Qiyamət Əlamətləri

KİTABI ENDİRİN

Download (DOC)
Download (MP3)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 5

GİRİŞ

pembe lale

Tarix boyu insanların əksəriyyəti dağların heybətli quruluşuna, ulduzların və Günəşin böyüklüyünə öz ibtidai qavrayışına uyğun olaraq məna vermiş və kainatın sonsuzluğa qədər mövcud olacağına inanmışdı. Onların bu inancı çoxtanrılı və maddiyyatçı yunan fəlsəfələrinin, Şumer və Misir dinlərinin onurğa sütununu təşkil etmişdir.

Bu cür düşünən insanların necə yanıldıqlarını bizə Quran xəbər vermişdir. Allah`ın Quranda bildirdiyi xəbərlərdən biri də kainatın yaradılması və onun sonunun da olacağı həqiqəti ilə bağlıdır. Bütün insanlar və canlılar kimi, kainatın da ölümü olacaq. Milyardlarla ildir qüsursuz işləyən bu nizam hər şeyi yaradan Rəbbimizin əsəridir. Bu nizam Onun əmri ilə və Onun müəyyən etdiyi bir vaxtda möhtəşəm formada bitəcək.

Kainatın, mikroorganizmalardan insanlara qədər içindəki bütün canlılar, ulduzlar və qalaktikalarla birlikdə ortadan qaldırılacağı zaman ayələrdə "saat" olaraq ifadə edilir. Bu, hər hansı saat deyil, Quranda qiyamətin vaxtını bildirən müəyyən və xüsusi saatdır.

Quranda qiyamət saatının gələcəyi xəbəri ilə yanaşı, həmin vaxt baş verəcək hadisələr də bütün mərhələləri ilə müfəssəl surətdə təsvir edilib: "Göy yarılıb parçalandığı zaman", "Dənizlər qaynayıb bir-birinə qarışacağı zaman", "Dağlar yerindən qopardılacağı zaman", "Günəş sarınıb-büküləcəyi zaman"…

İnsanların bu dəhşətli müsibətlərdən qorxması, təlaşı və çaşqınlığı, qaçıb gizlənəcək heç bir yerin olmayacağı da ayələrdə müfəssəl şəkildə qeyd edilmişdir. Buradan da qiyamətin kainat tarixində bənzəri olmamış çox böyük müsibət olacağı nəticəsinə gəlirik.

"Qiyamət günü" və "Ölüm, qiyamət, cəhənnəm" adlı kitablarımızda qiyamət günü ilə bağlı ətraflı məlumat var. Əlinizdəki kitab isə qiyamət gününün yaxınlaşacağı vaxt baş verəcəyi xəbər verilən hadisələrdən bəhs edir. Bunu xüsusilə bildirməliyik ki, kainatı gözləyən nəticənin hər dövrdə diqqətəlayiq bir mövzu olması ayələrdən də məlumdur. Quranda insanların Peyğəmbərimizdən (s.ə.v) qiyamət saatının nə vaxt gələcəyini soruşması belə xəbər verilir:

"Səndən saat (qiyamət) haqqında soruşurlar ki, nə vaxt qopacaq" ("Əraf", 7/187).
"Səndən qiyamətin nə zaman qopacağı barədə soruşurlar" ("Naziat", 79/42).

Peyğəmbərimizə (s.ə.v) bu cür sual verənlərə: "O, ancaq Rəbbimə məlumdur" ." ("Əraf", 7/187) - şəklində cavab verməsini Allah əmr etmişdir. Bununla da qiyamətin nə vaxt qopacağını ancaq Allah`ın bildiyini ifadə etmişdir. Qiyamətin nə vaxt qopacağını heç kim bilə bilməz, lakin Peyğəmbərimizin (s.ə.v) hədislərinə və Quranda yer alan işarələrə baxıb əsr olaraq qiyamətin nə zaman qopacağına dair təxminlər əldə etmək olar. Belə demək mümkündür ki, qiyamətin qopacağı zaman iman edən heç kimsə qalmayacaq və küfr yer üzünə tam hakim olacaqdır. Necə ki, böyük İslam alimi Bərzənci və Suyuti həzrətləri Peyğəmbərimizin (s.ə.v) hədislərinə əsaslanıb ümmətin ömrünün hicri 1500-ü keçməyəcəyini bildirirlər. Bədiüzzaman Səid Nursi həzrətləri də yenə hədislərdəki bilgilərə görə, müsəlmanların hicri 1506-cı illərə qədər uca Allah`ın haqq üzərində qalibanə olaraq davam edəcəklərini, hicri 1545 (miladi 2120) tarixində isə qiyamətin qopacağını ifadə etmişdir.

Bundan başqa, qeyd etmək lazımdır ki, qiyamət saatı haqqında bilgi verən bir çox ayə mövcuddur. Mövzu ilə əlaqədar digər ayələri araşdırdığımızda əhəmiyyətli bir həqiqətlə qarşılaşırıq. Quranda qiyamət üçün bir tarix açıqlanmamışdır, fəqət qiyamət öncəsində ortaya çıxan əlamətlər xəbər verilir. Bir ayədə qiyamətin bir çox işarəsinin olduğunu Allah bizə belə bildirir:

Onlar ancaq o saatın qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları onlara nə fayda verər?! (Muhəmməd, 47/18)

Bu ayədə xüsusilə gələcəyi bildirilən qiyamətin əlamətlərinin Quranda xəbər verildiyi başa düşülür. Bu böyük xəbərin əlamətlərini başa düşmək üçün ayələrin üstündə fikirləşmək lazımdır. Əks təqdirdə, ayədə bildirildiyi kimi, qiyamət vaxtı gələndən sonra fikirləşməyin heç bir xeyri olmayacaq.

Peyğəmbərimizin (s.ə.v) günümüzə qədər gəlib çatan sözlərinin, yəni hədislərinin bir hissəsi qiyamətin əlamətləri haqqındadır. Peyğəmbərimiz (s.ə.v) hədislərində həm qiyamətin əlamətləri, həm də qiyamətdən əvvəlki dövrlə bağlı ətraflı məlumatlar vermişdir. Qiyamət əlamətlərinin meydana çıxacağı bu dövr İslam mənbələrində axırzaman (son dövr) şəklində adlandırılmışdır. Axırzaman və qiyamət əlamətləri kimi mövzular İslam tarixində çox böyük marağa səbəb olmuş, İslam alimlərinin və tədqiqatçılarının əsərlərinin əsas mövzularından birini təşkil etmişdir.

papatyalar

Uca Allah Quranda İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) də hədislərində bu böyük və mübarək hadisəyə axırzamanda hz. Mehdinin vəsilə olacağını xəbər vermişdir. Quran əxlaqı gərəyi və Peyğəmbərimizin (s.ə.v) bildirdiyi kimi, İslam əxlaqının hakimiyyəti sevgi ilə olacaqdır. İslam əxlaqının hakim olması ilə yer üzü hüzur və güvənliyə qovuşacaq, bütün qarışıqlıq, anarxiya və terror hadisələri sona çatacaqdır. Axırzamanın fitnə və zülmlərindən cana yığılan insanlar İslam əxlaqını yer üzünə hakim edən hz. Mehdinin (ə.s) ədalətindən, comərdliyindən mərhəmət və sevgisindən razı olacaqlar.

Axırzamanda hz. Mehdinin (ə.s), Allah`ın izni ilə, mütləq zühur edəcəyi Peyğəmbərimizin (s.ə.v) hədisi-şəriflərində belə müjdələnmişdir:

"Dünyada tək bir gün qalsa belə, (qiyamət qopmadan) Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun,, əhli-beytimdən mütləq bir şəxs (hz. Mehdi) gələcək, daha öncə zülm və haqsızlıqla dolu olan yer üzünü ədalət və insafla dolduracaq". (Əbu Davud və Tirmizi; Böyük hədis külliyyatı, Rudani, cild 5, səh. 365)

Hədislərdə bildirildiyinə görə, hz. Mehdi (ə.s) axırzamanda zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcək. Hz. Mehdinin (ə.s) zühur etməsi ilə yer üzündəki bütün zülm və haqsızlıqlar sona çatacaq. Dünyaya ədalət, sülh, sevgi və hüzur hakim olacaq. Bu hadisələr bəzi hədislərdə belə xəbər verilir:

"...Bu Əmir (hz. Mehdi (ə.s)) insanlar yer üzünü daha öncə zülmlə doldurduqları kimi, yer üzünü ədalətlə dolduracaqdır. Artıq sizdən kim o günə çatarsa, qar üstündə sürünməklə də olsa, onlara qoşulsun". (Sünəni-İbni Macə, "Kitabül-fitən")

"Hz. Peyğəmbər (s.ə.v) ən başda İslamı necə ayaqda tutdusa, hz. Mehdi də (s.ə) ən sonda eyni şəkildə İslamı ayaqda tutacaqdır". (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 26)

Bütün bu məlumatları bir yerə yığanda çox zəruri bir nəticə ilə qarşılaşırıq. Ayə və hədislər axırzamanın iki mərhələli olduğunu göstərir. Birinci mərhələ dünyanın maddi və mənəvi problemlərlə dolu olduğu bir dövrdür. Bundan sonra gələcək ikinci dövr isə "Qızıl Əsr" adlandırılan Quran əxlaqının və hər sahədə yüksək rifahın yaşanacağı bir dövrdür. Dünyanın Qızıl Əsrin qurtarması ilə yanaşı, çox sürətlə sosial tənəzzülə girməsi ilə də qiyamət saatının gələcəyi gözlənilir.

Oxuduğunuz kitabın məqsədi də qiyamət əlamətlərini ayə və hədislərin işığında incələmək, bu əlamətlərin bir-bir, təsvir edildiyi kimi içində yaşadığımız əsrdə ortaya çıxmağa başladığını göstərməkdir. On dörd əsr əvvəl bildirilən əlamətlərin zühur etməsi insanların Allah`a olan imanını və bağlılığını artıran çox böyük hadisələrdir. Sonrakı səhifələrdəki qeydlərimiz də Rəbbimizin "Və de ki: "Həmd olsun Allah`a! O, öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız" ("Nəml", 27/93) vədinə uyğun olaraq hazırlanmışdır.

Xüsusi olaraq bildirmək istədiyimiz zəruri bir məsələ də budur ki, hər şeyin ən doğrusunu Allah bilir. Hər məsələdə olduğu kimi, qiyamət haqqında da Onun bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur.

kuşlar

Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirilən əlamətlər bu əsrdə gerçəkləşmişdir.

Peyğəmbərimiz (s.ə.v) hədislərindən birində hz. Mehdinin (ə.s) hicri 1400-cü ildə zühur edəcəyini müjdələmişdir:

"İnsanlar 1400-cü ildə hz. Mehdinin ətrafında toplaşacaqlar". (Risalətül-xürucul-Mehdi, səh. 108)

Eyni zamanda, son min ilin ən böyük İslam alimi ustad Səid Nursi həzrətləri də öz külliyyatında hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildən fəaliyyətdə olacağını bildirmişdir:

 

"İstiqbali-dünyəviyyədə (dünyanın gələcəyində) 1400 il sonra gələcək bir həqiqəti əsrlərində karib (yaxın) zənn etmişlər". (Sözlər, səh. 318)

Həqiqətən də, hicri 1400-cü ildən etibarən peyğəmbərimizin (s.ə.v) bildirdiyi bütün axırzaman əlamətləri möcüzəvi şəkildə bir-birinin ardınca baş vermişdir.

Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərin əksəriyyəti böyük İslam alimi İmam Rəbbaninin məşhur "Məktubati-Rəbbani" əsərində, eyni zamanda, əhli-sünnənin hədis ədəbiyyatında ən etibarlı hədis kitabları kimi qəbul edilən altı kitabda (Kutubi-siddədə) yerləşir. Ustad Səid Nursi həzrətləri də hicri 1327-ci ildə Şamdakı Əməvi məscidində on min insana verdiyi xütbəsində (Xütbeyi-Şamiyədə) və "Barla lahiqəsi", "Kastamonu lahiqəsi" və "Şüalar"da hz. Mehdinin (ə.s) hicri 1400-cü ildə zühur edəcəyini dəfələrlə açıq şəkildə bildirmişdir.

Eyni zamanda, Peyğəmbərimizin (s.ə.v) hədislərində, İmam Rəbbani, Cəlaləddin Suyuti, Əhməd ibn Hənbəl, Ustad Səid Nursi həzrətləri kimi böyük İslam alimlərinin əsərlərində İslam ümmətinin ömrünün hicri 1500-cü illərə qədər davam edəcəyi də bildirilmişdir:

"Mənim ümmətimin ömrü 1500 ili heç keçməyəcək". (Suyuti, Əl-kəşfu ən mücavəzəti-həzihil-ümməti əl-əlfu, Əlhavi lil fətavi, Suyuti. 2/248, Təfsiri-ruhul-bəyan. Bursəvi, (Ərəbcə) 4/262,Əhməd bin Hənbəl, Kitabül-iləl, səh. 89)

İmam Suyuti Peyğəmbərimizin (s.ə.v) hədislərində ümmətin ömrünün 1500 ili keçməyəcəyini bildirdiyini demişdir:

"Bu ümmətin ömrü 1000 ili keçəcək, fəqət 1500 ili keçməyəcək". (Qiyamət əlamətləri, səh. 299) (Cəlaləddin Suyutinin "Əl-kəşfu fi mücazəvəti-həzin əl-ümməti əl əlfə əlləzi dellət əleyh əl-asar" adlı kitabından nəql)

Səid Nursi həzrətləri ümmətin ömrünün hicri 1506-cı ilə qədər olacağını xəbər vermişdir:

 

"...Birinci cümlə min beş yüz (1500) məqamı ilə axırzamanda bir taifeyi-mücahidinin (din üçün çalışanların) son zamanlarına və ikinci cümlə min beş yüz altı (1506) məqamı ilə qalibanə (qalib olan) mücahədənin (Allah yolunda edilən cəhdin) tarixinə... işarə edər. (...) Bu tarixə qədər (1506) zahir (görünən) və aşkaranə (açıq, müəyyən), bəlkə qalibanə davam edəcəyinə rəmzə yaxın (işarə yolu ilə) işarə edər". (Sikkeyi-təsdiqi-qeybi, səh. 46)

Həmçinin ustadımız "Kastamonu lahiqə"sinin 33-cü səhifəsində qiyamətin 1545-ci ildə qopacağını bildirmişdir (doğrusunu Allah bilir):

"Ümmətimdən bir tayfa Allah`ın əmri gəlincəyədək (qiyamətə qədər) haqq üzərində olacaqlar". "Ümmətimdən bir tayfa..." hissəsinin say dəyəri 1542 (2117) edir və varlığının sonuna işarə edir. "Haqq üzərində olacaqlar" (şəddə sayılır) hissəsinin də say dəyəri (2082) edir. Bu tarixə qədər zahir və aşkaranə, bəlkə qalibanə; sonra ta 1542-ci (2117) ilə qədər gizli və məğlubiyyət içində aydınlatma vəzifəsinə davam edəcəyinə işarə edir. "Allah`ın əmri gəlincəyədək" (şəddə sayılır) hissəsinin də say dəyəri 1545 (2120) kafirin başında qiyamət qopmasına işarə edir". (Kastamonu lahiqəsi, səh. 33)

Bu səhih qaynaqlara əsaslanaraq hz. İsanın (ə.s) qayıdışının, hz. Mehdinin (ə.s) zühurunun, İslam əxlaqının yer üzünə hakim olmağının hicri 1400-cü illərdən sonrakı əsrdə olmayacağı çox açıqdır. Hicri 1400-cü illərdə İslam əxlaqı hz. İsanın (ə.s) və hz. Mehdinin vəsiləsi ilə yer üzünə hakim olacaq, onların vəfatından sonra isə sürətli degenerasiya başlayacaq və nəhayət qiyamət qopacaqdır.

Bütün müsəlmanlar Peyğəmbərimizin (s.ə.v) axırzamanla bağlı səhih hədislərinə və böyük İslam alimlərinin açıqlamalarına qəti iman gətirməlidirlər. Bir-birinin ardınca baş verən axırzaman əlamətlərini qulaqardına vurmaq hədislərdə bildirilən bu əlamətlərin yenidən və eynilə hədislərdə bildirildiyi kimi baş verəcəyini iddia etməkdir. Halbuki, bu hadisələr tarixdə yalnız bir dəfə və müəyyən ardıcıllıqla baş vermişdir. Bu isə Peyğəmbərimizin (s.ə.v) bildirdiyi axırzamanda yaşadığımıza qəti dəlildir. Həyata keçən yüzlərlə əlamətə baxmayaraq, bu əlamətlərin bir daha baş verməsini gözləmək ağıl və məntiqə ziddir. Səmimi müsəlmanın bu əlamətlərin Peyğəmbərimizin (s.ə.v) bildirdiyi şəkildə və ardıcıllıqla baş verdiyini bir dəfə görməsi axırzamanda yaşadığımıza, hz. Mehdinin (ə.s), inşaAllah, zühur etdiyinə, hz. İsanın (ə.s) bu dövrdə nüzul edəcəyinə və qiyamət gününün sürətlə yaxınlaşdığına iman gətirməsi üçün kifayətdir.

 

Qiyamət günü inkar edənlər qorxunu bütün şiddəti ilə yaşayacaqlar

Adnan Oktar, Harun Yahya

Adnan Oktar: Hz. Mehdinin (ə.s) zühurundan sonra insanların beyinlərinin passiv hissələri də fəaliyyətə keçəcək. El arasında insan beyninin bir hissəsinin passiv, bir hissəsi isə aktiv olduğu deyilir. 2012 -2014-cü illərdən sonra həmin passiv hissələr də aktivləşəcək. Onda bütün dünya mədəniyyətin, incəsənətin, elmin, insanlığın, sevginin, eşqin, məhəbbətin nə olduğunu anlayacaq. Çox möhtəşəm bir zühur olacaq, inşaAllah. Çox böyük sevinc gətirəcək... Bu sevgini, məhəbbəti insanlara hz. Mehdi (ə.s) aşılayacaq, onların əsl sevgini dadmalarına vəsilə olacaq. Hz. Məsihin nüzulu ilə bu, ən yüksək həddə çatacaq. İnsanlar vəcdə gələcək, yəni mənəvi sərxoş olacaqlar, içmədən sərxoş olacaqlar, özlərindən keçəcəklər. İstər Xristian, istər İslam, istərsə də Yəhudi aləmi bu qədər böyük sevgi və həyəcan yaşayacaqlarını ağıllarına belə gətirmirlər. Ancaq hz. Mehdinin (ə.s) və hz. Məsihin (ə.s) vəfatından sonra insanlar çox dərin mənəvi boşluğa düşəcəklər. Olduqca dərin. Daha sonra, Səid Nursi həzrətlərinin də dediyi kimi, hicri 1500-cü illərdən etibarən böyük çökmə yaşanacaq. 2-4-8-16, qiyamətə doğru. Hicri 1543-cü ildən etibarən isə Allah`a iman gətirən bir adam belə tapa bilməzsən. Quranın kağız üzərində hərfi belə qalmayacaq. Səid Nursi həzrətləri bunun, Allah`ualəm, iki il davam edəcəyini deyir, ancaq indiyədək, Allah`ualəm, dediyi hər şey baş verdi. Məscidləri, Kəbəni yerlə bir edəcəklər. Yəni buldozer və ya başqa texnikalarla yıxacaqlar. Kəbədən əsər-əlamət qalmayacaq, dümdüz əraziyə çevriləcək. Məscidləri də həmçinin, ya meyxana kimi istifadə edəcəklər, ya da ona bənzər bir yer kimi. Bir sözlə, məhv edəcəklər. Allah onlara iki il müddət verir, inşaAllah. Sonra Allah qorxu hissini çox böyük şiddətlə yaşadacaq. İnsanın saçının bir anda ağardığını görəcəklər qiyamət günü. Cənabi Allah: "Sən onları sərxoş zənn edərsən. Lakin onlar sərxoş deyildirlər", - deyir. Allah o gün onlara sual verdikdə cavab verə bilməyəcəklərini, danışa bilməyəcəklərini deyir. Danışa bilmir, əcaib səslər çıxardır. Adını soruşursan, qəribə səslər çıxardır, şiddətli qorxu hissindən ağlı başından çıxır. Bəs sən bütün dünyaya hökmranlıq edirdin? Bəs yenidən insan yaratmaq gücünə sahib idin? Bəs məkiklə kosmosda sistemlər yaradacaqdın? Bəs meteoriti göydə partladacaqdın? İnsan acizliklərini və gücsüzlüklərini bütün çılpaqlığı ilə görəcəklər. "Bədiüzzaman adlı şəxs 1545-ci ildə qiyamətin qopacağını demişdi", - deyəcəklər. Gülməkdən yerə yıxılacaqlar, ağıllarına belə gəlməyəcək. Bəlkə də, ilin ortasına qədər bu, baş verməyəcək. Heç bir şeyin baş verməyəcəyinə inandıqları vaxt, axşamüstü deyir, İstanbulu nəzərdə tutur. Namaz vaxtları hər yerdə müxtəlifdir, İstanbulda da axşam namazı bir az tez qılınır, bilirsiniz.

Aparıcı: Fərzin öndə olması

Adnan Oktar

Adnan Oktar: Bəli, tez qılınır. Bu, İstanbula işarə edən rəvayətdir. Çünki bütün axırzaman hadisələri İstanbula görə deyilmişdir. Boğaz mənzərəsini izləyərək şərablarını içərkən birdən Boğazın bir-birinə yaxınlaşıb uzaqlaşdığını görəcəklər. Ağlasığmaz bir dəhşətlə Boğazdan lava sütunlarının göylərə yüksəldiyini izləyəcəklər. Təbii ki, bu, onlar üçün atəşfəşanlıq olmayacaq. Bundan sonra Allah`ın gücünü, dəhşətini vecinə almamağın nə olduğunu anlayacaqlar. Bütün bədən sistemləri pozulacaq, yəni vücudlarını idarə edə bilməyəcəklər. Cənabi Allah nəzakətli üslubla bunu bizə bildirir. Deyir ki, hamilə qadın bətnindəkini salacaq. Yəni bədən qorxunun şiddətindən idarəni itirəcək. Dağlar hərəkətə gələcək. Məsələn, yeddi təpəli deyilir, dağlar yeriyəcək, əriyə-əriyə yeriyəcək. Sarsıntının gücündən əriməyə başlayacaq. O an Allah`ın gücünə və əzəmətinə tam yəqinliklə iman gətirəcəklər. Göy üzü tamamilə mələklərlə örtülür. Ancaq Allah o gün göz açmağa imkan verməyəcəyini bildirir. Əlbəttə, sona çatır. Onsuz da ağlı başında olmur, tövbə etməyə macalı olmur. Nə edəcəyini bilmir. Əlbəttə, haqqəl-yəqin... Göydən mələklər sıra-sıra yerə enməyə başlayır. İnsanların o günlə üzləşməklərinə çox az qalıb. Nəvələrinin nəvələri qiyaməti görəcək. 1545-ci il, yəni 2120-ci il... Mənim bu video çəkilişlərimi də o vaxta qədər saxlayacaqlar; "Hoca belə demişdi", - deyəcəklər. Bundan da xoşları gələcək, özləri üçün əyləncə düzəldəcəklər. Ancaq hadisələr başlayanda kasetləri yeyəcəklər. Şüurları qapalı olduğu üçün, inşaAllah. (Adnan Oktarın 1 noyabr, 2009-cu il, Kayseri TV müsahibəsindən)

 

1 / total 5
"Harun Yəhyanın Qiyamət Əlamətləri kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top