Dörd xəlifə dövrü və Qızıl Əsr

Hz. Məhəmmədin (səv) vəfatından sonra yaşanan “Dörd xəlifə dövrü” İslam dininin Ərəbistan yarımadasının sərhədlərini aşaraq yayıldığı bir dövrdür. Parlaq zəfərlərin qazanıldığı və müsəlmanların rahatlıq və rifah içində həyat sürdükləri bu dövr Peyğəmbərimizin (səv) müjdələdiyi Qızıl əsrin keçmişdəki gözəl bir nümunəsidir. 
 
Bu dövrdə İslam dövlətinin sərhədləri qərbdə Tripoli, şərqdə Xorasan və şimalda Qafqaza qədər genişləndirilmiş və beləliklə, Ərəbistan yarımadasından kənara yayılan İslamiyyət Asiya və Afrikadakı müxtəlif millətlər tərəfindən də qəbul edildi. Qurulan İslam dövlətlərinin siyasi və hüquqi təməlləri də bu dövrdə qoyuldu. Bir-birinin ardınca xəlifə olan hz. Əbu Bəkir, hz. Ömər, hz. Osman və hz. Əli Peyğəmbərimizin (səv) yolu ilə getmiş, Quran əxlaqını, ədaləti daha geniş bir əraziyə yaymışlar.Buna görə dədörd xəlifə dövrü “Doğru yolda gedən kamil xəlifələr dövrü" mənasını verən “Xuləfa-i Rəşidin dövrü” olaraq adlandırılır.
 
QIZIL ƏSRDƏ YAŞANILACAQLAR
 
Dörd xəlifə dövründəki mühit “Qızıl əsrə” bənzər mühit olmuşdur.Peyğəmbərimiz (səv) Qızıl əsrdən geniş bəhs etmişdir.
 
İslam qaynaqlarına görə Qızıl əsr qiyamətə yaxın bir dövrdə Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında yayılaraq yaşanacağı bir dövrdür. Bu dövrdə insanların rahatlıq və təhlükəsizlik şəraitində yaşaya bilmələri üçün lazım olan hər cür şərait olacaqdır. Əvvəlki dövrlərdə yaşanan bütün sıxıntıların əvəzinə bolluq, bərəkət və ədalət gələcək. Bu dövrdə din əxlaqına uyğun olmayan əxlaqsızlıq, ədalətsizlik, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qaldırılacaq. Bu müjdəli dövr bütün inananların əsrlər boyu həsrətini çəkdiyi sülh, əmin-amanlıq, ədalət və bolluğun, İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Qızıl əsr”). Uca Allah Quranda inanan qullarına İslam əxlaqının yer üzündə hakim olacağını belə müjdələmişdi:
 

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.”(Nur surəsi, 55)

 
Peyğəmbərimiz hz. Məhəmməd (səv) də Qızıl əsri 14 əsr əvvəl ətraflı şəkildə təsvir etmişdi. Bu dövrün cənnət xüsusiyyətləri hədislər vasitəsilə bizlərə gəlib çatmışdır. Hər növ məhsul və mal bolluğu, təhlükəsizlik, güvən və ədalətin təmin edilməsi, dinclik və səadət, hər cüryeni texnologiyanın insanların rahatlığı, komfortu, sevinci və xoşbəxtliyi üçün istifadə edilməsi, ehtiyac içində olan bir nəfərin belə qalmaması, istəyənə istədiyindən ölçüsüz, qat-qat artıq verilməsi bu dövrün əsas xüsusiyyətlərindəndir. Hədislərdə bildirildiyi kimi, o dövr “silahların susacağı” bir dövr olacaq və bu dövrdə yer üzü həsrətini çəkdiyi sülhlə dolacaq. Qızıl əsrdə əvvəllər dövlətlər və xalqlar arasında davam edən mübahisə və narazılıqlar bitəcək, dostluq münasibətləri qurulacaqvə bütün müharibələrsülh, dostluq və sevgiyə çevriləcək.
 
Peyğəmbərimizin (səv) bəzi hədislərində Qızıl əsri belə izah edir:
 
“Uşaqlar “Kaş ki, mən böyük olsaydım”, böyüklər də “Kaş ki, mən uşaq olsaydım” deyə ümid edərlər. Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər.” (1)
 
“Yer üzü zülm və işgəncə əvəzinə ədalətlə dolacaq.” (2)
 
“...Dünyada haqq ədalətqorunar.” (3)
 
“Ədalətlilik o qədər çox olacaq ki, zorla əlindən alınan hər mal sahibinə geri verildiyi kimi bir insanın başqasına aid olan dişində qalmış bir şey belə sahibinə qaytarılar. Yer üzündə təhlükəsizlik hakim olar və hətta bir neçə qadın yanlarında bir kişi belə olmadan rahatlıqla Həccə gedəcək.” (4)
 
Qızıl əsr Allah`ın əmrlərinin əskiksiz yerinə yetirildiyi, ədalətin, fədakarlığın, yardımsevərliyin ən çox yaşandığı mübarək bir dövr olacaq. Bu mübarək dövrdə var-dövləti olanlar ehtiyacı olana yardım edəcək, hər kəs bir-birinin rahatlığını, rifahınıdüşünəcək. Bu paylaşmanın nəticəsində hər kəs eyni rifah səviyyəsinə yüksələcək, aclıq, səfalət kimi bir çox problem öz-özünə həll olacaq. Qızıl əsrdə yaşanacaq bütün bolluq, texnoloji inkişaf və estetik gözəlliklərlə bərabər cəmiyyətin yaşayış tərzi də olduqca rahat olacaq. Allah iman gətirən və dininə yönələn insanlara o dövrə qədər misli görülməmiş gözəlliklərlə dolu bir həyat bəxş edəcək. Çünki Allah gözəl əməl sahiblərinə, Quran əxlaqına tabe olan qullarına gözəllik vəd etdiyini bildirmişdir:
 

“Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar."(Yunus surəsi, 25-26)

 
Peyğəmbərimizin (səv) hədislərindəbununla bağlı o da bildirilmişdir ki, İslama uyğun olmayan din anlayışı tamamilə ortadan qaldırılacaq. Qızıl əsrdə Peyğəmbərimizdən (səv) sonra yaranan bidətlər (dinə sonradan əlavə olunmuş xurafatlar) ortadan qalxacaq, əsl Quran əxlaqı yaşanacaq. İnsanların artıq İslamı yanlış anlamayacaq, əsl din hər kəs tərəfindən qəbul ediləcək. Hədislərdə bildirilir ki, bir bidət belə qalmayacaq və “din qaydalarıeynilə Peyğəmbərimizin (səv) dövründəki kimi tətbiq ediləcək.” (5)
 
O dövr gəldikdə insanların Allah`a yaxınlaşmasına, Onun dinini yaşamağa əngəl olan bütün bu maneələrə son qoyulacaqdır. Din əxlaqında olmayan, sonradan əlavə edilmiş bir çox xurafat, inanc və yanlış ibadət növləri İslamdan təmizlənəcəkdir.
 
Din əxlaqının əslinə qaytarılmasını səmimi müsəlmanlar istəyəcəklər və bu yoldacəhd edəcəklər. Bu dövrdə İslam dünyasında ixtilaflar, ayrılıqlar bitəcək. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərabi “Fütühat-ül Məkkiyə" adlı əsərində belə demişdir.”
 
“...din Peyğəmbərimizin(səv) dövründə olduğu kimi eynilə tətbiq olunacaq. Yer üzündə məzhəblər ortadan qalxacaq. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq.”(6)
 
Bu qısa məlumatlar belə Qızıl əsri zehnimizdə təsvir edə bilməyimiz üçün kifayət edir..İndi isə xəlifələrin rəhbərlik anlayışları, şəxsiyyətləri və fəaliyyətləri ilə Qızıl əsrə bənzər necə bir mühit yaratdıqlarını araşdıraq.
 
Hz. Əbu Bəkirin dövrü (632-634)
 
Sevimli Peyğəmbərimizlə (səv)  peyğəmbərliyindən əvvəl də dost olan hz. Əbu Bəkir onun təbliği ilə müsəlman olan ilk insanlardan biridir.Hz. Əbu Bəkir islamın elə də yayılmadığı, Peyğəmbərimizin (s.ə.v) hələ tək olduğu dövrdə İslamı qəbul etmişdi. Hz. Məhəmmədin (səv) yaxın dostu və İslam əxlaqının gözəl təmsilçisi olan hz. Əbu Bəkir aralarında hz. Osman, Talha ibn Ubeydullah, Səd ibn Əbu Vəqqas, Zübeyr ibn Əvvam, Əbdurrəhman ibn Avf ve Əbu Ubeydə ibn Cərrah başda olmaqla bir çox insanın İslam dinini yaşamasına vəsilə olmuşdu.
 
Hz. Məhəmməd (səv) xəstələndikdə müsəlmanlara imamlıq etmək vəzifəsini Əbu Bəkirə həvalə etmişdi. Onun vəfatından sonra isə hz. Ömər və dostlarının təklifi ilə hz. Əbu Bəkir xəlifə seçilmişdi.Hz. Əbu Bəkrin Xilafət vəzifəsini öhdəsinə aldıqdan sonra xalqa xitabən söylədiyi bu nitqi olduqca mənalıdır:
 
“Ey xalqım!Mən sizin rəhbəriniz oldum.Halbuki sizin ən xeyirliniz deyiləm.Əgər yaxşı işlər görsəm, mənə kömək edin.Əgər yanlış işlər görsəm, mənə doğru yolu göstərin.Doğruluq əmanətdir.Yalançılıq xəyanətdir.Sizin ən zəifiniz mənim yanımda güclüdür ki, onun haqqını müdafiə edərəm.Ən güclünüz mənim yanımda zəifdir ki, başqasının haqqını ondan alaram.” (7)
 
Hz. Əbu Bəkirin bu sözləri onun əsl liderlik xüsusiyyətlərinə sahib olduğunu göstərir.Onun xəlifəlik dövrünün iki il qədər qısa müddət çəkməsinə baxmayaraq, bir çox nailiyyətlərlə doludur. 
 
Hz. Əbu Bəkir peyğəmbərimiz hz. Məhəmmədin (səv) vəfatından sonra aralarında ixtilaf yaranan müsəlmanları bir araya toplayıb dövlətin nüfuzunu yenidən bərpa etdi, İslamiyyətin ilk dəfə Ərəbistan yarımadasından kənarda, Suriya, Fələstin və İraqda yayılmasına vəsilə oldu. Din əxlaqına uyğun olmayan hərəkətlərə və yalançı peyğəmbərlərə qarşı böyük mübarizə apardı, beləliklə də, İslam dini və Quran əxlaqının Peyğəmbərimizin (səv) dövründə olduğu kimi yaşanmasını təmin etdi. Hz Əbu Bəkir gözəl xasiyyəti, mərhəməti, təvazökarlığı və Quran əxlaqını yaşayarkən göstərdiyi diqqətcilliyi ilə səhabələr arasında öndəolanlardan biri idi.Bu xüsusiyyətlərinə görə xalq ona sevgi bəsləyir və hörmət duyurdu.İnsanların təkəbbürlü davranışlarını sevməyən, yoxsullara, çətin vəziyyətdə qalanlara kömək etməkdən və qonaq qarşılamaqdan zövq alırdı.O, əsir düşmüş bir çox müsəlmanı xilas etmiş, kölə sahiblərinə yüksək miqdarda ödəniş edərək onları azadlıqlarına qovuşdurmuşdu. Ticarətlə məşğul olan və imkanlı olan hz. Əbu Bəkir bütün var-dövlətini İslam əxlaqının yayılması üçün infaq (ehtiyacdan artıq qalanı Allah yolunda xərcləmək) etmişdi.Buna görə də Rəsulallah (səv) onun haqqında “Malını fəda etməkdə ən öndə gedən insan Əbu Bəkirdir.Əbu Bəkir nə gözəl dostdur.Aramızda İslam qardaşlığı və sevgisi var” deyə bildirmişdi. (8)
 
Nəticə etibarilə,hz. Əbu Bəkir güclü imanı, ağlı və üstün dövlət idarəetmə xüsusiyyəti ilə İslam Birliyini mühafizə etmiş və özündən sonra gələnlərə güclü bir dövlət qoyub getmişdir.
Hz. Ömər 
 
Qüreyş qəbiləsinin öndə gedənlərindən olan hz. Ömər bütün təzyiqlərə baxmayaraq, inanclarından əl çəkməyən müsəlmanların qətiyyətliliklərindən təsirlənmiş və İslam dinini qəbul etmişdir. Bir rəvayətə görə, müsəlmanlığı aşkar şəkildə elan edən ilk insan  o idi. Abdullah ibn Məsudun sözləri ilə desək,“Ömərin müsəlman olması bir fəthdir” (9).Hz. Ömər ovaxtdan etibarən Peyğəmbərimizin (səv) yanında olmuş, güclü şəxsiyyəti və qərarlılığı ilə İslam əxlaqının öndə gedən müdafiəçilərindən olmuşdur. Sahib olduğu imkanları İslamiyyətin yayılması üçün sərf etmişdir. Hz. Əbu Bəkirin vəfatından sonra xəlifə seçilmiş və ədalətli idarəçiliyi ilə özündən sonra gələn rəhbərlərə gözəl nümunə olmuşdur.
 
Hz. Ömərin dövrü (634-644)
 
Hz. Ömər Quran əxlaqı və ədalətin yaşanması uğrunda göstərdiyi fəaliyyətləri ilə tanınır.Ədaləti tətbiq edərkən hər kəsə bərabər davranmış, var-dövlət, qohumluq, sosial mövqe kimi ünsürlərin ədalətə mane olmasına qətiyyən izin verməmişdi.Onun hakimiyyəti dövründə sosial ədalət tamamilə bərqərar olmuşdu.Hər zaman xalqına qarşı böyük məsuliyyət hissi ilə hərəkət edirdi.Tarixi qaynaqlara görə, onun “Fərat sahilində bir dəvə həlak olsa, onun məsuliyyətini daşıyaram” sözü məşhurdur.
 
Hz. Ömərin məsləhətləşməyə verdiyi əhəmiyyət
 
Hz. Ömər Quran əxlaqına əsasən bir məsələ ortaya çıxdıqda qərar vermədən öncə müsəlmanlara da müraciət edər, mövzunu onlarla məsləhətləşərdi.Bu yolla ən doğru fikir seçilər və ona uyğundavranılardı. Onun bu davranışı xalqın da öz işlərini insanlarla məsləhətləşərək həll etmələrinə səbəb olmuşdu.Beləcə,mühüm işlərdə ətraflı məsləhətləşmə “ənənəsi” meydana gəlmişdi.
 
Hz. Ömər bir çox yeniliyə addım atdı.Onun dövründə ölkədərəhbərlik sahələrə ayrıldı.Qubernatorlar və xəlifədən asılı olan qazılar təyin edildi.İlk dəfə məhkəmə işlərində qazıların vəzifəyə keçməsi ilə rəhbərlik və məhkəmə işləri bir-birindən ayrıldı.Hicri təqviminin tətbiq olunması, dövlətin mühüm problemlərinin müzakirəyə çıxarıldığı bir məclisin və dövlət xəzinəsinin yaradılması bu illərdə həyata keçirilmişdi.
 
Onun xəlifəliyi dövründə Ərəbistandan kənarda böyük fəthlər həyata keçirilərək İraq, İran, Xorasan, Suriya, Fələstin və Misir İslam torpaqlarına daxil edildi.Bu dövrdə dövlətin geniş coğrafi əraziyə yayılması rəhbərlik, siyasi, iqtisadi və hərbi sahələrdə ciddi bir nizamın yaradılmasına səbəb oldu.Hz. Ömər məhz bu ehtiyacı qarşılamaq üzrə təşkilati bir İslam Dövlətinin təməllərini qoydu.
 
Tarixi qaynaqlara görə hz. Ömərin o dövrün qazılarına göndərdiyi məktub özündən sonra gələn bütün rəhbərlər üçün bir yol göstərici olmuşdu.
 
“İddialara baxarkən tələskənliyə, səs-küyə və tərəfdarın şərəfini alçaldan davranışların yaşanmasına əsla yol vermə. Çünki ədalətin qorunması üçün sükunət və ciddiyətin olması vacibdir. Haqqın təzahür etməsi isə İlahi ədalətin etibar qazanmasına səbəb olur. Bir müsəlmanın niyyəti yaxşıdırsa, Allah onun insanlarla olan münasibətini islah edər. Amma daxili ilə xarici bir-birindən fərqlidirsə, Allah ona müsibət verər. Belə vəziyyətdə hakimin vəzifəsi Allah`ın ruzi və rəhmət xəzinələrini qullar arasında ədalətlə paylanılmasını təmin etməkdir.”
 
Hz. Ömər Quran əxlaqına yiyələndiyi üçün bütün İslam cəmiyyəti ondan razı idi. Onun İslam əxlaqının yayılmasında böyük əməyi olmuşdur Allah`ın iznilə.
 
Hz. Osman dövrü (644-656)
 
Yüksək əxlaqi keyfiyyətləri olan hz. Osman İslamı ilk qəbul edən üstün şəxslərdən biridir. Hz. Ömərdən sonra xəlifə seçilmişdir. İslam cəmiyyəti onun bu vəzifəyə layiq olduğu qənaətinə gəldiyi üçün xəlifəliyinə heç kim etiraz etmedi, hamı ona beyət etdi. Xəlifəliyindən əvvəl, Peyğəmbərimizə (səv) yaxın idi.Vəhy katibliyi etmişdir.Hz. Osman üstün əxlaqı, gözəl danışıq üslubu ilə diqqət çəkirdi.Onun eyni zamanda çox gözəl natiqlik qabiliyyəti vardı.Əzbərləmə qabiliyyəti çox güclü idi və müqəddəs Quranı əzbərləmişdi.
 
Hz. Osmanın İslam dininə göstərdiyi ən böyük xidmətlərindən biri Quranın çoxaltması idi. O dövrdə şivə fərqliliyi olduğuna görə komissiya təşkil olunaraq ayələri fərqli oxunan Quran kitablarının sayısı artırılmışdı.Bir nümunəsi Mədinədə saxlanıldı, digərləri Məkkə, Şam, Kufə, Bəsrə, Misir və digər əyalətlərə göndərilmiş, beləcə, Quranın orijinalının günümüzə qədər gəlib çatmışdır.
 
Həzrəti Osman təyinatlarda ən uyğun şəxsləri vəzifələndirirdi..İslam torpaqlarında yaşayan insanların rifah səviyyəsinin yüksəldilməsi üçün abadlıq işlərinə və kəndlərin inkişafına əhəmiyyət verirdi.Bağ və bağçaların abadlaşdırılması üçün çalışırdı.Onun dövründə İslam torpaqlarında yaşayan əksər insan İslam dinini qəbul etmişdi. Bu dövrə aid diqqət çəkən digər bir inkişaf isə müsəlmanların var-dövlət sahibi olması və keçmişlə müqayisədə daha da rifah içində bir həyat yaşamaları idi.
 
Eyni zamanda hz. Osman hakimiyyəti illərində İran, Qafqaz və Afrikanı fəth etməyə davam etmiş və ilk donanma yaradılaraq Aralıq dənizində böyük strateji əhəmiyyətə malik olan Kipr adası alınmışdı. Bizans İmperatorluğuna qarşı böyük zəfərlər qazanılmış, ələ keçirilən torpaqlarda nizamlı, ədalətli sistem yaradılmışdır.
 
Hz. Əli dövrü (656-661)
 
Hz. Əli Peyğəmbərimizin (səv) əmisi Əbu Talibin oğludur. Tarixi qaynaqlarda qeyd edildiyi kimi, hz. Məhəmmədin (səv) yanında olmuş, ondan tərbiyə almışdır.
 
Hz. Əlinin üç mühüm xüsusiyyəti onun cəsarəti, elmi və gözəl danışığı idi. O, İslam cəmiyyətində hər kəs tərəfindən ən alim insanlardan biri hesab edilirdi. Sevgili Peyğəmbərimizin (səvhz. Əlini “Elm diyarının qapısı”adlandırırdı.Hələ uşaqlıqdanRəsulullahın (səv) yanında olmuş, Quranı ondan öyrənmiş, onun katibliyini etmişdir.Peyğəmbərimizin (səv) vəfatına qədər onun yanından ayrılmamışdır.Beləliklə, dini mövzular üzərində yüksək bir elmi səviyyəyə çatmışdı. Buna görə də o, hz. Əbu Bəkir, hz. Ömər və hz. Osmanın ilk müraciət etdiyi insanlar sırasındadır.
 
Xəlifə olduqdan sonra müsəlmanlarımaarifləndirmək, onların elmli olmaları üçün məktəb tikdirmişdi.Təhsilə böyük əhəmiyyət vermişdir.Hz. Əli şəhid edildikdən sonra İslamın ən parlaq dövrlərindən biri olan Dörd Xəlifə Dövrü sona çatmışdır.
 
Qızıl əsr ilə müjdələnmək
 
Peyğəmbərimizin (səv) bir çox hədisində yer üzündə İslam əxlaqının yenidən hakim olacağına işarə edilir. “Qızıl əsr” adlandırılan bu dövr Allah`ın izni ilə “Əsr-i Səadət”ə bənzər bir dövr olacaq. Hz. Məhəmməd (səv) və dörd xəlifə dövründə İslam əxlaqı necə dünyaya yayılmışdısa, müsəlmanlar dinclik içində necə yaşamışdılarsa Qızıl dövrdə də İslam əxlaqı yer üzündə o cür yaşanacaq, yer üzü sevgi, sülh, dinclik, ədalət, bolluq və zənginliklə dolacaq. Peyğəmbərimizin (səv) axır zaman ilə əlaqədaretdiyi cənnəti xatırladan təsvirlər bu dövrə “Qızıl əsr” adının verilməsinə səbəb olmuşdu. 
 
Qızıl əsr və bu dövrə vəsilə olan hz. Mehdi üçün Peyğəmbərimiz (səv) belə buyuruşdu:
 
“Ümmətimin sonunda bir xəlifə gələcək, malı ədədlə saymayacaq, ovucla ovuclayacaq.”
 
Bu dövr Allahın möminlərə bir lütfüdür. Bir çox əlaməti reallaşmağa başlayan və bolluğu, bərəkəti, insanlara təmin edəcəyi hər cür rahatlığı, dinclik dolu mühiti ilə bütün insanlara sevinc gətirəcək olan bu dövrlə müjdələnmək, şübhəsiz ki, bütün müsəlmanlar üçün çox böyük bir şərəfdir.
 
Qeydlər:
1-Sahih-i Müslim, 11/351
2-Buhârî, 62/Fadâilu Sahâbe, 5/Lev Kuntu Muttahizen; İbn Hacer, Feth, VII. 26, R. 2675, 7/Menâkıbuu Osman; İbn Hacer, Feth, VII. 66; R. 3699, Tirmizî, 50/Menâkıbu, 19/Menâkıbuu Osman, R. 3697; Tuhfetu'l-Ahvezi, X. 185, H.3780; Müsned, III. 112, Abdurrezak, Musannef, XI. 229, R. 20401; Nua'ym, İmâme, s. 336.
3-http://www.aksam.com.tr/arsiv/aksam/2004/10/02/gundem/gundem1.html
4-Sahih-i Müslim, 11/351
5-Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 433
6-El-Kavlu Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24
7-Hz. Muhammed ve Hayatı, DIB Yayınları, Ankara, 1996, səh 435
8-Buhârî, 8/Salât, 80/el-Huhe ve'l-Mamer, İbn Hacer, Feth, I. 665, R. 467, 3656, 3657,3637; 62/Fadâilu's-Sahâbe, 3/Seddu'l-Ebvab, İbn Hacer, Feth, VII. 15, R. 3654; Müslim, 44/Fadâilu's-Sahâbe, 1/Fadâilu Ebi Bekir, R.4 2382;Tirmizî, 50/Menâkıbu, 15/Menâkıbu Ebû Bekir, R. 3659.
9-Üsdül-Gabe, IV, s.151
2014-10-13 21:58:22

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.