< <
1 / total: 17

Giriş

İndiyə qədər gəlib getmiş bütün ümmətlərə onları Allahın doğru yoluna çağıran peyğəmbərlər göndərilmişdir. Rəsullar insanlara Allahın varlığını və birliyini bildirən, onlara Allahın dinini təbliğ edən, Allahın onlardan istədiklərini, başqa sözlə, etmələri və çəkinmələri lazım olan şeyləri bildirən, onları cəhənnəm əzabı barədə xəbərdar edən və cənnətlə müjdələyən insanlardır.

Peyğəmbərlərin həyatı və mübarizəsi ağıllı və öyüd alan möminlər üçün ibrətlərlə doludur. Quranda peyğəmbərlərin təbliğ etdiyi mövzular, istifadə etdikləri inandırma üsulları və bir çox başqa xüsusiyyətləri müfəssəl şəkildə bildirilir:

"Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, ibrətlər vardır..." ("Yusif" surəsi, 111)

Möminlər peyğəmbərlər arasında heç bir fərq qoymadan onların Quranda bildirən xarakter və davranışını, üstün əxlaqını özlərinə örnək etməli, onların öyüd və tövsiyələrinə böyük əhəmiyyət verməlidir. Çünki Allah bu seçilmiş qulları haqqındakı hekayələri cəmiyyətlərə tarixi məlumat olsun deyə yox, möminlər öyüd alıb düşünsünlər, bu üstün insanlardan nümunə götürsünlər deyə Quranda bildirir.

Quranda peyğəmbərlər və onların əməllərində möminlər üçün örnəklər və dərslər var. Bu, Quranda xüsusi şəkildə bildirilən bir məsələdir. Məsələn, Hz.İbrahimdə və ona inananlarda möminlər üçün gözəl örnəklərin olması ayədə bildirilmiş, sonra da onların nümunəvi davranışı göstərilmişdir:

"İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!" Ancaq İbrahimin öz atasına: "Mən mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!" - deməsi istisnadır. "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır. Ey Rəbbimiz! Bizi kafirlərin əlinə salma! Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibi sən!" And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim üz döndərsə bunun zərəri ancaq onun özünə olar. Allah möhtac deyildir; O, tərifə layiqdir!" ("Mumtəhinə" surəsi, 4-6)

Eynilə digər peyğəmbərlər də möminlər üçün hər cəhətdən nümunə götürülməli olan Allahın xüsusi və seçilmiş qullarıdır. İman gətirənlər peyğəmbərlərin heç birinə fərq qoymur, onların hamısına vəhy olunana iman edirlər. Bu, Allahın bir əmridir və Onun bütün əmrləri kimi bunun da üzərində ciddi dayanmaq lazımdır:

"Deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!"" ("Bəqərə" surəsi, 136)

Bütün peyğəmbərlər insanları haqq dinə və ən doğru yola çağırıblar. Bu çağırış onların ümmətinə aid olduğu kimi bizə də aiddir. Hamısının dəvət etdiyi əsas imani və əxlaqi həqiqətlər, göstərdikləri üstün xarakterik xüsusiyyətlər hər dövr üçün, xüsusilə bizim üçün də qəbul edilməsi və örnək götürülməsi vacib olan məsələdir.

Allah da bu hikmətə əsasən onların dəvət etdikləri həqiqətləri və sahib olduqları üstün əxlaqi xüsusiyyətləri Quranda bizlərə bir çox cəhətdən əsaslı və müfəssəl bir şəkildə bildirmişdir. Və Peyğəmbərinin (s.ə.v.) timsalında bütün möminlərə doğru yola tabe olmağı əmr etmişdir:

"Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər bunlar bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: "Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir öyüd-nəsihətdir"" ("Ənam" surəsi, 89-90)

Elə isə möminlərin vəzifəsi Quranda peyğəmbərlərin qissələrini diqqətlə oxuyub onların göstərdiyi doğru yola, etdikləri öyüd və xəbərdarlıqlara ciddi şəkildə riayət etməyə çalışmaqdır. Bu kitabın məqsədi də möminlərin bu cəhdinə yardımçı olmaqdır.

 

1 / total 17
"Harun Yəhyanın Peyqəmbərlərimiz Deyir Ki... kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com