“New Scientist” jurnalındakı “qidalanma vərdişləri və insanın təkamülü” yalanı

“New Scientist” jurnalının 10 dekabr 2016-cı il tarixli sayında və internet saytında “Daş dövrü pəhrizi: ətin yanında tərəvəz qonaqlığı” başlıqlı məqalə dərc edildi. Məqalədə insanın mərhələ-mərhələ inkişaf edərək təkamül keçirmiş heyvan növü olduğundan bəhs edilir və qidalanma forması ilə insanın təkamülü arasında əlaqə qurulmasına cəhd edilirdi.

Məqalə İsrailin şimalında yerləşən Yaqub qızları körpüsü adlı qazıntı sahəsində aşkar edilən 780.000 il əvvəl yaşamış insanların gündəlik qidalanma vərdişləri haqqında idi. Tədqiqat ərzində Bar-İlan adına Universitetin arxeoloqları Yoel Melamed, Naama Qoren İnbar və həmkarları tərəfindən o bölgədə həmin dövrə aid bitki qalıqlarının müxtəlifliyi ilə bağlı məlumat toplandı. Üstəlik, insanların yaşamadığı dövrlərə aid qatlardakı bitki qalıqları da tədqiq edildi. Hər iki məlumatı müqayisə etdikdə isə məlum oldu ki, orada insanların yaşadığı dövrdə 55 müxtəlif bitki, tərəvəz, meyvə, toxum növləri yetişdirilmiş, məhsullar yığılmış və istifadə edilmişdir. Bu isə məqalədə bildirilənlərin əksinə olaraq, heç bir təkamül prosesini sübut etmir. Əvvəlki tədqiqatlarda iddia edilirdi ki, qədim dövrlərdə insanlar daha çox ətlə qidalanmışdır. Bu araşdırmada isə insanların ətlə yanaşı, tərəvəz və bitki ilə qidalandığı da aşkar edildi. Lakin məqalədə "İnsanın təkamülü hələ də davam edən prosesdir. Buna görə də qidalanma formaları davamlı dəyişir" kimi heç bir elmi əsası olmayan ifadələrə yer verilmişdir. Bununla da oxuculara insanın təsadüflərlə yaranan heyvan növü olduğu təlqin edilirdi.

Bir şeyi də qeyd etmək lazımdır ki, qazıntı sahələrində bitki və tərəvəz qalıqlarına tez-tez rast gəlmək mümkün deyil. Çünki bitki və tərəvəzlərin kəsilmiş heyvan sümükləri kimi istifadədən sonra tullantısı qalmır. Buna görə də bəzi arxeoloqlar kimi, qazıntı sahələrindən tapılan kəsilmiş heyvan sümüklərinə əsasən, qədim insanların yalnız ətlə qidalandığını iddia etmək doğru deyil. Üstəlik, bir qövmün tərəvəz, ət və ya bitki yeməsinə görə, təkamül prosesinin müəyyən edilməsi də elmi olaraq qeyri-mümkündür.

Tədqiqat qrupunun əldə etdiyi digər nəticə isə belədir: "qədim insanlar kənd təsərrüfatı dövrünə keçməmişdən xeyli əvvəl bitkilərlə qidalanırdılar. Onlar bitkiləri mövsümi olaraq necə istifadə edəcəklərini bilir və il boyu eyni yerlərdə yetişməsinə imkan yaradırdılar".

Təkamül nəzəriyyəsi qədim dövrdə yaşayan insanların ictimai həyatlarının olmadığını və ibtidai insan növü olduqlarını iddia edir. Lakin bu tədqiqat sayəsində məlum oldu ki, 780.000 il əvvəl yaşamış insanlar da normal zəkaya sahib idilər. Onlar da mövsümi bitkilər becərir və istifadə edirdilər.

İnsanların qidalanma formaları onların zehni qabiliyyətlərinin inkişaf etdiyini və ya geridə qaldığını göstərmir. Yəni daha çox ətlə qidalanan cəmiyyət geridə qaldığı və ibtidai zehnə sahib olduğu üçün ətlə qidalanmır. Hətta müasir dövrdə də yalnız ətlə qidalanan insanlar var. Cəmiyyətlərin məşğuliyyəti, qidalanma formaları və mədəni üstünlükləri insanların başqa canlıdan əmələ gəldiyini göstərən amillər deyil.

Dövrümüzdə də texnoloji imkanları çox aşağı olan bir çox qəbilələr yalnız ovçuluqla və yığıcılıqla məşğuldurlar. Lakin bu, onların insandan daha uzaq olduqlarını qətiyyən göstərmir. Bu, həm yüz min il əvvəl yaşamış insanlara, həm də on min il sonra yaşayacaq insanlara aiddir. Keçmişdə yaşayanlar ibtidai insan olmadıqları kimi, gələcəkdə yaşayacaq insanlar da çox inkişaf etmiş insan olmayacaqlar.

Allah insanı "ol" əmri ilə yoxdan var etmiş və ona öz Ruhundan üfürmüşdür.

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!

Mənbə:

https://www.newscientist.com/article/2115127-ancient-leftovers-show-the-real-paleo-diet-was-a-veggie-feast/

2017-01-07 22:06:19

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top