Hz. Mehdinin (ə.s) Musəvi qaynaqlarında bəhs edilən xüsusiyyətləri

Musəvilərin gözlədiyi Məsih (hz. Mehdi (ə.s)) bütün dünyada sülhü bərpa edən mənəvi liderdir. Millətlərə rəhbərlik etməklə yanaşı, hər zaman ən doğru qərarlar verən, dürüst və ədalətli hakim, Allah qorxusu və sevgisindən dolayı bütün bəşəriyyət üçün üstün əxlaq nümunəsi olacaq. Yəhudilər hz. Mehdinin (ə.s) gələcəkdə dünyanı ədalətlə dolduran, təxribatçıların törətdiyi əməllərin qarşısını alıb zərərsizləşdirən və bütün millətlərin  izləyəcəyi xilaskar olduğu üçün onun "Yahev və ya Şahev" (insanları yaxşılaşdıran, onları Allaha yönəldən) sifətlərindən bəhs edirlər. Yəhudilər hz. Mehdinin (ə.s) insanları təsiri altına salan bir şəxsiyyətə və ruh gözəlliyinə sahib olacağını,hikmətli sözləri ilə onlara imanı sevdirəcəyini də deyirlər. Ancaq Allah'ın seçib dəstəklədiyi bu quləsla fövqəlinsan bir varlıq olmayacaq, möcüzə göstərməyəcək, normal şəkildə dünyaya gələn, lakin Allah'ın maddi-mənəvi yöndən dəstəklədiyi və müvəffəqiyyət bəxş etdiyi bir bəşər olacaq. Yəhudi qaynaqlarındakeçən hz. Mehdinin (ə.s) xüsusiyyətlərindən bəziləri belədir:

1. Ədalətli olacaq:

O, [Hz. Mehdi (ə.s)] belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq( Yeşaya, 11:5)

... [Hz. Mehdinin (ə.s)] şahlıq əsası ədalət əsasıdır... (Məzmur, 45:6-7)

... [Hz. Mehdi (ə.s)] hökm edərkən ədaləti axtaracaq... (Yeşaya, 16:5)

[Hz. Mehdi (ə.s)] yoxsullara haqq ilə hökm edəcək... (Yeşaya, 11:4)

... O [hz. Mehdi (ə.s)] ədalətli xilaskar və həlimdir.... (Zəkəriyyə, 9:9)

"Budur, Davud üçün saleh bir Pöhrə [hz. Mehdini (ə.s)] çıxaracağım günlər gəlir... O [Hz. Mehdi (ə.s)], ölkədə ədalətli və saleh işlər görəcək», - Rəbb belə bəyan edir. (Yeremya, 23:5-6)

2. Məzlumun haqqını qoruyacaq:

[Hz. Mehdi (ə.s)] yoxsullara haqq ilə hökm edəcək, yer üzündəki fəqirlərin işinə ədalətlə qərar verəcək... (Yeşaya, 11:4)

3. Bütün dünyada ədaləti bərpa edəcək:

Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır!...O, millətlərə ədalət gətirəcək.(Yeşaya, 42:1)

...Ədaləti sədaqətlə yayacaq. Yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək... (Yeşaya, 42:3-4)

Ədalətli adamı şərqdən kim ayağa qaldırdı? Kim ona xidmət etməyi əmr etdi? Millətləri onun ixtiyarına kim verdi? Padşahları kim məğlub etdi?... (Yeşaya, 41:2)

4. Dürüst və doğru olacaq:

Salehliyi sevib pisliyə nifrət edirsən.... (Məzmur, 45:7)

... Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar verəcək... (Yeşaya, 11:4)

O zaman, o günlər, Davud üçün saleh bir Pöhrə [Hz. Mehdini (ə.s)] yetişdirəcəyəm. O, ölkədə ədalət və salehliklə davranacaq. (Yeremya, 33:15)

Davud nəslindən bir nəfər [Hz. Mehdi (ə.s)]... tezliklə salehliyi yerinə yetirəcək.(Yeşaya, 16:5)

... [Hz. Mehdi (ə.s)] salehliklə hökmranlıq edəcək...(Yeşaya, 32:1)

Məsih dövrü (Qızıl Əsr) doğru və dürüst kral Məsih [Hz. Mehdi (ə.s)]... tərəfindən idarə olunacaq... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

5. Xilaskar olacaq:

O [hz. Mehdi (ə.s)] ədalətli xilaskardır... (Zəkəriyyə, 9:9)

6. Təbliği ilə dünyanı təsir altına salacaq:

... [Hz. Mehdi (ə.s)] dünyanı ağzının dəyənəyi ilə vuracaq (yəni silaha əl atmadan sözləri ilə təsiri altına salacaq). Pis adamları ağzının nəfəsi ilə öldürəcək [yəni danışıqları ilə mənəvi cəhətdənzərərsizləşdirəcək]. (Yeşaya, 11:4)

... Onun [hz. Mehdinin (ə.s)] adı Ecazkar Məsləhətçi... olacaq. (Yeşaya, 9:6)

Onları dəmir əsa ilə qıracaqsan, saxsı qab kimi çilik-çilik edəcəksən [yəni hz. Mehdi (ə.s) dinsiz sistemləri fikirləri ilə tamamilə çökdürəcək]. (Məzmur, 2:9)

7. Qəlbərə təsir edəcək şəkildə danışacaq

Nə itidir oxların, padşahın düşmənlərinin köksünə saplanır. (Hz. Mehdinin (ə.s) sözləri çox hikmətli və təsirli olacaq, dinsiz ideologiyaları tamamilə təsirsiz edəcək)... (Məzmur, 45:5)

8. Bütün dünyanı Allah'a iman gətirməyə yönəldəcək:

O [hz. Mehdi (ə.s)] bütün dünyanı Allaha birlikdə qulluq etməsi üçün islah edəcək, çünki belə yazılmışdır: “O zaman Mən xalqların nitqini dəyişib, onlara pak dil verəcəyəm ki, hamı Rəbbin adını çağırsın, Mənə çiyin-çiyinə xidmət etsinlər.” (Sefanya, 3:9) (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

9. İnsanları ruhən təmizləyərək saflaşdıracaq:

Ancaq onun [Hz. Mehdinin (ə.s)] gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki o, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək... saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. (Malaki, 3:2-3)

... Səni [hz. Mehdini (ə.s)]... millətlərə nur edəcəyəm ki, korların gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəsən. (Yeşaya, 42:6-7)

10. Şiddətə baş vurmadan iman gücü ilə uğur əldə edəcək:

"... Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən", - deyir Ordular Rəbbi. (Zəkəriyyə, 4:6)

11. Güc və uğur sahibi olacaq:

Budur, Mənim qulum [hz. Mehdi (ə.s)] uğur qazanacaq, O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək.(Yeşaya, 52:13)

"... Davud sülaləsindən güclü hökmdar [hz. Mehdi (ə.s)] yetirəcəyəm, məsh etdiyim (seçdiyim) üçün bir çıraq hazır etmişəm. Düşmənlərini xəcalətə salacağam, lakin onun tacı nur saçacaq" (Məzmur, 132:17-18)

Ona [hz. Mehdiyə (ə.s)] zəfər çaldıraraq şərəfini ucaltmısan, ehtişam və əzəmət bağışlamısan. Əbədi olaraq başına nemətlər tökmüsən, hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən. Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır. (Məzmur, 21:5-7)

... (Rəbb) Öz padşahına [Hz. Mehdiyə (ə.s)]qüvvət verəcək, məsh etdiyinə (seçdiyinə) böyük güc verəcək!” (I Şamuel, 2:10)

... Bizə oğul verildi, hakimiyyət onun [hz. Mehdinin (ə.s)] çiyinləri üzərində olacaq... Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq (Yeşaya, 9:6-7)

12. Xalqların mənəvi lideri olacaq:

Məsih [hz. Mehdi (ə.s)] çox möhtəşəm bir kral olacaq... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

Ona [hz. Mehdiyə (ə.s)] hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin... (Daniel, 7:14)

... Xalqlara bayraq olacaq, millətlər ona [hz. Mehdiyə (ə.s)] tərəf yönələcək... (Yeşaya, 11:10)

Bütün millətlərdən onu [hz. Mehdini (ə.s)] dinləməyə gələnlər olacaq... (Maimonides, Mişna Tora, Tövbə 9:2)

... Uzaq diyarlar onun [hz. Mehdinin (ə.s)] qanununa etibar edəcək.(Yeşaya, 42:4)

Millətlər sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. "Qaldır başını, bax ətrafına, hamı yığılıb yanına gəlir!..." (Yeşaya, 60:3-4)

O vaxta qədər ki əsanın sahibi (Şilo) [hz. Mehdi (ə.s)] gələcək. Onda xalqlar ona itaət edəcək.(Yaradılış, 49:10)

13. Xalqlar hz. Mehdiyə (ə.s)tabe olacaq:

Padşahın [hz. Mehdinin (ə.s)] adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, onu bütün millətlər bəxtiyar adlandırsın! (Məzmur, 72:17)

Onun [hz. Mehdinin (ə.s)] fövqəladə doğruluğu və vəsilə olacağı xariqələrdən [inanılmaz gözəlliklərdən] dolayı insanlar onunla sülh bağlayacaq və bütün ölkələr ona xidmət edəcək. (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

... Xalqlar ayağının altına yıxılır. (Bütün insanlar hz. Mehdiyə (ə.s) tabe olacaqlar). (Məzmur, 45:5)

14. Hakimiyyət sahibi olacaq:

Ona [hz. Mehdiyə (ə.s)] hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin.Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq. (Daniel, 7:14)

...Padşahınız [hz. Mehdi (ə.s)] millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, çaydan (Fəratdan) dünyanın ucqarlarınadək uzanacaq. (Zəkəriyyə, 9:10)

... [Hz. Mehdi (ə.s)] hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq... O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq... (Yeşaya, 9:7)

... Davud sülaləsindən güclü hökmdar [hz. Mehdini (ə.s)] yetirəcəyəm. Düşmənlərini xəcalətə salacağam, lakin onun tacı nur saçacaq. (Məzmur, 132:17-18)

Rəbb padşahına [hz. Mehdiyə (ə.s)] böyük zəfərlər verər... ona əbədi məhəbbət göstərər. (II Şamuel, 22:51)

Gələcəkdə Kral Məsih [hz. Mehdi (as)] çıxacaq və Davud krallığının keçmişdəki hakimiyyətini yenidən bərpa edəcək.(Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

[Hz. Mehdi (ə.s)] dənizdən-dənizə qədər, Fəratdan yerin ucqarlarına qədər səltənət sürsün. (Məzmur, 72:8)

15. Olduğu bölgədən dünyanı idarə edəcək:

... Davud oğlu [hz. Mehdi (ə.s), hz. Süleyman (ə.s) kimi] yalnız sidrindən  (oturduğu yerdən) hökmdarlıq edəcək... (Talmud, Sanhedrin 20b)

16. Dünyanı köməkçiləri vasitəsilə idarə edəcək:

... Davud oğlu [hz. Mehdi (ə.s), hz. Süleyman (ə.s) kimi] yalnız öz qrupu ilə hökmdarlıq edəcək... (Talmud, Sanhedrin 20b)

17. Bütün dünyada sülhü bərpa edəcək:

Döyüş arabalarını... uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız[hz. Mehdi (ə.s)]  millətlərə sülh elan edəcək... (Zəkəriyyə, 9:10)

Onun [hz. Mehdinin (ə.s)] fövqəladə doğruluğu və vəsilə olacağı xariqələrdən (inanılmaz gözəlliklərdən) dolayı insanlar onunla sülh bağlayacaq... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

Məsih [hz. Mehdi (ə.s)] dövründə... müharibələr olmayacaq və bir millət digər millətə qılınc qaldırmayacaq... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

18. İzzət sahibi olacaq:

... Rəbbin izzəti üzərinə gəldi!...izzəti səni əhatə edəcək. (Yeşaya, 60:1-2)

(Rəbb) ona [hz. Mehdiyə (ə.s)] zəfər çaldıraraq şərəfini ucaltmısan, ehtişam və əzəmət bağışlamısan. (Məzmur, 21:5)

19. Allah'a təvəkkül edib güvənəcək:

... Padşah [hz. Mehdi (ə.s)]  Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.(Məzmur, 21:7)

20. Allah hz. Mehdini (ə.s) hərtərəfli dəstəkləyəcək:

Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu onun [hz. Mehdinin (ə.s)] üzərində olacaq... (Yeşaya, 11:2)

Budur, Mənim saxladığım, seçdiyim qulum [hz. Mehdi (ə.s)]! Könlüm ondan razıdır! Mən Öz Ruhumu onun üzərinə qoymuşam... (Yeşaya, 42:1)

Xudavənd Rəbbin Ruhu üzərimdədir... (Yeşaya, 61:1)

Mən Rəbb salehliyimlə səni çağırdım, sənin əlindən tutacağam, səni qoruyacağam. Səni... millətlərə nur edəcəyəm. (Yeşaya, 42:6)

Onu yaxşı nemətlərlə qarşılamısan, saf qızıldan başına tac qoymusan. Səndən həyat istəyəndə ona verdin, Onun ömrünü uzatmısan. (Məzmur, 21:3-4)

Xaxamlarımız öyrətdi ki, Uca Allah Davud oğulu Məsihə [hz. Mehdi (ə.s)] deyəcək ki: "Məndən nə istəsən, onu sənə verəcəyəm." (Talmud, Sukkah 52a)

Rəbb belə deyir: "Münasib vaxtda sənə cavab verdim, xilas günü sənə kömək etdim, səni hifz edəcəyəm..." (Yeşaya, 49:8)

Ya Rəbb, padşah [hz. Mehdi (ə.s)] qüdrətinlə sevinir. Zəfərinlə fərəhlənir. Onu ürəyinin arzusuna çatdırmısan, dilindən çıxan diləyini ondan əsirgəməmisən. (Məzmur, 21:1-2)

21. Ağıl və hikmət sahibi olacaq:

"Budur, Davud üçün saleh bir Pöhrə Çıxaracağım günlər gəlir. Bu Padşah [hz. Mehdi (ə.s)] müdrikliklə padşahlıq edəcək, ölkədə ədalətli və saleh işlər görəcək", - Rəbb belə bəyan edir.(Yeremya, 23:5)

Davudun soyundan çıxacaq olan o kral [hz. Mehdi (ə.s)] Süleymandan daha da ağıllı olacaq... (Maimonides, Mişna Tora, Tövbə 9:2)

Məsih dövrü (Qızıl Əsr)... fövqəladə ağla sahib olan... Məsih [hz. Mehdi (ə.s)] tərəfindən idarə olunacaq... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

Xaxam Nahman dedi ki: "Əgər [Məsih [hz. Mehdi (ə.s)]] bu gün... yaşayanlardan olsaydı, o bizim mübarək müəllimimiz olardı." (Talmud, Sanhedrin 98b)

22. Allah'ın sevdiyi qulu olacaq:

Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi krala [hz. Mehdi (ə.s)]... əbədi məhəbbət göstərər. (II Şamuel, 22:51; Məzmur, 18:50)

... Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır. (Məzmur, 21:7)

Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır!... (Yeşaya, 42:1)

23.  Qəlbi Allah qorxusu ilə dolu olacaq:  

...  Rəbb qorxusu ruhu onun [Hz. Mehdinin (ə.s)] üzərində olacaq. O, Rəbb qorxusunda sevinc tapacaq... (Yeşaya, 11:2-3)

24. Allah'a yaxın olacaq:

Məsih dövrü (Qızıl Əsr)... Allah'a yaxın olan... Məsih [hz. Mehdi (ə.s)] tərəfindən idarə olunacaq... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

25. Gözəl insan olacaq:

(Xalqın) gözləri [Hz. Mehdini (ə.s)] padşahı bütün gözəlliyi ilə görəcək... (Yeşaya, 33:17)

Bəşər övladlarının ən gözəli sənsən... (Məzmur, 45:2)

26. Allah'ın nuru üzərində olacaq:

 Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi!... Millətlər sənin [Hz. Mehdinin (ə.s)] nuruna... gələcək.(Yeşaya, 60:1-3)

27. Hikmətli danışacaq:

... Dodaqlarından lətafətli sözlər tökülür... (Məzmur, 45:2)

28. İnsanları Allah'ın yoluna dəvət edib maarifləndirəcək:

Davud soyundan çıxacaq olan o kral [hz. Mehdi (ə.s)] bütün insanlara Allah'ın haqq yolunu və Ondan qorxmağı öyrədəcək... (Maimonides, Mişna Tora, Tövbə 9:2)

[Hz. Mehdi (ə.s)] çıxdığı zaman.. [Allah'ın əmrlərinə tabe olunmaqdakı] itaətsizlikləri düzəldəcək... (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

O [hz. Mehdi (ə.s)], bütün dünyanı Allahəa qulluq etmələri üçün mükəmməlləşdirəcək. (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

29. Heybətli görkəmə sahib olacaq:

... [Hz. Mehdiyə (ə.s)] ehtişam və əzəmət bağışlamısan (Məzmur, 21:5)

30. Yaşadığı məkanlüks olacaq:

... [Hz. Mehdinin (ə.s)] məskunlaşdığı yer izzətlə dolacaq. (Yeşaya, 11:10)

31. Təvazökar olacaq:

... O [hz. Mehdi (ə.s)] ədalətli xilaskar və itaətkardır... (Zəkəriyyə, 9:9)

32. Allah rizasına görə hərəkət edəcək:

Davudun soyundan bir kral çıxarsa... və Allahın ordusunda döyüşsə [Allah üçün fikri mübarizə apararsa], onun Məsih [hz. Mehdi (ə.s)] ola biləcəyinə diqqət etməliyik... (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

33. Zahirlə deyil, batin (lədun) elmi ilə hökm edəcək:

... [Hz. Mehdi (ə.s)] gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. (Yeşaya, 11:3)

... O [hz. Mehdi (ə.s)] (bir adamı) sezər və haqqında hökm verər, çünki belə yazılmışdır: Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. [Yeşaya, 11:3-4] (Talmud, Sanhedrin 93b)

34. Şəfqətli və mərhəmətli olacaq:

... İmdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri qurtarır. (Məzmur, 72:12)

Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir. (Məzmur, 72:13)

Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, onun gözündə bunların qanı qiymətlidir. (Məzmur, 72:14)

Məzlum xalqın haqqını versin, fəqirləri xilas etsin... (Məzmur, 72:4)

35. Gözəl xasiyyətli olacaq:

Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq.(Yeşaya, 42:2)

Əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək.... (Yeşaya, 42:3)

36. Cəsur olacaq:

Ey cəngavər... əzəmətini, ehtişamını göstər.(Məzmur, 45:3)

Yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək... (Yeşaya, 42:4)

37. Bərəkət bəxş ediləcək:

O [hz. Mehdi (ə.s)], Rəbbin önündə bir fidan kimi, quru torpaqda bitən kök kimi böyüdü.... (Yeşaya, 53:2)

 [Hz. Mehdi (ə.s)] biçilən tarlaya yağış kimi, torpağı suvaran gur yağış kimi tökülsün! (Məzmur, 72:6)

Əbədi olaraq [hz. Mehdinin (ə.s)] başına nemətlər tökmüsən ... (Məzmur, 21:6)

38. Müjdəçi olacaq:

... Sülh xəbəri gətirən o müjdəçi xoş müjdə gətirir, qurtuluş xəbəri verir... (Yeşaya, 52:7)

39. Allah'ın Salam sifəti üzərində təcəlli edəcək:

... Onun [hz. Mehdi (ə.s)] adı... əmin-amanlıq hökmdarı olacaq. (Yeşaya, 9:6)

... [Hz. Mehdinin (ə.s)] əmin-amanlığının artmasının sonu olmayacaq... (Yeşaya, 9:7)

40. İnsan surətində, yənibəşər olacaq:

Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər biri [hz. Mehdi (ə.s)] göyün buludları ilə gəlir... (Daniel, 7:13)

Xaxam Nahman dedi ki: "Əgər [Məsih [hz. Mehdi (ə.s)] bu gün yaşasaydı, mənim kimi biri olardı, çünki belə yazılmışdır: Rəhbərləri özlərindən olacaq, başçıları aralarından çıxacaq." [Yeremya 30:21] (Talmud, Sanhedrin 98b)

41. Möcüzə göstərmədən dünyaya hakim olacaq:

Heç kim... Kral Məsihin [hz. Mehdinin (ə.s)] möcüzələr göstərəcəyini, dünyaya yeni fövqəladəliklər gətirəcəyini, ölüləri dirildəcəyini və ya buna bənzər işlər görəcəyini düşünməsin. Bu doğru deyil. (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:3)

Məsih [hz. Mehdi (ə.s)] dövründə təbiətdəki mövcud nizamın hər hansısa ünsürünün qüvvədən düşəcəyi və ya yaradılışda yeni dəyişikliklər olacağı düşünülməməlidir. Dünyanın nizamı olduğu kimi davam edəcək. (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:1)

[Hz. Mehdi (ə.s) dövründə]... dünyanın gedişatının və ya təbiət qanunlarının dəyişəcəyini düşünməyin. Dünya olduğu kimi davam edəcək... (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

Məsihin [hz. Mehdinin (ə.s)] əlamətlər ya da özünü isbat etməsi üçün möcüzələr göstərməsinə ehtiyac yoxdur. (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:2)

42. Bütün dünyada tanınacaq:

Məsih [hz. Mehdi (ə.s)] böyük şöhrət qazanacaq və onun şanı digər millətlər arasında Kral Süleymandan daha çox olacaq. (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

43. Axır zamanda ortaya çıxacaq:

... Davud oğlu [hz. Mehdi (ə.s)] son yubileydə* gələcək... (Talmud, Sanhedrin 97b)

44. Qəfildən ortaya çıxacaq:

... [Hz. Mehdinin (ə.s) çıxışını hesablamaqla əlaqədar] onlara belə deyərdi:... Üç şey birdən ortaya çıxar: Məsih [hz. Mehdi (ə.s)], tapılan bir əşya və bir əqrəb. (Talmud, Sanhedrin 97a)

45. Allah'ın insanlara lütfüdür:

[Hz. Mehdinin (ə.s)] adı nədir? ... Onun adı Şiloh [göndərilən, Allah'ın hədiyyəsi]... Onun adı Yinnon [sonsuza qədər yaşayacaq olan]... Onun adı Haninah [mərhəmət, lütf, Allah tərəfindən lütf edilmiş]... Onun adı Menahem [rahatlıq bəxş edən, təsəlli edən]... Çünki Mənim ruhumu rahatlaşdıracaq olan Menahem [rahatlaşdırıcı]... Bizim ağrılarımıza dözdü və dərdlərimizi üzərinə götürdü... (Talmud, Sanhedrin 98b)

46. Əvvəlcədən dəyər verilməyəcək:

Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi. Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. (Yeşaya, 53:3)

47. Çətinliklərlə imtahan olunacaq:

... "Davud oğulunun [hz. Mehdinin (ə.s)] gələcəyi nəsildə alimlər məhkəməyə veriləcək." Şamuelin yanındaykən bu ifadəni təkrar etdikdə belə vurğuladı: "Bir imtahanın ardınca başqa bir imtahan gələcək... " (Talmud, Kethuboth 112b)

Məsih üçün də belə yazılmışdır: Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu onun üzərində olacaq. Xaxam Aleksandri dedi ki: "Bu Onun [Allah'ın] ona [hz. Mehdiyə (ə.s)] saleh işlər və məngənə kimi çətinliklər yüklədiyini bildirir." [Yeşaya, 11:2] (Talmud, Sanhedrin 93b)

Nə üçün millətlər belə vurnuxmaya düşür, ümmətlər boş şeylər düşünür? Dünya şahları yığışır, hökmdarlar Rəbbə, Onun məsh etdiyinə [Hz. Mehdiyə (ə.s)] qarşı birləşir. Deyirlər: “Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq”. (Məzmur, 2:1-3)

48. Köməkçilərinin əsas vəzifəsi Allah'a xidmət etmək olacaq:

...  Siz isə Rəbbin kahinləri (din adamları), Allahımızın xidmətçiləri adlanacaqsınız... (Yeşaya, 61:6)

49. Hz. Mehdinin (ə.s) qədərdə bəlli olacaq:

Yaradılışdan əvvəl [Uca Olan, Müqəddəs Olan tərəfindən] yeddi şey təyin olunmuşdu: Tövrat, Tövbə, Cənnət, Cəhənnəm, Ərş, Müqəddəs Məscid və Məsihin kimliyi. (Babil Talmudu, Pesachim 51:A)

[Məsihin [hz. Mehdinin (ə.s)]] Adı nədir? - Xaxam Şilanın məzhəbi dedi ki: Adı Şilodur (göndərilən, Allah'ın hədiyyəsi), çünki belə yazılmışdır: O vaxta qədər ki əsanın Sahibi gələcək [Yaradılış, 49:10]. Xaxam Yannai məzhəbi dedi ki: Adı Yinnondur [sonsuza qədər yaşayan], çünki belə yazılmışdır:  Adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun, adı Yinnondur. Xaxam Haninah məzhəbi belə açıqladı: Adı Haninahdır [mərhəmət, lütf, Allah tərəfindən lütf edilmiş]. (Talmud, Sanhedrin 98b)

Dünyadan əvvəl yeddi şey yaradılmışdır: Bunlar Tövrat, Tövbə, Cənnət, Cəhənnəm, Ərş, Məscid və Məsihin [hz. Mehdinin (ə.s)] adıdır... Məsihin [hz. Mehdinin (ə.s)] adı haqqında belə yazılmışdır: Padşahın  [hz. Mehdinin (ə.s)] adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun.[Məzmur, 72:17] (Talmud, Nedarim 39b)

50. Hz. Mehdinin (ə.s) 40 illik xidmət dövrü olacaq:

Belə öyrədilmişdir: Xaxam Eliezer dedi ki: "Məsihin [hz. Mehdinin (ə.s)] günləri qırx il davam edəcək, çünki belə yazılmışdır: Qırx il ərzində nəsili əlimdə tutacağam." (Talmud, Sanhedrin 99a)

2013-08-22 15:50:00

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top