Bakteriyalar arasındakı qüsursuz iş birliyi və nizam

Bakteriyalar arasındakı qüsursuz iş birliyi və nizam

www.yaratilisdelilleri.com

XXl əsrin əvvəlində kəşf edilən bioloji fakt belədir: Okean dibindəki palçıq təbəqəsində olan bəzi bakteriya və arxeyabakteriyalar metan istehlak edir və bizim üçün vacib əhəmiyyətə sahib bir fəaliyyəti reallaşdırırlar. Bu mikroorqanizmlərin hər il təxminən 300 milyon tona qədər metan istehlak etdikləri güman edilir. Mütəxəssislərə görə; "Bu miqdar, insanların kənd təsərrüfatı, zibil basdırma, ya da fosil yanacaq istifadə yollarıyla atmosferə atdıqları metan miqdarına bərabərdir." Bu səbəbdən, bir zamanlar varlığı qeyri-mümkün sanılan bu metan yeyən canlıların indi planetin karbon dövranı baxımından çox əhəmiyyətli olduğu görülür.

Burada diqqət çəkici olan digər bir fakt da bəhsi keçən bakteriyalar arasındakı qüsursuz iş birliyi və nizamdır. Ancaq yaşadığımız əsrin texnologiyası ilə aydın olan bu iş birliyi belə yekunlaşdırıla bilər:

Bakteriyalar sayəsində (onlardan bəzi quruluşca fərqliliklər daşıyan) arxeyabakteriyalar oksigensiz mühitdə metanla bəslənə; arxeyabakteriyalar isə bakteriyaların ehtiyacı olan karbonu təmin edərlər.

Okeanların minlərlə metr dərinliklərində, oksigenin belə olmadığı palçıq təbəqəsində yaşayan bu gözlə görülməyən canlılar dayanmadan insanlar üçün çalışırlar. Bu tək hüceyrəli canlıların yox olmaları vəziyyətində nələr olacağını düşünmək, bizim üçün əhəmiyyətlərini açıqca göstərir: Bu mikroorqanizmlər ortadan qalxdıqları təqdirdə, açıq dənizlərin dibində olan böyük miqdardakı metan qazı atmosferə qarışar, istixana təsiri səbəbiylə qlobal istiləşmə baş verər, dünyanın hər yerindəki iqlim tarazlıqları pozular və dünya yaşaya bilmədiyimiz qədər isti bir planetə çevrilər.

Aparılan tədqiqatlar okeanların altındakı yer qabığının içində bəzi bakteriya növlərinin yaşadığını göstərir. Bu mikroorqanizmlərin təbii yaşayış sahəsi, dəniz səthinin minlərlə metr altındakı okean döşəməsinin 300 metr dərinliyə qədər olan hissəsidir. Yaşayış sahələriylə yanaşı, bəhsi keçən canlıların fəaliyyətləri də insanı heyrətə salır. Bu bakteriyaların qida qaynaqları qayalardır; qayaları yeyərək bəslənərkən bütün canlılar baxımından çox əhəmiyyətli bir işi daha reallaşdırarlar: Okeanlarda, elementlərin və kimyəvi maddələrin dövranında əhəmiyyətli yer alarlar. Yer üzündəki həyat üçün çox əhəmiyyətli olan bu əməliyyatı edən bu tək hüceyrəli orqanizmlər, bütün laboratoriyalar və elm adamlarının bir araya gəlsələr belə əsla edə bilməyəcəkləri bu işi asanlıqla həyata keçirirlər.

Şübhəsiz bu, Rəbbimizin qüsursuz elminin təcəllilərindən biridir. Uca Allahın yaratma elmi Quranda bu şəkildə bildirilmişdir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

2016-11-14 02:10:58

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top