəra surəsi, 107)

Çünki qarşı tərəfin şübhələrini yox edəcək, güvən təmin edəcək və mənəvi cəhətdən rahatlaşdıracaq əsas mövzu budur. Əgər etibarlı, dürüst və doğru sözlü insan isə, izah etdikləri də, həqiqətən dinləməyə və üzərində düşünməyə dəyər xüsusiyyətdə olacaq. Amma əgər qarşı tərəfin etibarlı olmasından şübhəli isə, bütün izah edilənlərə müdafiə etmə psixologiyası ilə yaxınlaşacaq. Bu mərhələ, Quranda göstərilən üsullarla tam olaraq keçildiyində isə ona izah edilənlər üzərində diqqətini cəmləyərək dinləməyə və anlamağa çalışacaq.

Qarşı Tərəfin Səhv İnanclarının Çürüdülməsi

Təbliğ ediləcək insanın tərəddüdlərinin və ön mühakimələrinin ortadan qaldırılmasının ardından, ona məlumat verməyə başlamadan əvvəl, sahib olduğu batil və səhv inancları çürüdülməli və bunların etibarsızlığı isbat edilməlidir. Bu mərhələ olduqca əhəmiyyətlidir çünki sahib olduğu batil inanc ya da fəlsəfənin etibarsızlığına inanmayan insan, bunlardan qopmaq istəməyəcəyi üçün bunun əksinə olan yeni məlumatı da almaq istəməz. Məhz bu nöqtədə insanın düşüncə quruluşundakı tıxanmağı aradan qaldırıb, həqiqi məlumatı alması üçün, Allah Quranda möminlərə bir üsul göstərir.

Bu üsul, bəhs olunan batil inancların ağıllı, elmi və vizual metodlarla çürüdülməsi, yəni maddi və mənəvi olaraq səhv və etibarsız sistem olduğunun açıqlanmasıdır. İbrahim peyğəmbərin qövmünə olan təbliği isə, bu üsluba olduqca gözəl nümunədir:

Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” – demişdi. Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”. O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?” Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”. O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – həm siz, həm də ulu babalarınız? (Şuəra surəsi, 70-76)

İbrahim peyğəmbər həm ağla, həm də məntiqə xitab edəcək şəkildə qövmünə suallar vermiş və inandıqları sistemin səhv olduğunu mərhələ-mərhələ onlara göstərmişdir. Eyni zamanda hər sualla birlikdə insanların vicdanlarına toxunmuş və öz sistemlərinin məntiqsizliyini onlara təsdiq etdirmişdir. Çünki daşlardan yonduqları bütlərə tapınan qövm, sırf atalarının bu daşlara ibadət etdiklərini bildikləri üçün, heç düşünmədən bu sistemi mənimsəmişlər. Ancaq hz. İbrahim həqiqətləri gözlər önünə sərdiyində isə, məhz o zaman nə qədər şüursuz və aciz varlıqlara tapındıqlarını fərq etmişlər.

Necə ki, İbrahim peyğəmbər də, bunun ardından Allahı sifətləriylə tanıdaraq, heç bir gücü olmayan cansız daş parçaları ilə bütün varlıqların tək hakimi və sonsuz güc sahibi olan Allahın varlığı arasındakı müqayisə edilə bilməz fərqli ortaya qoymuşdur:

Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. (Şuəra surəsi, 77-82)

Beləcə bütlərə tapınan bu qövm, tətbiq olunan təbliğ metodları sayəsində içərisində olduqları vəziyyətin məntiqsizliyini qısa bir an üçün olsa belə, qavrama imkanı tapmışdır.

Sual-Cavab Şəklində İzahat

İbrahim peyğəmbərin üsulu insanların mövzunu qavraması üçün Allahın Quranda diqqət çəkdiyi təbliğ üsuludur.

Eyni şəkildə insanın mövzu haqqında ağlına tam yatmayanları soruşması da istənə bilər. Çünki soruşacağı suallardan mövzuları nə dərəcədə anladığı və əksiklərinin nələr olduğu rahatlıqla aydın olacaq, beləliklə də bunların aradan qaldırılması imkanı yaranacaq. Əks halda, anlamadığı məlumatın üzərinə yeni biri daha əlavə olunduğunda, qavraya bilmədiyi mövzu içərisində tərəddüd etməyə başlayacaq.

Təbliğdə istifadə edilən bu sual-cavab üsulu ilə birlikdə, səhv məntiqləri çürüdərək və bunların yerinə sağlam və ağıllı məntiqlər oturdaraq irəliləmək də, Quranda tövsiyə edilən təbliğ üsuludur. Bu mövzuda yenə hz. İbrahimin təbliğini izah edən başqa ayə belədir:

Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!” – demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. (Bəqərə surəsi, 258)

Bu ayədə İbrahim peyğəmbər din mövzusunda onunla mübahisəyə girən bir adama, Allahın sonsuz gücü qarşısındakı acizliyini son dərəcə hikmətli bir neçə cümlə ilə izah etmişdir. Verdiyi ağıllı nümunələrlə inkarçının bu vəziyyətini özünün də fərq etməsini təmin etmişdir. Çünki gətirdiyi təklif, inkarçı adamın iddialı danışmalarının ardından əsla edə bilməyəcəyi bir şeydir. Bəhs olunan adam, içinə düşdüyü vəziyyəti gördüyündə son dərəcə çaşqınlığa düşmüş və bunun üzərinə söyləyəcək söz tapa bilməmişdir. Hz İbrahimin inkarçını sıxışdıran bu hikmətli üslubu, möminlər üçün təbliğdə faydalana biləcək çox əhəmiyyətli nümunədir.

Gizli və Açıq Üsullarla Təbliğ Edilməsi

Quranda izah edilənlərə görə bütün peyğəmbərlər göndərildikləri birliklərə Allahın böyüklüyünü və dinin vacibliyini izah edə bilmək üçün müxtəlif üsullar və izahat şəkilləri sınamışlar. Məhz Nuh peyğəmbərin qövmünə etdiyi təbliğ də, bunlardan biridir. Nuh peyğəmbərin işlətdiyi izahat taktikaları Nuh surəsində tək-tək vurğulanaraq, möminlərə də yol göstərici olmuşdur:

O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər, var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar. (Nuh surəsi, 5-12)

Quranda hz. Nuhun Allah'a duasındakı bu sözlər, bizlərə, dini izah edə bilmək üçün lazım olduğunda açıq və gizli olmaq üzrə bilavasitə izahatlar da edilə biləcəyini göstərir.

Hz. Nuh, qövmünə dünyəvi mənada özləri üçün böyük əhəmiyyət daşıyan nöqtələrdən yaxınlaşaraq, bunların hamısını verənin Allah olduğunu vurğulamış və beləcə onları düşünməyə təşviq etmişdir. Məhsullarını sulamaları üçün yağış yağdıranın, mallar və uşaqlar verənin, bol məhsul verən bərəkətli bağçaları və çayları yaradanın, içərisində yaşadıqları hər cür nemətin tək sahibinin Allah olduğunu izah etmişdir. Dinin gözəlliyini və vacibliyini ilk anda tam olaraq anlaya bilməyən bu qövmü dinə isindirmək üçün, ehtiraslı istəklə bağlı olduqları dünyəvi mənfəətlərinin də əslində Allahın gücü altında olduğunu izah etməyə çalışmışdır. Çünki əgər qövmü bu izah etdiklərini qavraya bilsə, bunun ardından onlara axirətin varlığını və dini məsuliyyətlərini izah etmək daha çox asan olacaq.

Yaradılış Dəlillərinin İzah Edilməsi

Allahın, möminlərə dini təbliğ etmələrində göstərdiyi yollardan biri də, insanlara yaradılış dəlillərini izah etməkdir. Quranda adı çəkilən bir çox peyğəmbər qövmünü bu istiqamətdə düşünməyə yönəltmiş, Allahın bu yöndə diqqət çəkdiyi dəlilləri qövmlərinə izah etmişlər. Bunlardan biri də hz. Nuhun təbliğində vardır:

Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün xalı təki döşədi. Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”. (Nuh surəsi, 15-20)

Quranda diqqət çəkilən bu mövzular, haqqında dərilərdə kitab yazıla biləcək qədər detallı məlumatlar vardır. Məsələn, səmanın yeddi ayrı laydan ibarət olduğuna, bunların dünya üzərindəki ekoloji sistemə və canlılara təmin etdiyi faydaları, ay və günəşin, mövsümlərə, iqlimlərə, gecə-gündüzün yaranmasına və insan həyatına olan təsirini düşünmək insanın düşüncə üfüqünü genişlədəcək, ağlını, başqa sözlə imanını artıracaq bir yoldur. Bu sistemlərdə meydana gələcək ən kiçik bir axsaqlığın necə təhlükəli nəticələr doğuracağını düşünmək də eyni şəkildə təsirli olacaq. Bütün kainat bunlar kimi saysız detallarla doludur və cahiliyyə cəmiyyətində insanların çoxu gündəlik həyatlarında bunları düşünməzlər. Bu səbəblə yaradılış dəlillərini insanların heç düşünmədikləri istiqamətləri ilə izah edərək edilən təbliğ qarşı tərəfi düşünməyə sövq edəcək, Allah'ın gücünü və qüdrətini tanıyıb təqdir etməsində də təsirli olacaq.

Necə ki, Quranın bir çox ayəsində də insanlar Allahın varlığını və böyüklüyünü göstərən bu dəlilləri görməyə, bunlar üzərində düşünməyə dəvət edilmişlər. Möminlərə isə qarşılarındakı insanlara bu mövzularla öyüd vermələri xatırladılmışdır. Bu mövzudakı yüzlərlə ayədən bir neçəsi belədir:

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir. (Qaf surəsi, 6-11)

Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini görmürlər? Dağların necə sancıldığını görmürlər? Yerin necə döşədildiyini görmürlər? Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. (Ğaşiyə surəsi, 17-21)

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq. Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (Ənbiya surəsi, 30-33)

Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi? Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir. (Yasin surəsi, 33-36)

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır. Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan daha sonra hansı sözə inanacaqlar?! (Casiyə surəsi, 3-6)

Allahın Varlığının Geniş Kütlələrə İzah Edilməsi

İndiyə qədər görüldüyü kimi Quranda təbliğ mövzusunda müxtəlif üsullar təqdim edilmiş, hansının tərcih ediləcəyini təyin olunması isə möminin ağlına və vicdanına buraxılmışdır. Məsələn, Quranın bir çox ayəsində tək-tək təbliğdən bəhs edilərkən, bəzi ayələrdə də insanlara toplu təbliğ edilə biləcəyinə işarə edilir.

Peyğəmbər hekayələrinin çoxunda, peyğəmbərlərin qövmlərinə toplu izahatlar verdiyini görərik. “Ey qövmüm...” ifadəsi ilə başlayan bu ayələrlə kütlə təbliğinin hikmətlərinə də diqqət çəkilmişdir. Bu mövzuya diqqət çəkən ayələrdən biri Ad qövmü ilə əlaqədardır:

Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Yoxsa qorxmursunuz?” (Əraf surəsi, 65)

Bəzi insanlar qarşı fikirdə olan birindən təsirlənməyi ilk anda qürurlarına yedirə bilməzlər, ya da ön mühakiməli olan insanlara fərdi olaraq deyil, toplu təbliğ etmək daha yaxşı nəticələr verə bilər. Həmfikir olduqları yoldaşlarının verəcəyi müsbət reaksiya digərlərini də müsbət istiqamətdə təsir edə bilər. Bu səbəbdən bəzi vəziyyətlərdə birliyin psixologiyası nəzərə alınaraq, daha təsirli olması məqsədiylə bu üsul tətbiq oluna bilər.

Əsas Məskunlaşma Mərkəzləri

Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik. (Qəsas surəsi, 59)

Allahın dinini təbliğ edən peyğəmbərlərin, hər dövrdə əsas məskunlaşma mərkəzlərinə göndərilmələri möminlər üçün yol göstərici xüsusiyyətdədir. Şübhəsiz, bunun hikməti vardır. Əhəmiyyətli nöqtələrə ağırlıq verib daha sonra bu ağırlıq nöqtəsinin genişlədilməsi hər zaman daha təsirlidir. Tarix boyunca görüldüyü kimi iman edənlər din əxlaqını izah etməyə əvvəlcə yaxın ətraflarından başlamışlar. Onlar din əxlaqının təqdim etdiyi gözəllikləri tam olaraq qavradıqlarında da bir az daha geniş kütləyə yönəlmişlər.

Əsas məskunlaşma mərkəzləri Quranda diqqət çəkildiyi üzrə ümumiyyətlə qövmün öndə gələn inkarçılarının olduqları yerlərdir. Qövmün öndə gələn inkarçıları isə, küfrdə və azğınlıqda da başı bəla çəkən insanlardır. Buna görədir ki, tarix boyunca peyğəmbərlər Allahdan qorxub çəkinməyi və gözəl əxlaqı ilk olaraq bu insanlara təbliğ etmişlər.

Əvvəlcə qövmün öndə gələnlərini dinə dəvət etmə mövzusunda Qurandan bir nümunə, Allahın hz. Musanı təbliğ üçün ilk olaraq Firona göndərməsidir:

Musanın hadisəsi sənə yetişdimi? O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi: “Fironun yanına yollan! O, həddini çox aşmışdır. De: “Günahlardan xilas olmaq istəyirsənmi? Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?” (Naziat surəsi, 15-19)

Bunun hikməti isə açıqdır. İnkarda öndərlik edən insanlar inandıqları fəlsəfələri məğlub olduğu təqdirdə, onlara tabe olan insanlar da bundan təsirlənəcəklər.

Zənginlik və Ehtişamın Təbliğdəki Təsiri

Təbliğdə əməl ediləcək üsullar və izah ediləcək mövzular qədər, mühitin diqqətli olaraq seçilməsi də olduqca əhəmiyyətlidir. Əslində bu, təbliğ əsas mövzu olsa da olmasa da, möminlərin dünyada cənnət mühitinə ən yaxın şərtləri yaratmağa çalışmalarının təbii nəticəsidir. Çünki möminlər Quran ayələrindəki estetikaya və sənətə istiqamətli işarələrdən və cənnət təsvirlərindən anladıqlarını, dünyada da yaşadıqları mühitlərə tətbiq etməyə çalışarlar. Quranda cənnətə aid bəhsi keçən köşklər, bağçalar, bulaqlar, taxtlar və daha bir çox dekorasiya şəkli son dərəcə ehtişamlı, təsir edici və insan ruhunun ən çox zövq alacağı şəkildədir. Bu səbəblə möminlər də, Quranda işarə edilən tərzdə estetik anlayışını mənimsəyərlər.

Quranda, təbliğdə də zəngin və ehtişamlı mühitin seçilməsinin müsbət təsirinə diqqət çəkilmişdir. Beləliklə, dini yeni tanıyan adam da, möminlərin həyat tərzini, yaşadıqları mühitdəki cənnət xüsusiyyətlərini görə bilməlidir ki, ürəyi dinə asanlıqla isinsin və Quranın həyata bağlı hər istiqamətdəki tətbiqi kimi, bu mövzunun da tətbiqli şəklini görə bilsin.

Quran ayələrində bu mövzuyla əlaqədar olaraq verilən nümunə hz. Süleymanla əlaqədar hekayədə keçir:

Qadına: “Saraya daxil ol!” – deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. Süleyman dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” Qadın dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44)

Səba məlikəsi və xalqının günəşə tapındığını xəbər alan hz. Süleyman, onları Allaha və dinə təslim olmağa dəvət etmişdir. Hz. Süleymanın göndərdiyi təbliğ məktubu üzərinə onun sarayına gedən Məlikə, köşkün ehtişamı və zənginliyi qarşısında çox təsirlənmişdir. Bu zövqə bəslədiyi heyranlıq, onun hz. Süleymana tabe olmasına vəsilə olmuşdur.

Ayədə köşkün yerinin şəffaf olduğuna və Səba Məlikəsinin buranı su sanaraq ətəyini qaldırdığına diqqət çəkilmişdir. Hz. Süleymanın sarayının bu xüsusiyyəti, cənnət təsvirlərində izah edilən “altından çaylar axan köşkləri” xatırladan xüsusiyyətdədir və dünya şərtlərindəki halı ilə də olsa, təbliğ edilən insan üzərində dərhal təsirini göstərmişdir. Ətrafında gördüyü gözəlliklərin dərin ağlın məhsulu olduğunu fərq edən Səba Məlikəsi, başlanğıc olaraq bu vəsiləylə dinin üstünlüyünü görə bilmişdir.

Digər tərəfdən təbliğ edilən məkanın estetikasıyla və təmizliyiylə qüsursuz olması psixoloji rahatlıq baxımından da son dərəcə əhəmiyyətlidir. İşıqlı, fərah, estetik olaraq döşənilmiş və təmiz mühitlər, bir növ, möminin sabit və dinc quruluşunu əks etdirər və qarşı tərəfə də müsbət istiqamətdə təsir edər. Qaranlıq, darıxdırıcı, uyğunsuz və dağınıq mühit isə fərqində olsa da olmasa da, hər insanın ruhuna sıxıntı verər.

Amma bunu da unutmamaq lazımdır ki, insana anlayışı (hidayəti) verən Allahdır. Bu mühitlərin hazırlanması yalnız dua xüsusiyyətindədir. Bütün bunlara baxmayaraq insan iman etməyə bilər. Əhəmiyyətli olan möminlərin Allahın razılığını qazanmaq məqsədiylə səy göstərmələri və təbliğ ibadətlərini yerinə yetirmələridir. İman edənlər etdiklərinin əsl qarşılığını axirətdə alacaqlarını ümid edərlər.

Təbliğdə Xarici Görünüşün Əhəmiyyəti

Möminlər fiziki görünüşləriylə də Quran əxlaqını yaşadıqlarını göstərərlər. Allah Quranda estetikaya, bədən təmizliyinə, təmiz paltarlara diqqət çəkmiş və gözəl əxlaqın gərəyi olaraq möminlərin bu tövsiyələrə də diqqətli şəkildə uymasını əmr etmişdir. Məhz Quran əxlaqını izah edən möminin bu mövzuda da Allahın bütün əmr və tövsiyələrini tətbiqi qarşı tərəfdə müsbət təsir buraxar.

Bir tərəfdən, əhəmiyyətli mövzuya diqqət verə bilmək ancaq gümrah və rahat psixologiya ilə mümkündür. Buna görə, Allahın ayələrini izah edən insanın üzərində diqqət dağıdacaq xüsusiyyətdə, narahat edici heç bir ünsür olmaması, onu dinləyən insanın bütün diqqətini izah edilənlərə verə bilməsini təmin edəcək. Bədəni və geyimləri baxımsız olan adam, qarşısındakı insanda hələ ən başdan mənfi və iyrənc təsir meydana gətirər. Ancaq Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyan möminin görünüşü, gözə son dərəcə xoş gələr. Təmizliyi və baxımı isə son dərəcə diqqət çəkici xüsusiyyətdədir və qarşı tərəf üzərində heyranlıq və hörmət oyandıran təsir buraxar.

Təbliğdə ikramın məqbul olması

Quranın işarələrindən anladığımız başqa nöqtə də, ürəyi dinə isinən kəslərə gözəl ikramlar olmasıdır. Əslində bu, təbliğ əsas mövzusu olsun ya da olmasın, möminlərin təbii həyatları içərisində bütün insanlara yönəltdikləri rəftardır. Çünki Quran əxlaqı, möminlərə, qarşılarındakı insan daha əvvəl heç tanımadıqları olsa da nəzakətli və incə düşüncəli olmağı öyrədər. Əvvəlki hissələrdə də bəhs edildiyi kimi hz. İbrahim evinə gələn qonaqlara, əvvəl heç tanımadığı və görmədiyi kəslər olmalarına baxmayaraq, dərhal ikram etmişdir.

Allah Quranın bir başqa ayəsində də, sədəqələrin kimlər üçün olduğunu açıqlayarkən, bunların arasında “ürəkləri dinə isinişib bağlanmaqda olanlara” (Tövbə surəsi, 60) da saymışdır. Bu səbəblə, təbliğ edilən biri üçün ediləcək hər məsrəf də Quranın tövsiyəsinə uyğun olacaq.

Digər tərəfdən əhəmiyyətli mövzunu diqqət verərək dinləmək də, izah etmək də həm enerji, həm də gümrahlıq tələb edən fəaliyyətlərdir. Uzun müddət diqqət toplayıb izah edilənləri dinləmək, həm fiziki, həm də zehni baxımdan yorğunluğa səbəb ola bilər. Bu vaxt edilən gözəl ikram, mühitə həm hərəkət gətirəcək, həm də dağılan diqqətin yenidən toplana bilməsini təmin edəcək.

Din Əxlaqını İzah Etmədə Səmimiyyətin Əhəmiyyəti

Quranda faydalı olacaq çoxlu təbliğ üsulları izah edilmiş, ancaq bütün bunları əsl təsirli edəcək şeyin isə, səmimiyyət olduğu vurğulanmışdır. Quranda vurğulanan bu səmimiyyət anlayışı, cahiliyyə cəmiyyətindəki bilinən şəklindən olduqca fərqlidir. Bu səmimiyyət, insanın ilk olaraq, izah etdiyi şeylərə özünün inanması ilə ortaya çıxar. Əks halda öz izah etdiklərinə özü inanmayan, Allahın tövsiyələrini tətbiq etməyən bir adamın izahatındakı səmimiyyətsizlik, izahat şəklindən rahatlıqla aydın olar.

Ancaq, izah etdiklərinə könüldən inanan və bunları yaşayan insanın vəziyyəti çox fərqlidir. Məsələn, axirətin varlığına qəti iman edən kimsə, cəhənnəmi qəti həqiqətdən bəhs etdiyini bilərək izah edər. İzah edərkən hiss etdikləri, üzündən, gözündən, səs tonundan və rəftarından dərhal aydın olar. Bu isə qarşı tərəfin də cəhənnəmi eyni həqiqət və qorxu ilə qəbul edə bilməsini təmin edər. Yoxsa cəhənnəmin varlığını hələ özü qavraya bilməyən insanın izahatı, onu dinləyənin üzərində də mənfi təsir buraxa bilər. Bu səbəblə, insanın izah etdiyi şeyləri bütün rəftarları, əxlaqı və həyatıyla dəstəkləməsi lazımdır.

Bu mövzuda unudulmaması lazım olan başqa nöqtə də, səmimiyyətin əsla və qəti olaraq təqlidi olaraq əldə edilə bilməyən və tamamilə həqiqi iman ilə qazanılan xüsusiyyət olmasıdır. Quranda peyğəmbərlərin bu xüsusiyyətlərinə bir çox ayə ilə diqqət çəkilmişdir. Belə ki, peyğəmbərlərin bənzərsiz səmimiyyəti ilə qarşılaşan inkarçılar, onların rəftar və danışıqlarında özlərinə təsir edən şeyin nə olduğunu anlaya bilməmişlər, bunun üzərinə “cadugər” böhtanı atmağa da cəhd etmişlər.

İzahat Edərkən Təəccübləndirmək

Təbliğdə səmimiyyət qədər təsirli olan başqa xüsusiyyət də hikmət, yəni köklü və təsirli danışmaqdır. Köklü izahat, mövzunun, əsas vurğulanması lazım olan istiqaməti ilə izah edilərək, gərəksiz detallara girmədən qısa və təəccüb doğuran cümlələrlə ifadə edilə bilməsidir. Allah təbliğdə hikmətli izahatın əhəmiyyətinə belə diqqət çəkmişdir:

İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)

Ancaq hikmətli izahatın şərti yenə səmimiyyətdir. “Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. ...” (Bəqərə Surəsi, 269) ayəsiylə, hikmətin də, səmimiyyət kimi təqlid edərək qazanıla bilinmədiyini, ancaq Allahın diləməsiylə verildiyini anlayırıq. Allah Quranda hikmətin Öz Qatından nemət olaraq verildiyini bildirərək, izahat edərkən təəccübləndirmənin əhəmiyyətinə işarə etmişdir. Bununla əlaqədar bəzi ayələr belədir:

Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq. (Qəsas surəsi, 14)

Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik. (Sad surəsi, 20)

... Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi ... (Bəqərə surəsi, 251)

... Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik. (Nisa Surəsi, 54)

Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!” – deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik. (Məryəm surəsi, 12)

 

4 / total 9
"Harun Yəhyanın Quranın Həyata Təqdim Etdiyi Gözəlliklər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.