240 Milyon illik çiçək tozu fosili (daşlaşmış qalıntı) tapıldı

240 Milyon illik çiçək tozu fosili tapıldı

İsveçrənin şimalında Zürih Universiteti Paleontologiya İnstitutu və Muzeyi tədqiqatçılarının təşkil etdiyi Weiach və Leuggern qazıntı işlərində çiçəkli bitkilərə aid fosilləşmiş çiçək tozu dənəcikləri ortaya çıxarıldı. 240 milyon illik çiçək tozu dənəcikləri, çiçəkli bitkilərin milyonlarla il əvvəl də qüsursuz xüsusiyyətləri ilə birlikdə var olduğunu sübut edir.

Zürih Universitetindən Prof. Peter Hochuli bu mövzunu, "... Triasik dövrə aid çiçəkli bitki tozcuqlarının tapılmış olması çox əhəmiyyətlidir," deyə açıqladı.

Konfokal Lazer göz mikroskopu ilə edilən tədqiqatlarda altı fərqli tozcuq növünün üçölçülü və yüksək keyfiyyətli görünüşləri yaradıldı. Tozcuqların quruluşu bu çiçəkli bitkiləri böcəklərin tozlandırdığını göstərir.

Təkamülçülər canlıların sadə bir quruluşdan kompleks bir quruluşa doğru təkamül keçirdiklərini iddia edirlər. Halbuki, milyonlarla il əvvəl yaşamış bitkilərdə də qüsursuz və sadələşdirməz kompleks sistemlər var idi. Bu sistemlər canlıların təsadüfən deyil, üstün bir ağıl ilə yaradıldıqlarını sübut edir. 240 milyon illik çiçək tozu fosili də bitkilərdəki qüsursuz yaradılışın ən əhəmiyyətli nümunələrindən biridir. Allah çiçəkli bitkilərdə tozlandırma yolu ilə artma kimi son dərəcə kompleks bir sistem yaratmışdır. Belə bir sistemin kor təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək elmə ziddir. Bitkilərin erkək orqanında çıxarılan tozcuqları dişi orqanın təpəcik hissəsinə daşınması hadisəsinə tozlanma deyilir. Təpəciyə yapışan tozcuqları dişicik borusundan yumurtalığa enməsiylə isə döllənmə meydana gəlir. Tozcuqlar böcəklər, külək və ya su vəsiləsiylə dişicik borusuna daşınarlar. Allahın bitkilərin çoxalması üçün yaratmış olduğu bu nizam 240 milyon il əvvəl də eyni mükəmməllikdə var olmuşdur. Və təkamülçülərin iddiaları bir dəfə daha çürüdülmüşdür. Milyonlarla il əvvəl yaşamış bitkiləri də, bitkilərin tozlanmasına vəsilə olan böcəkləri də ağılın və gücün tək sahibi Allah yaratmışdır.

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)

2016-11-14 01:51:28

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top