Zoqarda Kral Məsih (hz. Mehdi (ə.s))

Hz. Mehdinin (ə.s) ətrafında az sayda gəncin toplanması:

...“Gənc” adlandırılan hər kəs onun ətrafında toplanacaq. Onların sayı dünyada azdır və Məsihin gücü məktəbli uşaqların yardımı ilə daha da artacaq. Ayədəki “gənc” ifadəsinin mənası budur.  (15. Şemot: Məsihin gəlişi, nöm. 130)

Şərqdən bir ulduzun doğması:

40 gün sonra bütün dünya bir sütunun yerdən göyə qədər uzanmasına şahid olacaq və Məsih zahir olacaq. Şərqdən rəngarəng bir ulduz yüksələcək və başqa  yeddi ulduz bu ulduzu əhatə edərək yetmiş gün ərzində, gündə üç dəfə hər tərəfdən ona hücum edəcək. Dünyadakı bütün insanlar bunu görəcək. (15. Şemot: Məsihin gəlişi, nöm. 101)

Daha sonra yeddinci pəncərə bütün dünyaya açılacaq və ulduzu da Yəqubun ulduzu olacaq. Bilaam belə buyurdu: “Yəqubdan bir ulduz gələcək” (Bemidbar 24:17) və bu ulduz qırx gün ərzində yer üzünü nura qərq edəcək. Kral Məsih zühur etdikdə bütün millətlər ona tabe olacaq və bu vəd yerinə yetəcək. (Yeşaya 11:10) (21. Trumah: 86. Ulduzlar, nöm. 860)

Hz. Mehdinin (ə.s) qeyb dövrü:

Yetmiş gündən sonra ulduz gizlənəcək və Məsih on iki ay qeybə çəkiləcək. İlk dəfə atəş sütunu ilə gəldiyi kimi yenidən geri qayıdacaq.Məsih bu görünməz sütunun içində gizlənəcək. (15. Şemot: Məsihin gəlişi, nöm. 102)

Hz. Mehdinin (ə.s) çıxış əlamətləri:

Məsih zühurunu dünyada baş verən bəzi möcüzə və əlamətlər xəbər verəcək (15. Şemot: 15. Məsihin gəlişi, nöm. 106)

Hz. Mehdinin dövründə müqəddəs xəzinələr tapılacaq:

İlahi və gizli xəzinələr Kral Məsihin zühuruna qədər tapılmayacaq. (19. Yitro: 19, nöm. 299)

Səmimi dindarlar və yaxşı insanlar təzyiqlərə məruz qalacaq:

Məsihin zühurundan əvvəl Mişna (Tövrat təfsiri) alimləri, hikmət sahibiinsanlar, Kabbala alimləri, Tövratın sirrlərini bilənlər çətin dövr yaşayacaqlar, çünki onları dəstəkləyən heç bir şey olmayacaq. (Axarei Mot: 36, nöm. 211)

O, o tarixdə Məsihi dünyaya gətirmək üçün açılar. Çünki saleh, təvazökar, Allah eşqinə və qorxusuna sahib, nəzakətli, əməli düz insanlar, rüşvətdən iyrənən insanlar əzab içində və yoxsul olacaqlar. Davudun oğlunun (hz. Mehdinin (ə.s)) zühur dövründə cəsur insanlar şəhərləri gəzib dolaşacaq, ancaq onlara yaxşılıq edən olmayacaq. Günahdan çəkinən insanlardan iyrənəcəklər. (Axarei Mot: 36, nöm. 213)

Hz. Mehdinin (ə.s) zühurundan əvvəl dünya və İsrail sıxıntılara qərq olacaq:

Məsihin zühur illərində dünya əhalisi böyük çətinliklərlə üzləşəcəkvə İsrailə nifrət edənlərin sayı artacaq. (43. Balak: 47, not. 505)

Hz. Mehdi (ə.s) Allah rizası üçün bütün dərdləri öz üzərinə götürəcək:

... Xəstələr məbədi adlandırılan bir yer vardır. Məsih bu məbədə girər və İsrailin xəstəlik və dərdlərinin hamısını öz üstünə götürər. Bütün xəstəliklər onun üzərinə enər... Bu, “Dərdlərimizi öz üzərinə götürdü” ifadəsinin mənasıdır. (Yeşaya, 53:4) (25. Vayaxel: 24, nöm. 336)

Aslan adlandırılması:

Aslan adlandırılan Davudun oğlu Məsih zühur edənə qədər... (20. Mişpatim: 17, nöm. 475)

Bu keçid “Dənizdən dənizə, çaylardan dünyanın hər bir bucağına hakimiyyəti yayılsın” (Tehilin 72:8), Məsih ilə həyata keçəcək... Davud oğlu Məsihin bayrağı Yəhudadan olacaq və üzərində aslan olacaq. (20. Mişpatim: 18, no. 483)

Hz. Mehdi (ə.s) bütün insanların imanına vəsilə olacaqdır:

Uca Allah`ın adına bilin ki, Məsihin danışıqlarını eşidən dünyanın xoş halına... Şirin dili ilə Tövratın bütün sirlərini açıqlayacaq... Hamı Kral Məsihin ətrafında toplanacaq, o da onlara Tövratı şərh edəcək. Onun şirin danışığı və böyük eşqi vəsiləsilə ilahi yeşivaya (dini dərslərə) yüksələcəklər. (40. Şlak Leka: 16. Tövratı oxumaq, nöm. 142)

Hz. Mehdini (ə.s) hər kəs qiymətləndirə bilməyəcək, o yalnız imanın nuru ilə tanınacaqdır:

İsraillilər, Kral Məsih Rəbbin başına qoyduğu tacla bəzənəcək. Bu tacın üzərində müqəddəs adlar qeyd olunacaq. Yer üzündə layiq olan hər kəs Məsihin tacının nuru ilə görəcək. (21. Trumah : 10, nöm. 98)

Hz. Mehdi (ə.s) dövründə xurafatlar ortadan qalxacaq, əsl din hakim olacaq:

Məsih zühur etdikdən sonra dünyadakı bütün xürafatçılar gizlənəcək, çünki belə yazılmışdır: “qayalıqdakı mağaralara, yerin altındakı xəndəklərə qaçıb girəcək.” (Yeşaya 2:19) və “Qaya yarıqlarında”… (Yeşaya 7:19) (44. Pinkas: 85. Additional Nefesh, additional Ruach, additional Neshamah, nöm. 573)

Məsihin zühuru yaxınlaşdıqda bu ulduzlu pəncərə dünyaya hakim olacaqdır. Beləliklə, vəhşi heyvanlar dünya hakimiyyətini ələ keçirəcək və şeytanın orduları bir-birinin ardınca ortaya çıxacaqdır. İsrail oğulları əzab-əziyyət içində qovrulacaq. Sonra sürgün edildiklərində müqəddəs günün işığını onlar üçün aydınladacaq. Buna qurtuluş deyilir və mübarək olanlar krallığı qəbul edəcək. Hökmranlıq bütpərəstlərdən alınacaq... Və bu hökm gerçəkləşəcək: “Ayın işığı günəş kimi olacaq...” (Yeşaya 30:26) (21. Trumah: 86. Ulduzlar, nöm. 859)

2013-08-19 00:46:02

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top