Nümunəvi Müsəlman Qadın Həzrəti Məryəm

< <
1 / total: 8

Giriş

Bütün insanların yeganə yolgöstərəni Qurandır. Allah Quran ayələri ilə insanlara həyatları boyunca qarşılaşa biləcəkləri hər məsələdə ehtiyac duyacaqları hər cür bilgini, düzgün və səhv olanları bildirmişdir. Bundan başqa, Quran Peyğəmbərimizin (s.ə.v.) sünnəsini də bütün inananlar üçün bir yolgöstərən etmişdir. Ancaq bununla yanaşı, Allah Quranda peyğəmbərlərin və saleh möminlərin həyatlarından nümunələr göstərərək, insanların Quran əxlaqını gündəlik həyatda necə yaşayacaqlarını görə bilmələrini təmin etmişdir.

Allah “And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim üz döndərsə, bunun zərəri ancaq onun özünə olar. Allah möhtac deyildir, O, tərifə layiqdir!” (“Mumtəhinə” surəsi, 60/6)“Həqiqətən Biz sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib gedənlər barədə hekayətlər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik” (“Nur” surəsi, 24/34) ayələri ilə bu insanların əxlaqında axirətə ümid edən təqva sahibi möminlər üçün gözəl nümunələr və nəsihətlər olduğunu xatırlatmışdır.

Adı Quranda qeyd edilən və möminlərin gözəl əxlaqı üzərində düşünüb özlərinə nümunə götürmələri lazım olan saleh möminlərdən biri də Hz.Məryəmdir. Hz.Məryəm “Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi... Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu” (“Təhrim” surəsi, 66/11-12) ayələri ilə Allahın gözəl əxlaqına görə Quranda bütün insanlara nümunə göstərdiyi iki qadından biridir. Dolayısı ilə Hz.Məryəmin bu gözəl əxlaqını hər məsələdə bizə ən düzgün məlumat verən Qurandan öyrənmək və bu əxlaq səviyyəsinə çatmağa səy göstərmək bütün mömin insanlar üçün mühüm bir məsuliyyətdir.

Allah Hz.Məryəmin şəxsində “ideal müsəlman qadın xarakteri”ni nümayiş etdirir. Quranda bildirilən ideal qadın xarakteri bu gün cahiliyyə cəmiyyətlərində geniş yayılan qadın xarakterlərindən çox fərqlidir. Cahiliyyə cəmiyyətlərində yaşayan qadınlar bütövlükdə cəmiyyət tərəfindən onlara uyğun görülən və nəsildən-nəsilə ötürülərək günümüzə qədər gələn ortaq bir xarakteri yaşayırlar. Cahiliyyə cəmiyyəti qadının və kişinin hər ikisi üçün fərqli əxlaq xüsusiyyətləri müəyyənləşdirmişdir. Kişinin nümayiş etdirməli olduğu xarakter və ondan gözlənilən şəxsiyyət qadından gözləniləndən tamamilə fərqlidir. Həmçinin kişinin idealları, həyata baxışı, həyat tərzi, hadisələri dəyərləndirməsi də qadınınkılardan tamam ayrıdır.

Qurana görə isə qadınla kişi eyni məsuliyyətə malikdir. Allah Quranda “ideal bir müsəlman xarakteri”ndən bəhs edir. Bu xarakterdə kişinin məsul olduğu bütün əxlaq xüsusiyyətlərinə görə qadın da eyni şəkildə məsuliyyət daşıyır. Allah bir ayədə müsəlman qadının və müsəlman kişinin yerinə yetirməli olduğu bu ortaq İslam əxlaqını bu cür bildirir: “Həqiqətən Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır!” (“Əhzab” surəsi, 33/35).

“Həqiqətən Biz sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib gedənlər barədə hekayətlər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik”
(“Nur” surəsi, 24/34)

Göründüyü kimi, Qurana görə qadının və kişinin xarakteri cəmiyyətin dəyər mühakimələrinə və davam edən adət-ənənələrinə görə deyil, Allahın bildirdiyi “ideal müsəlman əxlaqı”na görə formalaşdırılır. Bu əxlaqı yaşayan müsəlman qadın son dərəcə güclü və sağlam bir şəxsiyyətə malikdir. O, bu həyat tərzini cəmiyyətin nəzərində bir üstünlük əldə edə bilmək üçün deyil, ancaq Allahın razılığını və sevgisini qazana bilmək üçün yaşayır.

Bu kitabda cahiliyyə cəmiyyətlərində yerləşmiş qadın xarakterinin necə səhv olduğuna toxunacaq və bu xarakterin cəmiyyətdə necə qəbul edildiyinə nəzər salacağıq. Bundan başqa, Allahın bütün aləmlərin qadınlarından üstün tutduğunu bildirdiyi Hz.Məryəmin əxlaqından danışaraq, bu yolla “nümunəvi bir müsəlman qadın”ın malik olduğu yüksək əxlaq anlayışını və “ideal müsəlman qadın xarakterini” ortaya qoyacağıq.

Allah dərgahında üstünlüyün ancaq imana, Allah qorxusuna və gözəl əxlaqa görə olduğunu və Allahın “Mömin olmaqla bərabər yaxşı işlər görən kişilər və ya qadınlar cənnətə daxil olarlar. Onlara xurma çəyirdəyi qədər haqsızlıq edilməz!” (“Nisa” surəsi, 4/124) ayəsi ilə bildirdiyi kimi, əməlisaleh iş görən hər insanın - o, qadın, ya da kişi olsun, heç bir fərq qoyulmadan - Allahın razılığı, mərhəməti və neməti ilə qarşılaşacaqlarını xatırladacağıq.

Kitabın başqa bir məqsədi də bir tərəfdən, ideal müsəlman xarakterindən bəhs etmək, digər bir yandan da cahiliyyə cəmiyyətlərində görünən qadın xarakterinin mənfi yönlərini ortaya çıxararaq, bu kimlikdən uzaqlaşmaq istəyənləri həm dünyada, həm də axirətdə onlara şəxsiyyət, hörmət və üstünlük qazandıracaq bir əxlaqdan və həyat tərzindən xəbərdar etməkdir.

 

1 / total 8
"Harun Yəhyanın Nümunəvi Müsəlman Qadın Həzrəti Məryəm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top