< <
1 / total: 13

Önsöz: Müsəlmanların Tövrat və İncilə Münasibətləri Ilə Əlaqədar Vacib Izahlar

pembe çiçekler, manzara
Allah Quranda müsəlmanların peyğəmbərimiz hz. Muhəmmədə (s.ə.s.), ondan əvvəl göndərilən bütün peyğəmbərlərə və bu peyğəmbərlərə verilənlərə iman etdiklərini bildirir. “Bəqərə” surəsinin 4-cü ayəsində Rəbbimiz müsəlmanlar üçün: “O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar”, - deyə buyurur. Quranda bildirildiyi kimi, İncil, Tövrat, Zəbur və hz. İbrahimin səhifələri keçmişdə yaşamış peyğəmbərlərə endirilmiş kitablardır. Bu kitabların bir qismi yox olmuş, bir qismi də dəyişdirilmişdir. Lakin buna baxmayaraq, içlərində haqq dinə aid çoxlu sayda doğru izah da vardır. Müsəlmanlar bu kitabları Quran və sünnəyə görə qiymətləndirib ayə və hədislərə uyğun olan açıqlamaların doğru olduğuna hüsnü-zənn edirlər. Buna görə də, Quran və sünnəyə uyğun Tövrat və İncil izahlarını müsəlmanlar istifadə edə bilərlər. Ancaq bunların təməli Quran ayələrinə və hədislərə uyğun olmalıdır. Allah, bu kitabların göndərildikləri dövrdə insanlar üçün yol göstərici olduqlarını bildirmişdir. Ayələrdə belə buyurulur:

Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! ( Ali-İmran surəsi, 3-4)

Bir başqa ayədə Tövrat üçün belə bildirilir:

Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər. İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! (Maidə surəsi, 44)

Oxumaqda olduğunuz bu kitabda da Tövrat və İncildə bəhs olunan axır zaman əlamətləri araşdırılmış və yalnız Qurana və peyğəmbərimizin (s.ə.s.) hədislərinə uyğun açıqlamalardan istifadə edilmişdir.

kaplan, orman, nehir

1 / total 13
"Harun Yəhyanın Hz. Mehdi (ə.s.) Hz. İbrahimin Nəslindəndir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top