Dəyərli peyğəmbərimizin (səv) gözəl əxlaqını dərk etmək

Peyğəmbərimiz (səv) 1400 il əvvəl dünyaya gəldikdə Ərəbistan yarımadasında barbarlıq və vəhşilik hökm sürürdü. Heç bir qanun və ya sistemin olmadığı, qadınların alçaldıldığı bu region bir neçə on il ərzində qeyri-adi bir dəyişikliyə şahid oldu. Qısa müddət ərzində möhtəşəm sivilizasiya sürətlə inkişaf edərək görünməmiş sevgi, əmin-amanlıq, bərabərlik, nizam və qadınlara hörmət anlayışını da özü ilə gətirdi. Bütün bu gözəlliklər uca Allahın hz. Muhammədi (səv) vəsilə etməsi ilə baş verdi. Peyğəmbərimizin (səv) mübarək doğum  həftəsində onun xarakterinin gözəlliyini və fəzilətini bir daha xatırlayaq və nə üçün dünyaya nümunə olduğunu bir daha görək.

 

ÇOX ÜSTÜN ƏXLAQ

Həm anasını, həm atasını kiçik yaşlarında itirən Peyğəmbərimiz (səv) diqqətləri üzərinə çəkən mükəmməl gənc olaraq yetişdi. Belə ki, bu gözəl adı yayıldıqca, Peyğəmbərimizin (səv) yaşadığı cəmiyyət onu "Muhammədül Əmin (etibarlı)" adlandırmağa başladı. İllər keçdikcə əxlaqı daha da kamilləşən Peyğəmbərimiz (səv) qız uşaqlarının diri-diri basdırıldığı cəmiyyətə sevginin, şəfqətin, mərhəmətin və hörmətin həqiqi mənasını öyrətdi.

 

Mərdliyi və cəsurluğu ilə dünyaya örnək olan Peyğəmbərimiz (səv) zalımlığı ilə məşhur olan köklü sistemə qorxmadan meydan oxudu və onları haqq yola çağırdı. Gözəl həyatının son anlarına qədər böyük şövq və qətiyyətlə insanları Allahın yoluna dəvət etdi. Allah bu gözəl səyi qarşılığında ona böyük uğur bəxş etdi və İslam mədəniyyəti qarşısıalınmaz günəş kimi parıldadı.

 

ŞƏFQƏT VƏ SEVGİSİNİN GÜCÜ

Peyğəmbərimiz xalqına Allahın dinini təbliğ edib, onları səhvləri ilə bağlı xəbərdar etdikdə xalqının böyük əksəriyyəti bu gözəl çağırışa qarşı vəhşiliklə cavab verdi. Allah tərəfindən peyğəmbərliklə şərəfləndirildikdən sonra keçən iyirmi il ərzində Peyğəmbərimiz və səhabələr dəfələrlə zorakılığa, işğəncəyə məruz qaldı, bəziləri şəhid edildi. Bir tərəfdən də münafiqlər və onların hiyləgər oyunları ilə mübarizə aparan Peyğəmbərimiz nə olursa olsun, Allaha tam təvəkkül etdi və Onun yaratdığı qədərin  (tale) mükəmməlliyinə təslim oldu.

 

Peyğəmbərimiz səbri, fədakarlığı, nəzakəti və comərdliyi ilə mükəmməl nümunə idi. Məkkəyə illər sonra İslam cəmiyyətinin və ordusunun lideri və aləmlərə rəhmət İslam Peyğəmbəri olaraq qayıtdıqda məkkəli müşriklərin qorxularının əksinə, heç bir intiqam almamış, qan tökmədən şəhəri sülhlə təslim almışdı. Halbuki məkkəli müşriklər illər boyu müsəlmanlara mənfurcasına hücum etmiş, bir çox müsəlmanı şəhid etmiş, bir çoxuna işgəncə vermişdi. Buna görə də Peyğəmbərimizin intiqam alacağından qorxurdular. Ancaq gözəl Peyğəmbərimiz bütün cinayətkarları bağışladı və intiqam almadı.

 

HƏR ZAMAN QƏŞƏNG VƏ TƏRTƏMİZ

Səhra şəraitinin çətinliklərinə baxmayaraq, Peyğəmbərimiz hər zaman tərtəmiz, baxımlı və yaraşıqlı idi. Öz həyətində yetişdirdiyi güllərdən əldə etdiyi qızılgül cövhərini sürtər, ondan hər zaman qızılgül ətri gələrdi. Həmçinin ən yaxşı keyfiyyətdə parçalardan istehsal edilmiş ən keyfiyyətli paltarları geyinərdi. Əgər bu gün yaşasaydı, dünyanın ən keyfiyyətli, ən qəşəng və yaraşıqlı insanı olacağına heç bir şübhə yoxdur.

 

QADINLARA LAYİQ OLDUQLARI HÖRMƏTİ GÖSTƏRMƏYİ ÖYRƏTDİ

Onun üçün qadınlar hər zaman ən yüksək hörmət, sevgi və hörmətə layiq idilər. Qadınlara qarşı o qədər sevgi dolu idi ki, nə vaxt qızı hz. Fatimə (rə) gəlsə, ayağa qalxar, onu alnından öpər və yanında əyləşdirərdi. Özünü ziyarətə gələn xanımlara iltifat edər, hətta bəzən cübbəsini çıxarar, üstünə oturmaları üçün yerə sərərdi. Bir dəfə xanım və uşaqlara işarə edərək demişdi: "Allah şahidim olsun ki, siz mənə insanların ən sevimlisisiniz." [i] Çox zarafatcıl və gülər üzlü olan Peyğəmbərimiz zövcələri ilə də hər zaman zarafatlaşırdı. Məsələn, hz. Aişə (rə) ilə bir-birinə su ataraq oynayır, bəzən də qaçış üzrə yarış edərdi. Bir səhabənin dediyinə görə isə hz. Safiyənin (rə) dəvəyə rahat minməsi üçün diz üstə oturmuş və onun dəvəyə çıxmasına kömək etmişdi. Səhabələrinə hər zaman həyat yoldaşlarına və ümumiyyətlə, bütün xanımlara çox hörmətli və nəzakətli davranmağı məsləhət görmüşdü.

 

ALLAHIN ONA BƏXŞ ETDİYİ BÜTÜN İMKANLARA BAXMAYARAQ, DÜNYANIN ƏN KÜBAR, NƏZAKƏTLİ, TƏVAZÖKAR İNSANI İDİ

Hz.Muhamməd (səv) çox nəzakətli və kübar insan idi. Ətrafındakı heç kimin ən kiçik narahatlıq belə hiss etməsini istəməzdi. Məsələn, bəzən onu ziyarət edən müsəlmanlar incə düşüncəli davranmır və yeməklərini yedikdən sonra da uzun müddət oturmağa davam edirdilər. Çox alicənab insan olan Peyğəmbərimiz bu vəziyyətdən narahat olmasına baxmayaraq, heç kimi pərt etməmək üçün bir söz demirdi. Bunun ardından uca Rəbbimiz bu ayəni endirdi:

 

Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Əhzab surəsi, 53)

 

Yəni Allahın bu qədər sevdiyi, bu qədər dəyər verdiyi, bu qədər güc və səlahiyyət bəxş etdiyi gözəl Peyğəmbərimiz eyni zamanda bu qədər təvazökar və alicənab insan idi.

 

ƏTRAFINI ƏHATƏ EDƏN QATİLLƏRİN ARASINDAN YARALANMADAN ÇIXAN PEYĞƏMBƏR

 

Müstəqil Türkiyənin qurucusu və Qurtuluş Savaşı qəhrəmanı, dindar Mustafa Kamal Atatürkün də diqqət çəkdiyi kimi, Bədr döyüşü əsnasında Peyğəmbərimiz 20 dəqiqə ərzində ətrafını əhatə edən düşmən birlikləri arasında itmiş, ancaq Allahın möcüzəsi ilə aralarından heç bir yara almadan çıxmışdı. Bu düşmənlərin əlində qılınc, bıçaq, ox vardı və yeganə məqsədləri Peyğəmbərimizi şəhid etmək idi. Amma ona heç kim zərər verə bilmədi. Bu açıq şəkildə Allahın qoruması idi və ona qarşı bütün qanlı hücum cəhdləri bu şəkildə nəticəsiz qaldı.

 

KİTAB ƏHLİNİN QORUYUCUSU

 

Peyğəmbərimiz uca Rəbbimizin əmrləri əsasında Kitab Əhlinə qarşı da sevgi və hörmət dolu idi. Bu gün hələ də əlimizdə olan məktubları onun igidlik, cəsarət, sevgi, hörmət və şəfqət məsələsində necə gözəl nümunə olduğunu açıq şəkildə göstərir.

 

Allahın lütfü ilə hz.Muhamməd (səv) əsl sevgi insanı idi. Allahın bütün yaratdıqlarını sevərdi. Bütün dünyaya gerçək şəfqət, sevgi, əfvedicilik, təvazökarlıq, fədakarlıq və sədaqətin nə demək olduğunu göstərdi. Bu gün dünyada baş verən ədalətsizliklər, zalımlıqlar və eqoizmi düşünsək, gözəl Peyğəmbərimizdən (səv) nə qədər çox şey öyrənə biləcəyimizi görərik.

 

 


[i] (Buhari, 8/114. Müslim, 7/174)

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi

http://www.nst.com.my/news/2016/12/195898/embodiment-perfection

 

2016-12-21 15:58:29

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
SAYIN ADNAN OKTAR VE ARKADAŞLARININ DURUŞMALARIN İLK HAFTASINDAKİ...
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.