İslam birliyində iqtisadiyyat

İslamın iqtisadiyyat anlayışı Qərbin iqtisadiyyat anlayışından fərqlidir. Amma İslamda da Qərb cəmiyyətlərində olduğu kimi azad bazar iqtisadiyyatı hakimdir. Hər kəsin xüsusi mülkiyyətə sahib olmaq və öz mülkiyyətiüzərində sərəncam vermək hüququ vardır. Ancaq əldə edilən gəlirin bölüşdürülməsi məsələsində İslam əxlaqı insanlara əxlaqi öhdəliklər verərək cəmiyyətdə sosial ədalətin qurulmasını təmin edir. Zənginlərin qazancında kasıblar üçün də pay var, lakin bu pay zənginlərdən məcburi toplanan vergi deyil, inanclarına görə könüllü şəkildə verdikləri ianədir. İslamda sosial ədalət sosialist sistemlərdən fərqli olaraq mərkəzləşmiş qaydada və rəhbərliyin təzyiqi ilə deyil, cəmiyyətə hakim olan əxlaqi dəyərlərlə təmin edilir. Digər tərəfdən İslam əxlaqı zənginləri həddindən artıq istehlakdan və israfdan da çəkindirir.
 
İslamın cəmiyyət modeli tək məqsədləri daha çox istehlak etmək, daha çox gəlir əldə etmək üçün digərlərini əzməkdən çəkinməyən, eqoist, digərlərinə qarşı hörmətini və sevgisini itirmiş insanlardan ibarət materialist cəmiyyət modelindən çox fərqlidir. Materialist cəmiyyət modeli son iki əsrdir ki,Qərb dünyasının bir qismində hakim olmuş, yəhudi-xristian ənənəsindən qaynaqlanan əxlaqi dəyərləri degenerasiya edərək insanları korlamışdır. Hazırda bir çox Qərb dövləti bu degenerasiyanın nəticəsi olan narkotika, fahişəlik, rüşvət, qumar, alkoqolizm, mütəşəkkil cinayətkarlıq kimi problemlərlə mübarizə aparmaq üçün ciddi səy göstərir. Bundan əlavə, Qərb cəmiyyətlərində dini inancın zəifləməsi nəticəsində “mənəvi böhran” yaranmışdır. İnsanları həyatda yalnız maddi mənfəətlər üçün yaşamağa istiqamətləndirən materialist fəlsəfə insanların ruhunu qidalandırmır, onları boşluğa və məqsədsizliyə aparır, “azadlıq” adı altında insanı öz hisslərinin əsirinə çevirir.
 
İslam əxlaqı isə insanları hər cür narahatlıqdan və qorxudan azad edir. İman gətirənlər yalnız Allah’dan qorxur və yalnız Onun razılığını qazanmaq üçün cəhd göstərirlər. Rəbbimizə qarşı məsuliyyəthiss edib hər zaman vicdanlarının əmr etdiyi kimi yaşayır və bu vicdani rahatlıqla xoşbəxt olurlar. İslam əxlaqı insanları mənəvi təzyiq altına alan qısqanclıq, hərislik, gələcək qorxusu, ölüm qorxusu kimi din əxlaqına uyğun olmayan hiss və qorxulardan azad edir, onlara Allah’a təslimiyyətin sərbəstliyini və rahatlığını yaşadır.
 
Buna görə də İslam Birliyinin təşviq edəcəyi inkişaf modeli qərbdəki inkişafa bənzəməyəcəkdir. Qərbin yüksəlişinin səbəbi milyonlarla kasıb, zəif insanın əzilməsidir.
 
İslam əxlaqının hakim olacağı cəmiyyətin inkişaf modeli isə sosial ədaləti əsas götürəcəkdir. Qərbdəki ədalətsizliklər, Qərbə hakim olan materialist fəlsəfələrin “insan təbiəti” haqqındakı səhv izahından meydana gəlmişdir. İslam əxlaqı isə insanların çevik, təşəbbüskar, mərhəmətli, fədakar və ədalətli olmalarını təmin edir. İslam mədəniyyətinin yüksəliş dövrlərində müsəlmanlar iqtisadiyyatda da dünya lideri olmuş, xüsusilə, ticarətdə böyük müvəffəqiyyətlər qazanmışdılar. Ancaq bu zənginlik bir qrup insanın əlində cəmləşməmiş, İslam əxlaqına uyğun olaraq bütün cəmiyyət üzvləri arasında bölüşdürülmüşdür. Dövrümüzdə də İslam Birliyinin irəli sürəcəyi inkişaf modeli belə olmalıdır. 
2009-12-07 23:31:28

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com