Münafiqlərə görə ailə, Qurana görə isə iman bağları əhəmiyyətlidir

Allah  Quranda möminlərə valideynlərinə qarşı sevgi dolu, şəfqətli və mehriban olmağı əmr etmiş, qohumluq əlaqələrini möhkəmləndirməyi buyurmuşdur. Saleh mömin həm ailəsi ilə, həm də ətrafındakı bütün insanlarla münasibətlərində heç bir mənfəət güdmədən səmimi, nəzakətli və sevgi dolu olmalıdır. Lakin möminin ailəsindən və ya qohumlarından biri onu imanından, Peyğəmbərimizin (s.ə.v) sünnəsindən, din əxlaqından uzaqlaşdırmağa çalışarsa, əlbəttə ki, Allah`ın əmrinə uyğun davranmalı və İslam dinini yaşamağa mane olanlardan üz çevirməlidir.  Bir ayədə belə buyurulur:

“De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allah`dan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz.” (Tövbə surəsi, 24)

Ayədə də bildirildiyi kimi mömin üçün Allah`dan, Onun Peyğəmbərindən (s.ə.v) və Onun yolunda cihaddan dəyərli heç nə yoxdur.

Münafiqlərin həyatının mərkəzində Quran əxlaqı deyil, mənfəətləri dayanır. Bu, münafiqlərin ətrafındakılarla yanaşı ailəvi münasibətlərində də özünü büruzə verir. Onlar üçün ailə müqəddəs deyil, həyatlarında rahatlıq yaradan, müxtəlif imkanlar bəxş edən mənfəət mənbəyidir. Bir sözlə, münafiq ailə bağlarını məhz maddi mənfəətlərə görə “müqəddəs” hesab edir. Mömin bacı-qardaşlarının, həyat yoldaşlarının, ata-analarının və digər qohumlarının da bu münasibətlərə onlar kimi yanaşdığını zənn edirlər. Halbuki, Allah möminlər üçün iman bağlarının müqəddəs olduğunu bildirir.

Münafiqlər üçün qohumluq əlaqələri olduqca dəyərlidir. Lakin bu, heç də sevgidən, şəfqətdən, qorumaq hissindən doğan deyil, məhz mənfəət naminəverilən dəyərdir. “Mənfəət qapıları” bağlandıqda isə qohumluq əlaqəsi də dəyərini itirir. Quranda cəhənnəm əzabı ilə qarşılaşdıqda özlərini xilas etmək üçün oğullarını, atalarını, analarını, bütün sevdiklərini göz qırpmadan fidyə vermək istəyənlər barədə xəbər verilir.

İman qardaşlığı vardır. Qan qohumu olduğu üçün mömin münafiq birini qardaşı hesab etməz.

Adnan Oktarın 11 avqust 2010-cu il tarixli Samsun Aks TV müsahibəsi

Möminlər ailələrini Allah rizası üçün, Allah`ın bir neməti kimi sevirlər. Möminlər bacı-qardaşlarına olduğu kimi ailələrinə qarşı da mehriban, sevgi dolu, sadiq və vəfalıdırlar. Saleh mömin ana-atasına "of" belə deməz.

Lakin unudulmamalıdır ki, Allah Qurandamöminlərə Allah`ın yolundan çəkindirməyə, Ona şərik qoşmağa məcbur edən insanların, ata-anası olsa belə, sözlərinə uymamağı buyurur.

Quranda peyğəmbərlərin həyatından möminlər üçün nümunələr verilmişdir. Tarix boyu Allah`a iman gətirmədikləri, din əxlaqından uzaq olduqları, küfr içində yaşamağa davam etdikləri və münafiq olduqları üçün möminlərin öz  həyat yoldaşlarını, uşaqlarını, atalarını tərk etdikləri, onlardan uzaqlaşdıqları bildirilir. Məsələn:

Atasından uzaqlaşan hz. İbrahim (ə.s)

"İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allah`a düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allah`a) çox yalvaran həlim bir kimsə idi." (Tövbə surəsi,114)

“(İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allah`dan başqa sitayiş etdiyiniz (bütləri) tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım.” (Məryəm surəsi, 47-48)

Oğlunu tərk edən hz. Nuh

“Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!  O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm””. (Hud surəsi, 45-46)

Arvadlarından ayrılan hz. Nuh və hz. Lut

“Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allah`dan heç cür xilas edə bilmədilər. Onlara: “(Ora) Girənlərlə birgə ikiniz də oda girin!”– deyildi.” (Təhrim surəsi, 10)

Allah Quranda ana-ata, bacı-qardaş, hətta övlad belə olsa, əgər insanı Allah`ın yolundan uzaqlaşdırmağa, Ona ibadət etməyə mane olurlarsa onları dost tutmamağı, onlardan üz çevirməyi əmr edir:

“Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm.” (Ənkəbut surəsi, 8)

“Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır.” (Tövbə surəsi, 23)

“Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.” (Təğabun surəsi, 14)

“Allah`a və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allah`a və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allah`dan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allah`ın firqəsi nicat tapanlardır.” (Mücadilə surəsi, 22)

2013-12-25 16:08:12

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top