< <
1 / total: 6

Giriş

Tarix boyunca peyğəmbərlər göndərildikləri qövmləri Allah`a bir və yeganə olaraq iman etməyə və yalnız Ona qulluq etməyə çağırmışlar. İnsanlara haqq dini təbliğ etmiş və nümunəvi insan modelini xüsusilə öz yaşayışları ilə tanıtmışlar. Bu səbəblə Allah`ın seçilmiş qulları olan peyğəmbərlərin üstün şəxsiyyətləri, gözəl əxlaqı, davranış tərzləri və hadisələr qarşısında göstərdikləri əks-təsirlər möminlər üçün ən gözəl nümunəni təşkil edir. Peyğəmbərlər içində yaşadıqları cəmiyyətlərə özləri nümunə olduqları kimi Quranda tərif edilən vəzifələri ilə özlərindən sonra gələn möminlərə də yol göstərmişlər. Allah peyğəmbərlərin möminlər üçün gözəl nümunə olduğunu Quranda belə bildirir:

"Həqiqətən, Allah`ın rəsulu Allah`a, qiyamət gününə ümid bəsləyənlər və Allah`ı çox zikr edənlər üçün gözəl nümunədir!" ("Əhzab" surəsi, 21).

Peyğəmbərlərin hər birinin Quranda təriflənən bir çox gözəl xüsusiyyətləri var. Bu səbəbdən iman edənlər Quranda peyğəmbərlərlə bağlı bildirilən hər incəliyi diqqətlə incələməli, bu müqəddəs insanların yaşayışını, göstərdikləri gözəl əxlaq nümunələrini, Allah`a olan dərin bağlılığını özlərinə nümunə götürməlidir. Hər peyğəmbərin göndərildiyi qövm, qarşılaşdığı hadisələr, Allah`ın varlığını anladarkən istifadə etdiyi metodlar bir-birindən fərqli olub. Buna görə də peyğəmbərlərin içində olduqları qövmlərin xüsusiyyətləri, insanların Allah`a iman etməyə dəvət ediləndə peyğəmbərlərə göstərdikləri müqavimət, peyğəmbərlərlə birlikdə inananların qarşılaşdığı çətinliklər bizə işıq tutan çox vacib bilgi və təcrübələrdir.

Bu kitabın yazılmasında məqsəd də Allah`ın "İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir..." ("Mümtəhinə" surəsi, 4) ayəsi ilə təriflədiyi İbrahim peyğəmbəri və onunla eyni vaxtda yaşamış Lut peyğəmbəri tanımaq və onların bütün üstün xüsusiyyətlərindən nümunə götürməkdir. Heç şübhə yoxdur ki, Quranda Hz.İbrahim və Hz.Lut haqqında verilən məlumatların hər biri özündə bir çox hikmətləri daşıyır. Bu kitabda qeyd olunmuş hikmətləri izləyəcək və bunları necə nümunə götürüb həyatımıza keçirə biləcəyimizi araşdıracağıq.

 

1 / total 6
"Harun Yəhyanın Həzrəti İbrahim və Həzrəti Lut kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top