Atom Möcüzəsi

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 7

Giriş

İnsan yaşadığı dünyada daim “nə”, “niyə” və “necə” kimi suallara cavab axtarsa da, onların ardınca düşəndə olduqca qısa bir yol qət edə bilir. İnsan yaşadığı dünyanın fövqəladə nizam və tarazlığı barədə suallara cavab axtarmazsa, gerçəyə doğru gedən yolda irəliləməsi mümkün deyil.

Bu kitabda canlı-cansız hər şeyin təməli olan atom mövzusunu incələyəcəyik. Atomla bağlı nələrin necə gerçəkləşdiyini biləndən sonra “niyə” sualına cavab axtaracağıq. Elə bu sualın son cavabı da bizi mütləq həqiqətə qovuşduracaq. Həmin cavabı isə İlahi rəhbər olan və hər şeyə açıqlama verən Quranda tapacağıq.

XIX əsrin birinci yarısından bu günə yüzlərlə elm adamı atomun sirlərini açmaq üçün gecə-gündüz çalışıblar. Atomun forması, hərəkəti, quruluşu və digər xüsusiyyətlərini üzə çıxaran bu çalışmalar maddəni əzəli və əbədi bir varlıq olaraq qəbul edən klassik fizikanı kökündən sarsıtdı və modern fizikanın təməlini qoydu. Eyni zamanda, bu çalışmalar özləri ilə bir çox yeni suallar da ortaya çıxardı. Bu suallara cavab axtaran fiziklər sonda bütün kainatda olduğu kimi, atomda da qüsursuz bir nizam, pozulmaz tarazlıq olduğu haqda ortaq məxrəcə gəldilər. Bu həqiqət hələ 14 əsr öncə Allah qatından endirilən Quranda açıqlanmışdı. Quran ayələrində açıq-aşkar bildirilir ki, bütün kainat mükəmməl nizam (sistem) içində işləyir. Çünki Yer, göy və bu ikisinin arasındakı hər şey sonsuz güc və ağıl sahibi olan Allah tərəfindən yaradılıb. Allah`ın yaratdığı hər şeyin fövqəladə dərəcədə mükəmməl olması və qüsursuz nizam içində işləməsi isə əlbəttə ki, çox təbiidir. Qəribə odur ki, insan öz vücudu da daxil olmaqla, gördüyü, duyduğu və bildiyi hər yerdə qarşısına çıxan sonsuz möcüzələrdən təsirlənmir və bütün bunların nəyə görə ona göstərilməsini düşünmək istəmir.

uzay, evren

Oxuduğunuz “Atom möcüzəsi” adlı bu əsər elmi bir mövzunu incələməklə yanaşı, bu günə qədər adət etdiyiniz elmi kitablardan fərqlənir. Bu əsər əvəzsiz xüsusiyyətləri daşıyan, həm canlıların, həm də cansızların əsası olan atomu “nə” və “necə” sualları prizmasından incələyərək, “niyə” sualının cavabına qapı açır. Bu qapıdan keçəndə isə Allah`ın ağlının, bilgisinin üstünlüyü və bütün varlıqları içinə alması açıq şəkildə gözlər önünə sərilir.

“Allah`dan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, Onundur. Allah`ın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah`ın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur!” (Bəqərə surəsi, 255)

AĞILLI DİZAYN, YƏNİ YARADILIŞ

Kitabda davamlı olaraq, qarşınıza Allah`ın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz “dizayn” kəlməsi çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin başa düşülməsi çox əhəmiyyətlidir. Allah`ın bütün kainatda qüsursuz bir dizayn yaratması Rəbbimizin ilk öncə plan qurduğu və daha sonra yaratdığı mənasına gəlməz. Bilmək lazımdır ki, yerlərin və göylərin Rəbbi olan Allah`ın yaratmaq üçün hər hansı bir dizayn qurmağa ehtiyacı yoxdur. Allah`ın dizayn qurması və yaratması eyni anda olur. Allah bu cür əskikliklərdən münəzzəhdir. Allah`ın bir şeyin və ya bir işin olmasını istədikdə onun olması üçün sadəcə: “Ol!” -deməsi kifayətdir. Quranda Allah belə buyurur:

“Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” –deyər, o da olar”. (Bəqərə surəsi, 117)

 

1 / total 7
"Harun Yəhyanın Atom Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top