< <
1 / total: 9

İnsanın ən böyük düşməni şeytan

Hər kim olursunuzsa olun, sizin sonsuz bir əzab çəkməyinizi istəyən və bütün varlığını buna həsr edən son dərəcə təhlükəli düşməniniz var - bu, şeytandır. Başqa sözlə desək, Allah tərəfindən lənətlənmiş və Onun hüzurundan qovulmuş olan iblis və onun ardıcılları.

O, sizin ən böyük düşməninizdir. O, bir əfsanə, yaxud da bir nağıl deyil, həqiqətin özüdür. O, bəşər tarixinin hər dövründə mövcud olmuşdur. Şeytan yaşamış və ölmüş milyardlarla insanı atəşin içinə çəkib və indi də çəkməkdədir. Şeytan heç bir zaman kimsəyə fərq qoymaz. Gənc, yaşlı, qadın, kişi, dövlət başçısı və ya dilənçi olsun, fərq etməz, hər bir insan bu düşmənin hədəfindədir.

Bu yazını oxuyarkən də şeytan sizi güdür və planlar cızır. Onun yeganə bir arzusu var: özü ilə bərabər və siz də daxil olmaqla, gücü yetdiyi qədər çox insanı cəhənnəmə sürükləmək.

Şeytanın zəfər qazanması üçün insanların ona sitayiş və ya çox azğınlıq etməsinə ehtiyac yoxdur. İnsanlardan mütləq Allah`ı inkar etməsini də istəmir. Onun özü Allah`ı inkar etmir ki, insanlardan da bunu xüsusilə tələb etsin. Onun tək bir arzusu var - düşmənlərini Allah`ın dinindən və Qurandan uzaqlaşdırmaq, onların Allah`a səmimi və ixlasla ibadət etməsinə mane olmaq, bunun da nəticəsində insanların sonsuz əzab çəkməsinə nail olmaqdır. O, bəzən dindarlıq maskası altında Allah`ın adına istinad edərək insanları həqiqi dindən uzaqlaşdırır, azdırır. Bu isə insanları özü ilə bərabər cəhənnəm dərəsinə çəkmək üçün yetərlidir. Hansı vəsilə ilə olursa-olsun, onun ardıcıllarının sonu dəyişmir:

Onun haqqında əzəldən belə yazılmışdır. "Hər kəs onunla dostluq etsə, onu yoldan çıxarıb cəhənnəm əzabına sürükləyər." (Həcc surəsi, 4)

İblisin Allah`a üsyanı

Qurana görə, şeytan ilk insan olan həzrəti Adəmdən bu yana insanları Allah yolundan çıxarmaq üçün yorulmadan çalışan və qiyamətə qədər də çalışacaq varlıqların ümumi adıdır. Bütün şeytanların atası və ən böyüyü isə hz. Adəmin yaradılması ilə birlikdə Allah`a qarşı üsyan edən iblisdir.

Qurandan öyrəndiyimizə görə, Allah hz. Adəmi yaratmış və mələklərin ona səcdə etməsini əmr etmişdi. Mələklər Allah`ın əmrini yerinə yetirdilər. Ancaq cinlərdən olan iblis hz. Adəmə səcdə etmədi. Özünün insandan daha üstün yaradıldığını söylədi. Bu itaətsizliyi və təkəbbürlülüyü üzündən Allah`ın dərgahından qovuldu.

Şeytan Allah`ın hüzurundan ayrılmazdan öncə insanları da özü kimi azdırmaq üçün Allah`dan möhlət istədi. Allah ona qiyamət gününə qədər möhlət verdi. Beləcə, iblisin insana qarşı düşmənçilik fəaliyyəti başladı. Allah iblisi və ona uyanları cəhənnəmə dolduracağına hökm verdi. Allah Quranda bu hadisəni belə xəbər vermişdir:

Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.

Allah iblisə: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu", - deyə buyurdu. İblis: "Mən ondan daha üstünəm, çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!"dedi.

Allah buyurdu: "Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alçağın birisən!"

İblis dedi: "Mənə qiyamətə qədər möhlət ver!"

Allah buyurdu: "Sən möhlət verilənlərdənsən!"

İblis dedi: "Sən məni azdırıb yoldan çıxardığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! "

"Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükür edən görməyəcəksən!"

Allah buyurdu: "Oradan rüsvay olmuş və qovulmuş halda çıx. Onlardan hər kim sənə uysa, cəzasını alacaq. Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!" (Əraf surəsi, 11-18)

İblis, beləcə, Allah`ın dərgahından qovulduqdan sonra qiyamətə qədər sürəcək davasına başladı. İnsanları aldadaraq azdırmaq üçün onlara hücum etdi. İlk böyük tələsi cənnətdə yaşayan hz. Adəmi və zövcəsini aldadaraq onları Allah`ın əmrinə üsyan etməyə sövq etməsi idi. Bəşər tarixinin lap əvvəllərində baş vermiş bu hadisə Quranda belə bildirilir:

Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız!

Şeytan Adəmin və Həvvanın "örtülü ayıb yerlərini " özlərinə göstərmək məqsədi ilə pıçıldayıb dedi: "Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan etmişdir."

Həm də onlara: "Mən sizin xeyirxah məsləhətçilərinizdənəm" deyə and içdi.

Beləliklə, şeytan onları batil sözlərlə aldatdı. Adəm və Həvva ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar cənnət yarpaqlarından dərib ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu:"Məgər sizə bu ağaca (yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin aşkar düşməninizdir, - deməmişdimmi?"

Adəm və Həvva: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" dedilər.

Allah buyurdu: "Bir-birinizə düşmən olaraq yer üzünə enin. Yerdə sizin üçün bir müddət sığınacaq və dolanacaq vardır."

Allah buyurdu: "Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız." (Əraf surəsi, 19-25)

Hz. Adəm Allah`a tövbə etdi və Allah onu bağışladı. Ancaq iblisin insanlara qarşı apardığı mübarizə bitmədi. Quranın Maidə surəsində də bildirildiyi kimi, şeytan hz. Adəmin iki oğlundan birini aldatdı və onu qardaşını öldürməyə sövq etdi. (Maidə surəsi, 27)

O tarixdən sonra da iblis insan nəslindən çox insanı aldadıb öz tərəfinə çəkdi. O biri tərəfdən digər cinlərdən də çoxlu yoldaşı oldu. İblisin yolunu gedən bu cinlər eynilə onun kimi insanları azdırmaq üçün onların "qəlbinə girib gizlicə vəsvəsə verməyə " (Nas surəsi, 4) başladılar. İblisin yoldaşı olan bu cinlər və insanlar da onun sahib olduğu "şeytan" sifətini qazandılar.

(Şeytan ,"uzaq olmaq" kökündən gələn kəlmədir və Allah`ın rəhmətindən qovulub uzaqlaşdırılmış hər azğın və üsyankar bəndənin sifətidir.)

Dolayısilə, insan oğlunun üzbəüz qaldığı ən böyük təhlükə olan şeytan iblis tərəfindən rəhbərlik edilən cin və insandır. Bu cin və insanlar iblisin yolu ilə gedirlər. Özləri azdıqları kimi, digər insanları da azdırmağa çalışırlar. "Cinni" (cinlərdən olan) şeytanlar insanlar tərəfindən görülmədikləri üçün onlara hiss edilmədən yanaşır, zehinlərinə azdırıcı düşüncələr doldurur. "İnsi" (insanlardan olan) şeytanlar isə digər insanların qəlbinə açıq-aşkar soxulur, onları Allah`ın yolundan çıxarmaq üçün öz fikirlərini onlara aşılayır. Bu tipdən olan şeytanlar insanın yaxın dostu olacağı kimi, cəmiyyətdə qəbul edilən "mütəfəkkir" də ola bilər. Quranda bu təhlükəyə qarşı möminlərə bu dua öyrədilir:

De ki: Pənah aparıram insanların Rəbbinə;

İnsanların malikine, İnsanların (gerçek) ilahına;

"insanların ixtiyar sahibinə; insanların Tanrısına vəsvəsə verən, qaçıb gizlənən" şeytanın şərindən.

o şeytan ki, insanların ürəklərinə vəsvəsə salır; cinlərdən də olur, insanlardan da.(Nas surəsi, 1-6)

Şeytan insana müxtəlif yollarla yaxınlaşa bilən bir düşmən olduğuna görə, ondan qorunmaq üçün böyük diqqət göstərmək lazım gəlir. Bunun ən birinci şərti şeytanı tanımaqdır. Şeytanı tanımaq üçün ona baxdıqda olduqca qəribə və əsrarəngiz bir məntiqə sahib olduğunu görürük. Əvvəlcə, iblis tərəfindən istifadə olunan, sonra da onun bütün ardıcılları tərəfindən davam etdirilən bu məntiqin əsasında təkəbbürlülük və özünü bəyənmək hissi dayanır.

Şeytanın əsrarəngiz məntiqi

Quranın şeytanla bağlı hekayətində iblisin Allah`a üsyanının səbəbi belə bildirilir:

Allah iblisə: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" deyə buyurdu. İblis: "Mən ondan daha üstünəm, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" (Əraf surəsi, 12)

İblis özünün daha üstün varlıq olduğunu iddia edərək insana səcdə etməyi rədd edir. Ancaq üsyanının səbəbi zahirlə bağlıdır və çürük bir fikrə dayanır. Özünün oddan, insanın palçıqdan yaradıldığını bildirir və odun palçıqdan daha üstün bir maddə olduğunu önə çəkir. Yəni iblisin lovğalanmasının bütün səbəbi iki maddə arasındakı fiziki bir fərqlə bağlıdır. Ancaq yaradılış istər palçıqdan, istərsə oddan olsun, iblisi də, insanı da Allah yaradıb. Yaradılmış bir varlığın Yaradanın əmrinə yaradıldığı maddəni irəli sürərək üsyan etməsi həm çox böyük ağılsızlıq, həm də böyük bir nankorluqdur. Ancaq iblisin insana qarşı olan qısqanclığı və içindəki təkəbbürlülük hissi onun bunu başa düşməsinə mane oldu. İblis isə sadəcə olaraq fiziki olan fərqə qapılaraq Yaradanın əmrinə üsyan etdi. Özünü üstün və fərqli gördüyü üçün iblisin şüurunun korluğu başqa ifadələrdən də aydın olur:

Şeytan dedi: "Sənin quru və qoxumuş palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz." (Hicr surəsi, 33)

İblis özünün Allah tərəfindən yaradıldığını inkar etmir. Üsyanının səbəbi inkarçılıq deyil. Əksinə, onu yaradanın Allah olduğunu birmənalı şəkildə söyləyir. Ancaq: "Mən ondan daha üstünəm, məni oddan yaratdın, onu isə palçıqdan yaratdın" deyərək üsyan edir. Bu ağlabatmaz üsyanın heç bir məntiqi əsası yoxdur.

İblisin məntiqsizliyinin digər bir təzahürü isə belədir:

Yenə yadına sal ki, bir zaman mələklərə: "Adəmə səcdə edin!" deyə əmr etmişdik. İblisdən başqa hamı səcdə etmişdi. "Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?"demişdi. (İsra surəsi, 61)

Buradakı son ifadə iblisin nə qədər böyük bir qəflət və yanlışlıq içində olduğunu çox açıq şəkildə göstərir. Başqa bir kimsənin ucaldılması, özünün isə arxa planda qalması, hətta o kimsəyə səcdə edilməsinin istənilməsi onu qorxunc bir qısqanclığa gətirib çıxardı. Bu ruhi hal içində isə onda Allah`a qarşı hörmətsizlik və üsyan yaranır.

Allah buyurdu: "Ey iblis! Sənin mənim öz əlimlə yaratdığıma səcdə etməyinə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"

İblis dedi: "Mən ondan daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratmısan!" (Sad surəsi, 75-76)

İblisin hz. Adəmə səcdə etməyi rədd etməsindəki şeytani düşüncə Allah elçisini qəbul etməyən, ona itaət etməyi rədd edən insanlarda da, yəni insi şeytanlarda da görünür. Bu insanlar zahirən özləri kimi olan bir insanı Allah`ın elçisi olaraq qəbul etməyi rədd edirlər. Allah`ın elçisi olaraq qəbul edəcəkləri insanda çox böyük üstünlük görmək istədiklərini söyləyirlər. Bu üstünlüyün ancaq siyasi və ya maddi bir gücə əsaslanmalı olduğunu iddia edirlər. Hz. Muhəmməd (s.ə.v.) dövründəki inkarçıların söylədikləri ifadələr buna bir nümunədir:

Onlar dedilər: "Məgər bu Quran iki şəhərdən birinin böyük bir adamına nazil edilməli deyildimi?" (Zuxruf surəsi, 31)

Ya da inkar edənlər elçiyə iman gətirmək üçün fövqəltəbii bir güc və ya başqa bir aydın dəlil istəyirlər. Quranın bir çox ayələrində bu insanların istəklərinə aid misallar verilmişdir:

Belə dedilər: "Bizə yerdən bir bulaq çıxarmayınca və yaxud (ağacları) arasından şırıl-şırıl çaylar axan xurma və üzüm bağın olmayınca; yaxud iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə; yaxud Allah`ı və mələkləri açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca; yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik. Əgər oxumaq üçün bizə səmadan bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq."

De ki: "Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız peyğəmbər olan bir insanam!" (İsra surəsi, 90-93)

Elçilərə qarşı çıxan və onlara qarşı vuruşan insanların qəbul etmədiyi məsələlərdən biri budur. İnkar edənlər özləri kimi adi bir insana elçilik verilməsini və bu insana itaət etməyi qürurlarına sığışdıra bilmir. Bu həsəd və təkəbbür dolu üsyan iblisin hz. Adəmə səcdə etməyi rədd etməsi ilə eyni təməl üzərində dayanır. Ayənin davamında insanların çoxunun ancaq bu səbəbdən hidayətə gələ bilməməsindən bəhs edilir:

İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: "Allah bir insanımı peyğəmbər göndərdi?" demələridir. (İsra surəsi, 94)

İblisin üsyanına əsrarəngizlik hakimdir. İblis elm sahibi olan bir varlıqdır. Allah`ın varlığına şəxsən şahiddir. Ətrafında mələklər var, insanın yaradılışından xəbərdardır. Allah`ın izzətini, gücünü və sonsuz cəhənnəm əzabını da bilir. İblisin və onun ardıcılı olan bütün şeytanların əsrarəngiz məntiqi burada gizlidir: Allah`ın varlığını və birliyini bildiyi halda, onun hökmünə qarşı çıxmaq və kafirlərdən olmaq... Bu son dərəcə möcüzəvi bir hadisədir. Çünki bu biliklərə və elmə sahib olan iblisin çox güclü bir imanı olmalıdır. Şüur səviyyəsi də eyni şəkildə yüksək, Allah`a son dərəcə hörmətli və itaətli olmalıdır. İblis isə ən şüursuz bir insanın cəsarət etmədiyi bir hərəkət etmişdir.

İblisin varlığındakı sirlər bununla qurtarmır. İnsanlara inkar etmək kimi qorxunc bir günahı aşılamağa çalışdığı halda, əslində, Allah`dan qorxduğunu söyləyir. Bu isə olduqca xəstə bir məntiqə işarədir:

Şeytanın aldatmasına bənzəyir. O, insana: "Kafir ol!" deyər. İnsan kafir olan kimi şeytan (onu qoyub qaçaraq): "Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allah`dan qorxuram!" deyər. (Həşr surəsi, 16)

Başqa bir ayədə şeytanın kafirləri möminlərin əleyhinə qızışdırıb qaldırdıqdan sonra onlardan aralandığı və Allah`dan qorxduğunu etiraf etdiyi bildirilir:

O zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar arasında sizə qalib gələ biləcək kimsə yoxdur. Mən də sizin pənahınız, dadınıza çatanam!" Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: "Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Mən Allah`dan qorxuram." Allah şiddətli əzab verəndir! -demişdi (Ənfal surəsi, 48)

İblisin bir yandan Allah`ın varlığını, onun sonsuz gücünü və elmini qəbul etməsi, digər bir yandan da Ona bilə-bilə üsyan etməsi son dərəcə dolaşıq bir vəziyyətdir. Eyni zamanda, Allah`ın Quranda bildirdiyi əmrləri tənqid və rədd etməyə, Allah`ın hökm verdiyi bir söz haqqında öz dar düşüncəsinə görə mühakimələr yürüdüb ilahi hökmü əhəmiyyətsiz göstərməyə çalışan hər bir kəsin halı iblisin halı kimidir. Bu kimsələr də Allah`ın varlığını eynilə iblis kimi bilir, ancaq özlərini bilməməzliyə vurmaqla onun vəziyyətinə düşürlər.

İblis itaətsizliyi üzündən alçaldılıb, Allah qatındakı vəziyyətindən lənətlənərək qovulub. Qüruru və təkəbbürü üzündən üsyan edən iblis bu xarakterinə görə ən ağır gələcəyə, alçaqlığa sürüklənir. İblis Allah`ın hüzurundan ayrılmadan öncə Allah`dan möhlət və izn istədi. Ancaq bu möhləti Allah`dan bağışlanma diləmək, tövbə etmək, yoluna qayıtmaq və peşmanlığını dilə gətirmək üçün istəmədi. Arzusu insanı da eyni zəlil vəziyyətə salmağa çalışmaqdır.

Beləliklə, şeytanın insana qarşı olan düşmənçiliyi və mübarizəsi belə başlamışdır. Ancaq şeytanın da bütün xüsusiyyətləri ilə Allah tərəfindən yaradılmış və tamamən onun nəzarətində olan bir qüvvə olması unudulmamalıdır. Yəni şeytanın Allah`a qarşı heç bir müstəqil gücü yoxdur. Ancaq cahiliyyə cəmiyyətində yayılmış olan batil inanca görə, şeytanla Allah arasında bir mübarizə mövcuddur. Bu insanların düşüncəsinə görə, şeytan insanları azdırmağı bacardığı zaman Allah`la mübarizədə zəfər qazanır (Allah bütün nöqsanlardan uzaqdır). Halbuki, həqiqət budur ki, şeytan bütün fəaliyyətini Allah`ın izni və iradəsi ilə həyata keçirir. Ancaq burada insanların böyük bir qismi üzərində təsiri olur. Allah`ın izni olmadan o, heç bir şey edə bilməz. Quranda şeytanın istədiyi möhlət və Allah`ın verdiyi izn belə bildirilir:

(İblis) dedi: "Ey Rəbbim! İnsanların qəbirlərindən qalxıb diriləcəkləri günə qədər mənə möhlət ver!" (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!" (Hicr surəsi, 36-37)

Bir başqa ayədə şeytanın aldığı izndən belə bəhs edilir:

(İblis) həmçinin: "Pərvərdigara! Bir de görək, nə üçün onu məndən üstün tutdun? Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram

(Allah) buyurdu: "Çıx get (sənə qiyamətə qədər möhlət verdim). Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız cəhənnəmdir. Özü də tamam-kamal bir cəza!" (İsra surəsi, 62-63)

Ayələrdən də aydın olduğu kimi, şeytan Allah`ın iradə və təqdirinə uyğun fəaliyyət göstərir. Fəaliyyəti insana zərər vermək üçündür. Şeytan onsuz da Allah`ın aləmlərin Rəbbi olduğunu bilir. Hətta iblis insanları azdırarkən Allah`ın böyüklüyünün adına and içər:

(İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam." (Sad surəsi, 82)

Allah şeytanı hüzurundan qovmamışdan əvvəl ona bunları bildirir:

Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, zinaya sövq etməklə mallarına və övladlarına) ortaq ol, onlara cürbəcür vədlər ver”. Şeytan ona uyanlara yalnız yalan vədlər verər! (İsra surəsi, 64)

Şeytanın Allah`ın izni çərçivəsində işlətdiyi hiylələri sonrakı səhifələrdə təfərrüatları ilə açıqlayacağıq. Ancaq unudulmamalıdır ki, şeytanın Allah`ın ona verdiyi imkan xaricində bir gücü yoxdur.

Şeytanın vəzifəsi cəhənnəm üçün yaradılmış insanların aid olduqları yerə getmələrinə vasitəçi olmaqdır. Şeytana tabe olanlar Allah`ın cənnətinə layiq olmayan və əxlaq baxımından heyvandan daha aşağıda dayanan varlıqlardır. Allah bunu ayələrində belə açıqlayır:

Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq, onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla Allah`ın möcüzələrini görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır (Əraf surəsi, 179)

Bununla yanaşı, Allah`ın Ona qarşı səmimi bəndələri üzərində şeytanın heç bir təsiri yoxdur. Allah ona sığınan və ona şərik qoşmayan səmimi bəndələrini şeytanın azdırıcı hiylələrindən qorumuşdur.

Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur(Nəhl surəsi, 99)

Nəticə olaraq deyək ki, şeytan da bütün digər varlıqlar kimi Allah tərəfindən vəzifə verilmiş bir varlıqdır. Onun vəzifəsi Allah`ın cənnət üçün yaratdığı möminlərlə cəhənnəm üçün yaratdığı digər insanların bir-birindən seçilib fərqləndirilməsinə vəsilə olmaqdır. Bu isə bir növ təmizlik mənasına gəlir. Qəlbində xəstəlik və pislik olanlar şeytan vasitəsi ilə möminlərdən uzaqlaşır, ayrılırlar. Ayədə şeytanın hökmünün yalnız bu kimsələr üzərində olacağı bildirilir:

Şeytanın vəsvəsəsini qəlblərində mərəz və ürəkləri qanlı, sərt olanlar üçün bir sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar haqdan uzaq bir ixtilaf içindədir (Həcc Suresi, 53)

Şeytanın möminlərə verməyə çalışdığı sıxıntılar möminlərin dünyada Allah`a yaxınlaşmasına, Allah`a daha sıx sarılmasına və hidayətinin artmasına vəsilə olur:

Və özlərinə elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan xatircəm olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!(Həcc surəsi, 54)

 

"ŞEYTAN ƏMƏLİSALEH MÖMİNLƏRİ GÖRDÜKCƏ AĞLI BAŞINDAN ÇIXIR"

 

ADNAN OKTAR: “O Bu varlıq o mühitdə hələ cəhənnəmi görməmişdi. Allah qorxusunun nə olduğunu bilmirdi. Allah sonradan hz. Adəmə (ə.s) və hz. Həvvaya cəhənnəmi göstərdi. Buna görə də hz. Adəmin (ə.s) də, Həvvanın da, bilirsiniz, zəlləsi var idi, yəni onun sözünə inandılar. Halbuki, Allah`ın sözünə sadiq, Allah`a bağlılıqda qətiyyətli olmalı idilər. Ağıl və qəlbləri bir hikmətlə şeytana uydu. Ancaq Allah qorxusunu gördükdən sonra, yəni cəhənnəmi gördükdən sonra, cəhənnəmin varlığını, dünyadakı imtahanı anladıqdan sonra bütün düşüncələri, hərəkətləri dəyişdi. Çünki cənnət mühitində olduqca rahat idilər. Yeyib-içməkləri, paltarları, hər şeyləri qaydasında idi. Amma Allah onları yer üzünə endirdikdə ayədə: “Ayıb yerləri özlərinə göründü”,deyilir. Təbii ehtiyaclarını gördülər. Hətta rəvayətdə hz. Adəmin (ə.s) bu vəziyyəti görəndə ağladığı söylənilir. Həmin an o, ilk dəfə olaraq peşmanlıq duyğusunu hiss etdi və ağrının və iztirabın nə olduğunu gördü. Allah qorxusunu daha dərindən hiss etdi. Ondan sonra əxlaqı çox mükəmməl oldu. Amma şeytan klassik psixopat xarakterini daşıyan bir varlıqdır. Bunu insanlar arasında da görürük. Sən nə qədər doğru danışırsan danış, nə qədər gözəl danışırsan danış, o, əxlaqsızlığında, namərd xarakterində qalmaqda davam edir. Əgər diqqət etsəniz, şeytanın da klassik bir fahişə xarakteri, yəni namərd xarakteri var. Romantik namərd xarakteri. O, necə namərd ruhludur ki, həm Allah`dan qorxduğunu deyir, həm də Allah`a (Allah'ı tənzih edirik) ağıl verməyə cəhd edir. Çox qəribədir. Sonuna qədər belə gedir, alçaqdır, yəni xarakter olaraq belədir. ”Mən onsuz da sizi çağırmadım”, - deyir, ardınca gələnlərə: ”Siz özünüz gəldiniz”, - deyir. ”Mən Allah`dan qorxuram”, - deyir sonda da, yəni tamamilə psixopat. Özü də klassik psixopat. Cəmiyyətdə, xalq arasında gördüyümüz psixopatlarla eynidir, şəxsiyyət olaraq heç bir fərq yoxdur. Allah`ın əmrinə namərd şəxsiyyəti ilə romantik və dəli bir məntiqlə yanaşır. Deyir ki, hz. Adəmi (ə.s) palçıqdan yaratdın, məni isə oddan. Buna görə də o, məndən daha aşağıdır, zəifdir. O, torpaqdır, mən isə odam. O, axmaq başı ilə Allah`a ağıl verir və: ”Allah`ın yaratmasına baxmayaraq, mən ona səcdə etmərəm”, - deyir. Yəni eqoistlik, qürur və təkəbbür. Guya axmaq Allah`ı peşman edəcək (Allah`ı tənzih edirəm), halbuki, qədəri belədir onun... Amma Allah ona mehdilərini, peyğəmbərlərini, saleh möminləri göstərir. Onları gördükcə şeytanın ağlı başından çıxır. Məsələn: Allah deyir ki, ”bax onlar da bilir sənin bildiyini, amma onlar mənə səcdə edirlər. Mənə qulluq edirlər.” Şeytan səcdədə olan mömin görəndə başına hava gəlir, az qalır ki, dəli olsun. Buna görə də müsəlmanlar namaza çox ciddi yanaşmalıdırlar. Yəni mömin Allah`ın doğru dediyini ona sübut edir... Məsələn, mömin hər itaətində, hər hörmətində, şeytanı yalançı çıxarır. Allah`a tərəf olduğunu göstərir. Çünki şeytan deyir ki, hamı mənim kimidir. Allah da: ”Elə deyil, Mənim saleh bəndələrim mənə müti olacaqlar”, - deyir və Allah`ın dediyi doğru olur. Məsələn, biz Allah`a qarşı mütiyik, təslimiyyətliyik, səcdəyə də gedirik, rükuya da. Əgər: ”Özünü oda at”, - desə, Allah üçün gözümü belə qırpmadan odun içinə atılaram, amma şeytan belə deyil. Yəni tərs məxluqdur. Ona görə, Allah belə imtahan, belə sistem yaratmışdır, amma bütün güc Allah`ındır. Allah istəsə, şeytanı da yaratmazdı və ya istəsə, onu da Özünə səcdə etdirərdi, Allah istəsə, bir an içində onu məhv edərdi, bu, danılmaz həqiqətdir. Ancaq imtahan üçün bizim buna ehtiyacımız var. Yəni cənnətin qiymətini bilməyimiz üçün ehtiyacımız var. Allah qorxusu üçün buna ehtiyacımız var. Allah mükəmməl bir sistem qurmuşdur. O mükəmməl sistem içərisində də şeytana ehtiyac var, ona görə şeytan yaradılmışdır. Bütün möminlər bunu bilsinlər və qəlbləri rahat olsun. Möminlərin hamısı cənnətdədir. Küfr isə cəhənnəmdədir. Amma möminlər onları gördükcə cənnətin qiymətini daha yaxşı biləcəklər, bu, çox əhəmiyyətlidir.” (ADNAN OKTARIN TEMPO TV'DƏKİ CANLI REPORTAJI - 24 mart, 2009)

 

1 / total 9
"Harun Yəhyanın İnsanın Aşkar Düşməni Şeytan kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."