Ağacların düşündürdükləri

Çox hündür bir ağacın ən yuxarısındakı budağının ən uc yarpağına qədər suyun necə çatdığını heç düşünmüsünüz?

Yaşadığınız binanın zirzəmisindəki anbarın içindəki suyun hidrofor və ya hər hansı güclü bir motor olmadan yuxarı mərtəbələrə çıxması mümkün deyil. Elə ağaclarda da hidrofor kimi güclü sistem mövcuddur.

Allah hər ağacı bütün təchizatı ilə birlikdə yaratmışdır. Belə ki, bir çox ağacdakı sistem evlərdə istifadə edilən hidrofor sistemindən dəfələrlə üstündür.

Bitkilərin həyatlarını davam etdirməsi üçün fotosintez etməyə, bunun üçün də torpaqdakı suya və minerallara ehtiyacları vardır. Ağacların kökləri torpağın altına bir şəbəkə kimi yayılaraq su və mineralları sürətlə sorurlar. Köklər nazik olmaqla yanaşı, tonlarla ağırlıqda olan ağacların torpağa möhkəm yapışıb dayanmalarını da təmin edirlər. Köklərin torpağı tutma xüsusiyyəti çox vacibdir, çünki bunun nəticəsində torpaq sürüşmələri və torpağın məhsuldar olan üst qatlarının yağışla yuyularaq itməsi də aradan qalxır.

Köklər torpaqdan su çəkərkən heç bir vasitəyə - alətə ehtiyac duymurlar. Köklərin suyu çəkmə prosesini həyata keçirən motorları yoxdur. Suyu və mineralları metrlərlə uzunluqdakı gövdəyə daşıyan texniki vasitələri də mövcud deyil. Bəs köklər geniş sahəyə yayılaraq bu işi necə bacarırlar?

Torpağın dərinliklərinə yayılan köklər bitkinin ehtiyacı olan su və mineralları gövdə və budaqlar vasitəsilə yarpaqlara çatdırırlar. Köklərin torpaqdakı suyu sormaları bir zondlama üsulunu xatırladır. Kök ucları torpaqdakı suyu tapana qədər torpağın dərinliklərini axtarmağa davam edirlər. Su ağacın kökünə əvvəlcə xarici qılafından və kapilyarlardan daxil olur. Hüceyrə içindən və hüceyrə qabıqlarından gövdə toxumasına keçir. Buradan da bitkinin hər tərəfinə paylanır.

Bu qüsursuz proses əslində son dərəcə mürəkkəbdir. Belə ki, bu sistemin sirri texnologiya və kosmik əsrə çatdığımız dövrdə belə tam şəkildə açılmayıb. Ağaclardakı “hidrofor sistemi”nin varlığı təqribən iki əsr əvvəl kəşf edilmişdir. Ancaq suyun, yerin cazibə qüvvəsinə zidd olan hərəkətinin necə baş verdiyinə dəqiq açıqlama gətirən qanun hələ tapılmayıb. Alimlər bu mövzuda sadəcə müxtəlif nəzəriyyələr irəli sürürlər. Elm adamlarının cəhdləri nəticəsində ağaclardakı hidrofor sisteminin qüsursuzluğu ortaya çıxmışdır. Belə qüsursuz bir sistem Allah’ın üstün ağlını bizə göstərən dəlillərdən sadəcə biridir. Ağaclardakı daşıma sistemlərini də hər şeyi yaradan Allah yaratmışdır.

İnsan bütün varlıq aləmindəki yaradılış möcüzələrini görmək üçün səy göstərməlidir. Beləliklə, insan Allah’ı daha yaxşı tanıyacaq, Onun böyüklüyünü və üstünlüyünü lazımi kimi təqdir edəcəkdir. Allah Quranda belə buyurmuşdur:

Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! (Nəhl surəsi, 11)

 


2009-10-26 23:16:02

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top