Radikalizmə tək cavab Qurandadır

Son zamanlarda fransız satirik-yumorist jurnalın binasına edilən hücum dünyada qalmaqala səbəb oldu. Bəşəriyyətə, sevgi və mənəvi dəyərlərə yenidən zərbə vuruldu. İslam adı altında onu ləkələmək üçün qəsdən imansız qəbul etdikləri insanları öldürürlər. Onları və minlərlə digər radikalı İslam adına bu cür hərəkətlər etməyə vadar edən nədir?

Bu qəribə bir sualdır, onların etdikləri ilə Quran hökmləri üst-üstə düşmür. Bununla yanaşı, utanmadan hz. Muhammədə (səv) isnad edilən uydurma hədislərdən istifadə edərək insanları öz saxtakarlıqlarına inandırırlar. Bu səbəbdən dini radikalizmə son qoymağın tək yolu ona qarşı Qurana əsaslanaraq mübarizə aparmaqdır.

İndi bunların niyə Qurana əsaslanan gerçək İslama tamamilə zidd olduğuna nəzər yetirək.

- Jurnalın əvvəlki nəşrlərində qeyd olunduğu kimi, bu insanlar qisas almaq istədikləri üçün 12 nəfəri öldürdü.

Qurana əsasən bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir və bunu edən tövbə etməzsə, sonsuz cəhənnəmə atılır. Eyni şəkildə bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək kimidir.

“Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar.” (Maidə surəsi, 32)

- Fərqli düşüncələrə və həyat tərzinə sahib olduqları üçün onları susdurmaq istədilər.

Quran insanlara söz, seçim və düşüncə azadlığı verir. Müsəlmanlar öz dinlərini və fikirlərini nə olursa olsun, zorla başqalarına qəbul etdirməməlidirlər. Dində məcburiyyət yoxdur.(Bəqərə surəsi, 256)

- Onlar özlərindən fərqli inancı olanları cəzalandırmaq istədilər.

Quranda nəyə inanacağını insanın özü qərar verdiyi bildirilir.

“Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun surəsi, 6)

- Bu insanlar digər insanlara öz həyat tərzlərini zorla mənimsətmək istəyirlər.

Quranda nə deyirlərsə desinlər, ya da seçimləri nə olursa olsun, başqa insanları məcbur etmək, qorxutmaq, təzyiq göstərmək açıq-aydın qadağan edilib:

“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf surəsi, 45)

- Onlar Allah`ın bizim üçün yaratdığı bütün nemətləri məhv etmək istəyirlər.

Halbuki, Allah qullarının bütün dünyada yaratdığı nemətlərdən faydalana biləcəklərini vurğulayır.

“De: “Allah’ın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik.” (Əraf surəsi, 32)

İslamda qadın və kişi bərabər deyil, çünki qadınlar bir çox cəhətdən üstündür və qorunmuşdur. Onlara ehtiram edilir, sevilirlər, əl üstündə tutulurlar və böyük diqqətlə qorunurlar. Allah Quranda qadınları gözəl bir bitkiyə bənzədir və onlara pis davranılmasını lənətləyir.

Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. (Ali İmran surəsi, 37)               
“Diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –hansı günaha görə öldürülmüşdür…” (Təkvir surəsi, 8-9)

Bu ayələr Qurana itaət edən bir insanın həmişə ən mehriban, mərhəmətli, bağışlayıcı rəftarlar göstərəcəyini açıq-aşkar bildirən ayələrdən sadəcə bəziləridir. Hz. Muhamməd (səv) ayələrdə bildirilən əxlaqın ən gözəl nümunəsidir. İnsanların sadəcə qız olduqları üçün övladlarını basdırdıqları, fərqli düşüncələrə sahib olduqları üçün bir-birlərinə ölənədək əziyyət verdikləri və qadınlara heç hörmət etmədikləri bir dövrdə hz. Muhamməd (səv) mükəmməl bir əsalət, mərhəmət, sevgi və bağışlayıcılıq təqdim etmişdir. O fərqliliklərə baxmayaraq, hər insana necə sevgi və hörmət ediləcəyini öyrədib, nəzakətli və bağışlayıcı üslubu ilə mükəmməl bir nümunə olub və qadınlara necə hörmət ediləcəyini, onlara necə dəyər veriləcəyini göstərmişdir.

Bu səbəbdən Qurana səmimi olaraq inanan bir müsəlman insanları sadəcə Allah`ın mühakimə edəcəyini və kimin Onun sevgisinə layiq olub-olmadığına sadəcə Özünün qərar verəcəyini bilər. Səmimi müsəlman olaraq tək vəzifəsinin insanları ən gözəl şəkildə doğruya dəvət edib, daha sonra seçimi onların özlərinə buraxdığını və inanclarına baxmayaraq, hər insana mədəni, mehriban və mərhəmətli olmalı olduğunu unutmaz.

Bir müddət əvvəl yaşanılan hadisələrə baxmayaraq, bu düşüncədə olan müsəlmanlar daha da artır və bu müsəlmanlar radikalizmə qarşı Qurandakı gerçək İslamla qarşı çıxacaqlar və o zaman bu əzablara son qoyulacaq.

Adnan Oktarın “The Daily Mail” ve “Urdu Times”-də nəşr olunan məqaləsi:

http://dailymailnews.com/2015/01/12/the-quran-is-the-only-answer-to-radicalism/

2015-02-21 19:37:02

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top