Talmud dövrünün yəhudi təfsirlərində Kral Məsihin gizlənməsi

·    Musa Misirdə qardaşlarına zahir olduqdan və onları qurtuluşun yaxınlaşması ilə müjdələdikdən sonra bir müddət gizlənməyə məcbur edildiyi kimi, Məsih (hz. Mehdi (ə.s)) də ilk dəfə zahir olduqdan sonra gizlənməyə məcbur ediləcəkdir. [Saylar Rəbbah bölməsi II; Əzgilərin Əzgisi Rəbbah, (2:9); Pesikta Rəbbathi, Bölmə. 36] [i]

·    Musa Misirdə fironun evində böyüyüb boya-başa çatdığı kimi, Məsih də Romada olacaqdır. Hər ikisinin də zühurdan sonra gizlənməsi vacib buyurulmuşdur. [Kohelet Rəbbah, I, 9] [ii]

·     Əlbəttə, möhtəşəm parlaqlığı ilə yer üzünü nura qərq edən “Məsihin işığı” hər zaman dan yerinin sökülməsi kimi görünməyə bilər, dərəcə və mərhələrlə görünüşü dəyişə bilər...

·     “Xaxam Hiyya və xaxam Simeon haqqında belə deyilir, İrbid vadisində sübh tezdən yeriyərkən dan yerinin söküldüyünü gördülər. Bu vaxt xaxam Hiyya belə dedi: İsrailin (Məsih vasitəsi ilə) qurtuluşu da belə olacaqdır; başlanğıcda çox az görünəcək, sonra parlaqlığı getdikcə artacaq və sonda bütün nuru və möhtəşəmliyi ilə dan yeri kimi söküləcəkdir.” [Midraş Şir ha-Şirim Rəbâh, VI, 10] [iii]

Qeydlər:

[i] (Messianism in the Talmudic Era, Leo Landman, Ktav Publishing House Inc., New York, 1979, s. 29)

[ii] (Messianism in the Talmudic Era, Leo Landman, Ktav Publishing House Inc., New York, 1979, s. xxxi)

[iii] (Messianism in the Talmudic Era, Leo Landman, Ktav Publishing House Inc., New York, 1979, s. 60)

2013-08-19 00:49:42

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top