İslam Birliyinin müsəlmanlara qazandıracaqları

Gözəl əxlaq əsasında qurulan İslam Birliyi bütün dünyada ədalət, hüzur və inamın yaranmasına vəsilə olacaq.
 
20-ci əsrin ikinci yarısında başda Fələstin olmaqla Bosniya, Kosova, Qarabağ, Kəşmir, Aça kimi bölgələrdə baş verən hadisələr müsəlman dünyasını vacib  həqiqətlə üz–üzə gətirdi. Minlərlə vətəndaşın həlak olduğu, uşaqların yetim qaldığı, vəhşiliyin və şiddətin zirvəyə çatdığı bu bölgələrdə Qərb dünyası baş verən insanlıq dramına ya heç reaksiya verməyib, ya da çox gec reaksiya verib və vaxtında lazım olan tədbirləri həyata keçirməyib. Bu hal İslam dünyasının məsuliyyətli davranmasını müsəlmanlara bir daha xatırlatdı. Müsəlman ölkələrinin haqqlarının qorunması, ehtiyaclarının ödənilməsi hamıdan əvvəl digər müsəlmanların məsuliyyətidir və İslam dünyası daima aktiv və hərəkətdə olmalıdır. Müsəlman ölkələrin bütün müsəlmanların təhlükəsizliyini yarada bilməsi üçün İslam dünyası beynəlxalq siyasəti tək səs olaraq təmsil edilməlidir. İslam dünyası h’rni, siyasi və iqtisadi baxımdan tək blok olmaq məcburiyyətindədir.
 
Hal-hazırda İslam dünyasında lazım olan birlik hələ tam mənada təmin edilməyib. Avropanın hardasa bütün dövlətləri siyasi, iqtisadi və mədəni birlik olan "Avropa Birliyi" adı altında birləşdikləri halda, müsəlmanlar lazım olan əməkdaşlığı qura bilməyiblər. Hətta yaxın vaxtlarda bəzi İslam ölkələri arasında güclü anlaşılmazlıq və ixtilaflar oldu. Bunlara İran–İraq müharibəsi, İraqın Küveyti işğalı, Pakistan–Banqladeş kimi müharibələri nümunə göstərmək olar. Müsəlman ölkələrində əksər problemlər etnik və siyasi məqsədlədir. Məsələn, Əfqanıstan, Yəmən, Livan, İraq və ya Əl-Cəzairdə baş verənlər İslam dünyasının pis vəziyyətdə olduğunu açıqca göstərir.
 

Birlik Ruhunu Yaşatmaq

 
Allah bütün müsəlmanların birlik ruhu ilə yaşamaqlarını və hərəkət etməklərini əmr edib. Uca Rəbbimiz müsəlmanların "sanki bir-birlərinə birləşmiş bir bina kimi" (Səff surəsi, 4) olmalarını bildirib və belə buyurur:
 

"Hamınız Allah`ın ipindən möhkəm yapışın və parçalanmayın!" (Ali İmran surəsi, 103)

 
Uca Rəbbimiz müsəlmanların birlik olmasalar, güclərinin azalacağını Quran–i Kərimdə belə bildirir:
 

"Allah`a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.." (Ənfal surəsi, 46)

 
Bu ayədə dövrümüzdə müsəlmanların lazım olduğu kimi güclü olmadıqlarının əsl səbəblərindən biri bildirilir: "Birlik ruhu ilə yaşamamaq". Əgər bütün müsəlmanlar gücünü birləşdirsə, İslam ölkələrini inkişaf etdirmək, abadlaşdırmaq, zülm görən müsəlmanlara kömək etmək və onları qorumaq üçün lazımlı fikri mübarizəni icra etmək, İslam dininə məxsus gözəl əxlaqı bütün dünyaya yaymaq, İslam adına ortaya çıxan terrorizm kimi azğın hərəkatları yığışdırmaq, bütün insanlığın xeyrinə olan elmi, sənəti, mədəni inkişaflar qeyd etmək kimi bir çox müvəffəqiyyəti Uca Rəbbimiz müsəlmanlara nəsib edər.
 
Böyük İslam alimi Səid Nursi Bədiüzzaman belə ifadə edir: "İslam dünyası üçün əhəmiyyətli təhlükə, "cəhalət, zərurət (kasıblıq) və ixtilafdır". Bunları "sənət, bacarıq, ittifaq" yolu ilə məğlub etmək lazımdır. (Divanı Hərbi Ənənəs(n)i sf. 15) İttifaq bəlkə bunların içində ən əhəmiyyətlisidir, çünki ittifaq sayəsində bütün müsəlmanlar "sənət və bacarıqlarını", yəni bütün qabiliyyət və məlumatlarını birləşdirib İslama böyük xidmət etmiş olarlar.
 
İslam dünyasının keçmişdəki ehtişamının bənzəri dövrümüzdə yenidən tikilməsi, müsəlmanların yenidən dünyaya işıq saçan "etika və mədəniyyət liderləri" olmaları mümkündür. Şəxsi mənfəətlərini kənara qoyan, fərqlilikləri mehribanlıqla qarşılayan, gücünü və enerjisini yalnız İslamın, müsəlmanların və insanlığın xeyrinə istifadə edən, çoxluqdan tərəf olan, ünsiyyətcil və barışcıl mədəniyyət müsəlmanlar arasında geniş yayılarsa, İslam dünyası 21 – ci əsrin ən böyük mədəniyyətlərindən birini inşa etmiş oar.
 
Sevgi, mərhəmət, anlayış, dözümlülük kimi İslam əxlaqının da təməli olan dəyərlər sayəsində bu gün əksər müsəlman ölkələrində hakim olan despot rəhbərliklər məhv olacaq, mədəni və iqtisadi inkişaf gedəcək və dünyanın müxtəlif bölgələrində təzyiqə məruz qalan, zülmə uğrayan, mərhəmətsizcəsinə qətl edilən müsəlmanlar barışa və təhlükəsizliyə qovuşacaq.
 
Daxilində birliyi təmin etmiş İslam dünyası dünya barışının da zəmanəti olacaq. Bəzi radikal ünsürlər və "mədəniyyətlər arası mübarizələrin" tərəfdarı olanlar nəzəriyyələrini tətbiq edəcək yer tapa bilməyəcəklər. Bütün bunların nəticəsində Allah`ın icazəsi ilə əsri səadət dövrünün bənzəri bu əsrdə yenidən olacaq.
 
2–ci hissə
 

İSLAM BİRLİYİ MÜSƏLMANLARA İQTİSADİ GÜC VƏ RİFAH ARTIMI TƏMİN EDƏCƏK

 
İqtisadi və texnoloji tərəfdən inkişaf etməli olan müsəlman ölkələrində sabitliyin təmin edilməsi üçün ən düzgün yol İslam Birliyi altında birləşməkdir.
 
Şübhəsiz ki, iqtisadi əməkdaşlıq həm sabitliyin təmin edilməsi, həm də inkişaf baxımından böyük əhəmiyyətə malikdir. Əksər müsəlman ölkəsinin təcili ehtiyacı iqtisadiyyatının sabitliyə qovuşması və möhkəm təməllər üzərində qurulmasıdır. İslam dünyasında sənayenin inkişafına diqqət edilməli, lazımi sərmayə qoyulmalıdır. Bir sözlə, müsəlman ölkələrinin başdan–aşağı yenilənən inkişaf proyektinə ehtiyacı var.
 
Təhsil, iqtisadiyyat, mədəni quruluş, elm və texnologiya bir–biri ilə sıx bağlıdır. Bir tərəfdən iş sahələri texnoloji olaraq inkişaf etdirilməli, digər tərəfdən işləyənlərin təhsil səviyyəsi və keyfiyyəti artırılmalıdır. Cəmiyyətlər daha istehsalçı olmağa cəlb edilməlidir. Əksər müsəlman ölkəsində baş verən yoxsulluğun, təhsilsizliyin və digər sosio-iqtisadi çətinliklərin aradan qaldırılmasında iqtisadi iş birliklərinin böyük təsiri olacaq. Sərbəst ticarət sahələri yaradılaraq gömrük birliyi təmin edilməli və ortaq bazarlar yaradaraq bu əməkdaşlıq qurulmalıdır.
 

İSLAM COĞRAFİYASI ZƏNGİN YERALTI SƏRVƏTLƏRƏ MALİKDİR

 
Müsəlman ölkələrinin böyük əksəriyyəti dünya ticarət yollarının kəsişmə və keçid ərazilərində yerləşir. Qara dənizi Aralıq dənizinə bağlayan, Aralıq dənizini və Bəsra körfəzini Hind okeanına bağlayan boğaz və kanalların, Hind okeanındakı əsas keçid nöqtələrinin müsəlmanların idarəsində olduğunu düşündüyümüzdə,İslam dünyasının qlobal tarazlıq mövzusunda xüsusi əhəmiyyət daşıdığını aydın görürük .
 
Buna bir də neft, təbii qaz kimi strateji yeraltı sərvətlərini əlavə etsək, sxem bütünləşir. Bu xüsusiyyətlərin hamısı İslam dünyası üçün böyük strateji imkandır və bu imkanların yaxşı qiymətləndirilməsi müsəlmanların dünya siyasətindəki fəaliyyətlərinin artması deməkdir. Təkcə Bəsra körfəzi ərazisi bu günə kimi  kəşf edilən dünya neft ehtiyatlarının 2/3–ni  təşkil edir. Neftlə yanaşı Orta Şərqin dünya qaz ehtiyatının təxminən 40 %-ə sahib olduğu da bir həqiqətdir. Həmçinin Qafqaz və Orta Asiya ölkələri də təbii qaz və neftinə görə  böyük sərvətə malikdir. Müsəlman ölkələrinin bu üstünlüyü bəziləri tərəfindən “enerji əsri” olaraq adlandırılan 21–ci əsrdə daha da əhəmiyyətli olacaq. Təəssüf ki, İslam ölkələri sahib olduğu bu üstünlükdən lazımi kimi faydalana bilmir.
 

MÜSƏLMAN ÖLKƏLƏRİNİN BİR-BİRLƏRİNƏ İQTİSADİ DƏSTƏK VERMƏLƏRİ İSLAM ƏXLAQININ TƏLƏBİDİR

 
Əksər müsəlman ölkəsinin yeraltı sərvətlərə sahib olmasına baxmayaraq, istehsalı artıracaq və ya çıxarılan qaynağın ölkə sənayesində istifadə edəcək lazımi infrastruktur və texnoloji imkanlar yoxdur.
 
Müsəlman ölkələrinin iqtisadiyyatlarının işləməsi və strukturları arasında fərqliliklər var. Bəzi ölkələrin iqtisadiyyatı yeraltı zənginliklərə (zəngin neftə sahib ölkələrdəki kimi) sahibdirsə, bəzilərinin iqtisadiyyatı da (coğrafi strukturlarının əlverişliliyinə görə) əkinçiliyə sahibdir. İqtisadiyyatdakı bu fərqliliklər ortaq sərmayələr və cəhdlər sayəsində əhəmiyyətli sərvət qaynağına çevrilə bilər. Bu da yalnız İslam Birliyi ilə mümkündür.
 
Məsələn, bir ölkədə neft çıxarılanda, bəlkə başqasında bu neftdən istifadə ediləcək, əkinçilik imkanları məhdud olan İslam ölkəsinin ehtiyacları da zəngin əkinçiliyə sahib ölkələr tərəfindən təmin ediləcək. Beləcə həm iş imkanları artacaq, həm də müsəlman cəmiyyətlərdə gəlir səviyyəsi yüksələcək. Həmçinin müsəlman ölkələrin arasında yaranan məlumat mübadiləsi və təcrübə bərəkəti artıracaq, texnoloji yeniliklərdən bütün müsəlmanlar faydalanacaqlar.
 
Müsəlman ölkələrin bir-birlərinə iqtisadi dəstək vermələri İslam əxlaqının bir gərəyidir. Ehtiyacı olana kömək etmək və ictimai həmrəylik müsəlmanların əhəmiyyətli xüsusiyyətlərindəndir. Quran–i Kərimdə əksər ayədə, "ehtiyacı olanların qorunması" əmr edilib. Cəmiyyət içindəki ictimai yardım dünya səviyyəsində də icra edilməlidir.
 
İslam dünyasının imkanlarını və gücünü birləşdirən ortaq cəhdlər yalnız mərkəzi  təşkilatın liderliyi və koordinasiyası ilə reallaşdırıla bilər. Bunun təmin edilməsi isə İslami oyanışla mümkündür. İslam Birliyi, həm bu mədəni oyanışa, həm də siyasi və iqtisadi iş birliklərinə liderlik edəcək.
 
Uca Rəbbimiz Quranda ehtiyacı olanların qorunmasını və onlara  kömək etməyi əmr edir:
 

"Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç)(bir)(şey) verməyəcəklərinə and içməsinlər…”(Nur surəsi, 22)

" Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allah`ın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz…"(Talaq surəsi, 7)

 
İslam ölkələri arasında qardaşlıq şüuru ilə qurulan iş birlikləri müsəlmanlara rifah və bolluq gətirəcək, İslam dünyasının illərdir ağır problemlərindən biri olan yoxsulluq aradan götürüləcək.
 
3–cü hissə
 

İSLAM BİRLİYİ DİNCLİYİ VƏ TƏHLÜKƏSİZLİYİ TƏMİN EDƏCƏK

 
İslam Birliyi həm müsəlmanlar arasında baş verən problemləri həll edəcək, həm də müsəlmanlarla başqaları arasındakı müharibələrə son qoyacaq.
 
Dünyanın bəzi yerlərində yaşanan hadisələr təkcə bu yerə deyil, bütün dünyaya mənfi təsir edir. İslam ərazisi elə bu cür yerdir. İslam dünyasının hər hansı bir ərazisində baş verən problem,bütün bu əraziyə təsir edir. Orta Şərqdə yaranan gərginlik Şimali Afrikaya da təsir edir. Xəzərdə yaşananlar Orta Şərqin gələcəyinə təsir edir. Bəsra körfəzində baş verənlər Cənub-Şərqi Asiyanı maraqlandırır. Bu da müsəlman coğrafiyasının hər hansı ərazisində münaqişə, problem, gərginlik varsa, bunun bütün İslam dünyasında hiss ediləcəyi deməkdir. Əlbəttə, eyni şey sülhə də aiddir. Uzun müddətdir davam edən gərginliklərin, məsələn, Ərəbistan–İsrail probleminin sülhlə nəticələnməsin bütün İslam dünyasına müsbət təsiri olacaq.
 
20–ci  əsrdə İslam dünyasının böyük hissəsində daima müharibə, mübarizə və gərginlik oldu. Bu dövr sərvətlərin boşa xərclənməsinə, iqtisadi irəliləmənin dayanmasına, həyat standartının çox aşağı səviyyəyə düşməsinə, hər şeydən vacibi isə milyonlarla müsəlmanın həyatına son qoydu. Buna baxmayaraq, bəzi müsəlman ölkələri arasındakı anlaşılmazlıqlar davam edir, bəzən də gərginlik artır. Müsəlmanlarla digər qruplar arasındakı müharibə və münaqişələr də böyük narahatlığa səbəb olur.
 

SÜLH VƏ DİNCLİK ÜÇÜN TƏK YOL İSLAM BİRLİYİDİR

 
İslam Birliyinin yaradılmasının müsəlmanlar üçün əhəmiyyətli faydalarından biri, bu birliyin müsəlman dünyasında dinclik və təhlükəsizliyi yaratmasıdır. İslam Birliyi həm müsəlmanlar arasındakı münaqişəni və anlaşmazlıqları həll edəcək, həm də müsəlmanlarla başqa qruplar arasındakı müharibə və gərginliyə sülhlə son qoyacaq.
 
İslam Birliyinin İslam dünyasında yaradacağı sülh sayəsində;
 
  1. Sülh zamanı hər ölkə müharibəyə ayırdığı büdcəni azaldacaq, bu pulu cəmiyyətin rifahı üçün xərcləyəcək. Bütün müsəlman ölkələr ortaq müdafiə etmə təşkilatın üzvü olacaqları üçün daha az büdcə ilə daha güclü müdafiə sistemi yaradacaqlar. Silah sənayesi və texnologiyası üçün edilən sərmayələr sağlamlıq, təhsil, elmi və mədəni inkişaf kimi sahələrə istifadə olunacaq. Bununla da əldə edilən qazancın çoxluğu rəqəmlərin araşdırılması ilə daha dəqiq ortaya çıxır: Orta Şərq ölkələrinin silaha ayırdığı illik məbləğ, Körfəz döyüşünün baş verdiyi 1991–ci ildə 70,7 milyard dollardır. Bu rəqəm sonrakı il 52.2 milyard dollara düşüb, lakin irəliləyən illərdə yenidən yüksəlməyə başladı. 2000–ci ildə 61 milyard dollar olan müdafiə büdcəsi, 2001–ci  ildə 72 milyard dollar çatdı.
  2. İslam dünyasının bəzi ərazilərindəki sabitsizlik və münaqişələr digər ölkələrə axına səbəb olur. Əksər həkim, mühəndis, alim, sənətkar, yazıçı ölkələrində təhlükəsizlikləri olmadığı üçün Qərbə köçüb və işlərinə orada davam edirlər. Sülh yaranarsa, bu köç olmayacaq, yaxşı təhsil almış insanlar öz ölkələrində qalacaqlar və bacarıqlarından əvvəlcə müsəlmanlar faydalanacaqlar.
  3. Sülhün və sabitliyin hökm sürdüyü mühitdə müsəlman ölkələr bir-birlərinin təcrübələrindən daha çox faydalanacaqlar. Sülh müsəlmanların hər sahədə güclərini birləşdirmələrinə, bir-birlərinin çatışmayan cəhətlərini  təmin etmələrinə səbəb olacaq.
  4. Sülh və sabitliklə birlikdə iqtisadi inkişaf da sürətlənəcək. Hal–hazırda bəzi müsəlman ölkələri arasında sərhəd problemləri başda olmaqla, müxtəlif problemlər yaşanır. Bu problemlər iqtisadi çətinliklərin artmasına səbəb olur. Məsələn, yeraltı qazıntıların daşınması və dünyaya ixracında yaşanılan çətinliklərin təməlində nəqliyyat yollarının etibarlı olmaması dayanır. Su qaynaqları da eyni vəziyyətdədir. Müsəlman ərazisinin əhəmiyyətli bölgəsi olan Orta Şərqdə su problemli mövzularının başında gəlir. Halbuki, müsəlman ölkələrinin bir-birlərinə dəstəyi və razılaşmaları uzlaşma yolu ilə həll edilsə, bu problemlər tamamilə yığışacaq.
  5. Sülh İslam ərazisi xaricində yaşayan müsəlmanları da gücləndirəcək. Dünyanın əksər ölkəsində İslam ən sürətli böyüyən dindir. Bu ölkələrdə yaşayan fərqli millətlərə mənsub müsəlmanların ittifaqı Quran əxlaqının yayılmasını sürətləndirəcək, müsəlmanların yaşadıqları cəmiyyətlərdə mədəni mənada daha təsirli edəcək.
  6. İslam dünyasında yaradılan sülh digər dünya ölkələri üçün də nümunə olacaq. Beləliklə də, dünyanın fərqli bölgələrində yaşanan problemlər İslam dünyasını nümunə götürərək sülhlə həll edəcək. Müsəlmanlar əsl Quranın gətirdiyi gözəl əxlaqla yaşayarsa, insanların hüzura və təhlükəsizliyə qovuşacaqlarının canlı  nümunəsi olacaq, insanlar İslamın barış və sağlamlıq dini olduğuna şahidlik edəcəklər. İslam dünyasındakı barış bəlkə də əksər insanın gözəl əxlaqa meyl etməsinə vəsilə olacaq.
 
4–cü hissə
 

İSLAM BİRLİYİNİN ORTA ŞƏRQ ÜÇÜN HƏLLİ

 
Siz bu sətirləri oxuyarkən Fələstində minlərlə müsəlmanın həyat mübarizəsi kəskin şəkildə davam edir. Orta Şərqdə yaşanan bu zülm İslam Birliyinin yaradılması ilə sona çatacaq.
 
FƏLƏSTİN, ORTA ŞƏRQİN QANAYAN YARASIDIR
 
20–ci əsr əvvəlinə qədər Osmanlı İmperatorluğunun ədalətli idarəsi altında olan Orta Şərq hal–hazırda dünyanın ən mürəkkəb, ən problemli ərazisidir.
 
20–ci əsrin ən böyük sərvəti olan neftin daha çox çıxarılması ilə böyük əhəmiyyət qazanan Orta Şərq əsrin əvvəlindən bugünə kimi dünyanın ən qanlı  hissəsi olub. Yarım əsri keçən müddətdə minlərlə günahsız insan İsrail terrorunun, qırğınlarının və işgəncələrinin nəticəsində həyatını itirib. Əksəriyyəti şikəst qalıb, heç bir günahı olmayan milyonlarla fələstinli evlərindən və yurdlarından sürgün edilib, mühacir düşərgələrində, aclıq sərhədində, səfalət içində yaşamağa məhkum edilib.
 
Bütün dünyanın gözü önündə hələ də davam edən bu zülmün həll edilməməsi və bölgədə həsrətlə gözlənilən barışın yaradılması üçün bu günə kimi edilən bütün cəhdlər həmişə müvəffəqiyyətsizliklə nəticələnib.
 
ORTAQ STRATEGİYA İLƏ İRƏLİLƏMƏ
 
İslam Birliyinin Orta Şərqdəki Ərəb-İsrail müharibəsinin kəskin həll yolu var. İslam ölkələrinin ortaq strategiya ilə irəliləməsi, İsrailə Orta Şərqdə on illərdir yeritdiyi "davamlılıq üçün parçalama" strategiyasının və ya bir İslam ölkəsini digərinə qarşı istifadə etməsi heç bir nəticə verməyəcək. Bununla da İsrail Orta Şərqdə sülh bağlamalı olacaq  və 1967–ci ildə müharibədə işğal etdiyi bütün ərazilərdən çəkiləcək və ərəb qonşuları ilə sülh şəraitində yaşamalı olacaq. Bu, ərəblər üçün olduğu kimi israilli yəhudilər üçün də ən doğru yoldur.
 
Orta Şərqdə sülhün yaranması üçün həm ərəblər arasındakı radikal ünsürlər düzəldilməli, həm də İsrail təcavüzkar, işğalçı siyasətindən imtina etməlidir. İslam Birliyi hər iki haldı düzəldəcək. Tarixdə islami rəhbərliklər zamanında Orta Şərqdə yəhudilərlə müsəlmanların birlikdə barış içində yaşadıqları unudulmamalıdır. Məsələn, Osmanlı İmperatorluğu dövründə Qüdsdə və ya Fələstinin digər şəhərlərində çoxlu yəhudi yaşayıb və aralarında düşmənçilik olmayıb. Problem İsrailin bu müqəddəs torpaqlara tək başına liderlik etməyi hədəf etməsi ilə başladı və bu hədəf Orta Şərqə hələ də qan və ölüm gətirir.
 
Şübhəsiz ki, hz. Yaqubun soyundan gələn yəhudilərin ataları İsrail peyğəmbərlərinin torpaqlarında yaşamağa, bu torpaqlardakı bütün müqəddəs məbədlərində istədikləri kimi, azad ibadət etməyə haqqları var. Lakin bu torpaqların hamısına siyasi liderlik etmək, bunun üçün bu torpaqlarda minlərlə ildir yaşayan insanlara qarşı şiddət göstərmək, onları yurdlarından çıxarmaq və bu işğalı qorumaq üçün bütün Orta Şərqi hərəkətsiz hala salmağa çalışmaq çox yanlışdır.
 
İslam ölkələrinin birliyinin həlli;
 
  1. İsrailin (Şərq Qüds daxil) bütün işğal etdiyi torpaqlardan çəkilməsi və İsrail ilə bütün Ərəb ölkələri arasında barış elan edilməsi,
  2. Fələstin torpaqlarının Fələstin rəhbərliyində olan qismində (məsələn Şərq Qüdsdə, Əl-Xəlildə və İordan çayının qərb sahilində) yəhudilərin ibadət yerlərinin diqqətlə qorunması və yəhudilərin (həmçinin xristianların da) bura sərbəst nəqliyyat haqqının olması,
  3. İslam Birliyinin İsrail vətəndaşlarına yönələn hər cür terrorist hərəkətə və hücuma mane olması,
  4. İslam Birliyinin istər Orta Şərqdə, istərsə də dünya daxilində anti-semitizmə qarşı mübarizə aparması, yəhudilərin dinclik və təhlükəsizliyini müdafiə etməsi kimi əsaslara söykənir. Bu cür geniş barış planı tətbiq olunarsa, bir əsrdir dinclik görməyən Orta Şərqə barış və sabitlik gələcək, on illərdir silahlara və döyüşlərə xərclənən pullar insanların xoşbəxtliyi, rifahı, sağlamlığı, təhsili üçün xərclənəcək.
 
Qısası, Orta Şərqdə barışın olması üçün tərəflərin mülayim və mehriban olmağı qəbul etmələri, yəhudi irqçiliyindən və ya şovinizmdən xilas olaraq barış üçün səmimi səy göstərməlidirlər. Bunun üçün lazım olan missiya isə İslam əxlaqının tarixdə Orta Şərqə öyrətdiyi üstünlüklərdə gizlidir.
 
Orta Şərqdə sülhün yaranması nəticəsində Uca Rəbbimizin Quranda əmr etdiyi mehriban və ədalətli rəhbərliklər qurulacaq.
 

“Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allah’ın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.”(Nisa surəsi, 58)

 

"Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir."(Mumtəhənə surəsi, 8)

 
5–ci hissə
 

İSLAM DÜNYASINA ÇAĞIRIŞ

 
İslamla gələn gözəl əxlaqın bütün dünyaya yayılaraq, dinsiz fəlsəfələrin fikirlə məğlub edilməsi, yer üzündən fitnənin qaldırılması ilə bütün insanlığa barış və qurtuluşun gələcəyi günlər Allah`ın icazəsi ilə çox yaxındır.
 
Dünya iqtisadiyyatındakı yeniliklər İslam dünyasını çox böyük və əhəmiyyətli dəyişikliklərin gözlədiyini açıq – aşkar göstərir. Hal–hazırda  İslamiyyət, dünya mediasının xüsusi mövzusuna çevrilib, insanlığın diqqəti haqq dinə cəmlənib. Dövrümüzdə texnoloji imkanlar  müsəlmanların həm bir-birləri ilə əməkdaşlığını asanlaşdırıb, həm də insanlara İslam əxlaqının gözəlliklərinin izahı üçün hər cür kütləvi informasiya imkanını yaradıb. Lakin digər tərəfdən də İslam dünyasının bir hissəsində kasıblıq və cəhalət hökm sürür. Bundan faydalanan bəzi şəxslər “İslam adına” İslama zidd hərəkətlər edərək, dünyanın gözündə müsəlmanları alçaldırlar. İslam əxlaqına qarşı olan bəzi insanlar da müsəlmanların bu vəziyyətindən faydalanaraq onlara qarşı hər cür zülmü tətbiq edir və daha böyüklərini də planlayır. Həll isə bütün müsəlmanları birləşdirəcək və onlara doğru yolu göstərəcək İslam Birliyinin qurulmasıdır. Bu, İslam Birliyinin qurulması üçün çalışan hər müsəlmanın vəzifəsidir. Bütün müsəlman hökumətləri İslam Birliyinə hazırlanmalıdır. Digər müsəlman ölkələrlə aralarındakı əlaqələri inkişaf etdirməli və əsl İslam əxlaqının öz ölkələrində də daha geniş yayılması üçün mədəni fəaliyyətlərdə olmalıdır. Bütün müsəlman quruluşlar, müxtəlif təşkilatlar, vəqflər, media nümayəndələri müsəlmanlar arasındakı ayrı-seçkiliyin aradan qaldırılması və birliyin yaranması üçün səy göstərməlidirlər. Dünyaya işıq saçacaq,həm müsəlmanlara, həm müsəlman olmayanlara gözəllik verəcək, yer üzünə ədalət və sülh gətirəcək o böyük İslam mədəniyyətinin yenidən inkişafı bütün müsəlmanların duasıdır. Allah`ın icazəsi ilə İslam Birliyinin qurulması bütün bu gözəlliklərə vəsilə olacaq. 
 
DÜNYANI GÖZLƏYƏN İŞIQLI GƏLƏCƏK
 
Peyğəmbərimizin (səv) bəzi hədisləri və Quran ayələri gələcəyin Allah`ın icazəsi ilə, dünya müsəlmanları üçün çox işıqlı olacağını müjdələyir. İslam Birliyinin qurulması da bu müjdəli dövrün başlanğıcını sürətləndirəcək, yalnız müsəlmanların deyil, bütün cəmiyyətlərin bolluq və rifah içində yaşayacaqları yeni dövrün başlanğıcı olacaq. İndi yaşadığımız vəziyyət bu müqəddəs dövrün müjdəçisidir.
 
Müharibələr, yoxsulluq dünyanın fərqli  yerlərində müsəlmanların zülm görməsi, Peyğəmbərimiz (səv) tərəfindən 1400 il əvvəl xəbər verilən axırzaman əlamətlərindəndir. Bu əlamətlərin reallaşması, yenə Peyğəmbərimizin (səv)  müjdələdiyi İslam əxlaqının dünyaya hakimiyyətinin də yaxınlaşdığına işarə edir. (Ən doğrusunu Allah bilir.)
 
Bu vəziyyət müsəlmanları kədərə və ümidsizliyə salmamalı, tam tərsinə şövq və həyəcanlarını artırmalıdır. Bu şövq və həyəcan bütün dünyanı sülh və hüzurla dolduracaq, İslam Birliyinin yaranmasına şərait yaradacaq.
 
GƏLİN BİR OLAQ
 
Bu müqəddəs vəzifəni yerinə yetirmək istəyən müsəlmanlar; gəlin, bir-birinin məscidində namaz qılmayan, salamlaşmayan, bir-birinin yazdığı kitabı oxumayan, kiçik fikir fərqliliyinə görə qardaşına düşmən olan müsəlmanların arasını düzəldək. Bu cür süni ayrı-seçkiliklər aradan götürülsün. Allah`ın evləri olan məscidlər hər hansı qrupun və ya məzhəbin deyil, bütün müsəlmanların məscidi olsun. Hər müsəlman bir-biri ilə salamlaşsın, bir-biri ilə söhbət etsin. Bir-birinə mehribanlıq göstərsin, anlaşılmazlıqlar sona çatsın və bütün müsəlmanlar birləşərək, Allah`a daha çox yaxınlaşmaq, Onun dininə daha çox xidmət etmək üçün çalışsınlar. İslam Birliyi üçün çalışan müsəlmanlar Uca Rəbbimizin bu əmrini heç vaxt unutmasınlar:
 

"Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz." (Ali–İmran  surəsi, 103)

 
İSLAM BİRLİYİ TƏCİLİ HƏYATA KEÇİRİLMƏLİDİR
 
Bu yazıda ifadə edilən çıxış yolunun tezliklə həyata keçirilməsi çox əhəmiyyətlidir. İslam və müsəlmanlar haqqındakı bəzi yanlış anlayış və ön mühakimələr davam edir və bu, Qərbdə yaşayan müsəlmanlar üçün bəzi çətinliklər yaradır. Qərblilər isə terrorizm qorxusundan daima narahat yaşayır, öz ölkələrində təhlükəsizlikləri təmin olunmur. Bütün bu çətinlikləri aradan qaldıracaq həllə təcili ehtiyac var. Həll isə bütün bu problemləri sülhsevər və daimi şəkildə həll edəcək İslam Birliyinin qurulmasıdır.
 
2014-07-31 03:52:46

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."