Yəhudi qaynaqlarda Kral Məsihin (Mehdinin) əzab-əziyyətə mübtəla olacağına aid bəzi məlumatlar

X əsrdə yaşamış yəhudi alimi Yefet ben Ali Tövratı təfsir edərkən Kral Məsihin əzab çəkəcəyindən xəbər verən Yeşaya hissəsini belə şərh edir:

... Başlanğıcda onun (Kral Məsihin) doğulduğu gündən taxta çıxana qədər sürgündə olacağı bildirilmişdir: çünki (Yeşaya) onun uca məqama sahib olduğunu dilə gətirərək sözə başlayır, sonra əsir düşdüyü dövrdə onun başına gələnlərdən bəhs edir. Bu məlumatlar bizə iki xəbər çatdırır: Birincisi, Məsih ancaq uzun və məşəqqətli sınaqlardan keçərək ən yüksək məqama sahib olacaqdır. İkincisi isə, bu sınaqlar ona əlamət kimi göndəriləcək və beləliklə ətrafını bürüyən bəlalar içində saflığını qoruyub saxladığını gördükdə (Məsih) gözlənilən şəxsin özü olduğunu anlayacaqdır...

Mənbə: S. R. Driver & A. Neubauer (redaktorlar). 1969. The Fifty-third Chapter of Isaiah According to the Jewish Interpreters (2 cild; New York: Ktav), s. 19-20. İngilis dilindən tərcümə edilərək istifadə olunan məlumatlar 2-ci cilddən əldə edilmişdir. Əsas mətnlər isə 1-ci cilddə yerləşir. Soloff, s. 107-09.)

“Abkath Rokel” adlı elmi əsərdə şərh edilən qədim Pesiktada kitabında Kral Məsihin əziyyət çəkəcəyini xəbər verən mühüm bir hissə yerləşir:

Allah dünyanı yaratdığı vaxt Uca Ərşindən...Məsihi yaratdı. Ona belə buyurdu: “Mənim oğullarımı (qullarımı) 6000 il sonra sağaldıb xilas edəcəksənmi?” O da (Məsih) cavab verdi: “Bəli edəcəyəm.” Sonra Allah Ona dedi ki: “Sonra... əziyyətlərə səbir edəcəksənmi, çünki belə yazılmışdır: “Dərdlərimizi öz üzərinə götürdü.” (Yeşaya 53:4). Məsih Ona (Allah`a) cavab verdi: “Onlara sevinclə səbir edəcəyəm” (Zohar*, 2:212a)

Haham Moses Haddarşan isə belə deyir:

Məsih də sevgisi uğrunda bütün bu əzab-əziyyətləri və sıxıntıları öz üzərinə götürdü, çünki Yeşaya 53-də belə yazılmışdır: “O təzyiqlərə və əzab-əziyyətə məruz qaldı.”

*Zohar: Kabalanın ən əhəmiyyətli əsərlərindən biri olub Tövratın mistik şərhini ehtiva edir.

Kral Məsihin çəkdiyi əziyyətlərlə bağlı Talmutdakı bəzi qeydlər:

“Rasi tərəfindən Haham Yehudah Hanasi və Daniyelin Məsih olma ehtimalları dilə gətirildi (Rav, d. 247, bkz. Sanhedrin 98b), çünki hər ikisi də bütün varlıqları ilə Allah`dan qorxan insanlardı və müxtəlif sıxıntılara məruz qalaraq ciddi əziyyət çəkmişdilər.” (The Talmud, Steinhaltz nəşri (New York: Random House, 1999), qeydlər s. 25, 26.)

Zoharda bütün dünyanın əvəzinə əzab çəkən Allah qorxusu çox güclü olan insandan bəhs edilir: 

Zohar, Saylar, Pinhus 218 a:

“Dünya uşaqları bir-birinə aiddir. Uca olan dünyada Şəfaət ismi ilə təcəlli etmək istədikdə onlar arasından birini seçib cəzalandırar və onun xatirinə digərlərinin hamısını sağaldar. Bunu bu sözlərdən açıq şəkildə anlayırıq: “Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi...”  (Yeşaya 53:5)

(Driver and Neubauer, Zohar, Saylar, Pinchus 218a, s. 15.)

Kabala elminin əsasını təşkil edən Zohardan, yəni yəhudilərin batini təfsir kitabından Axırzamanda dindarların məruz qalacağı təzyiq ilə əlaqədar bir hissə:

Doğuş sancıları yaşayan qadına aid yetmiş səs:

“O gün doğumla Məsihi dünyaya gətirmək üçün açılır. Bu dindarların, xoşniyyət insanların əzabları və sıxıntıları ilə əlaqədardır, onlar Tövratdakı sirlərə hakim, təvazökar və həya sahibi, qorxudan, sevgi və mərhəmətdən xəbərdar cəsur insanlardır. Lakin onlar üçün yoxsulluq dövrüdür. Mişnah (təfsir) alimləri belə açıqlamışdır. Davud oğlunun gələcəyi dövrdə igid adamlar şəhərdən-şəhərə gəzib dolaşacaq, ancaq heç bir yaxşılıq görməyəcəklər. Günahdan qorxub çəkinənlər nifrətlə üzləşəcək və fiqh alimlərinə böhtanlar atılacaqdır. Həqiqət olmayacaq... (Acharei Mot:36, Cümle 213)

2013-08-22 16:01:53

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top