Materialist düşüncə elmə necə zərər verir?

150 ildir ki, təkamül və materializm kimi xürafatlara inanmaq və onları müdafiə etməyə çalışmaq elm dünyasının önündəki ən böyük maneəyə çevrilib.Materializmin tələsindən qurtularaq tarixin düzgün istiqamətləndirilməsi əmək, vaxt və pul itkisinin qarşısını alar.
 
Kainatı və varlıqları araşdırmaq, Allahın yaratma sənətindəki ehtişamı kəşf etmək və bu həqiqəti insanlara bildirmək üçün elm ən gözəl vasitələrindən biridir. Bu səbəbdən, elmi araşdırmaların Rəbbimizin Quranda bildirdiyi həqiqətlər istiqamətində dəyərləndirilməsi böyük əhəmiyyət daşıyır. Çünki:
 
  • Quran elmi təşviq edir.
  • Quranda bildirilən həqiqətlərə görə istiqamətləndirilən elmi araşdırmalar çox sürətli və konkret nəticələr verir.
  • Ən əhəmiyyətlisi də odur ki, kainatın və canlıların necə var olması sualına ən doğru və ən qəti cavabı verən yeganə qaynaq Qurandır.
 
Bu səbəbdən, doğru yerdən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların var olmasına aid sirləri ən qısa zamanda daha az əmək və az enerji sərf edərək ortaya çıxarar.
 
Quranın yol göstərmədiyi elm isə inkişaf edə bilməz, konkret nəticələrə yiyələnməsi çox vaxt aparar və hətta çox vaxt nəticəsiz olar. Doğrulardan uzaq olanvə materialist elm adamları tərəfindən istiqamətləndirilən elmin son iki yüz ildə bizə nə qədər vaxt itirdiyi isə gözlər önündədir. Həqiqətləri görə bilmədikləri üçün bu yolda gördükləri işlərin böyük hissəsi heç olmuş və bu yolda xərclənən külli miqdarda pul boşa getmişdir.
 
Məhz bu səbəbdən, insanlar bu həqiqəti bilməlidirlər: elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırdıqca doğru nəticələr əldə edə bilər. Elm ancaq doğru istiqamətləndirildiyi təqdirdə əsl məqsədinə qısa müddətdə çata bilər.
 

Elmin doğru istiqamətləndirilməsi niyə əhəmiyyətlidir?

 
Elmin ilk mərhələsi fərziyyə xarakterlidir və bu müddət elm adamlarının mənimsədiyi əsas dünyagörüşü ilə əlaqədardır. Məsələn, elm adamları sahib olduqları dünyagörüşü səbəbindən ”maddənin hər hansı bir şüurlu tənzimləməsi olmadan öz-özünü tənzimləmə meyli vardır” kimi ağıl və elmdən kənar fərziyyəirəli sürə bilərlər. Sonra da bu fərziyyəni təsdiqləmək üçün illərlə araşdırmalar apara bilərlər. Amma maddənin belə bir xüsusiyyəti yoxdur və dolayısilə, bütünsəylər müvəffəqiyyətsizliklə nəticələnər və çox böyük vaxt və pul itkisinə səbəb olar. Halbuki əvvəldən ”maddənin hər hansı bir şüurlu tənzimləməsi olmadan öz özünü tənzimləməsi mümkün deyil” fikri ilə yola çıxsalar, buna əsaslanan elmi araşdırmalar da çox sürətli və məhsuldar olar.
 
Diqqət yetirsək, bu cəhət, yəni fərziyyəni doğru təyin etmə xüsusiyyəti elmi tapıntılardan fərqli  qaynaq tələb edir. Bu qaynağı doğru təsbit etmək isə çox əhəmiyyətlidir. Çünki qaynağın yanlış təyin olunması elm dünyasında illərin, on illərin, hətta əsrlərin itməsinə səbəb ola bilər. Bu qaynaq isə Allahın insanlara çatdırdığı vəhydir. Çünki Allah kainatın və bütün canlıların yaradıcısıdır və dolayısilə, onlar haqqında ən doğru məlumat Allahdan gələn məlumatdır. Belə ki,Allah Quranda bu mövzular haqqında bizə əhəmiyyətli məlumatlar verir.
 

Quranda xəbər verilən elmi həqiqətlərdən nümunələr

 
Allah kainatı yoxdan var etmişdir. Materialist elm adamlarının iddia etdiyi kimi, kainat təsadüfi hadisələr nəticəsində və ya özbaşına meydana gəlməmişdir.Təbiətdə və bütün kainatda təsadüflərin meydana gətirdiyi xaos deyil, Allahın üstün yaradılışla var etdiyi qüsursuz bir nizam var.
 
Yaşadığımız dünyanın bütün xüsusiyyətlərini insan həyatına uyğunlaşdıran Allahdır. Allah ulduzların və planetlərin hərəkətlərini, yer üzünün müxtəlif formalarını, suyun və ya atmosferin xüsusiyyətlərini insan həyatına uyğunlaşdırmışdır.
 
Bütün canlı növlərini Allah yaratmışdır və bu canlıların hərəkətləri də Allahın xüsusi ilhamı ilə reallaşır.
 
Allah yaradılış haqqında bir ayəsində belə buyurur:
 
Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)
 
Bunu əsas kimi götürən bir elm anlayışı da, şübhəsiz ki, böyük müvəffəqiyyət əldə edər, çox məhsuldar şəkildə insanlara xidmət edər. Belə ki, tarixdə bunun açıq nümunələri vardır. Müsəlman elm adamlarının IX və X əsrlərdə dünyanın ən qabaqcıl sivilizasiyasına liderlik etmələri elmin yuxarıda sadalanan doğruəsaslarına söykənərək inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur. Qərbdə də fizika, kimya, astronomiya, biologiya, paleontologiya kimi elm sahələrinin bütün qabaqcılları Allahın varlığına inanan və Onun yaratdıqlarını araşdıran böyük elm adamlarıdır. Ancaq XIX əsrin ortalarından bu yana elm dünyası Allah inancından uzaqlaşaraq materialist fəlsəfənin təsiri altına düşmüşdür.
 

Səhv istiqamətləndirilən elmin çarəsizliyi

 
Materializm maddənin mütləq varlığına inanır. Əslində, Allahı və Onun mütləq hakimiyyətini inkar etmək məqsədilə materialistlər bu iddialarını (Allahı tənzih edirik) elm dünyasına mərhələli şəkildə mənimsətmiş və XIX əsrin ikinci yarısından etibarən elmi araşdırmaların böyük hissəsini bu iddiaları dəstəkləməyə ayırmışlar.
 
Ancaq bu gün geriyə dönüb baxsaq, materializmin iddialarının elmə yalnız vaxt itirtdiyini görərik. Çünki bu iddiaların hər birini isbat etmək üçün on illərləsaysız elm adamı çalışmış, ancaq ortaya çıxan nəticələr bu iddiaların əsassızlığını göstərmişdir. Tapıntılar Allahın Quranda xəbər verdiyi kimi: Kainatın insan həyatına uyğun olaraq yoxdan yaradıldığını və canlıların təsadüflərlə doğulması və təkamül keçirməsinin qeyri-mümkün olduğunu isbat etmişdir.
 

Təkamül nağılını sübut etmə səyi elmə zərər verir

 
Hal-hazırda hələ iman gətirməyən insanlar tərəfindən böyük dəstək görən Darvinin təkamül nəzəriyyəsi elmin yanlış təməl üzərinə qurulmasının ən konkret nümunəsidir. 140 il əvvəl elm dünyasının gündəminə girən bu nəzəriyyə, əslində, bütün elm tarixinin ən böyük yanılmasına səbəb olmuşdur.
 
Təkamül nəzəriyyəsi canlıların təsadüflər nəticəsində bəzi cansız maddələrin bir yerə gəlməsi ilə meydana gəldiyini iddia edir. Eyni iddiaya görə, təsadüfən yaranan bu canlılar yenə təsadüf nəticəsində təkamül keçirərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin isbat edilməsi üçün bir yarım əsrdir ki, böyük səy göstərilir, amma elmi dəlillər həmişə nəzəriyyənin əleyhinə olur. Bütün dəlillər təkamülün əsla reallaşmadığını, canlıların bir-birinə mərhələli çevrilməsininmümkün olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir. Bu açıq dəlillərə baxmayaraq, bu iddianı isbat etmək üçüntəkamülçülər minlərlə araşdırma və təcrübə aparır, yalnız boş sözlərdən və aldatmacalardan ibarət cild-cild kitablar yazır, institutlar qurur, konfranslar verir, televizor proqramları hazırlayırlar. Bu azğın yolda minlərlə elm adamının vaxtının və imkanın heç edilməsi insanlıq üçün böyük itkidir. Əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə daha çox faydalı mövzularda, daha çox əhəmiyyətli addımlar atıla və qəti nəticələr əldə edilə bilərdi. Bəzi elm adamları və mütəfəkkirlər də təkamülün nə cür böyük bir yanılma olduğunu görürlər. Məsələn, amerikalı filosof Malcolm Muggeridge bu mövzuda belə deyir:
 
“Mən özüm təkamül nəzəriyyəsinin gələcəyin tarix kitablarındakı ən böyük rişxənd mövzularından biri olacağına inanmışam. Gələcək nəsillər bu qədər əsassız və qeyri-müəyyən bir fərziyyənin inanılmaz sadəlövhlüklə qəbul edilməsini heyrətlə qarşılayacaqlar”. (Malcom Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 59)
 
Təkamül və materializm kimi xürafatlara inanmaq və bunları elmə baxmayaraq müdafiə etmək psixoloji istiqamətdən elm adamlarını da çətinliyə salır.Kainatdakı ahəng və ya canlılardakı yaradılış onlar üçün böyük çətinlik qaynağı olur. Gördükləri açıq-aşkar dəlillərə gözlərini bağlayan bu insanlarda həqiqətlərə laqeydlik və bununla bağlı mühakimə pozuqluğu yaranır.

 

Nəticə

 
Ətrafımızda və yaşadığımız kainatda təkamül nəzəriyyəsinin qurucusu Darvini də (“Bir tovuzquşunun tüklərini görmək məni az qala dəli edir”. Çarlz Darvin) yaradılışa aid fövqəladə dəlillərin olması narahat edirdi. Bir ağcaqanaddakı heyranedici sistem, bir tovuzquşunun qanadlarındakı möhtəşəm sənət, göz kimi kompleks və mükəmməl bir orqan və milyonlarla varlıq iman gətirən insanlar üçün Allahın varlığının və Onun üstün elminin və ağlının dəlillərindən yalnız bir neçəsidir. Yaradılış həqiqətini qəbul edən elm adamı da təbiəti bu gözlə araşdırar, apardığı hər müşahidədən, hər təcrübədən böyük  zövq alar və Allahın iznilə yeni araşdırmalar üçün güc tapar. IX və X əsrlərdə imani məsuliyyətin təyin etdiyi çərçivədə elmə xidmət edən, elmin ancaq Allah qatında olduğunu bilənmüsəlman alimlər yaşadıqları dövrə və sonrakı dövrə necə rəhbərlik edə bilmişlərsə, güclü səmimiyyətlə Quranın hikmətinə sığınan bu günkü elm adamlarımız da bundan sonrakı əsrləri işıqlandıracaq inkişaflara Allahın iznilə imza atacaqlar. Rəbbimizin bildirdiyi kimi: “Həqiqətən, bu Quran, ən doğru yola yönəldir…” (İsra surəsi, 9)
 
“Dərin imana sahib olmayan həqiqi elm adamı düşünə bilmirəm. Bu vəziyyət belə ifadə edilə bilər: dinsiz bir elmə inanmaq qeyri-mümkündür”. Albert Eynşteyn (John Clover Monsma, The Evidens Of God İn Expanding Universe (Genişlənən kainatda Allahın varlığının dəlilləri), s. 256)
 
Elmin irəliləməsi üçün darvinizm və materializm kimi XIX əsrin azğın inanclarını bir kənara qoymaq gərəkir və bunun üçün azad düşünən və gördüyühəqiqəti qəbul etməkdən çəkinməyən elm adamları lazımdır.
2013-07-13 21:30:09

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."