Allah'ın hər insana ilhamı: Vicdan

Vicdan hər insana gözəl davranışı və düşüncəni söyləyən, bir insanın sağlam mühakimə etməsini, doğrunu və yanlışı bir-birindən fərqləndirə bilməsini təmin edən mənəvi xüsusiyyətdir.

Vicdanın vacib bir xüsusiyyəti bütün insanlarda ortaq olmasıdır. Yəni bir insanın vicdanına görə doğru olan şey, eyni şərtlər daxilində digər insanların vicdanlarına da aid edilir. Vicdanlar heç bir zaman toqquşmur. Bunun səbəbi isə vicdanın mənbəyidir; vicdan Allah'ın ilhamıdır. Allah hər insana vicdanı vasitəsilə Onun razı olacağı ən doğru və ən gözəl davranışları bildirir.

Vicdanın Allah'ın ilhamı olduğu Quran'i-Kərimin Şəms surəsində belə bildirilir:

 
And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi,7-10)
Yuxarıdakı ayələrdə Allah nəfsə fücuru (günah və üsyan etmək, fasiq olmaq, yalan danışmaq, təkəbbür göstərmək, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi pozğunluq, təqvanın əksi) və eyni zamanda ondan çəkinməyi ilham etdiyini bildirir. İnsanı pisliklərdən çəkindirən və doğru yola yönəldən də elə vicdanıdır.

Vicdanın ən əsas xüsusiyyətlərindən biri isə insanın öz-özünə doğru yolu tapmasına kömək etməsidir. Vicdan kimsə göstərməsə də, insana doğru yolu göstərəcək, ancaq əsas odur ki, insan vicdanına müraciət etsin, onun nə dediyini dinləsin və əksiksiz şəkildə onun söylədiklərini yerinə yetirsin. Ona görə vicdanın səsini dinləmək din əxlaqını yaşamağın ən əsas ünsürüdür deyə bilərik.

Hər şeydən əvvəl bunu unutmamaq lazımdır: Hər insan şüur sahibi olduğu andan etibarən Uca Allah'ın ona ilham etdiyi vicdanının söylədiklərinə görə məsuliyyət daşıyır. Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanan hər insan artıq vicdanının səsini eşidəcək. Nəfsi ilə vicdanını fərqləndirəcək qabiliyyətə və vicdanının dediyinə əməl edəcək iradəyə malik olacaq. Artıq bundan sonra qarşılaşdığı hadisələrlə bağlı seçdiyi yoldan hesab günü mühakimə olunacaq. vicdanını dinləyirsə, Allah'ın sonsuz cənnətinə layiq görüləcək, nəfsinin dediyinə əməl edirsə, “qapıları kilidlənmiş” sonsuz bir atəşlə qarşılaşacaq.


2009-10-28 03:52:13

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com