Demək olar ki, hər gün dünyanın müxtəlif bölgələrindən qarşıdurma, soyqırım, hücum xəbərlərinin gəldiyi, məzlum insanların qanının axıdıldığı, qadınların, uşaqların, yaşlıların haqsızlığa uğradığı, minlərlə insanın evlərini tərk edərək qaçqın vəziyyətə düşdüyü, terror hadisələrinin insanlara böyük qorxular yaşatdığı, bir çox insanın aclıqdan əziyyət çəkdiyi, qısaca desək, fitnələrin və qarışıqlığın dünyanın hər tərəfini əhatə etdiyi bir dövrdəyik. Bütün bunlar Peyğəmbərimizin (səv) 1400 il əvvəl baş verəcəyini xəbər verdiyi hadisələrdir. Peyğəmbərimiz (səv) müsəlmanlara qarşılaşacaqları bu hadisələri bildirərkən müsəlmanların bu hadisələrlə qarşılaşdıqları dövrdə nələr etmək, nə cür qarşısını almaq lazım olduğunu da bildirmişdir. Axırzamanın böyük fitnələrinin baş verdiyi bir dövrdə müsəlmanların ən təcili vəzifələri birləşməkdir.
Müsəlmanlar yaşanan qarışıqlıq və zülmün, axan qanın ardındakı əsl səbəbi görməli, bu səbəbi aradan qaldırmaq üçün var güclərilə, bütün imkanlarını istifadə edərək fikrən mübarizə aparmalı və bunu edərkən mütləq birlik və bərabərlik içində olmalıdırlar. Bu gün dünyanı qan gölünə çevirən, insanların rəhmsizliklə bir-birini əzməsinə səbəb olan, terrora və anarxiyaya təkan verən, cinayəti, soyqırımı “qanuniləşdirən”, qarşıdurmanı inkişafın ayrılmaz bir şərti hesab edən darvinizm və materializmdir. Bu atəşin söndürülməsi isə yalnız Türk-İslam Birliyinin qurulması ilə mümkündür. Necə ki, bir yerdə böyük bir yanğın baş verdikdə o yanğını söndürmək üçün davamlı danışmaq və ya ora-bura qaçmaq əvəzinə dərhal yanğına su tökmək lazımdırsa, dövrümüzdə dünyanı yandıran darvinizm və materializm alovuna qarşı da Türk-İslam birliyinin qurulması şərtdir. Türk-İslam birliyi dünyanı qan gölünə çevirən bu yanğının suyudur. Alova bağırmaqla o sönməz. Su var ikən ondan istifadə etməmək, Türk-İslam birliyindən bir kəlmə də danışmayıb, daima zülmü, haqsızlığı, tökülən qanı qınamaq səmimi bir davranış deyil.
Türk-İslam aləminin XIX əsrin ən görkəmli, ən keyfiyyətli, ən müasir, ən gözəl sivilizasiyasının əsasını qoymaq və bütün dünyanı aydınlığa çıxaracaq bir quruluşa qovuşması üçün Türk-İslam Birliyi mütləq qurulmalıdır.