< <
1 / total: 15

Giriş

Həyatlarının əsl məqsədi Allah`ın rizasını qazanmaq olan möminlər bütün gücləri ilə bu yolda çalışan insanlardır. Allah Quranda onlardan Allah yolunda malları və canları ilə vuruşan, yəni səy göstərən, cəhd göstərən insanlar kimi bəhs edir. Çünki bütün həyatlarını Allah`a həsr etmiş və Allah`ın rizasına, cənnətinə qarşılıq sahib olduqları maddi-mənəvi hər şeylərini ortaya qoymuşlar.

İnananların Allah`a təslim olmalarını və hər bir çətinlikdə ruhdan düşmədən: “Allah bizə bəs edər” (Ali-İmran surəsi, 173) - deyəcək qədər yüksək ruha sahib olmalarını təmin edən əhəmiyyətli bir xüsusiyyətləri vardır: Allah rizasını qazanmaq şövqü…

İmanın qazandırdığı bu şövq insanın vücudi və zehni gücünü ən yüksək səviyyəyə qaldıran və beləcə, insanın həyatı həmişə ən gözəl və ən dinc şəkildə yaşamasını təmin edən bir qüvvədir. Allah eşqindən qaynaqlanan bu həyəcan inananlara mənəvi güc, dözüm və müqavimət verir. Dəmir kimi iradə, cəsur və igid xarakteri qazandırır. Möminlər bu imani güc sayəsində hər çətinliyə ən gözəl şəkildə sinə gərə bilir və istənilən şərtlərdə bütün gücləri ilə Allah`ın rizasını qazanmaq üçün səy göstərməyə davam edirlər.

Allah Quranın bir çox ayəsində şövqün əhəmiyyətinə diqqət çəkmiş və möminlərin sərhəd tanımadan bir-birlərini təşviq edib gücləndirmələrini tövsiyə etmişdir. “...Möminləri də təşviq et!...” (Nisa surəsi, 84) ayəsi ilə əmr edildiyi kimi, inananları şövqləndirmək Quran əxlaqını yaşayan insanlar üçün önəmli bir ibadətdir.

Bu ayənin işığında bu kitabda möminlərin həyatlarının sonuna qədər hər an daha da artan şövqlərindən bəhs edəcəyik. Məqsəd bütün inananlara şövqün nə qədər böyük bir nemət və möminlərin gücünü necə artıran bir xüsusiyyət olduğunu göstərməkdir. Eyni zamanda, şövqün istənilən şərtlərdə möminləri müvəffəqiyyətli edən əhəmiyyətli sirr olduğunu açıqlamaq, səbir və təvəkküllə çətinliklərə sinə gərib şövqlərini itirməyənlərə vəd edilən gözəllikləri müjdələməkdir. Allah`ın çağırışına tabe olan möminləri hazırlamaq, təşviq edib cəsarətləndirmək və onlara “genişliyi göylərlə yer üzü qədər olan” (Ali-İmran surəsi, 133) cənnətə qovuşmaq üçün yarışmalarını bir də xatırlatmaqdır.

Ayrıca, Allah`ın bildirdiyi kimi, yarışıb önə keçənlərdən olmaq var ikən, özlərinə orta yol tutan və dini bu şəkildə yaşamağı kafi görənləri də belə böyük nemətin varlığını xatırladaraq hərəkətə keçirməkdir.

1 / total 15
"Harun Yəhyanın Quranda Şövq və Həyəcan kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com