Darvinist yalan mütləq məğlub olacaq

 

Səmada qanadlarını açaraq uçan bir quş görüb heyran olmayan yoxdur. Bu gün demək olar ki, hər kəs artıq quşların qeyri-adi bəzi bioloji xüsusiyyətləri sayəsində uçduğu məsələsində həmfikirdir. Ancaq quşların uçmasını təmin edən bu xüsusiyyətlərə necə sahib olması bəzi insanlar üçün spekulyasiya mövzusu halına gətirilib.

 

Ağlı və vicdanı ilə düşünən bəzi insanlar quşlarda tüklərin quruluşu, sümüklərin yüngüllüyü və bir tərəfli işləyən tənəffüs sistemindən yola çıxaraq bu xüsusiyyətlərin hamısı olmadan uçmağın mümkün olmayacağını və bunların ancaq üstün bir ağılın əsəri ola biləcəyini düşünürlər. Bəzi insanlar isə yenə eyni canlıya baxaraq bunun təbiətdə öz-özünə inkişaf etdiyini iddia edir və "vicdanla doğrunu bilmələrinə baxmayaraq", quşu var edən üstün ağlı, yəni Allahı inkar edirlər. Bundan başqa, quşların kərtənkələ və ya dinozavra bənzər bir sürünənin milçək qovalayarkən, ya da ağacdan-ağaca tullanarkən zaman keçdikcə inkişaf edib uçmağa başladığı kimi məntiqsiz izahlara inanırlar.

 

Heç bir dəlili olmayan bu hekayə dünyanın hər yerində elmi fikir olaraq təqdim edilir və darvinist diktatorluğun təzyiqi ilə yüz milyonlarla insan buna inandırılır.

 

Əslində bu hal yeni bir şey olmayıb, Misir, Babil və Şumer sivilizasiyalarının yaşadığı dövrlərdən etibarən davam edir. Tarixi araşdırmalarda Şumer yazılarında yaradılışı inkar edən və canlıların təsadüf nəticəsində mərhələli şəkildə əmələ gəldiyini iddia edən ifadələrə rast gəlinib. Misirlilər də öz batil dinlərinə uyğun olaraq "ilan, qurbağa, soxulcan və siçanların sellərlə daşan Nil çayının palçıqlarından meydana gəldiklərinə" inanmışdılar.

 

Buradan da aydın olduğu kimi, Nəmrud və ya Firon vaxtından Allaha inananlara qarşı hücum edən cəmiyyətlər və fikirlər hər zaman mövcud olmuşdur. Ancaq bu gün bu təbəqələr daha əvvəl heç olmadığı qədər mütəşəkkildir və əllərində media deyilən bir güc var. Həyatın Allahın yaratması ilə deyil, guya təsadüflərlə əmələ gəlməsinə dair fikirlərini məktəblərdə tələbələrə məcburən sırımağa çalışırlar. Yüz minlərlə müəllim və professor minlərlə məktəb və universitetdə darvinist diktatorluğun təzyiqi nəticəsində təkamül nəzəriyyəsini yeganə elmi həqiqət kimi öyrədir. Gənclər kitablar, sənədli filmlər vasitəsilə dinozavrların milçək qovalayarkən quş olduğu, çayda balıq ovlayan ayıların balinaya çevrildiyi kimi cəfəngiyyatlara inandırılırlar.

 

Bu təzyiq sisteminə heç kim qarşı çıxmır, heç bir dövlət rəhbərliyi bu təhsil sistemini dayandırmayıb. İslam dövləti kimi tanınan ölkələr belə təkamül inancına boyun əyiblər.

 

Bu gün insanların imanları məktəblərdə, mətbuatda və mediada aparılan darvinist təbliğat səbəbindən təcavüz altındadır. Bir çox müsəlman Allahı inkar edən bu sistemdən əziyyət çəkməsinə baxmayaraq, səsini çıxarmır və bu vəziyyətə qarşı qoya bilmir. Bu batil darvinist diktatorluq dəccali sistem olduğundan hazırda bütün dünya üçün böyük təhlükə törədir. Bu gün baş verən müharibələrin, qətllərin, müstəmləkəçi təfəkkürün, əxlaqi çöküntülərin, bir sözlə bütün fəlakətlərin səbəbkarı Allahı açıq şəkildə inkar edən azğın fikir sistemi olan darvinizmdir. (Allahı tənzih edirik) Dolayısilə müsəlmanlar əvvəlcə bu batil sistemə qarşı elmi mübarizə aparmalı və təkamül nəzəriyyəsini çürüdən dəlilləri mümkün olan hər yerdə yaymalıdırlar.

 

Yer üzündə Allahın inkarının bu qədər çox və bu qədər geniş olması tarixdə ilk dəfə olur. Əlbəttə ki, uca Allah bu çirkin cəsarəti nəticəsiz qoyacaq və dünyaya İslam əxlaqını hakim edəcək. Allah bu vədini bir Quran ayəsində belə bildirib:

 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir... (Nur surəsi, 55)

 

Şübhəsiz ki, Allah diləmədikcə heç bir dəccali güc mövcud olmayacaq.

 

«Nur» surəsinin 55-ci ayəsində ətraflı olaraq İslam əxlaqının bütün dünyaya hakim olacağı, insanların İslam əxlaqının gözəlliyi ilə yaşayacağı dövrdən bəhs edilir. Məhz bu vəd Mehdiyyət dövründə, yəni bu əsrdə baş verəcək. Bu baş verdikdə müsəlmanların mənəvi lideri, öndəri mövqeyindəki insan da Mehdi (əs) olacaq.

 

Peyğəmbərimiz (səv) də inananların bu qələbəsinin Mehdi (əs) vasitəsilə olacağını və İslam əxlaqının dünyaya hakim olduğu dövrdəki sülh, sevgi, zənginlik və aydınlığı ətraflı şəkildə bildirmişdir.

 

Müsəlmanların imanlarının möhkəm olması, qəlblərə yerləşməsi, inkarın mümkün qədər güclü göründüyü və müsəlmanların özlərini rifaha çatdıracaq xilaskar arzulayacaq vəziyyətə gəlməsindən sonra baş verəcək. Müsəlmanlar hər çətin dövrdə mənəvi lider, xilaskar gözləmişlər. Bu, Quranın hökmünün tələbidir.

 

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz ? (Nisa surəsi, 75)

 

Müsəlmanlar ayədə də bildirildiyi kimi, Allahdan özlərini güclü görünən kafirlərə qarşı qoruyacaq olan Mehdiyə (əs) bir an əvvəl qovuşmaq üçün dua etsinlər. Bunu edərkən eyni zamanda bütün dünyanı bürümüş dəccali sistemə qarşı ən təsirli elmi mübarizə aparmalı və bütün fəlakətlərin səbəbini təşkil edən təkamül nəzəriyyəsinə qarşı elmi və təsirli iş görməlidirlər. Şübhəsiz ki, bütün güc Allaha məxsusdur. Qalib gələnlər isə daim Allahın tərəfdarları olacaq:

 

Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)
 

2017-01-03 22:13:46

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top