Hansı canlılar dronlara ilham mənbəyi olur?

İynəcənin manevr qabiliyyəti, işıldaquşun 100% səmərə ilə işıq istehsal etməsi, bayquşun ən səssiz uçan quş olması... Bir çox canlıyaməxsus olan bu kimi xüsusiyyətlər əsrlərdir insanları heyran qoyub. Belə ki, bu xüsusiyyətlər alimlərə ilham mənbəyi olmuş və yeni elm sahəsinin ortaya çıxmasını da şərait yaratmışdır.

Biomimetik (biomimikri) ilk dəfə montanalı yazıçı və elmi müşahidəçi Janine M. Benyus tərəfindən ortaya atılan anlayışdır. Türkcə qarşılığı "biotəqlid" olan bu anlayış daha sonra bir çox insan tərəfindən şərh olunmuş və həyata keçirilmişdir. "Təbiətdəki canlılardan təqlid" mənasına gələn və xüsusilə son dövrlərdə texnologiya dünyasında tez-tez bəhs edilən bu elm sahəsi insanlara mühüm üfüqlər açıb. Məsələn, "Interface Fokus" jurnalının  2016-cı dekabr sayında yer alan son araşdırmalara görə, dron adlı uçan robotlar, yəni pilotsuz uçan aparatlar təbiətdən ilham alınaraq hazırlanır. Dronların inkişaf etdirilməsi üçün nümunə götürülən heyvanlardan bəziləri bunlardır:

Günlərlə dincəlmədən uçan quşlar

Bəzi quş növləri köç əsnasında günlərlə, hətta aylarla istirahət etmədən və yatmadan uça bilir. Elm adamları da illərdir quşların buna necə nail olduqlarını araşdırırlar. Əvvəllər quşların "bir kürəlik yatma" deyilən üsulla buna nail olduqları düşünülürdü. Bu üsula görə quşların bir gözlərini açıq saxlayaraq, beyinlərinin bir yarımkürəsini işlətdikləri və bu zaman digərini dincəltdikləri güman edilirdi. Lakin son araşdırmalar göstərdi ki, pirat quşu (Fregata minor) adlı quşlar eyni anda həm uçub (yüksəlmə və ya süzülmə anında), həm də "mikro-yuxu" ilə beyinlərini dincəldirlər. Alimlər də bu quş növü kimi günlərlə, hətta aylarla durmadan havada qala biləcək dronlar üzərində araşdırmalarına davam edirlər.

Səssiz uçuş mütəxəssisləri: bayquşlar

Bayquşun çox yaxşı gecə ovçusu olduğunu çoxumuz bilirik. Bu qədər yaxşı ovçu olmasının ən əhəmiyyətli səbəbi səssiz uça bilməsidir. Bioloqlar, riyaziyyatçılar və mühəndislər bayquşların bu qəribə aerodinamik performansını araşdırdılar və bu qədər səssiz uçmaq üçün lazım olan bir çox xüsusiyyətin bayquşda olduğunu kəşf etdilər. Məsələn, qanadlarının çox geniş olması və məxmərə bənzər səthi, bir-birinə möhkəm bərkidilmiş hamar səthli tük quruluşu kimi xüsusiyyətlər sayəsində bayquşlar çox səssiz şəkildə uçurlar. Bu səssiz uçuş texnologiyasını də dronlara tətbiq etmək üçün işlər görülür.

Zədəli qanadlara baxmayaraq, uçan meyvə milçəkləri

Dronlar nə qədər yüksək texnologiya məhsulu cihazlar olsalar da, mütləq zədə alırlar. Bu səbəbdən dronları hazırlayan alimlərin araşdırdığı mövzulardan biri də uçan aparatlar ziyan görsələr belə, uçmağa necə davam edəcəkləri ilə bağlı oldu. Bu sualın cavabını verə bilmək üçün tədqiqatçılar bu dəfə meyvə milçəklərinə yönəldilər və bir qanadı zədəli olmasına baxmayaraq, uçan meyvə milçəklərini yüksək sürətli görüntüləmə qurğuları ilə araşdırdılar. Alınan nəticə alimlər üçün çox faydalı idi.

Meyvə milçəkləri havanın istiqamətinə görə qanad çalma formalarını dəyişdirərək və ziyan görən qanada doğru özlərini itələyərək uçuşlarına davam edirdilər.

Hava axınından təsirlənməyən arılar

Uçan canlılar  və uçan aparatlar üçün ən böyük problemlərdən biri gözlənilməz güclü küləklərdir. Ancaq alimlər arıların çox küləkli havalarda da hədəf aldıqları polen mənbələrinə getdiklərini kəşf etdilər. Buna necə nail olduqlarını anlamaq üçün də arıları müşahidə edə biləcəkləri külək tunellərinə yerləşdirdilər və arıların uçuş anlarını qeyd etdilər. Araşdırmanın nəticəsi isə mühəndislik möcüzəsi hesablamalarla dolu idi.

Arılar qarşılarına qəfil çıxan sərt küləklərə qarşı uçarkən qanad çırpmalarının tezliyini, genliyini və hətta simmetriyasını dəyişdirərək havada müqavimət (dayanıqlılıq) qazanırdılar. Əgər alimlər arıların bu texnikalarını dronlara tətbiq edə bilsələr, dronlar da hava burulğanına girdikdə uçmağa davam edəcəklər.

Qarşılarına çıxan maneələri ustalıqla dəf edən göyərçinlər

Yerə yaxın məsafədə uçan quşu çətin səfər gözləyir. Uçarkən ətrafdan gələn vizual məlumatları sürətli şərh etməli və yoluna çıxan maneələrdən xilas olmaq üçün sürətlə uçuş tənzimləmələri etməlidir. İrəli doğru uçarkən qarşısına çıxan obyektlərlə toqquşmamaq üçün sürətli manevrlər edən quşların məhz bu uğurunu araşdırmaq istəyən alimlər göyərçinlərin hərəkətlərini üç ölçülü qeyd etdilər. Nəticə olaraq da göyərçinlərin uçduqları istiqamətlə eyni sıradakı boşluqları seçərək sürətlə istiqamətlərini təyin etdiklərini kəşf etdilər. Bunu edərkən göyərçinlərin qanad çırpmalarındakı bir neçə kiçik nizamlama etmələri yetərli olurdu.

Alimlərin indiki hədəfi quşların bu ustalıqla istiqamət müəyyən etmə və manevr qabiliyyətlərini pilotsuz uçan aparatlara tətbiq etməkdir. Beləliklə dronlar uçarkən həm qarşılarına çıxan maneələri özlərinə zərər vermədən aşmış olacaq, həm də özləri üçün ən etibarlı yolu sürətlə seçəcəklər.

Böcəklərin yerə düşərkən çeviklikləri dronları daha da inkişaf etdirəcək

Maraqlıdır ki, bəzən tədqiqatçılar uçuş haqqında məlumat toplamaq üçün uçmayan böcəklərdən də istifadə edirlər. Bu səbəbdən alimlər bir çox böcək növünü tədqiq etdilər. Bəzi böcək növlərinin aşağıya doğru düşərkən sürətlə özlərini döndərdiklərini müşahidə etdilər. Məsələn, kiçik çomaq böcəyi nimfası (böcəyin yarı yetkin halı) qanadsızdır. Amma bu böcək hər hansı bir hündürlükdən aşağı düşərkən havada özünü düzəldərək yerə düzgün şəkildə enə bilir.

Ayaq hərəkətlərini hava axınına görə tənzimləyərək, 0,3 saniyə ərzində həmin böcəklərin öz ətraflarında fırlandıqları kəşf edildi. Tədqiqatçılar həşəratlar tərəfindən istifadə edilən bu üsulun dronlara tətbiq edilməsi ilə dronların havadakı çevikliyini daha da inkişaf etdirməyi düşünürlər.

Tük tökülməsinə baxmayaraq, quşlar uçmağa necə davam edir?

Bir təyyarədə uçduğunuzu və uçarkən təyyarənin qanadlarından hissələrin qopduğunu xəyal edin. Sizə məntiqsiz gələ bilər, lakin tük tökmə mövsümündə quşlar bunu yaşayır.

Mövsümi tük tökülməsi zamanı quşlar həm yorucu proses olan tük dəyişikliyini yaşayır, həm də təhlükəli də olsa uçmağa davam etmək məcburiyyətində qalırlar. Buna necə nail olduqlarını görmək istəyən tədqiqatçılar qarğa fəsiləsindən bir növ olan adidolaşa (corvusmonedulla) quşlarını müşahidə altına aldılar.

Tük tökmə prosesinin müxtəlif mərhələlərində quşların uçuş aerodinamikalarını araşdırdılar. Tədqiqatın sonunda araşdırmaçılar quşların tük tökmə zamanı uçuş məhsuldarlığının azaldığını müşahidə etdilər. Amma quşlarmöcüzəvi şəkildə tüklərin əskik olduğu yerlərdəki boşluqları tamamlayacaq şəkildə qanadlarına mövqe seçərək uçmağa davam edirdilər. Alimlər bunu da dronlara tətbiq edə bilsələr, uçuş əsnasında qanadı ziyan görən dronlar uçmağa davam edə biləcək.

Bütün canlılardakı üstün xüsusiyyətləri yaradan Allahdır

Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, insan təbiəti təqlid edərək istər vaxt və əmək baxımından, istərsə də maddi vəsaitlərin məqsədəuyğun şəkildə istifadə edilməsi baxımından çox əhəmiyyətli qazanclar əldə edir. Bu məsələdə nümunə kimi verilən canlıların hər biri çox üstün xüsusiyyətlərlə təchiz edilib. Şübhəsiz, canlıları bu xüsusiyyətlərlə yaradan uca Allahdır. Aləmlərin Rəbbi olan Allah bənzərsiz yaradandır. Bu həqiqət Quranda belə bildirilib:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə  surəsi ,117)

Mənbələr:

http://www.livescience.com/57247-ways-animal-flight-inspires-drone-designs.html

http://www.harunyahya.org/tr/Makaleler/240346/Hangi-canlilar-dronelara-ilham-kaynagi-oluyor

2017-01-26 12:31:50

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top