Dünya həyatı boyu davam edən imtahan

Allah dünya həyatındakı imtahan üçün müsəlmanların qarşılaşacağı bir çox çətin hadisə yarada bilər. Ancaq unutmaq olmaz ki, Allah’ın yaratdığı hər şey xeyirlidir. Ona görə də bu imtahanın içində bir hikmətlə yaradılan hər şey də mükəmməl şəkildə yaradılmışdır.
 
Müsəlmanlara qarşı inkarçılar tərəfindən qurulan tələlər də elə bu imtahan üçün yaradılır. Bu tələlər bəzən yaradıldığı anda pozulmaya bilər, tələlərin pozulması və həqiqətlərin ortaya çıxması müəyyən vaxt ala bilər. Möminin üzərinə düşən vəzifə, nə qədər davam etsə də, hər imtahana razılıqla və sevinclə səbir etmək və Allah’a təvəkkül etməkdir.
 
Möminlərə qarşı qurulan bəzi tələlər müsəlmanların imtahanının bir hissəsidir. Allah’ın yaratdığı mükəmməl qədərdə möminlər hər cür çətinliklərlə qarşılaşırlar və buna Allah’dan razı olaraq səbir edirlər. Allah’ın Quranda bəhs etdiyi və peyğəmbərlərimizin sınandığı bir çox imtahanda olduğu kimi möminlərə qarşı qurulan müxtəlif tələlər də Allah’ın istəyi ilə incəliklərinə qədər yaradılır. Bu hərtərəfli yaradılışa baxdıqda bəzən bu tələlərin dərhal pozulmadığını, müəyyən müddət davam etdiyini və ancaq Allah’ın təqdir etdiyi vaxt çatdıqda ortadan qalxdığını görürük.
 
Ancaq möminin yaşadığı imtahan və çətinliklərin müddətinin qısalığı və ya uzunluğu möminin inancı, əxlaqı və davranışı baxımından heç bir şeyi dəyişdirmir. Möminlərə qurulan hər tələdə iman gətirənlər gözəl bir əxlaq ilə səbir etməli və Allah’dan bu vəziyyətin ən xeyirli şəkildə nəticələnməsini istəyərək doğru hərəkət etməlidirlər. Çünki möminlər Allah’ın “tələ Quranların xeyirlisi” olduğunu bilirlər. Quranda bu həqiqət möminlərə belə bildirilmişdir:
 
Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30)
 
Allah xeyri də, şəri də yaradandır. İnsana şər kimi görünən vəziyyət Allah’ın Quran ayəsində bildirdiyi kimi, əslində tamamilə xeyirdir. Xeyir kimi görünən bir vəziyyət də bəzən bir insan üçün şər ola bilər. Bunun elmi yalnız Allah Qatındadır. Ona görə iman gətirənlərin üzərinə düşən vəzifə hər cür imtahana qarşı gözəl səbirlə səbir etmək və Allah’ın razı olacağı kimi ən gözəl şəkildə davranmaqdır.
 
Allah Quran'da onlara qurulan tələlərə qarşı səbir göstərən peyğəmbərlərimizdən və möminlərdən nümunələr vermişdir. Bu nümunələrə baxdıqda əsl möminlərin hər cür imtahana qarşı gözəl bir səbirlə səbir etdiklərini və imtahan nə qədər davam etsə də, Allah üçün gözəl davranmağa davam etdiklərini görürük. Məsələn, Allah Quranın hz. Yusuf qissəsində inkar edənlərin hz. Yusufun günahsız olduğunu bildiklərinə baxmayaraq, ona tələ qurduqlarını və onu zindana atdırdıqlarını bildirir:
 

Dəlilləri gördükləri halda, yenə də onu bir müddət  zindana salmaq qərarına gəldilər. (Yusuf surəsi, 35)

 
Hz. Yusuf zindanda qaldığı müddət ərzində haqq dini və gözəl əxlaqı təbliğ etməyə davam etmiş, insanlara Allah’ın birliyini və Allah’a şərik qoşmamağı anlatmışdır. Allah Quran'da hz. Yusufun neçə illər zindanda qaldığını belə bildirir:
 

... Lakin Şeytan ona ağasının yanında yada salmağı unutdurdu və buna görə də o (Yusuf) bir neçə il zindanda qaldı. (Yusuf surəsi, 42)

 
Allah’ın təqdir etdiyi zaman gəldikdə isə Allah hz. Yusufu zindandan çıxarmış, ona xəyanət edənlərin hiylələrinin uğursuzluqla nəticələndiyini insanlara bildirmişdir. Dövrün hökmdarını vəsilə edərək hz. Yusufu xəzinədar etmişdir. Allah belə bir imtahanın ardınca hz. Yusufa güc və iqtidar vermişdir:
 

Beləliklə, Yusufu o yerdə mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik. İman gətirib (Allah’dan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir. (Yusuf surəsi, 56-57)


2009-10-28 04:26:20

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com