Quran Möcüzələri 1&2

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 11

Giriş

Allah insanlara yol göstərən bir kitab olan Qurani-kərimi 14 əsr əvvəl göndərdi və bütün insanları Qurana tabe olaraq qurtuluşa dəvət etdi. Ayədə də bildirildiyi kimi: “Halbuki, bu (Quran) aləmlərə ancaq bir öyüd-nəsihətdir!” (“Qələm” surəsi, 69/52). Quran göndərildiyi gündən qiyamət gününə qədər bəşərin yeganə rəhbəri olacaq sonuncu ilahi kitabdır.

Quran göndərildiyi gündən indiyə qədər hər bir əsrdə yaşayan insanların başa düşəcəyi asan və aydın üsluba malikdir. Allah Quranın bu üslubunu “And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq...” (“Qəmər” surəsi, 54/22) ayəsi ilə xəbər verir. Həmçinin Quranın ədəbi yönünün ecazkarlığı, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmətləri onun Allah`ın sözü olmasını sübut edən mütləq dəlillərindəndir.

Quranın bu xüsusiyyətləri ilə yanaşı, onun Allah`ın sözü olmasını sübut edən müxtəlif möcüzəvi cəhətləri də var. Onun bu yönlərindən biri yalnız XX və XXI əsrlərin texnologiyası ilə aydınlaşdırılan bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda xəbər verilməsidir.

Əlbəttə, Quran sırf elm kitabı deyil. Ancaq müxtəlif ayələrində yığcam, dolğun və hikmətli üsulla qeyd edilən bəzi elmi həqiqətlər yalnız XX əsrin texnologiyası ilə kəşf edilib. Quranın göndərildiyi dövrdə elmi izahı mümkün olmayan bu məlumatlar Quranın Allah`ın sözü olduğunu insanlara bir daha sübut edir. Quranın elmi möcüzələrini başa düşmək üçün ilk növbədə bu ilahi kitabın göndərildiyi dövrdəki insanların elmi səviyyəsinə nəzər salmaq lazımdır.

Quranın göndərildiyi VII əsrdə ərəblər elmi məsələlərlə bağlı cürbəcür xurafata və batil inanclara sahib idi. Kainatı və təbiəti tədqiq etmək üçün heç bir texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. Məsələn, onlar göyün yuxarıda dayanmasını dağların yerdə olması ilə əlaqələndirirdilər. Bu inanca görə, dünya düz idi və hər iki tərəfində yüksək dağlar olduğu üçün onlar göyü saxlaya bilirdilər. Ancaq ərəblərin bu batil inancları Quran tərəfindən alt-üst edildi. Məsələn, “Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəltdi...” (“Rəd” surəsi, 13/2) ayəsi dağların göyü yuxarıda saxlaması barədəki yanlış fikri alt-üst etdi. Həmin dövrün insanlarının heç birinin bilmədiyi əksər məsələlər Quranda öz izahını tapdı. İnsanların astronomiya, fizika və ya biologiya haqqında çox az məlumatları olduğu bir dövrdə göndərilən Quran kainatın yaradılmasından insanın əmələ gəlməsinə, atmosferin quruluşundan Yer kürəsindəki nizama qədər ən müxtəlif mövzularda əsas məlumatları xəbər vermişdir.

İndi Quranda qeyd edilmiş bu elmi möcüzələrdən bir hissəsinə birlikdə nəzər salaq.

 

1 / total 11
"Harun Yəhyanın Quran Möcüzələri 1&2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top