Silahların kölgəsində ədalətli seçki olmaz

2015-ci ilin seçkiləri Yaxın Şərqin güclü demokratik dövlətlərindən biri olan Türkiyə üçün əhəmiyyətli bir dönüş olacaq. Türkiyə İslam aləminin üz tutduğu, məzlumların kömək gözlədiyi, İslam Birliyi qurmaq ideyasında olan ölkədir. Bu səbəbdən bu seçki Suriya və İraq da başda olmaqla qonşu ölkələr və ərazi baxımından əhəmiyyətlidir. Şübhəsiz ki, ABŞ və Aİ də seçkiləri diqqətlə müşahidə edəcəklər.

Müasir hüquqi dövlətlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri demokratik və ədalətli olmasıdır. Yəni seçicilər heç bir təzyiq altında qalmadan azad şəkildə öz istədiklərini seçməlidirlər. Təzyiq olan hallarda demokratiyadan, ədalətdən də bəhs edə bilmərik.

Türkiyə demokratiyası zamanla hərbi çevrilişlərlə zəifləsə də, yenə də azad və ədalətli seçkilər keçirilən nadir Yaxın Şərq ölkələrindən biridir. Bu cəhətdən də bütün ərazidə etimad qazanıb. Ancaq xüsusilə son dövrlərdə Cənub Şərqdə ictimai və bələdiyyə nizamlanmasındakı problemlər bölgədə seçkilərin nə dərəcə etibarlı olması barədə ciddi şübhə yaranmasına səbəb olur.

Müxtəlif siyasi partiyalardan insanların hücuma məruz qaldığı, ölümlə təhdid edildiyi və öldürüldüyü,  yolların kəsildiyi, rüşvət toplanan, insanların dağa qaçırıldığı, mülki şəxslərin evlərinin yoxlanıldığı, məktəblərin, iş yerlərinin yandırıldığı, məhkəmələrin və asayişin cəza tətbiq etdiyi bir mühitdə xalqın azad iradəsi üzərində təziqlər var. PKK Cənub Şərqdə silah və təhdid yolu ilə xalqın azad iradəsi üzərində təzyiq yaradıb. Bu şərtlərdə xalq məcburən öz istədiyinə yox, PKK`nın məcbur etdiyi partiyaya səs verəcək. Şübhəsiz ki, belə vəziyyətdə ədalətli və demokratik seçkidən söhbət gedə bilməz. Bu seçki etibarlı olmaz. Bu səbəbdən seçkilərdən əvvəl ərazidə təcili olaraq ictimai nizam yaradılmalı, vətəndaşın lazımi şəkildə qorunması və xalqın üzərindəki PKK təzyiqinin qaldırılması lazımdır.

PKK xalqın başına bəla olan kommunist mafiya təşkilatıdır

6-8 oktyabr hadisələrində bütün Türkiyədə baş verən aksiyalar mühüm bir həqiqəti üzə çıxarır ki, bir müddətdir bölgə xəbərləri arasında sakitliyin pozulması barədə geniş məlumatlar yer alır.

PKK ərazidə geniş miqyaslı hakimiyyət yaradıb və xalq üzərində stalinist bir təzyiq sistemi qurub. PKK ideologiyasına qarşı olan və öz düşüncəsində olmayanlara bölgədə yaşamaq hüququ vermir. Əvvəlcə özünə rəqib ola biləcək kürdləri öldürməklə başlayan, hətta öz dostlarını da amansızlıqla qətl edən PKK bu gün də ərazidə kürdlərə təzyiq edir, kommunist ideologiyasını və həyat tərzini xalqa da yaşatmağa çalışır.

Özlərinə aid müdafiə qüvvələri, məhkəmə orqanları, vergi təşkilatları yaradıb və beləliklə də xalqdan xərac almağı, yol kəsməyi, məhkəmə ilə cəzalandırmağı adi hala çeviriblər. Yaxın Şərqin ən azğın mafiya təşkilatlarından biri olan PKK xalq üzərində böyük bəla olub.

İş alətlərinin yandırılması, anbar inşaatlarına edilən hücumlar, yol kəsmələr, işçilərin, kənd bələdiyyələrinin və digər dövlət məmurlarının qaçırılması, gənclərin ailələrindən zorla alınıb dağa aparılması, məktəblərin yandırılması, Quran kurslarına, təhsil ocaqlarına, tələbə yataqxanalarına hücum edilməsi, müxtəlif partiya mərkəzlərinin və təşkilatlarının yararsız hala gətirilməsi, xərac alınması, kimlik yoxlanışları kimi dövlət və bələdiyyə qanunlarını gözardı edən hərəkatlar adi hala çevrilib.

Daha da dəhşətlisi PKK-ya müxalif olanların, başqa bir partiyaya səs verənlərin, xərac verməkdən imtina edənlərin, övladını dağa göndərmək istəməyənlərin məruz qaldığı zorakılıqlardır. Bu insanların evlərinə hücum edilir, qadınlar və uşaqlar içində ola-ola evlər yandırılır, yol ortasında silahlı hücumlar təşkil edilir, hətta çox vaxt elektrik dirəklərinə bağlayaraq, yəni amansızlıqla qətllər törədilir. Bütün bunlardan başqa əsgərə, polisə atəş açılır, yollara minalar basdırılır.

Bütün bu vəhşiliklərin əsas məqsədi isə buradakı insanlara bu torpaqlarda bizim istədiyimizi etdiyiniz təqdirdə yaşaya bilərsiniz, biz nə desək, o olacaq fikrini yeritməkdir. Necə ki, bir çox insanın PKK-nın təzyiqləri ilə evlərini və torpaqlarını tərk etməli olduqlarını bilirik.

Təşkilatın sadəcə 2014-cü ilin ilk beş ayında zorakılıqlarını Baş Qərargah idarəsini, Jandarma Komandirliyini və Təhlükəsizlik Nazirliyini belə sıralayıb:

- Terroristlər tərəfindən əsgərlərə qarşı 10 hücum oldu. 28 təcavüz hərəkatı baş verdi.

- 5 dəfə mina və əl qumbaraları ilə atışmalar oldu.

- 13 yerdə təxribat, qundaqlama, yol kəsmə hadisələri gerçəkləşdi. 6 dəfə bank və iş yerləri qarət edildi.

- 18 nəfərin qaçırılması hadisələri oldu.

- 1 gizir, 1 ixtisaslaşmış çavuş şəhid edildi.

- 3 gizir, 22 ixtisaslaşmış çavuş, 5 əsgər yaralandı. 3 əsgər qaçırıldı. 1 polis şəhid edildi.

- 399 qanunsuz aksiya keçirildi, 40 kəpəng bağlatdırma aksiyaları gerçəkləşdirildi. Digər ictimi hadisələrlə birlikdə aksiyanın sayı 1190-a çatdı.

- Həll prosesinin başlamağından bu yana isə 18 yaşından kiçik 2500-ə yaxın insan qaçırıldı, bunların 70-inin 15 yaşından kiçik, digərlərinin isə 15-18 yaş arasında olan uşaqların olduğu bilindi. (1)- qeyddə bu aksiyaların ətraflı siyahısı verilib.

- 2014-cü ilin ikinci yarısından etibarən belə hallar daha da çoxalıb, xalqın üzərindəki PKK təzyiqi daha da şiddətlənmişdir. Hökumətin demokratiyanın inkişafı üçün start verdiyi həll prosesi bölgədə çox fərqli bir təbliğat materialı kimi istifadə edilib.

Bir tərəfdən, xalqa “bundan sonra burada idarəçilik bizə aiddir” təbliğatı edilərkən, bir tərəfdən də ərazi hakimiyyətini genişləndirəcək işlər görülüb. Bəhs edilən zorakılıq da bunun bir parçasıdır. Necə ki, keçən günlərdə KCK “Kürdistanda kimlər yaşaya bilər, kimlər yaşaya bilməz, bunu göstərmək vəzifəmizdir”  deyə açıqlama veriblər. (2)

PKK-nın necə bir dünya istədiyini göstərən ən dəhşətli nümunələrdən biri isə 6-8 oktyabr tarixlərində  yaşanılıb. İllərlə ölməyi və öldürməyi təlqin etdikləri, marksist, leninist, stalinist təhsil verdikləri gənclər cinayətlər törədib, hər yeri məhv ediblər. Geridə çox pis mənzərə qalıb. Fərqli düşüncədən gənclərin pəncərədən atılaraq, başı daşla əzilərək, üstündən maşınla keçərək qətl edildiyi bu hərəkatda 35 rayonda anarxiya çıxıb. 40 nəfər ölüb. 2 polis işçisi şəhid olub. 221 mülki şəxs, 139 mühafizəçi yaralanıb. 212 məktəb binası, 67 polis idarəsi, 25 Baş Məmurluq binası, 29 partiya binası, uşaq evləri, Qızılay qan mərkəzləri, bələdiyyə binaları da daxil olmaqla 780 bina, ümumilikdə cəmi 1113 bina dağıdılıb, viran edilib. Zorakılıq aksiyalarında şəxsi maşınlar, dövlət maşınları, təcili tibbi yardım maşınları və polis maşınları yandırılıb və ümumilikdə 1117 maşın yararsız hala salınıb.

6-8 oktyabr hərəkatlarından sonra xüsusilə bölgədəki dindar insanlara qarşı PKK-nın təzyiqi eyni şəkildə davam etmişdir. Ən dəhşətlisi isə Cizrədə hamilə bir qadın və  uşağının  evdə olduğu halda mənzilin yandırılması hadisəsidir. Saqqalı olan bir çox vətəndaşın PKK-nın hücumuna məruz qalmamaq üçün saqqallarını kəsdikləri mətbuatda yayımlanmışdır.

Dövlətin əsas vəzifələrindən biri vətəndaşlarını hər cür təzyiqdən qorumaqdır

Türk dövləti böyük və güclü bir dövlətdir. Gücünün əsas qaynaqlarından biri demokratiyaya qarşı olan həssaslığı və mərhəmətli olmasıdır. PKK kimi separatist terror təşkilatının dövlətin bu əsilzadə xüsusiyyətini təkəbbürlük kimi qələmə verərək insanları aldatmasına heç kim icazə verməməlidir. Dövlət münasib gördüyü halda ən çox 48 saata lazımi tədbir görərək vəziyyəti düzəldə bilər. Dövlətin bu mərhəmətinin Türkiyənin hər qarış torpağında hiss edilməsi isə çox əhəmiyyətlidir. Vətəndaşlar rahat və təhlükəsiz hərəkət etməlidir.

Yerli seçkilərdən əvvəl bölgədə seçkilər üçün fəaliyyət göstərən digər partiya üzvləri tez-tez hücumlara məruz qalıb, partiya binaları viran edilib. Van Ak Partiya bələdiyyə başçısı nümayəndəsi Osman Nuri Gülaçar özünə qarşı olan hücumlardan bir mağazaya sığınaraq xilas olmuşdu. Buna bənzər şəkildə Van Ak Partiya millət vəkili Gülşən Orhan da daş atılaraq hücuma məruz qalmışdı. Bölgədə bir çox partiya seçkilər üçün heç bir fəaliyyət göstərə bilmir, hətta ictimai qurumlar konfrans, simpozium, kitab paylanması kimi mədəni fəaliyyətləri belə icra edə bilmirlər.

Bütün bu mənfi hallar ümumi seçki qabağı xüsusi olaraq təşkil edilmişdir . Əgər belə şəraitdə seçkilər keçirilsə, xalqın üzərindəki silahlı təzyiq qaldırılmasa, seçkidə Cənub Şərqdən çıxan nəticə keçərli olmayacaq. Çünki bu nəticə xalqın öz azad iradəsiniəks etdirməyəcək. Silahların kölgəsində olan xalq məcburən istəməsə də, PKK kimi deyirsə, ona səs verəcək. Nə bu verilmiş səslər halal olacaq, nə də belə seçkini ədalətli və demokratik seçki adlandıra biləcəyik.

Dövlətdən və hökumətdən bu barədə lazımi tədbirlərin görülməsini, hər bir vətəndaşın təhlükəsizliyinin təmin edilməsini, PKK təzyiqinin insanlar üzərindən qaldırılmasını xahiş edirik.

PKK-nın təkcə mart-iyul 2014-cü ildə törətdiyi hadisələr bunlardır:

- 26/03/2014 tarixində Şırnak/Silopidə polis maşınına molotof kokteyli atılması və biri ağır olmaqla üç polisin yaralanması

-04/04/2014 tarixində Van/Başkələ rayonu yaxınlığında yerləşən bir tikinti sahəsinə PKK mənsublarının da daxil olduğu bir qrup tərəfindən hücum edilərək tikinti rəhbərinin qaçırılması

-05/04/2014-də Hakkari Məskən dağında inşası davam edən polis idarəsinin tikilməsinə mane olmaq adı altında BDP-lilərin və təşkilat mənsublarının da iştirak etdiyi bir neçə nəfər tərəfindən çadırlar qurularaq aksiyaların keçirilməsi

06/04/2014-də İraqın şimalında olan 10-12 nəfərlik PKK-lı qrup tərəfindən Şəmdinli/Dənəcik Mamraş Təpə Üs bölgəsinə açılan atəşlərə görə bir qrup əsgərin yaralanması

-06/04/2014-də Diyarbəkir-Mingöl Güclüqonaq rayonunda iki yük maşınının yandırılması, Mardin/Qismətli kəndindəki şəxsi petrol axtaran şirkətin PKK-lılar tərəfindən hücuma məruz qalması və bir yanacaq tankının yandırılması

-06/04/2014-də Şırnaqın Güclüqonaq rayonunun Çevrimli Kəndində dağa çıxan 1-i çoban olan 3 kəndlinin PKK-lılar tərəfindən qaçırılması

-14/04/2014-də Hakkari/Şəmdinlidə Qala təpə ərazisində polis idarəsi tikintisi üçün kəşfiyyat xarakterli fəaliyyət göstərən əsgərlərə qarşı PKK nümayəndələrinin  Doçka və Bixi adlanan ağır silahlarla hücum atəşinin açılması

-14/04/2014-də Haqqari Məskən Dağında qurulan çadırdakı insanların dağın zirvəsinə çıxaraq mətbuat açıqlaması etmələrinə icazə verilmədiyinə görə təhlükəsizlik əməkdaşlarına hücum etməsi

-23/04/2014-də Hakkari Qala Təpədəki komandaya təcavüzkarlıq edərək atəş açdılar

-27/04/2014-də İğdirin Qaraqoyunlu rayonu Bulaqbaşı kəndində iki nəfərin BDP-yə səs verməməsi səbəbindən hücum edilməsi və Ağrı dağını tərk etməyə məcbur edilməsi

-27/04/2014-də Van/Saray rayonunda bir bələdiyyə şəhər şurasının istefaya məcbur edilməsi

-28/04/2014-də Hakkari/Şəmdinli- Qala Təpə Üs bölgəsinə atəş açılması

-28/04/2014-də Diyarbəkir-Mingöl yolunda Licə mövqeyində qurulan çadır aksiyası zamanı edilən yol kəsmə hərəkatı zamanı iki çavuşun qaçırılması

-03/05/2014-də Şəmdinli/Qalmış Təpə Üs bölgəsinə doçka ilə atəş açılması

-13/05/2014-də Hakkari Məskən dağı bölgəsindəki hərbi birliyə atəş açılması və bir əsgərin yaralanması

-14/05/2014-də Şırnaq/Görməç kəndində hərbi baza ərazisində yol inşaatında çalışan doqquz işçinin qaçırılması

-16/05/2014-də Tuncəlidə Südlücə kəndində inşaatı davam edən polis idarəsinin təhlükəsizliyini təmin edən hərbi birliyə atəş açılması və iki əsgərin yaralanması

-18/05/2014-də Van/Çataqda polis idarəsi tikintisinə tikinti materialları daşıyan mülki maşının yandırılması

-24/05/2014-də Diyarbəkir-Mingöl yolunun bağlanması və yollarda xəndək qazılması

-27/05/2014-də Ağrı/Şərqibəyazitdə hərbi birliyə atəş açılması

-27/05/2014-də Diyarbəkir/Licə və Xani rayonlarının kəsişdiyi yerdə bir əsgərin qaçırılması

-28/05/2014-də Mardin/Darkeçid rayonunda bir çobanın başından vurularaq öldürülməsi

-28/05/2014-də Diyarbəkir/Diclə rayonunun Hür Dava Partiyası (HÜDA-PAR) başçısının qaçırılması

-30/05/2014-də İzmirdə PKK-nın gənclik qolu olan Yurdsevər Demokratik Gənclik Hərəkatı (YDG-H) mənsublarının tonqal quraraq yolu kəsməsi

-30/05/2014-də Diyarbəkirdə yol kəsilməsi

-30/05/2014-də Muş/Vartoda yol kəsilməsi

-31/05/2014-də Diyarbəkir-Mingöl yolunun bağlanılaraq yolda xəndəklər qazılması nəticəsində yolun açılması üçün fəaliyyət göstərən təhlükəsizlik əməkdaşlarına əl qumbaralarının atılması

-01/06/2014-də Tuncəli/Nazımiyədə maşınların yandırılması

-02/06/2014-də Diyarbəkir-Mingöl yolundakı işçilərin qaçırılaraq bölgədə qurulan çadırlara yerləşdirilməsi və bundan sonra əsgərlərə atəş açaraq işçilərin əsgərlər tərəfindən atılan silahlarla öldürülməyə çalışılması

-02/06/2014-də Diyarbəkir-Mingöl yolunda alternativ olan digər yolların bağlanması və yolların əlaqə saxlanılan hissələrinin partladılması

-03/06/2014-də Bitlis/Mərkəzdə əsas stansiyanın yararsız hala gətirilməsi

-04/06/2014-də Haqqari/Şəmdinlidə təhlükəsizlik  əməkdaşlarına qarşı silahlı hücum edilməsi

-04/06/2014-də Mingöl/Qarlıovada çadır qurma, yol kəsmə hərəkatının baş verməsi

-04/06/2014-də Tuncəli/Nazimiyədə yol kəsmə və kimlik yoxlanışı

-04/06/2014-də Diyarbəkir/Hanidə təhlükəsizlik əməkdaşlarına qarşı atəş açılması

-05/06/2014-də Diyarbəkir/Licədə təhlükəsizlik  əməkdaşlarına atəş açılması

-05/06/2014-də Diyarbəkir-Mingöl yolunda xəndəklər qazılaraq,yollar bağlanılaraq təhlükəsizlik əməkdaşlarına partlayıcılar və hava fişəngləri ilə hücum edilməsi

-05/06/2014-də Diyarbəkir-Mingöl yolunun istifadə edilməsi üçün açılmasına cəhd edən təhlükəsizlik əməkdaşlarına qarşı silahlı hücum və əsgərlərin yaralanması

-05/06/2014-də Diyarbəkir/Dəclədə maşın yandırılması

-06/06/2014-də Van/Çataqda yolun kəsilib kimlik yoxlanışı edilməsi

-06/06/2014 Van/Çataqda maşının yandırılması

-07/06/2014 Tuncəli/Ovacıqda təhlükəsizlik əməkdaşlarına qarşı silah atılması

-07/06/2014 Diyarbəkir/Licədə təhlükəsizlik əməkdaşlarına qarşı EYP-li hücum və silahlı hücumların təşkil edilməsi.

-07/06/2014-də Mingöl/Kığıda maşın yandırılması

-08/06/2014 Qars/Kağızmanda bir şirkətin tikintisində çalışan işçilərinin qaçırılması

-08/06/2014-də Hakkari/Şəmdinlidə maşın yandırılması

-09/06/2014 Diyarbəkir/Hanidə təhlükəsizlik əməkdaşlarına qarşı EYP-li hücum  təşkil edilməsi

-09/06/2014-də Diyarbəkir/Licədə təhlükəsizlik əməkdaşlarına qarşı hücum edilməsi

-09/06/2014 Şırnaq/Uludərədə təhlükəsizlik əməkdaşlarına qarşı silahlı hücumun təşkil edilməsi

(http://www.21yyte.org/tr/arastirma/terorizm-ve-terorizmle-mucadele/2014/06/11/7645/pkknin-eylemleri-ne-anlatiyor)

[1] Saygı Öztürk, http://sozcu.com.tr/2014/gundem/iste-pkknin-bes-aylik-eylem-bilancosu-519476/

[2] http://www.turkiyebulteni.com/guncel/devletin-polisi-ve-askeri-kurdistanda-yasayamaz-h99159.html

2015-01-25 01:34:36

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top