BİRMADAKI ZÜLM BUDDİSTLƏRDƏN DEYİL, DARVİNİST ZEHNİYYƏTDƏN QAYNAQLANIR

Tarix boyu iman gətirənlərlə gətirməyənlər arasında mübarizə olmuşdur. Yer üzərindəki bütün münaqişə və fikir ayrılıqları bu iki tərəfin elmi və fikri mübarizəsinə əsaslanır. Haqq din tərəfdarları, "Allah birdir" deyənlər, haqq dinlərin buyurduğu gözəl əxlaqı yaymağa çalışanlar daima əks qüvvələrlə qarşılaşmışlar. Əgər bir yerdə şiddət və vəhşilik hökm sürürsə, bu, bəhs edilən əks qüvvələrin haqq din tərəfdarlarına qarşı çıxmasının nəticəsidir. Lakin burada diqqət yetirməli olduğumuz mühüm məsələ var.

 

İnananları şiddət tərəfdarı kimi qələmə vermək hiyləgər oyundur

 

Əks qüvvələr bəzən özlərini dinin tərəfdarı kimi qələmə verirlər. Amma bu, kələkbazlıqdır. Əsl haqq din tərəfdarı heç vaxt terror və vəhşiliyin lehinə olmaz. Əgər bir insan ətrafa dəhşət saçırsa, hər şeyə nifrət edirsə, terror və ya qətliam törədirsə, o adam, sözün əsl mənasında, dinsizdir. Şəxsiyyət vəsiqəsində müsəlman, xristian və ya yəhudi yazılması həmin insanın dindar olması demək deyil. Buna görə də, zülm, xaos və ya terror baş verəndə hadisələri bu yöndən dəyərləndirmək lazımdır. Çünki gizli qüvvələr dünyada baş verən bütün qarşıdurmaları, zülmü və terror hadisələrini iman sahiblərinin üzərinə atmağa çalışırlar. Xüsusilə bəzi mətbuat və informasiya xidmətləri vasitəsilə müsəlmanlarla xristianlar, şiələrlə sünnilər, yəhudilərlə müsəlmanlar arasında qarşıdurma xəbərləri yayırlır. Məqsəd Allaha inananları bir və birlik olmaqdan uzaqlaşdırmaqdır. Bu qüvvələr iman gətirənlərin müttəfiq olduqları zaman bütün batil ideologiyalara qarşı böyük ordu olaraq ortaya çıxacaqlarını, yenilməz olacaqlarını dərk edirlər. Bu bərabərliyi böyük təhlükə kimi gördüklərindən iman gətirənlərin ittifaqını pozmaq üçün süni düşmənçilik siyasətlərini gücləndirirlər.

 

Müsəlmanlar öz aralarında çəkişərkən, darvinist, kommunist, marksist zehniyyətin tərəfdarları da bir-birlərini dəstəkləməyə davam edir, getdikcə inkişaf edir, nəticədə də azğın ideologiyaların yayılmasına şərait yaranır. Belə ki, bəzi Ərəb ölkələrində, Yaxın Şərqdə, Birma kimi ölkələrdə də bəhs etdiyimiz qüvvələr bu üsuldan istifadə edir.

 

 Dünyadakı dəhşətli zülmlərin səbəbi darvinist ideologiyadır

 

Dünyanın hər tərəfində müsəlmanların azlıq təşkil etdiyi ölkələr vardır. Hal-hazırda Birmada, Filippində, Kambocada və ya Taylandda azlıq təşkil edən milyonlarla müsəlman təzyiq altında yaşayır və bu qarşıdurmalar, əsasən, müsəlmanlar arasında törədilən fitnələrdən və ya fikir ayrılıqlarından yaranır.

 

Suriyadakı münaqişələr şiələrlə sünnilər arasındakı qarşıdurma kimi göstərilib və mətbuata da bu şəkildə öz əksini tapıb. Təbii ki, bu bir yalandır. Əslində, Suriyada imanlı xalq ilə darvinist və kommunistlər arasında mübarizə hökm sürür. Suriyada baş verən hadisələr Hafiz Əsəd dövründən bəri davam edən sosialist- kommunist ideologiyaya qarşı xalqın üsyanıdır.

 

Eynilə 90-cı illərdən bəri Birmada törədilən vəhşiliklər buddistlərin müsəlmanlara hücumu kimi təqdim edilmişdir. Halbuki bu hücumu buddistlər etsə də, darvinist ideologiyanı müdafiə edən qrupun bir hissəsidirlər. (Buddizm bütpərəst dindir. Lakin ehtimal olunur ki, haqq dinin tənəzzülə uğramış formasıdır. Buddizmin haqq dindən qalan təlimlərində də zülm və şiddət yoxdur). Şiddət göstərən birinin din adı altında üzə çıxması qeyri-mümkündür. Əgər bunu dinin tələbi olaraq edirsə, ya insanları aldadır, ya dinini tanımır, ya da özü aldadır. Heç bir dində zülmə, qətlə, terrora, soyqırıma yer yoxdur. Əsl dindar heç vaxt zülm etməz, terror törətməz, qarşısındakının haqqını tapdalamaz. Din insana sevgi, şəfqət və birlik hissi aşılayır. Gerçək din tərəfdarları bütün dövrlərdə dünyaya sevgi gətirən insanlar olublar.

 

Amma Darvinist ideologiya və bu ideologiyaya əsaslanan marksizm, leninizm, kommunizm, faşizm kimi ideologiyalar insanlara zülm edir, hər yerə dəhşət saçır, terror hadisələri, soyqırım, kütləvi qırğınlar törədir, amansızcasına qadınları, uşaqları, yaşlıları, gəncləri qətlə yetirir. Əgər bir yerdə terror və fitnə varsa, bu azğın ideologiyaların o bölgədəki varlığından irəli gəlir. Təbiətin dialektikasını irəli sürən darvinist ideologiyaya əsaslanaraq millətlərin dialektikasını müdafiə edən kommunist ideologiya qarşıdurmanı dəstəkləyir və qarşıdurma olmasa, inkişafın dayanacağı barədə ağılsız iddia irəli sürür. İnsanlar arasında nifrət zəhərini yayan da elə bu azğın ideologiyalardır.

 

Gəlin, darvinizm fitnəsindən qaynaqlanan zülmü dayandırmaq üçün birlik olaq

 

Yer üzündəki fitnələrdən xilas olmağın yeganə yolu azğın ideologiyaların başında duran darvinizmi elmi cəhətdən məhv etməkdir. Darvinizmin fikirlə yox olmasının yolu da təkamül nəzəriyyəsinin etibarsızlığını sübut edən elmi dəlillərin mümkün olan hər yerdə, hər kəsə izah edilməsi və göstərilməsidir. Kitab paylamaq, sərgilər təşkil etmək, məqalələr hazırlamaq, internet saytları hazırlamaq, konfranslar, radio və ya televiziya proqramları vasitəsilə insanlara bir-bir bu mövzunu izah etmək çox əhəmiyyətlidir. Bu istiqamətdəki işlərin müsbət təsirləri sürətlə artır və artıq insanlar təkamülün elm adı altında yeridilmiş tarixin ən böyük yalanı olduğunu qəbul etməyə başlayırlar.

İnsanların hüzura qovuşmasının və təhlükəsizliyinin təmin edilməsinin bütün İslam aləminin üzərinə düşən mühüm vəzifə olduğunu xatırlatmaqda böyük fayda var. İslam aləmi Şərqi Türkistanda, Myanmarda, Patanidə, İraqda, Əfqanıstanda, Fələstində və bunlar kimi bir çox yerdə acı çəkən, sıxıntı içində yaşayan insanları xilas etmək, daimi çıxış yolu önə sürmək istəyirsə, birlik olmalıdır. Bir olan, qardaşlıq və birlik daxilində hərəkət edən Türk-İslam aləmi bu və buna bənzər heç bir problemlə qarşılaşmayacaq, yalnız müsəlmanların deyil, xristianların, yəhudilərin, buddistlərin və hətta dinsizlərin və ateistlərin də təhlükəsizlik, zənginlik, sülh və gözəllik içində yaşamasını təmin edəcək. 

2012-11-24 15:40:37

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top