Dünyadakı aclıq problemi Quran əxlaqı ilə həll olunar

Neftin qiymətinin aşağı düşməsi, Amerika dollarının dəyərinin artması və ya Ukraynada baş verənlər... Bunlar son günlərdə dünya gündəmində tez-tez yer alan mövzulardan bəziləridir. Halbuki ən az bunlar qədər əhəmiyyətli olan, ancaq dünya gündəmində ya heç yer almayan, ya da çox az toxunulan bir mövzu daha var: milyonlarla insanın aclıq çəkməsi.

Cəmiyyətlərin əksəriyyətinə baxdıqda, insanların dünya resurslarından bərabər şəkildə faydalanmadıqları görünür. Məsələn, yetkin bir insanın gündəlik enerji ehtiyacı təxminən 2800 kalori olaraq qəbul edilir. Dünyada mövcud olan qida maddələri hər insanın gündəlik ehtiyacını qarşılaya biləcək səviyyədədir. Dünyadaisə bir çox insan aclıq və buna bağlı digər səbəblərdən həyatını itirir. Acından dünyada hər beş saniyədə bir uşaq həyatını itirir. Aclıq çəkən insanların sayı az qala 1 milyarda yaxınlaşıb. Bunların böyük əksəriyyəti Səhra Altı Afrika deyilən bölgədə yaşayır. Ancaq dünyanın başqa yerlərində Çində, Hindistanda əvvəlki qədər olmasa da hələ də aclıq çəkən insanlar mövcuddur. Bundan başqa Avropada belə təcili yardıma ehtiyacı olan bir ölkənin - Moldovanın olması diqqət çəkicidir.1 Bu vəziyyət Afrika başda olmaqla bir çox ölkədə kütləvi nümayişlərə, böyük etirazlara səbəb olur. Mütəxəssislər bu üsyanların yayılması halında 30-dan çox ölkənin qeyri-sabitliyə sürüklənəcəyini güman edir.2

Dünyada aclıq çəkən insanların sayı niyə çoxdur?

Dünyadakı qida mənbələri bütün dünya əhalisinin ehtiyaclarını rahatlıqla təmin edəcəksəviyyədədir. O zaman bu qədər insan niyə aclıq çəkir?

Sualın cavabına keçmədən öncə bunu bilməkdə böyük fayda var. Aclıq əslində resurs qıtlığı deyil, paylaşma problemidir. Aclıq çəkən insanların əsas ehtiyaclarını təmin edilməsinin xərci ildə təxminən 40 milyard dollardır. Bu isə dünyanın ən varlı 225 nəfərinin ümumi mal varlığının yalnız 4%-inə bərabərdir. Yəni dünyadakı varlı insanlar vicdanlı, mərhəmətli, şəfqətli, ədalətli davransalar, dünyada aclıq deyə bir problemin olması mümkün deyil.

Bəs aclıq problemini meydana gətirən texniki səbəblər hansılardır? Bu səbəblər necə aradan qaldırıla bilər?

İlk cavab üçün Zimbabvenin yaxın tarixinə baxmaq kifayətdir. Bir müddət öncə qida ixrac edən ölkələr arasında yer alan Zimbabve artıq qida yardımına möhtac olan ölkə halına gəlib.3 Bu ölkə zəif rəhbərlik nəticəsində bir ölkədə nələr yaşanabiləcəyi ilə bağlı önəmli nümunədir. Diktatorluqla idarə edilən, ölkə resurslarını dəyərləndirə bilməyən, hətta təbii qaynaqlarını sui-istifadə edən bir çox ölkədə aclıq problemi mövcuddur. Hindistan və Çin düzgün siyasət yürüdərək aclıq probleminin öhdəsindən gəlinə biləcəyini göstərən iki əhəmiyyətli nümunədir. Son illərdə Çin və Hindistanda aclıq çəkən insanların sayındaxeyli azalma baş verir.

Aclıqla mübarizədə qalıcı həll yolu nədir?

Aclıqla mübarizədə qalıcı həll yolu üçün atılacaq ən önəmli addım zənn edildiyinin əksinə qida yardımı deyil. Həll yolunun ən önəmli addımı aclıq çəkilən bölgələrdə iş imkanlarının artırılması və beləliklə insanların alış gücünün artırılmasıdır. Burada aclıq probleminin yaşandığı ölkələrin hökumətlərinə böyük məsuliyyət düşür. Bu bölgələrdə eynilə Çin və Hindistan kimi özəl sektor gücləndirilməli, dövlətin iqtisadiyyata müdaxiləsi məhdudlaşdırılmalı və xüsusilə də korrupsiyaya qarşı ciddi mübarizə aparılmalıdır.

Şübhəsiz ki, aclıqla mübarizədə inkişaf etmiş ölkələrin də bilavasitə görə biləcəkləri işlər var. Onlar da yoxsul ölkələrdəki məhsulların bazarlarına girmələrinə imkan yaratmalıdırlar. Aclıq çəkən yoxsul ölkələrlə alqı-satqı edərkən gömrük rüsumlarını, vergiləri və xərcləri yüngülləşdirməli və bu yolla onlara asanlıq yaratmalıdırlar. Beləliklə, həmin ölkələrdə tələb artacaq və daha çox qida istehsal ediləcəkdir.

İnkişaf etmiş ölkələrin aclıq çəkən yoxsul ölkələrdə əkinçiliyin inkişafı üçün etdikləri yardımları artırmaları da önəmli həll yoludur. Halbuki bu kimi yardımlar artmaq əvəzinə azalır. 25 il öncə inkişaf etməkdə olan ölkələrə edilən kənd təsərrüfatı yardımı 17% olarkən, bu nisbət bu gün 3,7% azalmışdır.4

Mütəxəssislər aclıq problemində artan ərzaq qiymətlərinin önəmli rolunun olduğu barədə həmfikirdirlər. Ərzaq qiymətlərinin artdığı bölgələrdə insanların gəlir səviyyəsindəki azalma, ərzaq olduğu halda aclıq olmasına səbəb olur. Bir çox ölkədə əhalinin sayı artarkən, işsizlik nisbəti də yüksəlir. Uzun müddət davam edən mənfi şərtlərə görə ərzaq qiymətləri də artır.

Ərzaq qiymətlərinin artmasına səbəb olan faktorlardan biri də gedərək artan bioyanacaq istehsalıdır. Xüsusilə Avropada bir çox ölkə həm havanı çirklətdiyi, həm də gedərək azaldığı üçün fosil yanacaqlara alternativ axtarır. Bu alternativlərdən biri də bioyanacaqlardır.

Bioyanacaq bəzi kənd təsərrüfatı məhsullarının biokimyəvi və ya termokimyəvi çevrilmə prosesindən keçirilməsi ilə əldə edilən qaz, maye və bərk məhsulların ümumi adıdır. Bioyanacaqlar nəqliyyat sektorunda avtomobil yanacağı, xidmət sektorunda isə istilik və elektrik istehsalında istifadə olunur.

Almaniyada bioyanacaq qatqı miqdarı6,25%-dir.5 Braziliya maye yanacaq ehtiyacının80%-ini bioyanacaqla ödəyir. Hal-hazırda Afrikada İsveçrə böyüklüyündəki bir sahə (4 milyon hektar) avropalılar tərəfindən bioyanacaqüçün ayrılıb. Avropalılarla yanaşı Çin, Braziliya, Malayziya kimi ölkələr də Afrikada sürətlə geniş ərazilər alırlar. Alınan ərazilər isə boş saxlanılır. Burada məqsədbioyanacaqda mənfəət dərəcəsi artdığı zamanonu istehsal edib Avropaya satmaqdır. Bu inkişaf təbii olaraq ərzaq istehsal edilən əkinçilik ərazilərinin gedərək azalmasına, dolayısilə ərzaq qiymətlərinin artmasına səbəb olur. Buna görə də dünyada daha çox aclıq probleminin olmaması üçün ya fosil yanacaqlara alternativ tapılmalı ya da bioyanacaq istehsalı daha planlı şəkildə həyata keçirilməlidir.

İnkişaf etmiş ölkələrdə istehsal sahələrinin artırılması üçün kənd təsərrüfatı texnologiyası üzərində bir çox iş aparılır. Əldə edilən uğurlu nəticələr sayəsində səmərəsiz səhra torpaqlarına belə su çatdırılır və bu sahələr istehsal ediləcək hala gətirilir. Bu sahədə görülən işlərdən biri də kompüter nəzarətində həyata keçirilən suvarma texnologiyasıdır. Bu suvarma sisteminin məqsədi su itkisini sıfıra endirməkdir. İstifadə edilən texnologiya ilə su axışı bitkilərin köklərinə istiqamətləndirilir, bu sayədə bir damla suyun belə zay olmasının qarşısı alınır. Səhrada kənd təsərrüfatının dəstəklənməsi məqsədi ilə hər cür suyun istifadə edilə biləcək hala gətirilməsi üçün işlər görülür. Bu işlərin nəticəsində sel və dəniz suları kimi ehtiyatlar arıdılır və kənd təsərrüfatı üçün istifadə edilir.

Bu üsullar inkişaf etmiş ölkələr tərəfindən tətbiq olunur və səhra yaşıllaşdırılaraq əkinçilik üçün əlverişli hala gətirilir. Bu, əlbəttə ki, sevindirici haldır. Yalnız burada düşündürücü olan məqam eyni texnologiyanın ehtiyac içində olan, kənd təsərrüfatı sahələri kafi olmadığı üçün xalqı aclıq təhlükəsi ilə qarşı-qarşıya olan ölkələrdə də tətbiq olunması istiqamətində heç bir işin görülməməsidir. Yoxsul ölkələrin əllərindəki məhdud imkanlar geri qalmış texnologiyalar ucbatından ən məhsuldar bölgələrdə belə əkinçiliyəşəraityaratmır və bu da həmin ölkələrdə aclığa səbəb olur.

Bəzən bütün ölkə xalqının aclıqdan ölüm təhlükəsi altında olmasına, bu vəziyyət bütün mətbu orqanlarda yer almasına və hər kəsin bundan xəbərdar olmasına baxmayaraq, həqiqi mənada həll yolu irəli sürülmür. Həmişə qısa müddətli tədbirlərlə bəzi işlər görülür. Ancaq belə "ötəri" alınan tədbirlər ciddi mənada bir fayda gətirmir.

Burada mühüm olan sürətli şəkildə həll yolunun gətirilməsi və bu həll yollarının köklü və tətbiq oluna bilən xüsusiyyətdə olmasıdır. Aclıq çəkən ölkələrə hazırda bir çox yardım edilir. Ancaq bu yardımların çoxu ehtiyaclar istiqamətində deyil, anbarlardakı çoxluqdan xilas olmaq məqsədi ilə göstəriş naminə edilən yardım olduğu üçün ya məqsədinə çatmır, ya da təşkilati problemlərə görə ehtiyac sahiblərinə çatdırılmadan xarab olur. Kömək məqsədi ilə yardım fondları qurulur, amma araşdırıldıqda bu fondların çoxunun quruluş məqsədlərinin şəxsi mənfəət əldə etmək olduğu aydın olur.

Qəti nəticə əldə edilməməsininsəbəbləri yenə eqoizm, şəxsi maraq və ehtiraslar, laqeydlik kimi əxlaqi pozuntulardır. Bu pozuntuların aradan qalxmasının tək yolu da insanlara Quranın təqdim etdiyi əxlaq modelini izah etmək, vicdansızlığın axirətdə hesabının veriləcəyini xatırlatmaqdır.

Sağlamlıq və əkinçiliklə bağlı problemlərdən verilən nümunələrdən də göründüyü kimi, dünyada hər mövzuda ədalətin tətbiq olunması ilə bir çox problem həll ediləcək. Yalnız burada üzərində durulması lazım olan mühüm bir məqam var. Ədalətli bölgü deyildiyi zaman hər şeyin hər yerdə və hər kəsdə eyni miqdarda olması başa düşülməməlidir. Burada nəzərdə tutulan yalnız ehtiyacların tam olaraq qarşılanmasıdır. Məsələn,səhralarıyaşıllaşdırma texnologiyasının hər ölkədə olmasına ehtiyac yoxdur. Bir ölkənin öz vətəndaşlarının ehtiyacı olduğuhalda başqa bir ölkəyə dərman və kömək göndərməsi gözlənilmir. Bundan başqa ölkədəki hər vətəndaşda eyni miqdarda mal-mülk olmasına da ehtiyac yoxdur. Əhəmiyyətli olan bir tərəfdə ehtiyac içində çətinlik çəkən insanlar var ikən başqa bir tərəfdə israfın yaşanmasından irəli gələn bir uçurumun olmamasıdır.

Allah'ın ayələrdə diqqət çəkdiyi "ehtiyacdan artıq qalanının infak edilməsi" (Bəqərə surəsi, 219) əmrinə uyğun hərəkət edildiyində cəmiyyətləri səadətə aparan ədalətli bölgü asanlıqla təmin ediləcək. Ayədə belə buyurulur:

Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və müsafirə məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.(Bəqərə surəsi, 215)

Əsrlərdir insanların qarşı-qarşıya olduqları problemləri həll edə bilməməsinin səbəbi həll yolunun həmişə yanlış sistem və inanclarda axtarılmasıdır. Halbuki həll yolu Allah'ın insanlar üçün seçib bəyəndiyi Quran əxlaqındadır. Dünyanı bu həll edilməmiş problemləri ilə qəbul etmək, hadisələrə izləyici qalmaq və ya bütün bu problemlərin həll edilməsini uzaq və mümkünsüz kimi görmək böyük bir səhv olar. Çünki bütün insanları yaradan Allah onların ən rahat olacaqları, rifah, dinclik və güvən duyğusu içində yaşayacaqları sistemi də yaratmış və bunu insanlara Quran vasitəsilə bildirmişdir. Allah'ın "Biz Kitabı sənə hər şeyin açıqlayıcısı, müsəlmanlara hidayət, rəhmət və müjdə olaraq nazil etdik." (Nəhl surəsi, 89) ayəsində də bildirdiyi kimi, Quran hər mövzuda insanlara yol göstərici bir Kitabdır.

www.yasananahirzaman.com

1. http://hdr.undp.org/sites/default/files/engleza_final.pdf

2.  http://deltafarmpress.com/corn/alarm-bells-ringing-world-food-prices-rising

3. http://www.dw.de/a%C3%A7l%C4%B1%C4%9F%C4%B1n-ger%C3%A7ek-sorumlusu-hatal%C4%B1-politikalar/a-3382814

4. http://www.dw.de/a%C3%A7l%C4%B1%C4%9Fa-kar%C5%9F%C4%B1-tar%C4%B1ma-destek/a-3380131

5. https://ekogazete.wordpress.com/2012/03/26/avrupaya-yakit-afrikaya-aclik/

2015-05-23 13:42:19

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
SAYIN ADNAN OKTAR VE ARKADAŞLARININ DURUŞMALARIN İLK HAFTASINDAKİ...
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.