Allahın imtahan sənətindəki incəliklər

İnsanın dünya həyatındakı imtahanı həyatının son anına qədər davam edir. Hər şeyi ən gözəl şəkildə yaradan uca Rəbbimiz bu imtahanın hər xüsusiyyətini da mükəmməl sənətlə birlikdə yaradır. İnsanın imtahan sənətindəki incəliklərin şüuru ilə yaşaması, bu incəlikləri görməsi, bundan zövq alması və imtahanın hər anında Allahın razı olacağı rəftarları göstərməsi axirətdə cənnət həyatını ümid etməsi üçün əhəmiyyətli vasitədir.

Uca Allah yaratdığı hər şeyi sonsuz təfərrüatı ilə birlikdə var etmişdir. Bu böyük sənət başda insanın öz bədəni də daxil olmaqla, ətrafında gördüyü hər hadisədə, Allahın yaratdığı hər canlıda və kainatın hər yerində bütün canlılığı və ehtişamı ilə qarşımıza çıxır.

İnsan düşündüyü zaman bədənində, daxili orqanlarının fəaliyyətində, hüceyrənin quruluşunda, Allahın yaratdığı hər hansı bir canlıda və bunun kimi bir çox möcüzəvi hadisədə bu incəlikləri görə bilər. Allahın yaratdığı incə sənəti həyatımız boyu davam edən imtahanı da tamamilə əhatə etmişdir. Allahın Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)” ayəsində bildirdiyi kimi, insan həyatı boyu qarşısına çıxan müsbət, mənfi, yaxşı və ya pis hadisələrlə imtahan edilir. Gördüyü, şahid olduğu, hiss etdiyi və Allahın onun üçün yaratdığı hər şey insan üçün bir imtahan mövzusudur. Rəbbimiz bu imtahanın hər xüsusiyyətini böyük sənətkarlıqla yaradaraq iman gətirən qullarını müxtəlif sınaqlardan keçirir. Bu həqiqət bir ayədə belə bildirilir:

 “Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır” (Tövbə surəsi, 16)

 İman gətirməyənlər Allahın imtahan sənətindəki incəlikləri qavraya bilməzlər 

 Quran əxlaqından uzaq yaşayan bir insanın hadisələri qavrama forması Quran əxlaqına görə yaşayan insanınkından çox fərqlidir. Uca Allahın razılığından, Quran əxlaqından və axirət inancından uzaq yaşayan, dünya həyatını əsas götürən insanlar imtahan edildiklərinin şüurunda olmazlar. Belə cəmiyyətlərə qədərə təslimiyyətsizliyin və imtahan olunmanın dərk edilməməsi nəticəsində qəflət, narahatlıq, qorxu və bədbəxtlik hakim olur. Bu zaman hadisələr daim mənfi istiqamətləri ilə qəbul edilir. Hər şey çatışmazlıq və pislik kimi qiymətləndirilir. İnsanlar əllərindəkilərlə kifayətlənmir və sahib olduqlarından ötrü xoşbəxt ola bilmirlər. 

Qurana görə düşünən və Quran əxlaqı ilə hərəkət edən bir insan üçün isə qarşısına çıxan hər hadisədə xeyir, hikmət və gözəlliklər var. Belə bir insan hər hansı bir hadisə ilə qarşılaşdıqda, o an həmin hadisənin hikmətlərini görməsə belə, Allaha və qədərə olan imanından ötrü yaşadıqlarının mütləq xeyirlə yaradıldığını bilir. Allahın onun üçün yaratdığı hər şeyin bir sınaq olduğunu bilir. Buna görə də, ancaq özünə Quran əxlaqını rəhbər edən və həyatını Allahın istədiyi istiqamətdə yaşayan müsəlmanlar Allahın dünya həyatındakı imtahan mühitini incəliklərlə yaratdığını dərk edərlər.

 Möminlərin başlarına gələn imtahan qarşısındakı gözəl davranışları 

 Saleh möminlər həyatlarının hər dövründə çətinliklərlə qarşılaşa bilərlər. Əhəmiyyətli olan da insanların bu çətinlik anlarında Quran əxlaqını yaşamaları, hər an Allahı zikr etmələri və düşdükləri vəziyyətə şükür edib, hamısında bir xeyir və gözəllik olduğunu dərk etmələridir. 

Yuxarıda qeyd edilənlərin rahat mühitdə, bolluq və nemətlər içində dərk edilməsi, şübhəsiz ki, daha asandır. Ancaq müsəlmanın imanının gücünü göstərən ən əhəmiyyətli ünsürlərdən biri bu üstün əxlaqını çətin zamanlarda da göstərməsidir. Kasıblıq, aclıq, qorxu, mallardan azaltma, xəstəlik, inkarçıların təhdidləri, böhtanları və tələləri kimi hadisələrlə qarşılaşanda səbir edən müsəlmanlar gözəl rəftarlarının əvəzini daha gözəli ilə alacaqlar. “Bəqərə” surəsində inananların dünyada yaşadıqları imtahanların nə ola biləcəyi və bunun nəticəsində göstərdikləri gözəl rəftarlar bu şəkildə xəbər verilmişdir:

 "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır” (Bəqərə surəsi, 155-157)

Allahın imtahan sənətindəki incəliklər necə qarşımıza çıxır? 

 Dünya həyatının yaradılışında insanın imtahanı baxımından mühüm hikmətlər var. Allah dünyanı cüt istiqamətdə yaratmışdır. Dünya həyatı bir çox yaradılış möcüzəsini, gözəllikləri, nəfsin xoşuna gələn və insan ruhuna xitab edən saysız nemətləri əhatə edir, lakin bu gözəlliklərlə yanaşı, saysız əskiklik və qüsurlara da sahibdir. 

İnsan Allahın gözəl surətdə yaratdığı varlıqdır, amma eyni zamanda, bir çox qüsura da malikdir. Dilədiyi təqdirdə hər kəsi mükəmməl şəkildə yaratmağa qadir olan Allah imtahanın tələbi olaraq dünya həyatında gözəlliyin içində çirkinliyi də yaradır. Məsələn, insan bədəni qüsursuz, hər təfərrüatı uca Rəbbimiz tərəfindən mükəmməl yaradılmışdır. İnsanın bədənindəki hər orqan üçün ayrı-ayrı yaradılmış mükəmməl sistem var. Ancaq xəstəliklər bu mükəmməl sistemin çox yaxınındadır. Ortada çox kompleks xüsusiyyətlərə malik orqanizm var. Ancaq bu orqanizm nə qədər mükəmməl olsa da, xəstələnməyə, ən kiçik xarici və ya daxili amillə pozulmağa, çürüməyə, yaşlanmağa və nəticədə ölməyə məhkumdur.

İnsan nemət bolluğu ilə imtahan edildiyi kimi, nemətlərdən azaltma ilə də sınanır. Məsələn, Allahın insana bir nemət olaraq verdiyi gözəllik, sağlamlıq, gənclik, pul, mallar, uşaqlar və daha bir çox gözəllik də imtahan vasitəsidir. İnsan bunların hər biri ilə ayrı-ayrı sınanır. Hər insan bu nemətlərə şükür etməklə, gözəl əxlaq göstərməklə və bunları Allahın razılığı istiqamətində qiymətləndirməklə imtahan olunur. Çünki Allahın imtahan sənətində bu nemətlərin hamısının verilmə hikmətləri var. Nemətlər kimi, əskiklikləri də düşünə bilərik. Çirkinlik, xəstəlik, yaşlılıq, kasıblıq və mallardan azalma da insan üçün ayrı-ayrı yaradılan imtahan vasitələridir.

 Möminlər hər imtahanı səbirlə qarşılayırlar 

 Allahın imtahan sənətindəki incəliklər o qədər qüsursuz işləyir ki, iman gətirən insanlar üçün çirkinliklər gözəlliyə, çətinliklər asanlığa, əskikliklər nemətə çevrilir. Kənardan baxdıqda hər hansı bir çətinlik, əziyyət kimi qəbul edilən vəziyyət imanla və Quran əxlaqına əsaslanan dünyagörüşü ilə nemətlərə çevrilə bilər. Məsələn, dünya həyatında imtahanın tələbi olaraq bir müsəlmanın gözəlliyinə, sağlamlığına və ya malına zərər gələ bilər. Ancaq imanla bu vəziyyət axirətdə sonsuz gözəlliyə çevrilər. Yaxud da Allahın imtahan üçün verdiyi xəstəlik qarşısında göstərilən səbir, gözəl əxlaq və təvəkkül müsəlman üçün sonsuz axirət həyatında sonsuz nemətə çevrilə bilər. 

Quran əxlaqına görə yaşamayan insanlar üçün Allahın imtahan üçün verdiyi nemətlər onların sonsuz həyatında qarşılarına gözəllik kimi çıxmaya bilər (ən doğrusunu Allah bilir). Məsələn, dünyada gözəllik, sağlamlıq, var-dövlət və ya etibar sahibi olan bir insan Allahın razılığını qazanmağa istiqamətli yaşamadığı və nankorluq etdiyi üçün bu nemətlər sonsuz axirətdə qarşısına gözəllik kimi deyil, çirkinlik, əskiklik və sonsuz əzabla çıxa bilər.

Əsla unudulmamalıdır ki, dünya qısa sürən imtahan yeridir. İnsan bu müddət ərzində Allahın imtahan sənətini və təfərrüatlardakı möcüzələri düşünmək, beləliklə, Rəbbimizi tanımaq, Onun hökmlərinə itaət etmək və yalnız Onun razılığını axtarmaqla məsuldur. Bununla bərabər, həyatı boyu başına gələn hər şeyə ən gözəli ilə cavab vermək, səbir etmək və gözəl əxlaq göstərməklə məsuldur.

Hər şeyin Rəbbimizdən gələn bir sınaq olduğunu bilmək, bunlardan zövq almaq, qarşılaşdığı hər hadisəni sevinc və şövqlə qarşılamaq isə dünyadakı imtahanın möminlərə xas olan sirridir. Allah bu sirri bizə Quranda xəbər vermiş və dünyadakı imtahanımızın nəticəsinə görə axirətdə əvəz alacağımızı xəbər vermişdir:

 “İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun” (İnsan surəsi, 2-3)

 Gözəllik və çirkinlik, qüsursuzluq və əskiklik, sağlamlıq və xəstəlik, həyat və ölüm iç-içədir. Allahın imtahan sənətinin bir tələbi olaraq bunlar dünya həyatında vəhdət təşkil edir. 

2013-12-23 11:51:47

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.