Peşman Olmadan Öncə

KİTABI ENDİRİN

Download (DOC)
Download (MP3)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 9

Giriş

İnsan dünyada bəzən maddi-mənəvi müxtəlif müsibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o, bəlkə də heç bir fiziki əziyyətlə müqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda böyük əzginlik əmələ gətirir. Bəhs etdiyimiz bu hiss "peşmançılıq" hissidir.

Peşmançılığın iki fərqli şəkli var. Allah`a iman gətirən insanların yaşadıqları peşmançılıqla yuxarıda tərif etdiyimiz və inkarçı insanların yaşadıqları peşmançılıq bir-birindən çox fərqlidir.

Möminlər hər hadisədən Allah`ın xəbəri olduğunu və Onun izni ilə baş verdiyini, başlarına nə gəlsə, Allah`ın izni ilə olduğunu qəti olaraq bilən insanlardır. Buna görə də çox mühüm xüsusiyyətlərdən biri olan təvəkkülü əsas götürürlər. İnanan insan çətinliklə qarşılaşanda da, heç etmək istəmədiyi səhv bir iş görəndə də təvəkküllə hərəkət edər. Əgər səhv edərsə, tez tövbə edər və Allah`ın onu bağışlayacağını düşünər. Bu səbəbdən də sıxıntılı və uzun müddət davam edən peşmançılıq hissinə qapılmaz. Möminin hiss etdiyi peşmançılıq onu səhvlərini düzəltməyə, tövbə edərək həmin davranışı bir də təkrarlamamağa istiqamətləndirər. Yəni özünü düzəltməsinə, nöqsanlarını aradan qaldırmasına təhrik edər, ancaq heç vaxt sıxıntıya, ruhi düşkünlüyünə səbəb olmaz. Şövqünü, həyəcanını, iman coşqunluğunu azaltmaz, tərəddüd və vəsvəsəyə salmaz.

Allah`a iman gətirməyən insanların yaşadığı peşmançılıq hissi isə çox sıxıntılı və davamlıdır. Belələrinin təvəkkülü olmadığı üçün qarşılaşdıqları çətinliklərə, etdikləri hər səhv hərəkətə görə dəhşətli sıxıntı çəkirlər. Daim "kaş" nidası ilə yaşayırlar: "kaş etməsəydim..." "kaş deməsəydim..." "kaş getməsəydim..."

Ancaq bundan daha əhəmiyyətli bir məsələ var. Belə ki, insanların dünyada ikən yaşadıqları bu sıxıntılı peşmançılıqdan daha böyüyü axirətdə qarşılarına çıxacaq. Dünyada dindən uzaq olan insanlar axirətdə həmişə dünyada yaşadıqları hər dəqiqənin peşmançılığını hiss edəcəklər. Çünki dünyada onlara çoxlu xəbərdarlıq olmuş, doğru yola dəvət edilmişdilər. Fikirləşmək və həqiqəti tapmaq üçün çox zamanları olmuşdu. Ancaq bunları həmişə qulaqardına vurmuş, xəbərdarlıq ediləndə dinləməmiş və dünyadakı yaşantının heç bitməyəcəyi kimi aldadıcı bir hissə qapılaraq axirəti yaddan çıxarmışlar. Cəhənnəmlə qarşılaşanda isə artıq geri qayıdıb səhvlərini düzəltməyə imkan tapa bilməyəcəklər. Quranda bu adamların axirətdəki peşmançılıqla dolu sözləri belə ifadə edilmişdir:

Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: "Kaş mən torpaq olaydım!" (Nəbə surəsi, 40)

Odun üzərində dayandırıldıqları vaxt onların: "Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq",dediklərini görəydin! (Ənam surəsi, 27)

Onlar deyəcəklər: "Əgər biz dinləsəydik və ya anlasaydıq, alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!" (Mülk surəsi, 10)

Sizə təqdim etdiyimiz bu kitabın məqsədi "kaş ağıllı hərəkət edəydik...", "kaş Rəbbimizin ayələrini yalan saymayaydıq...", "kaş bizə xəbərdarlıq edənlərin sözlərinə əməl edəydik...", "kaş" deyəcəkləri və torpağa dönüb yox olmağı istəyəcək qədər böyük peşmançılıq çəkəcəkləri günlə bağlı insanları tənbeh etmək və hələ ki, düzəlmək imkanı olduğundan, onları Allah üçün yaşamağa çağırmaqdır.

Unutmayın ki, o gün peşmançılığın heç kimə faydası olmayacaq və heç kimi cəhənnəm əzabından qurtarmayacaq. Bu peşmançılığı yaşamamağın yeganə yolu vaxt var ikən Allah`a təslim olmaq, Onun əmr etdiyi şəkildə yaşamaqdır.

Bu kitab sığınacaq heç bir yerin və heç cür qurtuluş imkanının olmadığı axirət əzabına qarşı xatırlatma, Allah`ın yoluna dəvətdir.

Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)

1 / total 9
"Harun Yəhyanın Peşman Olmadan Öncə kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top