Müsəlmanların birləşməsi fərzdir

İslam coğrafiyasının hər tərəfində davam edən müharibə, qarışıqlıq, qarşıdurma, kasıblıq, aclıq, siyasi və iqtisadi problemlərin kökündən həll edilməməsinin səbəbi müsəlmanların həmrəy olmamasından qaynaqlanır. Halbuki, eyni dəyərlərə malik olan, Allaha inanan, qibləsi, müqəddəs kitabı və peyğəmbəri eyni olan insanların öz aralarında birləşməsi çox əhəmiyyətlidir və ən doğru davranışdır. 1969-cu ildə təsis edilən və 57 İslam ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının da məqsədi budur. Lakin hal-hazırda bu təşkilat məqsədini həyata keçirə bilmir, çünki o, gözlənilən həmrəylik gücündən çox uzaqdadır.

Hamıya məlumdur ki, güc birlikdən yaranır, münaqişə isə zəiflik və parçalanmaya səbəb olur. Bu gün dünyada kapitalist, imperialist, müstəmləkəçi, şiddətə əsaslanan və zəifi əzməyə çalışan şeytani siyasət tüğyan edir. Heç bir ölkə bu hiyləgər sistemə qarşı tək müqavimət göstərə bilmir.

Hal-hazırda eyni səbəbdən, yəni güclü olmaq və ayaq üstə durmaq üçün müxtəlif dünyagörüşünə sahib olan insanlar əhəmiyyətli hesab etdikləri dəyərləri əsas götürərək bişləşmişlər. Sosialistlər beynəlmiləltəşkilatlarda, təbiətsevərlər“yaşılbirliklər”ətrafında, neft istehsal edən ölkələr öz aralarında, peşə qrupları xüsusi təşkilatlarda, müxtəlif irqdən olan insanlar da öz aralarında birləşmişlər. Avropa ölkələri, ərəblər və Latın ölkələri öz aralarında iqtisadi, hərbi və texnoloji imkanlarını birləşdirmiş və bir çox güclü ittifaq yaratmışlar.

Bütün birliklərə baxmayaraq, öz aralarında birləşə bilməyən müsəlmanların vəziyyəti İslam dünyasının varlıq və nizamı üçün böyük təhlükə yaradır.

Bu gün müsəlmanlar birləşmək və həmrəy olmaq əvəzinə çarəni başqa yerlərdə axtarırlar. Bəzən də bu səbəbdən İslam əleyhdarı olan rejimlərin mövcud olduğu ölkələrdən asılı vəziyyətə düşürlər. Qərb dünyası və Qərbin vətəndaş cəmiyyəti təşkilatları İslam ölkələrində yaşanan xoşagəlməz hadisələrə son qoymağa çalışmır.

Afrika, Asiya və Yaxın Şərqdəki bir çox İslam ölkəsində aclıq, yoxsulluq, gerilik, terror, müharibələr, qeyri-insani siyasət, işgəncə və epidemiyalarmüsəlmanlarınhəyatınıçox çətinləşdirir.

Məsələn, Afrika qitəsinin keçdiyi tarixə nəzər salsaq, görərik ki, müstəmləkə sistemi ilə afrikalılar qorxunc rəftarlarla üzləşmiş və çoxzərər çəkmişlər. Bir çox zəngin təbii ehtiyatları və münbit torpaqları olan Afrika ölkələri imperialist dövlətlər tərəfindən zəbt edilərək talan edilmiş, qitə xalqları isə aclıq və səfalətə düçar edlmişlər.

Avropada yaşayan müsəlmanlar belə Bosniyada, Kosovada, BMT və AB kimi təşkilatların gözləri qarşısında qətl edildi. Asiyadan hər gün ölüm, əzab və faciə xəbərləri gəlir, bu xəbərlər artıq dünya mediasında əhəmiyyətsiz hesab olunur.

Tarixə nəzər saldığımız zaman keyfiyyəti, mədəniyyəti, texnologiyası, incəsənəti və elmi iləinkişaf etmiş İslam aləmi ilə qarşılaşırıq. Müsəlmanlar qurduqları mədəniyyət, sahib olduqları ədalət və üstün əxlaqla hər dövrdə insanlara nümunə olmuşlar.

Avropada insanlardünyanın kürə və ya düz olması barədə mübarizə aparıb bir-birini öldürdüyü zamanlarda İslam alimləri dünyanın ölçülərini hesablayır, onun fırlanma sürətini müəyyən edən ölçü alətləri hazırlayırdılar. Qərb dünyası Romanın süqutundan sonra qaranlıq dövrə qədər qoyarkən, müsəlman alimləri möcüzəvi tibbi kəşflər edirdilər. Bu dövrdə İbn Sina anatomiyadan fiziologiyaya, farmakologiyadan orqanik xəstəliklərin patoloji araşdırmalarına, müalicə metodlarından əməliyyat metodlarına qədər məlumatları özündə əks etdirən 1 milyon sözdən ibarət tibbi ensiklopediya yaratmışdır.

Müsəlmanlar bu xüsusiyyətləri ilə keçmişdə insanlara rəhbər olduqları halda, bu gün İslam aləmi sevgisizlik, laqeydlik və bölünmüşlük içindədir. Bu vəziyyətdən hər bir müsəlmanözünü məsul hesab etməlidir.

Özünə bir çətinlik və ya faciə üzvermədiyi üçün müsəlman qardaşının başına gələnləri görməməzlikdən gələnlər də unutmamalıdırlar ki, sabah həminfaciələröz başlarına da gələ bilər. Çünki bundan 10-20 il əvvəl Suriya və İraq kimi ölkələr bu gün yaşadıqları problemlərdən çox uzaq idilər.Ancaq indi üzləşdikləri problemlər, daxili iğtişaşlar və vətəndaş müharibəsi buna bir nümunədir.

Lakin bu vəziyyətdən çıxıb müsəlman coğrafiyasında rifah və sülh təmin etmək heç də çətin deyil. İslam aləmi qüvvələrini birləşdirsə, heç kim müsəlmanlara, Allahın izni ilə,bata bilməz, onlara zulm edə bilməz. Bu gün İslam Birliyi qurulsa, sülhün və əmin-amanlığın memarı olan çox güclü bir təsisat ortaya çıxacaq. Müsəlman ölkələr birlikdə hərəkət etsələr, iqtisadi cəhətdən inkişaf edəcək, zənginliyə və rifaha qovuşacaq, ticarət də inkişaf edəcək.

İslam Birliyinin qurulmasının nə qədər təcili olduğu çox açıqdır. Müsəlmanlar İslam Birliyinin meydana gəlməsini qəlbdən istədikləri və bunun uğrunda səmimi səy göstərdikləri zaman, Allahın iznilə, bu birlik çox qısa bir zamanda qurulacaq. Bunu bilməliyik ki, müsəlman aləminin içində olduğu vəziyyətdən çıxmasının tək yolu İslam Birliyidir.

2014-02-02 14:43:18

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top