Kəhf surəsindən bəzi sirlər - 3

 

ADNAN OKTARIN KAYSERİ TV VƏ SAMSUN AKS TV-DƏKİ CANLI REPORTAJI

(13 OKTYABR 2010)

 

ADNAN OKTAR: Kəhf surəsində Zülqərneyn (ə.s) hekayəsini oxuyum. 84- cü ayə, şeytandan Allaha sığınıram. "Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik)." bu ifadə dünya hakimiyyətini izah edən, digər ayələri anlamamız üçün, Quranı Quranla təfsir edən dəlildir. Məsələn, Allah deyir ki, " Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik ", digər ayələrə də baxırıq və görürük ki, Allah müsəlmanlara yer üzündə bir iqtidar verəcəyindən bəhs edir . Quranda, bir çox ayə var ki, dünya hakimiyyətindən bəhs edən bu ayəni, digər ayələr də izah etmişdir. Dünya hakimiyyətinin açıq olduğu aydın olur, "və ona hər şeydən bir yol (səbəb) verdik". Demək ki, müsəlmanların hər cür ümumi mədəniyyət və məlumata sahib olmaları lazımdır. Dünya siyasətini biləcək, siyasəti biləcək, elmi biləcək, sənəti biləcək, estetikanı biləcək, hər şeyi biləcək. Bax, və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik)  imkan verdik deyir. Üfüqü Dar olduğu, cahil olduğu halda məğlub olunma qaçınılmaz olar. Məsələn, Osmanlıda elə oldu. Cahil bir kütlə meydana gəldi, həm cahiliyyət, həm iman zəifliyi, həm də Darvinizmə qarşı çıxa bilməmələri Allahın izni ilə böyük Osmanlını yıxdı.

85-ci ayədə Allah: "O da, bir yol tutdu." -deyir. Bunların əsl mənasını sonra daha da genişləndirəcəyik inşaAllah. 86-cı ayədə: "Sonunda günəşin batdığı yerə qədər gəlib çatdı" buyrulub. Quran, bir çox keçmişdə olan hadisəni bizə bildirir, eyni zamanda da şifrəli olaraq, axır zamanda olacaq bir çox hadisəni bildirir. "Sonunda günəşin batdığı yerə qədər gəlib çatdı" İslam günəşi harada batdı? İstanbulda batdı. Elə deyilmi? İslamiyyət son olaraq buradadır, yəni müsəlmanların birliyi oldu və sonra bitdi. Xəlifəlik qaldırıldı. Onsuz da xəlifələr vəzifəsini yerinə yetirmirdilər, yəni son dövr İslam Birliyi, xəlifələr deyərkən, Abdulməcid Əfəndi zamanında, Vəhdətdin zamanında, onların edə biləcəyi bir şey qalmamışdı. Ümumiyyətlə, Allahın təqdiriylə ümmətdə bir çöküntü var idi. Sonunda günəş İstanbulda batdı. Burada İstanbula bir işarə var. "Sonunda günəşin batdığı yerə qədər gəlib çatdı" deyərkən bu mənanı verir. Ikinci, ayənin davamında "və onu quru palçıqlı bir lehmədə batan gördü" buyrulub. Günəş, ümumiyyətlə Mehdi (ə.s.) üçün istifadə edilən bir ifadədir, hədislərdə də vardır, Mehdi İslam günəşi olaraq ifadə edilir. "və onu quru palçıqlı bir lehmədə batan gördü" yəni Mehdiyyətə bir hücum olacağına işarə edir. "və onu quru palçıqlı" yəni gözəl olmayan, yaxşı olmayan bir yerdə batdığını, gizləndiyini gördü. Günəşin orada yox olduğunu gördü mənasını verir. "yanında bir qövm gördü”. Dedik ki: "Ey Zül-qərneyn," Zülqərneyn, dünyanın həm şərqinə, həm qərbinə hakim olma mənasını verir. " “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!” "Dedi ki: "Kim zülm etsə biz ona əzab verəcəyik" yəni kim cinayət törətsə, təbii ki, cinayətinə görə günahının cəzasını alar. Zülm etsə, zülm etmə cəzası vardır. Məsələn, adam birini yaralayırsa təbii ki, həbs edilər, yəni cəzası verilər “. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!” Əgər Müsəlmanlara  zülm edirsə, Allah da ona acı əzab verər, əgər cinayət törədib tövbə etməzsə, sonsuza qədər Cəhənnəmdə qalar.

Lakin, 88-ci  ayədə Cənabı Allah deyir ki: "İman gətirib yaxşı iş görənləri" bir dəfə iman edəcək və səmimi hərəkətlər edərsə, (yəni hər hərəkəti səmimi olmalıdır, danışması, üslubu, ibadətləri, rəftarı, həyatı hər şeyi səmimi olmalıdır) " ən gözəl mükafat (Cənnət) gözləyir. ". Bax, buradakı ifadə  çox dəqiqdir, həm dünya, həm axirət üçün gözəl bir qarşılıq vardır. " Biz ona asan bir şey əmr edəcəyik!" Baxın, dində təməl olan bir mövzu, yəni Mehdiyyətin təməl mövzularından birinə, Qurana diqqət çəkilmişdir. "Biz ona asan bir şey əmr edəcəyik!" yəni dində yükünü azaldıb, yüngülləşdirəcəyik. Dini çətinləşdirmək münafiqlərin silahıdır. Münafiqlər dini içindən çıxılmayacaq hala gətirərlər. Beləcə dini öz içində boğmağa çalışarlar. Yəni özlərini dini qoruyan kimi göstərərlər. Məsələn, bir insan sevmə görünüşü altında pişiyi sevirəm deyə heyvanın ağzını, burnunu bağlayar və yaxud, bir quşu çox sevirəm deyə heyvanı öldürər. Münafiqlər də dini, sevmə görünüşü altında öz içində boğarlar, yəni özlərindən bir çox yeni hökmlər çıxararaq Quranın hökmlərini şərhlərlə genişləndirərlər (səhf şərh edərlər, aşırılığa yol verərlər), münafiqlər şərhə çox uyarlar. Məsələn, Cənabı Allah ayədə: "Kim zülm etsə Biz ona əzab verəcəyik" deyir. Adam "Zülm nədir?" deyə soruşar, münafiq də cavabında, "bu gün doğru danışmadın, yalan danışdın. Buna görə də mən sənə əzab verəcəyəm" deyər. "Nə edəcəksən?" "Döyəcəyəm səni" deyər. "Allah belə buyurur" deyər.

"Kim zülm etsə Biz ona əzab verəcəyik". "Yalan danışmaq zülm olduğuna görə, mən də indi sənə əzab verəcəyəm" deyər. Məsələn, adam da  qarşısındakını “yalan danışdığının zülm etmiş olmasını sanaraq” ağır şəkildə yaralayar. Bu bir münafiq şərhidir. Yəni münafiqlər bu məntiqi inkişaf etdirərlər. Qardaşlarımız soruşurlar ki, bunu necə edirlər, baxın bu tərzdə edərlər. Yəni heç ümid etmədiyin şəkildə Qurandan özünə görə bir məna çıxardar və Quranı belə genişlədərək, həyatı boğacaq hala gətirər. Adam da, Qurandan danışdığını söylədiyi üçün, Allaha inanan saf ürəkli insanlar da onlara qarşı bir şey deyə bilmirlər və onun yoluyla gedər. Yəni doqmatiklərin etdiyi də budur (doqmatiklər münafiqlərə xidmət edənlərə deyilir). Məsələn, sonunda da İslamı yaşana bilməyəcək hala gətirər və yıxarlar. Cənabı Allah " Biz ona asan bir şey əmr edəcəyik!." deyir, sonra, Allah bax gör nə deyir, şeytandan Allaha sığınıram; "Hz. İbrahimin dini kimi asandır" İslam dini, "Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər" Ona görə, Mehdi (ə.s)-ın işində yüngülləşdirmə işləri var, yəni dini ən asan şəkildə insanlara göstərmək və çatdırmaq. Hədislərdə bunu görürük. Ona görə münafiqlər və doqmatiklər ona qarşı çıxacaqlar və deyəcəklər ki, "Bu adam bizim dinimizi öldürdü", yəni dini asanlaşdırdığına görə dini öldürdüyünü sanarlar, Mehdi (ə.s)-a "bunları haradan çıxartdın?" deyirlər, elə deyilmi? Buna çox nümunə verə bilərəm məsələn, "Ona buyurduğumuzdan asan olanını söyləyəcəyik. " Demək ki, Mehdiyyətin bir istiqaməti də budur.

89-cu ayədə: "Sonra (yenə) bir yol tutdu" -deyilir. Burada “89” bir dövrə işarə edir, yəni 1989-cu ilə işarə edir, eyni zamanda bir kilid dövr olduğu aydın olur.

"Nəhayət günəşin çıxdığı yerə gəlib çatdı" bu da şifrədir. Onsuz da, günəş doğulur və batır, ona görə, günəşin doğulması, batması bir işarə olaraq verilib. Eyni zamanda günəşin batdığı yer deyilən bir şey yoxdur, doğulduğu yer deyilən də bir şey yoxdur. Yəni burada Quranın açıq bir şifrə verdiyi, bir şeylər izah etdiyi, bağlı bir sirr izah etdiyi çox açıq şəkildə müəyyən olunur. "Sonunda günəşin doğulduğu yerə qədər çatdı və onu (günəşi), özləri üçün bir sipər etmədiyimiz bir qövm üzərinə doğulmaqda ikən tapdı." (Kəhf surəsi-90) bu da, 90-a işarə edir, İslamda bir inkişafın başladığı dövrə. Yəni 1990-cı ildən etibarən İslamda ciddi bir inkişaf başladı. Bir mənasını da ona işarə olaraq görürəm (Allahu aləm). "Onu (günəşi), özləri üçün bir sipər etmədiyimiz bir qövm üzərinə doğulmaqda ikən tapdı" ayəsinin iki mənası var, amma bir mənası da Axır zamanda insanlar bu illərdə çox sıxlaşdı, məsələn, çimərliklərin sıxlaşması bu əsrə xas bir xüsusiyyətdir. Bilirsiz ki, əvvəllər belə bir şey yox idi.  Hal-hazırda  dünyada çimərlik epidemiyası yayıldı. Baxın, nə deyir: "onu (günəşi), özləri üçün bir sipər etmədiyimiz bir qövm üzərinə doğulmaqda ikən tapdı", yəni müəyyən bir əsrə də işarə edilmiş olur, günəşlə çox təmasda (günəş altında) olan insanların sıxlaşdığı bir dövr inşaAllah.

"Onun yanında "özü əhatə edən məlumat olduğunu" (və ya yanında olub-bitən hər şeyi) biz (daha nələr olduğunu da) tamamilə bilirik. (Kəhf surəsi, 91). Mehdi (ə.s) da əhatə edən məlumatın özü (yəni əsası, əsli) var, yəni özü (əsası, əslini) əhatə edən, xırdalıqlara girməmək vardır. Çünki, öz-ayrıdır, genişlətmə ayrıdır. Demək ki, Mehdi (ə.s.), hər şeyin özünü (əsas olanı) hədəfləyəcək, əsl olana dönəcək, yəni sözün, mövzuların əsas olanını seçəcək və hikmətli rəftarı olacaq inşaAllah. Çünki, Zülqərneyn birbaşa Mehdiyyətə işarə edən bir mövzudur.

Onlar dedilər: “Ey Zülqərneyn! həqiqətən YəcucMəcuc (tayfaları)…”- baxın, burda iki cəhətli, yəni Yəcuc-Məcuc var, Zülqərneyn iki istiqamətlidir. Yəcuc və Məcuc, yəni anarxist və terroristlərdir. "Yer üzündə” yəni bütün dünyada təxribatçılıq çıxarırlar, hal-hazırda  dünyada terroristlər, dövlət terroru və şəxsi terrorlar baş verir, dünyanı inlədirlər, elə deyilmi? Dəccaliyyətin ana xüsusiyyəti (əsas olanı). Yəcuc və Məcuc, dəccalın insan olaraq istifadə etdiyi işçilərinin adıdır. Yəni insanlara hücum etdiyi, qan tökdüyü, can yandırdığı işçilərdir. Dəccal, bunların lideridir, Yəcuc və Məcuc işçiləridir, qan tökücü işçilərdir. "Ey Zül-qərneyn, həqiqətən Yəcuc və Məcuc, yer üzündə  fitnə-fasad törədirlər. "- dünya səviyyəsində təxribatçılıq, terror hadisələri törədirlər, anarxiya çıxarırlar, “bizimlə onlar arasında bir sədd çəkməyin üçün sənə vergi verəkmi?", yəni, sənə pul verək, vergi verək, onlardan xilas olaq. Terrordan, anarxiyadan bizi qurtar deyirlər. "Dedi ki: "Rəbbimin mənə verdiyi (iqtidar, güc, nemət və imkan) daha xeyirlidir." Pulu qəbul etmədi, yəni mənim maddiyyatla işim yoxdur, deyir. Mehdi (ə.s) da, Allah rızası üçün cəhd göstərəcək. “Rəbbimin mənə verdiyi ( iqtidar, güc, nemət və imkan) daha xeyirlidir.” digər ayələrdə bunu görürük. Allah, Nur Surəsinin 55-ci  ayəsində və digər ayələrdə dünya hakimiyyəti, bir iqtidar, dini məskun etmək, dini sağlamlaşdırmaq kimi ifadələr buyurur.

Ayənin təfsirindən anlayırıq ki, “Rəbbimin mənə verdiyi (iqtidar, güc, qüdrət, sərvət)” eyni zamanda başqa ayələrdə, dünya hakimiyyətinə aid olan ayələrdə də keçir. "(iqtidar, güc, nemət və imkan), daha xeyirlidir." Bax, bir var xeyirlisi, bir də var daha xeyirlisi. Demək ki, müsəlman həmişə daha yaxşısını, daha xeyirlisini, Allahın razılığına ən uyğun olanını axtarmalıdır. "Daha xeyirlidir." deyir. "Mənə (insani) öz qüvvənizlə kömək edin," Mehdi (ə.s.)-ın da nəyə ehtiyacı vardır? Müsəlmanların onu dəstəkləməsinə ehtiyacı vardır, elə deyilmi? Bunu Allah təmin edəcək. "Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!" yəni  “mən anarxiya və terroru dayandıraram" amma, mənim pula deyil, insana ehtiyacım var. Məni dəstəkləyən, əmrimi tutan, sözümü dinləyən çox insana ehtiyacım var.

"Mənə dəmir parçaları gətirin" - Mehdi (ə.s) nə edəcək? Bütün tankları, topları, silahları (metalları) əridəcək. Elə deyilmi? Çünki döyüş üçün hər ölkənin tank, top və digər  silahları metal olaraq milyonlarla tondur. Çox dəmir var. Bunları əridəcəyini anlayırıq. Ona işarə var inşAllah. Baxın, "Mənə dəmir parçaları gətirin, iki dağın arası bərabər səviyyəyə gəlincə (dəmir parçalar ilə doldurulduqda), körükləyin (üfürün, qızdırın)" dedi. Yəni, toplanacaq silahların dağlar kimi olacağı aydın olur. Onu atəş halına gətirənə qədər, əridənə kimi körükləyin ( üfürün, qızışdırın)" deyir. Yəni, əridiləcək və istifadə ediləcək, bunu anlayırıq "(bu işi etdi, sonra:) dedi ki: "Mənə əridilmiş mis gətirin üzərinə töküm". "Mis"  burada, dəmir və qatranın istifadə edildiyi bir silah növü və yaxud belə bir ehtimal var ki, cinlərə qarşı və bəzi varlıqlara qarşı bir müdafiə etmədə istifadə ediləcək bir şeylərdən də bəhs edilmiş ola bilər.

"(Yəcuc–Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər." Quran burada küfrə qarşı, anarxiya və terrora qarşı çox möhkəm bir sədd, əsaslı bir səddin çəkilməsinin əhəmiyyətinə diqqət çəkmiş olur. Çünki, zəif maneələrdə nəticə alına bilməz. Məsələn, PKK- ya qarşı mübarizə aparılır, amma, mane ola bilmirlər. Baxın,“nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.” Yəni müdafi sistemi güclüdür. Başqa bir mənası da, məsələn, polis bölmələrin və yaxud, möhkəmləndirilmiş mövqelərin dəmirdən olması. Məsələn, məşhur Omagine Xətti vardır, Fransızların Omagine Xəttində çoxlu dəmir və polad istifadə olunmuşdur. Quran, dəmirdən düzəldilmə müdafiə xətlərinin əhəmiyyətinə də diqqət çəkir. 


2013-10-28 16:13:43

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
DAVAMIZ METAFİZİKTİR
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.