Palçıqdan yaradılış

Allah Quranda insanı möcüzəvi bir şəkildə yaratdığını bildirir. Rəbbimiz ilk insanı palçıqdan yaratmış, ona Öz ruhundan üfürərək can bəxş etmişdir:
 
"Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan  yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona  səcdə edin!”(Sad surəsi, 71-72)
"İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Axı Biz onları yapışqan (kimi) bir palçıqdan yaratdıq."(Saffat surəsi, 11)
 
Texnologiyanın inkişafı nəticəsində insan orqanizmini tədqiq etmək mümkün olmuşdur. Nəticədə insan toxumalarının yer üzündəki bir çox elementi ehtiva etdiyi aydın olmuşdur. Canlı toxumaların 95 %-i karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və kükürd (S) də daxil olmaqla 26 elementdən ibarətdir. Quranda Allah belə buyurur:
 
"Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq."(Muminun surəsi, 12)
 
Ayədə "süzmə" kimi tərcümə edilən "sulala" sözünün "təmsili nümunə, öz, xülasə, əsas" kimi mənaları da vardır. Gördüyümüz kimi, Quranda 14 əsr əvvəl bildirilən bu möcüzəvi məlumatlar müasir elmin gəldiyi nəticələrlə üst-üstə düşür.

2009-12-27 13:53:28

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top