İslam dünyasının ən əsas ehtiyacı sevgiyə əsaslanan Birlikdir

Yalnız öz yolunun haqq olduğunu düşünən məzhəb anlayışının hakim olduğu cəmiyyətlərdə yaşanan qarşıdurma və iğtişaşların vətəndaş müharibəsinə qədər gəlib çatdığını ən son Suriya nümunəsində müşahidə etdik. Fərqliliklərin ayrı-seçkilik səbəbi kimi göründüyü ölkəni dağılma nöqtəsinə gətirən hadisələrin tək səbəbi məzhəb münaqişələri olmasa da, eyni dinə inanan insanların qarşılıqlı sevgi, hörmət və qardaşlığa əsaslanan bir cəmiyyət qura bilməmələri fəlakəti qızışdıran əsas səbəblərdən biridir.

Yalnız Suriya deyil, səmavi dinlərin ortaya çıxdığı və dünyanın qəlbi sayılan Yaxın Şərq ötən əsrdən bu yana məzhəb müharibələrinin, qan və göz yaşının mərkəzidir. Regionda baş verən problemləri tək bir başlıq altında yekunlaşdırmaq mümkün olmasa da, regionun ölkə və insanlarının eyni dinə mənsub olmalarına, eyni kitaba, eyni peyğəmbərə inanmalarına baxmayaraq, bir-birilərinə məsafəli olmaları, habelə bir-birini düşmən kimi görmələri Yaxın Şərqi bugünkü vəziyyətə salan ən böyük amildir.

Qarşıdurma ruhu bölgə insanlarının içinə elə hopub ki, qardaşın qardaşı vurduğunun fərqində deyillər. Habelə qardaş olduqlarını belə unudublar. Ayrılıqları bir yana qoyub sevgi ilə qucaqlaşıb, birlikdə rahat yaşaya biləcəkləri halda, dağılmış, parça-parça olmuş haldadırlar.

Halbuki sünni və ya şiə olsun, bütün müsəlmanlar tövhid çətiri altında kompromisə gələ bilər, özləri kimi düşünməyən müsəlmanları qardaşları kimi görə bilər, bir araya gəlib güclərini birləşdirə bilərlər. Beləliklə, bölgədəki parçalanmanın qarşısını alıb axan qanın dayanmasına səbəb ola bilərlər. Əlbəttə ki, müsəlman cəmiyyətlər arasında tarixən mövcud olmuş etnik və məzhəbsəl, regional və ya mədəni bəzi anlayış, tətbiq fərqləri ola bilər. Fərqli şərhlər, fərqli fikirlər ola bilər. Ancaq bu fərqliliklərin heç biri birinin digərinə düşmən olmasını əsas vermir. Heç bir fərqlilik müsəlmanları dost olmaqdan çəkindirə bilməz. Heç bir fərqlilik İslam aləminin başında bu qədər çox çətinlik olduğu halda, müsəlmanların birlikdə hərəkət etmələrinə mane ola bilməz. Bu fərqliliklər səbəbindən bir müsəlman icmanın digərinə cəbhə alması, ümumi fikirdə uzlaşma təmin etməyəcək qədər digərini yad, hətta düşmən kimi görməsi ən başda Qurana uyğun bir davranış deyil. Çünki İslam inancında başqa bir məzhəbin nümayəndələrini kafir elan edərək düşmən hesab etməyin, fərqli düşüncədəki bir insanı öldürməyin yeri yoxdur.

Dolayısilə üzərlərindəki bombalarla intiharlar həyata keçirib uşaq, qadın, qoca ayırd etmədən günahsız insanların ölümünə səbəb olanların, məscidlərə hücum edərək oradakı insanları diri-diri yandıranların və bütün bunları din adına etdiklərini iddia edənlərin etdikləri haramlar, müsəlmanların arasında yaranacaq sülh və vəhdətlə sona çatacaq, müsəlman dünyası üzərindəki bu şər və fəsad dağılacaqdır.

Allahdan qorxan müsəlmanlara düşən, bütün insanlara Allahın təzahürləri olduqları şüuru ilə şəfqət və mərhəmətlə yanaşmaq, özü ilə eyni dinə inanan, eyni kitaba iman gətirən, eyni qibləyə dönüb namaz qılan, eyni peyğəmbərə inananları isə axirət qardaşları olaraq görmək və onları Allah eşqi ilə sevməkdir. Bəzi fikir ayrılıqları ucbatından qardaşını xor görməkdən çəkinmək, fərqləri ön plana çıxarıb ixtilafa zəmin hazırlamaq əvəzinə birliyi, bərabərliyi, ittifaqı əsas almaq və müsəlmanların arasında sülhü, qardaşlığı yaymağa çalışmaq hər bir müsəlmanın vəzifəsidir.

Bütün Müsəlmanlar ittifaqda bir-birlərini dəstəkləməli, bir-birilərini birlik və bərabərliyə təşviq etməli, ayrılığa düşməkdən bir-birilərini çəkindirməlidirlər. Bu məsələnin əhəmiyyətinin və vacibliyinin fərqinə varan bütün səmimi müsəlmanlar İslam dünyasında sevgi, hörmət, mərhəmət və tolerantlığa əsaslanan bir birliyin qurulması üçün hərəkətə keçməli, sülh yolunda xeyirli işlər görməlidirlər.

Bilinməlidir ki, İslam aləmi güclü olmaq və Suriyada, İraqda, Fələstində, Kəşmirdə, Şərqi Türküstanda, Moroda, Rohincada, Əfqanıstanda, Patanidə, Krımda və dünyanın bir çox yerində zülm və təzyiq altında, öz torpaqlarında ölüm qorxusu ilə yaşayan, soyqırımlara, qırğınlara, işgəncələrə məruz qalan müsəlman qardaşlarını xilas etmək istəyirsə, birlik olmaq məcburiyyətindədir. Allahın rizasına uyğun olan bütün müsəlmanların məzhəb ayrı-seçkiliyi etmədən bir araya gəlmələri, axan qanın dayanması, anarxiyanın, terrorun sona çatması, dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün əl-ələ verməkdir.

Şübhəsiz ki, İslam dünyasının birlik olma vaxtı çoxdan çatıb. İttifaq edib birlik və bərabərlik içində hərəkət etdikdə bütün müsəlmanlar qurtuluşa çatacaq, İslam aləmi uca Rəbbimizin izni ilə firavan, dinc, sülh dolu günlərə qovuşacaq, İslam aləmi üzərindəki fitnə yox olub gedəcəkdir.

Ümid edirik ki, dinimizin sülh və qardaşlıq dini olduğu nəzərə alınaraq bütün ayrılıqlar və ədavətlər bir kənara qoyular, fərqliliklərin yol açdığı sevgisizlik, uzaqlıq, qarşıdurma və münaqişələr aradan qaldırılar, bütün İslam aləmində Əsri-Səadət dövrü kimi işıqlı və firavan bir dövr başlayar.

Adnan Oktarın «Iran Daily»də dərc olunan məqaləsi:

http://bakisesi.com/kose/1907-slam-dunyasinin-en-esas-ehtiyaci-sevgiye-esaslanan-birlikdir.html

http://newsbaku.info/post/14863-islam-dunyasinin-en-esas-ehtiyaci-sevgiye-esaslanan-birlikdir.html

http://zias.biz/4/1015-slam-dunyasinin-en-esas-ehtiyaci-sevgiye-esaslanan-birlikdir.html

http://koseyazilarimiz.com/index.php?newsid=282

http://irandailyonline.ir/News/129823.html?catid=3&title=A-union-based-on-love--What-Islamic-world-needs-the-most

2015-11-11 21:35:44

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top