Hz. Mehdinin (ə.s) vəsiləsi ilə millətlər arasındakı anlaşmazlıqlara və zorakılığa son qoyulacaq

Peyğəmbərimiz (səv) bildirib ki, hz. Mehdi (ə.s) axırzamanda zühur edərək İslamı dünyaya hakim edəcək. Hz. Mehdi zühur etdikdən sonra zülmə, haqsızlığa, millətlər arasındakı anlaşmazlığa son qoyulacaq, ədalət, sevgi dünyaya hakim olacaq.

Rəbbimiz axtardıqları sevgini, şəfqəti axırzamanda hz. Mehdi (əs) vəsiləsi ilə  insanlara yaşadacaq. Bu, bir hədisdə belə bildirilib:

“Hz. Mehdinin (əs) zühuru haqqında buyurub. Dünya inad etdikdən sonra balasına şəfqətlə qayıdan vəhşi dəvə kimi bizə şəfqətlə qayıdacaq. Daha sonra bu ayəni oxudu: “Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək.” (Qəsəs surəsi, 5)

Digər hədislərdə də hz. Mehdinin (əs) zühuru ilə dünyada sevgisizlik əvəzinə sevginin, ədalətin hakim olacağı belə xəbər verilib:

“İnsanlar dünyanı necə zülmlə doldurmuşdurlarsa, bu əmr sahibi də (hz. Mehdi) dünyanı ədalətlə dolduracaq. Artıq sizdən kimsə o günə çatsa, qarda sürünsə belə, onları tapsın (onlarla birləşsin). (Sünen-i İbni Mace Kitabü-lfiten Tercümesi ve Şerhi- Kahraman Neşriyat, cilt 10, Mütercim: Haydar Hatipoğlu, Bab: 34; s. 347)
“Peyğəmbərimiz (səv) əvvəl İslamın dayağını necə möhkəmləndirmişdisə, hz. Mehdi (əs) da İslamın dayaqlarını möhkəmləndirəcək…”(El-Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 26)

Hz. Mehdinin (əs) ədaləti cəmiyyətlər arasındakı anlaşmazlıqların həll edilməsinə təsir edəcək.

İki topluluq arasında haqsızlıq, gərginlik yaşanılırsa, onda müsəlmanın öhdəsinə düşən ədalətli və şəfqətli davranmaqdır. Müsəlmanlar müharibənin qızışdığı zamanda olsa belə, yeməklərini özündən əvvəl əsirlərə verəcək qədər əxlaqlıdırlar.

Sonsuz mərhəmətli olan Allah bir ayədə belə buyurub:

“Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allah’dan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.”(Maidə surəsi, 8)

Hz. Mehdi (əs) Allah`ın bu əmrini ən gözəl şəkildə yerinə yetirəcək, heç kim onun ədalətindən və sevgisindən şübhəyə düşməyəcək. Çünki ədalətli olmaq üçün Allah`ı çox sevmək və Ondan qorxmaq vacibdir. Hz. Mehdinin (əs) Allah sevgisi və qorxusunun isə çox güclü olacağı hədisdə belə xəbər verilir:

“Mehdi kərkəs quşunun qanadı ilə titrədiyi kimi Allah`dan titrəyərək qorxan bir şəxsdir. (Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, s. 23)

Bu dəyərli şəxs Allah`a olan dərin sevgisinə görə ədaləti qüsursuz şəkildə təmin edəcək və bütün dünya dövlətlərini qoruyacaq.

Sevimli Peyğəmbərimiz (səv) deyir ki:

“İmam (hz. Mehdi (əs)) nəyin doğru, nəyin yanlış olduğunu daha yaxşı bilir. Yalnış hökmlərdən sizi azad edəcək. Hz. Mehdi (əs) təhlükələrinizin qarşısını alacaq, ədalətsiz başçılarınızı zərərsizləşdirəcək və dünyanı vicdansızlardan təmizləyəcək… Əgər gözləsəniz, mükafatlandırılacaqsınız və sizə haqsızlıq edənlərdən intiqam alanın və haqlarınızı müdafiə edənin o olduğunu anlayacaqsınız. Həqiqətən, Allah`a and içirəm ki, Allah dindarlar və yaxşılıq edənlərlədir.” (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cilt 51], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, s. 182)

Cənab Adnan Oktar insan nəfsinin nifrətə, qəzəbə, kinə daha meyilli olduğunu, nəfsin davamlı münaqişə, qan istədiyini, ancaq sülhün, bağışlamağın sadəcə imanla olacağını belə bildirir:

ADNAN OKTAR: Nifrətlə yanaşsan, İslam yayılmaz. Nifrətin ruha tez yayılmasının səbəbi şeytanın bunu asan göstərməsidir. Nəfs nifrətə, qəzəbə, kinə meyillidir. Şeytandan Allah`a sığınıram, And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,ona günahları və (Allah’dan) qorxmağı təlqin edənə! (Şəms, “Günəş” surəsi, 7-8) deyir  Cənabu-Allah. Nəfs öz fücurunu tanıyır. Nəfs həmişə Allah`a qarşı pisliyi əmr edir, bu Allah`ın ayəsidir. Nəfs Allah`a qarşı düşmən kimi yaradılıb. O həmişə dava istəyir, kin, nifrət, pis söz, düşmənçilik istəyir. Dostluq isə iradə  və ağılla əldə edilər.

Dostluğu axıra qədər qorumaq çətindir. Məsələn, əksər insan dostluqdan danışır, amma bir müddət sonra buna gücü çatmaz, o da münaqişə etməyə başlayar. Mərhəmətdən danışan insanlara baxırsan 5-10 il davam edir, 11-ci ildə o da münaqişəyə başlayır. Axıra qədər sülh tərəfdarı olan hz. Mehdidir (əs), onun tələbələridir, hz. İsa Məsih (əs) və tələbələridir. Dünyanın əksəriyyəti münaqişə istəyir. Ancaq hz. Mehdi (əs) və hz. İsa Məsihin (əs) tələbələri müharibəyə son qoyurlar. (12 Eylül 2011 tarihli A9 TV röportajından)

Hz. Mehdi (əs) kin və bütöv bir millətə qəzəb duymaq anlayışını aradan qaldıracaq.

Peyğəmbərlərə məxsus kitablarda “Mehdinin işi zülm və pislik deyil” şəklində işarə edilən (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 49) hədisdə vurğulandığı kimi, hz. Mehdinin (əs) gözəl həyatında kin və nifrət yoxdur. Onsuz da kinli olmaq müsəlmana yaraşmayan bir əxlaq olduğundan  bütün dünya dövlətlərinə Allah`ın əmr etdiyi düşmənçilikləri aradan qaldırmaq üçün böyük bir fikri mübarizə başladılacaq.

Hz. Mehdi (əs) cəmiyyətlər arasındakı qəzəbi, kini aradan qaldırmaq üçün dünyanı zalım fəlsəfələrin yanlış inancından təmizləyəcək.

Ölkələri və insanları sevgidən, mərhəmətdən uzaqlaşdıran darvinist və materialist fəlsəfələrə hz. Mehdinin (əs) elmi mübarizəsi nəticəsində son qoyulacaq. Bu cərəyanlara qarşı aparılan mübarizə nəticəsində dünyada bu fəlsəfələrin məhsulu olan, insan fitrətinə uymayan zalımlıq, sevgisizlik aradan qaldırılacaq. Bu fəlsəfələrin yaratdığı anlayışsızlıq, sevgisizlik, zorakılıq hissləri hz. Mehdinin (əs) vəsiləsi ilə ölkələr və insanlar arasında dərin dostluq, köməkləşmə və bərabərlik ruhuna çevriləcək. Peyğəmbərimiz (səv) bunu belə müjdələyir:

“Dünya pislərdən təmizlənəcək və islah olacaq, zalım hökmdarlara qarşı mübarizə (fikri mübarizə) 8 ay davam edəcək, sonra sevgi və sülh hakim olacaq. (El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, sf. 69)

Cənab Adnan Oktar bir millətə qəzəb duymağın yanlışlığını, sadəcə zülm edənə fikri mübarizə aparmaq lazım olduğunu belə deyir:

ADNAN OKTAR:

“Bəli, İsrail müəyyən müddətdə insanlarda özünə qarşı qəzəb hissi yarada bilər. Çünki Fələstində fələstinlinin qanı axıdıldı. Onlar da intihar hücumları etdilər. Qarşılıqlı gərginlik oldu. Bunun nəticəsində də bəzi insanlarda qəzəb hissi yarana bilər. Lakin axırzamandayıq, gözəl bir dövrdəyik. Tövratda musəviləri xilas edən, musəvilərin rahat yaşamağına vəsilə olacaq Kral Məsihdən bəhs edilir. Bilirsiniz ki, bu əsas inanclardandan biridir. Üç min ildir gözlənilən insandır Kral Məsih. Hz. Davudun (əs) nəslindəndir. Hz. Davud (əs) oğlu Məsih. Dünyanın kralı kimi tanıyırlar.  İslam inancında biz ona hz. Mehdi (əs) deyirik , Muhamməd Mehdi (əs) kimi tanınan insandır o. Tövratda da, hədislərdə də hz. Mehdinin (əs) vaxtı gəlib. Yəni Şiloh adlandırılan Kral Məsihin vaxtı gəlib və biz hal-hazırda Kral Məsihin olduğuna inanırıq. Bu fitnəni, bu qarışıqlığı aradan qaldıracaq hz. Mehdi (əs). İsrail və ərəb ölkələri barışacaqlar. Digər ölkələr də bir- birləri ilə barışacaqlar, sülh dünyaya hakim olacaq.

Hətta Tövratda ifadə edilir ki, uşaqlar ilanlarla, aslanlarla oynayacaq, ancaq bu heyvanlar onlara zərər verməyəcək. Belə bir dövrə girmişik. Kini, nifrəti bir kənara buraxmaq lazımdır. Əgər kinlə, nifrətlə baxsaq, hamı bir-birinə düşmən olar. Məsələn, əgər bu məntiqlə yanaşılsa, Amerikaya qarşı düşmənçilik yaranar. Çünki Amerika Əfqanıstanda və İraqda çox böyük qətliam törədib. Minlərlə insan qətl edilərək şəhid olub. Ona görə də belə məntiqlə yanaşsaq, onda gərək Amerikanı bağışlamayaq. Amma bu çox məntiqsiz olar. Çünki amerikalıların heç bir günahı yoxdur. Burda günah bəzi idarəçilərindir. Biz onların təqsirli olduğuna inanırıq. amerikalıları ayrı, israilliləri ayrı dəyərləndiririk. Ümumilikdə millət, xalq günahsızdır, məzlumdur. Heç bir xalq müharibənin tərəfdarı deyil. İnsanlar müharibəyə nifrət edir. Şeytanın təsirində olan bəzi idarəçilər onları məcburən qanın, iztirabın içinə salırlar. Vaxtilə Hitleri dəstəkləyən çox az insan var idi. Amma kütlə psixologiyası nəticəsində almanların böyük hissəsi Hitleri müdafiə etdilər. Amma indi bundan utanırlar. Bizim almanlara qarşı nifrətimiz, kinimiz yoxdur. Orda günahkar kimdirsə, ona nifrət edirik və onların cəzalandırılmasını istəyirik. Almanların günahsız, təmiz bir xalq olduğuna inanırıq. Hadisələri bu məntiqlə dəyərləndirməliyik. Əgər belə dəyərləndirilməsə, dünyada heç bir ölkə bir-biri ilə dost olmaz. Onda Yunanıstana, ruslara, serblərə, ərəblərə, bir sözlə hamıya nifrət etməliyik. Bu çox yanlış bir hərəkətdir. Keçmiş keçmişdə qalıb. Artıq Kral Məsih dövründə, hz. Mehdinin (əs) dövründəyik. Sevgi və şəfqətlə yanaşaraq üzr istəyib dost olmaq lazımdır. Başqa cür olsa, dünya cəhənnəmə çevrilər. Buna da icazə verməyəcəyik. (Sayın Adnan Oktar’ın 7 Ekim 2011 tarihli A9 TV Gazeteci Jonathan Powel ile canlı sohbeti)

Cəmiyyətlər arasında uzlaşmanın və bağışlayıcılığın hakim olmasına vəsilə olacaq.

İki cəmiyyət arasındakı münasibətdə ən əhəmiyyətli şey sülh tərəfdarı olmalarıdır. Uzlaşdırıcı və bağışlayıcı mövqedə olmaqdır. Bu səbəbdən cəmiyyətlər arasında keçmişdə baş verən pis şeyləri unudub sevginin, sülhün yaşanıldığı bir mühit yaratmaq lazımdır. Sülh əvəzinə kini yaşayanlar sevəcəkləri, dost olacaqları heç bir ölkə tapa bilməzlər. Çünki tarixdə az, ya da çox hər cəmiyyət arasında anlaşmazlıqlar olub. Bunları nəzərə alaraq hərəkət etsək, onda heç bir ölkə ilə münasibət qurmaq mümkün deyil. Pis niyyətlə baxsa, iki tərəf də düşmən olmaq üçün çox səbəb tapar. Həmişə belə mühitin olduğu yerdə sadəcə düşmən tərəflər deyil, onları buna sövq edənlər də sıxıntı içində yaşayırlar. Dünyada fərqli irqlər və millətlər düşmənçilik edilsin deyə yaradılmayıb. Bu müxtəliflik Allah`ın yaratmasındakı bir gözəllik və zənginlikdən qaynaqlanır. İnsanlar arasındakı fərqliliklərin Allah Qatında heç bir əhəmiyyəti yoxdur. İman gətirən bir insan tək üstünlüyün təqva ilə, yəni Allah qorxusu və Allah`a imandakı üstünlüklə olduğunu çox yaxşı bilir. Allah Hücurat, “Otaqlar” surəsində bu həqiqəti belə bildirir:

“Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi: "Biz zalımları mütləq məhv edəcəyik.” (Hücurat surəsi, 13)

Hz. Mehdinin də  vəzifəsi bu anlaşmazlıqları davamlı gündəmə gətirərək  gərginliyi artırmaq əvəzinə, sevgini, mərhəməti, bağışlayıcılığı gündəmə gətirərək hamının rahat yaşayacağı şəraiti yaratmaqdır. Bunun üçün insanlar arasında səbir, gözəl əxlaq, Allah sevgisi, Allah qorxusu və Quran əxlaqının yaşanılması üçün mübarizə aparılacaq. Hz. Mehdi (əs) dövründə insanlar qarşılıqlı sevgi və birlik istəyəcək, dünyanın hər yerinə sevgi hakim olacaq:

“İmam Zamanın (hz. Mehdi (əs)) bərəkəti ilə insanların qəlbi qarşılıqlı sevgi və birliklə dolacaq.” (Bihar-ül Envar, cilt 53, sayfa 187; Mikyaal al-Makaarem, cilt 1, sayfa 52)
Hz. Mehdi (əs) zamanında sevgi və şəfqət dünyanın demək olar ki, hər yerində hakim olacaq.” (İkbal’ul-A’mal Sayfa 507; Bihar-ül Envar, cilt 21, sayfa 312)

Peyğəmbərimiz (səv) yaşadığımız axırzamanda hz. İsa (əs) və hz. Mehdi (əs) vəsiləsi ilə artıq münaqişələrin, müharibələrin bitəcəyini, silahların məhv ediləcəyini, qurd ilə quzunun da yan-yana rahatca yaşayacağını müjdə verib. Bu müjdələrin gerçəkləşmə ərəfəsində olduğumuz bu günlərdə bütün müsəlmanların vəzifəsi gözəl sözlə və səbirlə, nəzakətli bir üslubla, elmi dəlillərlə İslam əxlaqının gözəlliyindən bəhs etməkdir. İnsanlar arasında hər cür anlaşmazlığı sevgini təlqin edərək aradan qaldırmaq, dostluq qurulması üçün var gücü ilə səy göstərmək müsəlmanların bu dövrdəki əsas vəzifələridir. Allah inşaAllah səmimi cəhd edənlərə mütləq ki, qalibiyyət nəsib edəcək.  Bu gözəl cəhdlər Allah`ın izni ilə hz. İsa (əs) və hz. Mehdi (əs) dövründə ən gözəl şəkildə qarşılığını alacaq, dünya heç olmadığı qədər gözəl, sülh və dostluğun yaşandığı bir mühitə çevriləcək.

Mehdiyyət insanlar və cəmiyyətlər arasındakı gərginliyə son qoyacaq

Hz. Mehdini (əs) zühurundan əvvəlki dövrdə Quran əxlaqı yaşanılmadığı üçün  insanlar arasında sevginin, mərhəmətin azalacağı Peyğəmbərimizin (səv) hədislərində xəbər verilib. Bu vəziyyət ancaq hz. Mehdi (əs) vəsiləsi ilə aradan qalxacaq. Hz. Mehdinin (əs) ən əhəmiyyətli xüsusiyyətlərindən biri Allah`a və Onun təzahürlərinə qarşı olan məhəbbəti və sevgisidir.  O bütün dünyada insanların bir-birlərini çox sevməsinə vəsilə olacaqdır.

Bu məqsədlə hz. Mehdi (əs) hər sözü, hər davranışı ilə düşmənçiliyi, kini aradan qaldırıb, sülhə, birlik və bərabərliyə dəvət edəcək.

İnsanlar hz. Mehdi (əs) vəsiləsi ilə həyata baxış prizmalarını dəyişəcək və gerçək sevgini öyrənib yaşayacaqlar.

Hədislərdə hz. Mehdinin (əs) vəsiləsi ilə yaranan bu sevgi mühitində dənizdəki balıqlardan havadakı quşlara qədər, yerdəki və göydəki bütün canlıların və bütün insanların hz. Mehdidən (əs) razı olduqları bildirilib:

… O zaman yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə onun (hz. Mehdinin) xilafəti ilə (mənəvi liderliyi) sevinəcəklər… (El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 31)

Dünyadakı bütün dövlətlər və xalqlar yaranan bu sevgi şəraitində (Allah`ın izni ilə) Mehdiyyətin kölgəsində, İttihadi-İslamın rahatlığı ilə dostluq, qardaşlıq içində yaşayacaqlar. Mehdiyyətin vəsilə olduğu sevgi və sülh şəraitində, beton divarlarla, tikanlı məftillərlə, minalar basdırılan sərhədləri aradan qaldıracaq, bütün insanlar azad yaşayacaqlar. Ancaq sərhədlərin qaldırılması dövlətlərin silinməsi demək deyil. Dünyadakı bütün dövlətlər yenə də olacaq, lakin sərhədlərə ehtiyac olmadan sülh içində yaşayacaq, istədikləri yerdə məskunlaşacaq, istədiklərini əkəcək və ticarət edəcəklər.

Hz. Mehdinin (əs) mənəvi liderliyi altında qurulan İslam Birliyi dünyaya demokratiya və azadlıq gətirəcək. Dünyada sənətkarlıq, elm, demokratiya, azadlıq Allah`ın izni ilə gerçəkləşəcək. İnsanlar bir-birini sevəcək, birləşəcək, bir-birlərinin fikirlərini anlayışla qarşılayacaqlar. Peyğəmbərimiz (səv) hz. Mehdi (əs) vəsiləsi ilə yaranan sülh və təhlükəsiz şəraiti bir başqa hədisində belə müjdələyib:

“Qab su ilə dolduğu kimi dünya sülhlə dolacaq. Heç kim arasında bir düşmənçilik qalmayacaq və bütün düşmənçiliklər, boğuşmalar, həsəd aradan qaldırılacaq. (Sahih-i Müslim, 1/136)
2014-12-02 15:06:40
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top