Rusiyaya qarşı təxribatlara diqqət

İngiltərə son dövrdə Rusiya ilə müharibənin nümayəndəliyini öz üzərinə götürdü. Əvvəlcə may ayında NATO Avropa qoşunlarının keçmiş komandanı General Ser Riçard Shirreffin «2017 Rusiya ilə Müharibə» (2017 War With Russia) kitabı ortaya çıxdı. Ardıncaxariciişlər naziri Boris Conson ingilis xalqını Rusiyaya qarşı küçə aksiyalarına çağırdı. Ötən həftəmüdafiə naziri Maykl Fallon isə "2017-ci ildə müharibə ehtimalı azdır, amma İngiltərə iki il ərzində Rusiya ilə müharibəyə hazır olmalıdır" deyə ifadə etdi. Ölkələr arasında Soyuq Müharibənin zirvəyə çıxdığı dövrləri xatırladan bu gərginlik getdikcə artır. İngilis siyasətçilər Rusiya ilə qərb bloku arasındakı bir müharibənin bütün dünyanı da içinə çəkəcəyini göz ardı edirlər.

 

Halbuki təkcə 100 il bundan əvvəl dünya 4 illik böyük müharibənin içinə sürüklənmişdi. Avropalı dövlət adamlarının hərisliyi 3 həftə ərzində dünyanı geri dönüşü olmayan bir qarşıdurmanın içinə saldı. Bu qarşıdurma I Dünya Müharibəsi idi və 20 milyon insanın ölməsinə səbəb oldu. 20 il sonra hələ sülh müqavilələrinin mürəkkəbi qurumamış daha ölümcül başqa dünya müharibəsi baş verdi. Tərəflər sülh masasına oturana qədər 50 milyon insan həlak olmuşdu. Bütün bunlardan bir əsr sonra şübhəsiz ki, şərtlər çox dəyişib. 21-ci əsrdəki mümkün qlobal müharibədə bir neçə yüz milyon insan itkisindən bəhs ediləcək. Dünyada heç kimin milyonlarla insan həyatı ilə oynamağa haqqı yoxdur.

 

Rusiya ilə müharibə gərginliyi 20-ci əsrdən qalan problemli siyasətdir. Bu gün artıq iki qütblü, əks cəbhəli dünya yoxdur. Ölkələr iqtisadi, sosial, mədəni əlaqələrlə bir-birinə bağlanıb. Yeni rabitə texnologiyaları sayəsində qara piar da əvvəlki kimi nəticə vermir. Dünyanın böyük əksəriyyəti doğru məlumata 30 il öncə xəyal belə edilə bilməyəcək  sürətlə çatır. Müharibə carçıları üçün kütlələri aldatmaq, lazımsız müharibələrə sürükləmək əvvəlki qədər asan olmayacaq.

 

Hazırda baş verənlər gəlib keçici böhran kimi qiymətləndirilə bilərdi. Amma siyasi gərginliyə paralel olaraq hərbi tədbirlərin də görülməyə başlaması gərginliyin artmasına səbəb olan amillər arasındadır. İlk hərəkət Atlantika Şurasının çağırışı ilə Şərqi Avropa və Baltik ölkələrinə NATO qoşunlarının yerləşməsi oldu. 2016-cı il iyun ayındakı Varşava sammiti ilə birlikdə Rusiyanın şərq sərhədlərindəki əsgər sayı sürətlə artdı. NATO-nun Qara Dənizə yayılma planı ilə birlikdə Rusiya ətrafındakı dairə tamamlanmış olacaq. Hərbi qüvvənin bu qədər böyük olduğu bir şəraitdə siyasi gərginliyin azalması mümkün olmayacaq.

 

İngiltərə və NATO gərginliyə səbəb kimi Rusiyanın Suriya və Ukraynadakı aqresiv siyasətlərini göstərirlər. Lakin hər iki ölkədə Rusiya müdaxiləsi öncəsi baş verənləri yox sayırlar. Ukraynada 2004-cü ildən etibarən son 3 seçki küçə nümayişlərinin kölgəsində nəticələnmişdi. Narıncı İnqilab adlandırılan üsyanlar ölkəni əvvəl sosioloji, sonra da fiziki olaraq ikiyə böldü. Rusiya, prezident Yanukoviçin devrildiyi 2014-cü il çevrilişindən sonra fəal tərəf oldu. Ukraynada vətəndaş müharibəsi mühitinə şərait yaradan və sonra da parçalayan inqilabın ən böyük dəstəkçiləri Corc Soros və Açıq Cəmiyyət Fondları idi. Həmin dövrdə keçmiş Sovet Respublikalarında bir-birinin ardınca rəngli inqilab cəhdləri baş verdi. Qırğızıstan və Gürcüstan dağılmanın eşiyindən döndü. Ermənistan, Azərbaycan, Moldova, Belarus və Özbəkistanda küçə aksiyalarının qarşısı alındı. Min ildir rus xalqının qəlbi adlandırılan Kiyev şəhəri bu gün Rusiya əleyhinə siyasətin mərkəzi mövqeyindədir. Moskvaya təkcə bir neçə yüz kilometr məsafədə bir quruluş yaranıb. Rusiya bütün bunlara qarşı "özünümüdafiə strategiyası" istifadə etmiş olsa da, əsl cavabdehin bütün bu hərəkətlənmələrə zəmin hazırlayan və bu əsnada Rusiyanı tamamilə kənarlaşdıran Avropa İttifaqı ölkələri olduğunu demək daha doğru olacaq. Bölgədə əsl təcavüzkar siyasəti güdənlər, ölkələri vətəndaş müharibəsinə sürükləyən, çevrilişlərə texniki, iqtisadi və siyasi dəstək verən və ortaya çıxan xaosdan maraq gözləyən dərin qüvvələr olub.

 

Bundan başqa Suriya, Liviya, Misir və Yəmən kimi ölkələrdə hazırda davam edən vətəndaş müharibəsinin başlanğıcının Ərəb Baharı aksiyaları olduğu unudulmamalıdır. Ərəb Baharının heç bir nöqtəsində Rusiyanın müdaxiləsi yoxdur. 2010-2015-ci illər arasında Suriya koalisiya təyyarələri tərəfindən yerlə bir edilmiş, 15 milyon suriyalı evlərini tərk etmək məcburiyyətində qalmışdır. Ölkənin şimalı terror təşkilatları PKK və PYD nəzarətində kantonlara bölünmüşdür. Ölkəni ilk məhvə aparanlar Rusiya əleyhdarlarının aqressiv siyasətləridir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu siyasətləri "Qab-qacaq dükanındakı öküzə" bənzədir. Zorakılığa əsaslanan bu siyasətlər qoruyucu deyil, dağıdıcıdır. Suriyanın xilası bu dağıdıcı siyasəti tərk edib, bölgə üzərində ittifaqa əsaslanan çözüm axtarışına keçməkdir.

 

Dünyanın müxtəlif yerlərində hər gün yüz minlərlə insan müharibə aparmaq məqsədilə silahlanır. Hər an 1914-cü il Sarayevosui-qəsdi kimi böyük müharibənin fitilini yandıracaq təxribatlar baş verə bilər. Bu barədə könüllü olacaq bir çox podratçı təşkilat var. Bunları istiqamətləndirəcək dərin dövlətlər isə qəddar və hiyləgərdir. İraq, Liviya, Suriya və Yəmən vətəndaş müharibələrində da on minlərlə pullu əsgər var. Aralıq dənizi sularında isə 5 böyük təyyarə gəmisi, 100-dən çox hərbi gəmi, döyüş təyyarələri, vertolyotlarla on minlərlə əsgər irəliləyir. Öldürücü silahların bu qədər intensiv istifadə edildiyi bu mühit çox təhlükəlidir. Millətlərarası gərgin üslub dərhal tərk edilməli, dünya siyasətinə sülh dili hakim olmalıdır.

 

Rusiya ilə müharibə dilə gətirilməməli fəlakət ssenarisidir. Rusiya ilə gərginlik bütün dünyanı oda atmaq deməkdir. Rusiya potensial təhdid deyil, əksinə, güzəşt və dostluq içində ittifaq ediləcək bir ölkədir. Belə bir ittifaq Qərbə çox gözəl dəyərləri gətirə bilər. Bunun üçün sülh dili geri qayıtmalıdır. Münaqişə ilə deyil, ittifaqla qazanıla biləcəyi diqqətə alınmalı və toqquşma ilə yox, birlikdə güclənərək inkişafın daha gözəl və bərəkətli nəticələri olduğu görülməlidir.

 

Adnan Oktarın «Pravda»da dərc edilən məqaləsi:

http://www.pravdareport.com/world/europe/20-01-2017/136665-provocations_against_russia-0/

http://www.harunyahya.org/tr/Makaleler/240548/Rusyaya-yonelik-provokasyonlara-dikkat

 

2017-01-26 13:03:04

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top