< <
7 / total: 7

NƏTİCƏ

Qiyamət saatı və ondan sonrakı sonsuz həyat insanları gözləyən ən mühüm həqiqətlərdir. Bu səbəbdən də kitab boyu dünya həyatının keçici olmasına dair izah olunanlar çox böyük əhəmiyyət daşıyır. Dünyadakı heç bir şey - karyeranız, evliliyiniz, malınız-mülkünüz uğrunda sonsuz həyatınızı sərf edəcəyiniz qədər mühüm deyil. Uğrunda yaşanması və cəhd edilməsi lazım olan tək şey Allah’ın rizasıdır. Allah sonsuz həyatın başlanğıcını çox böyük və ehtişamlı hadisələrlə gerçəkləşdirəcək. Bu günlə qarşılaşan hər kəs dünya həyatının artıq tamamilə sona çatdığını anlayacaq və axirətin varlığını qəti şəkildə qavrayacaq.

Bütün insanlar belə bir günlə qarşılaşmadan bəlkə də heç düşünmədiyi qiyamət saatını xatırlamalıdırlar.

Bu kitabda yazılanlar gündəlik işlərdən və müvəqqəti istəklərdən bir an üçün uzaqlaşmanıza və həyatın mövcud olmasındakı əsl məqsədi görmənizə kömək edir. Bu böyük və çətin gün gəlib çatmadan əvvəl sizləri qəti bir həqiqət olaraq qarşılaşacağınız qiyamət gününə qarşı xəbərdar etmək məqsədini daşıyır. Bu xəbərdarlıq mühüm bir xəbərdarlıqdır. Çünki belə bir günün və sonrasının varlığından qəflət içində yaşayan hər insanın qiyamət günü şahid olacağı hadisələr dözülməz olacaq və bu insanlar axirətdə sonsuza qədər çətinliklərlə qarşılaşacaq.

Quranda ətraflı şəkildə təsvir edilən qiyamət günü ilə mütləq qarşılaşacaqsınız. O günü bütün sahib olduqlarınızın, hətta öz bədəninizin belə sizdən uzaqlaşdığını görəcək və yeni bir dirilişlə diriləcəksiniz. Sizi gözləyən sonsuz həyatda bu dünyadakı ilə müqayisə edilməyəcək bir nemət, rahatlıq və hüzur əldə etmək üçün Allah’ın sizlərə hələ dünyada ikən verdiyi fürsəti qiymətləndirməlisiniz. Bunun üçün edilməli vacib şey Allah’a iman gətirmək, onun qarşılıqsız olaraq verdiyi nemətlərə şükür etmək və axirət gününün qəti bir həqiqət olduğuna inanmaqdır. Bunun tam əksi axirətdə böyük bir peşmançılığa səbəb olacaq. Allah bir ayədə bunu belə xəbər vermişdir:

“Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları şey necə də pisdir!” (“Ənam” surəsi, 31)

Elə bu səbəbdən, axirətin qəti bir həqiqət olduğunu düşünməli, bu böyük gün üçün hazırlıq etməlisiniz. Ancaq o zaman bu dünyada etdiklərinizin bir dəyəri olacaq, dünyada və axirətdə bənzərsiz bir qarşılıq ala biləcəksiniz. Bu qarşılıq, şübhəsiz, axirətdə nəfsinizin istədiyi hər şeyə sahib ola biləcəyiniz bir məkanda, yəni cənnətdə yaşamaq olacaq. Bu da unudulmamalıdır ki, hesab günü hər insan Allah’ın hüzurunda tək-tənha sorğuya çəkiləcək. O halda, ölüm və sonrası üçün ciddi cəhd göstərmək və hazırlıq görmək lazımdır. Çünki hər insan axirətdə dünyada etdiklərinin qarşılığını haqsızlığa məruz qalmadan tam olaraq alacaq. Hər şeydən əvvəl, insanın ən böyük qazancı, şübhəsiz, Allah’ın razılığıdır. “Həşr” surəsində Allah bu həqiqəti belə xəbər verir:

“Ey iman gətirənlər! Allah’dan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allah’dan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. Allah’ı unudan, buna görə də Allah’ın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqdirlər”. (“Həşr” surəsi, 18-19)

 

7 / total 7
"Harun Yəhyanın Qiyamət Günü kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top