Stalinin kollektivləşdirmə siyasəti

Stalinin kollektivləşdirmə siyasətinin tətbiqinə 1929-cu ildə başlandı. Burada məqsəd fərdi kəndli təsərrüfatlarını kolxoz və sovxozlarda birləşdirərək dövlət idarəçiliyinə vermək idi. Kəndli öz məhsulunu sata bilməzdi. Təyin edilən kvota o qədər yüksək idi ki, kəndlilər ödəniş əllərindəki hər şeyi verməli idilər. 1920-ci ildə Lenin tərəfindən bünövrəsi qoyulan bu zülm təkrarlanırdı.
 
Stalin kollektivləşdirməni həyata keçirmək üçün ən vəhşi üsullardan belə istifadə edilməsini əmr etmişdi. Müqavimət göstərənlər öldürülür, Sibirə sürgün olunur və ya qıtlığa məruz qoyulurdu.
 
Kollektivləşdirmə və ya ümumiyyətlə kommunizmə qarşı müqavimət göstərən qolçomaqlara (dövlətli kəndli) qarşı bütün ölkədə “ov” elan edilmişdi. Bu siyasət, "Kommunizmin qara kitabı"nda belə izah edilir:
 
Kollektivləşdirməyə müqavimət göstərən qolçomaqlar güllələndi, digərləri (uşaqlar, qadınlar və yaşlılar) sürgün edildi. Əlbəttə, hamısı öldürülmədi, amma Sibirin və ya Böyük Şimalın əkinçiliyə yarasız bölgələrində onlar çox tab gətirə bilmədilər. Yüz minlərlə insan orada can verdi, lakin ölənlərin dəqiq sayı hələ də bilinmir. 1932-1933-cü illərdə Ukraynada əhalinin məcburi kollektivləşdirməyə müqavimət göstərməsi nəticəsində qıtlıq geniş vüsət aldı. Bir neçə ay ərzinə 6 milyon insan öldü.
 
Qolçomaqlara isə ağlagəlməz divan tutulurdu. Napolovskidə hərbçilər "sorğuya çəkilən” kolxozçuları qızğın sobanın üzərinə uzanmağa məcbur edir, sonra da çılpa şəkildə bir yerə bağlayaraq soyudurdular." 
 
Stalin də Lenin kimi “qolçomaq” adlı xəyali düşmən yaratmışdı və öldürmək istədiyi insanlara qolçomaq damğası vurması kifayət idi. Bütün şəhərlərə müəyyən sayda qolçomaq tutub edam edilməsi əmri göndərilirdi. Kommunistlər bəyənmədikləri hər kəsi qolçomaq adlandırırdılar. “Kommunizmin qara kitabı”da bu vəziyyət belə bildirilir:
 
“Belə şəraitrdə bəzi bölgələrdə qolçomaq adı ilə öldürülən kəndlilərin 80-90%-nin "serednyak"- yəni ortabab kəndli olmasına təəccüblənmək lazım deyil. Yerli məmurların öldürdüyü qolçomaq sayına çatmaq və hətta bu sayı keçmək lazımdı! Bazarda toxum satan, 1925-1926-cı illərdə iki ay ardıcıl muzdla əkinçiişldən, iki samovarı olan, 1929-cu ildə yemək və sosialist müsadirədən mal qaçırmaq məqsədi güdən, donuz öldürən kəndlilər həbs olunur və sürgün edilirdilər. Becərdiyi məhsulu satan yoxsul kəndli "ticarətə girişmək" damğası ilə həbs olunurdular. Biri vaxtilə əmisinin Çar ordusunda zabit olduğuna görə işgəncə görür, digəri kilsəyə tez-tez getməsi üçün qolçomaq adı ilə damğalanırdı. Ancaq ən çox kollektivləşdirməyə açıq-aşkar etitraz edənlər qolçomaq adı ilə damğalanırdılar. Qolçomaq sinifini məhv etmək üçün hərbçilər bəzən axmaqlığın zirvəsinə çatırdılar. Məsələn, Ukraynanın bir qəsəbəsində qolçomaqları ifşa ilə məşğul olan ortabab kəndli başqa briqadanın nümayəndələri tərəfindən qolçomaq kimi həbs olunurdu.
 
Qolçomaq kimi damğalanıb qətl edilənlərin əksəriyyəti dindarlar idi. Beləki, 1930-cu ildə 13 mindən çox dindar qolçomaq adlandırılaraq cəzalandırılmışdı. Bir çox kənd və qəsəbədə kollektivləşdirmə simvolik olaraq kilsənin bağlanması və keşişlərin cəzalandırılması ilə başlayırdı."
 
Bir sözlə, kollektivləşdirmənin iki böyük nəticəsi oldu: Qıtlıq və sürgün.
2009-12-05 00:03:15

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com