Yəhudilərin Mehdi etiqadı

Yəhudilikdə hz. Mehdi (ə.s)  “Maşiah”, “Kral Məsih”, “Şilo (göndərilmiş, Allah`ın hədiyyəsi)” kimi müxtəlif adlarla ifadə edilir. 
 
Tövratda yəhudilərə əmr olunan fərz ibadətlərdən biri də hz. Mehdinin (ə.s) (yəhudi mənbələrində Kral Məsih) gəlişinə iman gətirməkdir.
 
XII əsrdən bu günə qədər ən böyük Tövrat alimi hesab edilən xaxam Maimonides (İbni Meymun) yəhudiliyin on üç əsas dini etiqadından on ikincisinin “Məsihin (Mehdinin) gələcəyinə inanmaq” olduğunu bildirmişdir.  
 
Yəhudilərin bu təmələ əsaslanan “Mehdi” inancları belə ifadə edilir: “Məsihin  (Mehdinin) gələcəyinə bütün qəlbimlə inanıram, gəlişi geciksə belə hər gün onu gözləyirəm.”
 
Hz. Mehdinin (ə.s) gələcəyinə inanmayanlar isə yəhudilərin müqəddəs mənbələrindən biri olan Mişnada belə təsvir edilir:
 
“Məsihin (Mehdinin) gələcəyinə inanmayan və ya onun gəlişini gözləməyən insan bütün peyğəmbərlərə qarşı gəlməklə yanaşı Tövratı və hz. Musanı da inkar etmiş sayılır.” (Maimonides, Mişna Tora, Kralların Qanunları, 11:1)
 
Eyni zamanda yəhudilər hər gün üç dəfə təkrarladıqları “Shmoneh Esrei” duasında Allah`dan hz. Mehdinin zühurunu tezləşdirməsini diləyirlər. Bu duada  ədalətin yenidən bərpa olunması, əxlaqsızlığın, günahın və pisliklərin nəhayətlənməsi, doğruluğun hakim olması üçün hz. Mehdinin gəlişi arzulanır. 
2013-08-19 00:42:11

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top