Suriya üçün yeni dövr

1970-ci illərin ikinci yarısında bir əl müsəlman dünyasını qan gölünə çevirmək üçün düyməyə basdı. Livan vətəndaş müharibəsinin sürətlənməsi ilə başlayan prosesdə 1977-ci ildə Pakistanda, 1978-ci ildə İraq və Əfqanıstanda, 1979-cu ildə İranda, 1980-ci ildə Türkiyədə bir-birinin ardınca çevrilişlər oldu. Hərbi çevrilişlər dövrünü Fələstin İntifadası, İran-İraq müharibəsi, Kəbənin işğalı, Həcc qırğınları izlədi. Türkiyə, İraq və İranda kommunist separatçı terror ortaya çıxdı. Suriyada Xüms, İraqda Hələb qətliamları baş verdi. Əfqanıstanda Sovet işğalının yerini vətəndaş müharibəsi tutdu. 90-cı illərdə zorakılıq sərhədlərdən kənar müharibə səviyyəsinə çıxdı. Küveyt işğal edildi. Ardından 1-ci Körfəz Müharibəsi başladı. Əlcəzair vətəndaş müharibəsi ilə zorakılıq Şimali Afrikada da özünü göstərməyə başladı. Terrorizm bütün sərhədləri aşdı. Yeni əsrlə birlikdə müharibə daha da genişləndi, daha da şiddətləndi. 11 sentyabr hücumundan sonra İraq və Əfqanıstan işğal edildi. Ərəb baharı dövründə isə Liviya və Yəmən vətəndaş müharibələri və Misir dövlət çevrilişi oldu. Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İranda küçə aksiyaları qarşıdurmaya çevrildi. Suriyanın da parçalanması ilə Yaxın Şərq və Şimali Afrika 30 il kimi qısa bir müddətdə şiddət burulğanının içinə düşdü. Xristianlar və musəvilər də ən az müsəlmanlar qədər müharibə şəraitindən əziyyət çəkdilər. İsrail və Fələstin divarlar arxasındakı açıq hava həbsxanalarına çevrildi. Bölgədəki xristian əhalinin sayı 10-da 1-ə düşdü. Hz. İsanın ardıcılları xristianlığın yarandığı torpaqlarda yaşaya bilməyəcək hala gəldilər.

 

Yaxın Şərq problemi dövründə 7 ABŞ prezidenti, 12 NATO Baş Katibi, 8 İngilis Baş naziri, 5 BMT Baş katibi, 7 Rusiya dövlət başçısı, 6 Fransa prezidenti, 8 Çin prezidenti dəyişdi. Region ölkələrində yüzlərlə baş nazir, prezident, baş qərargah rəisi, dini lider gəlib keçdi. Sülhü təsis etməyə heç kimin gücü çatmadı. Çünki bir çox tərəfin üstünlüyü həmişə öz maraqları olub. Həmin tərəflər ittifaqları ümumi maraqlarda axtardılar. Müsəlmanları ittifaqların bir hissəsi kimi görmədilər. Bu eqoist və mənfəətpərəst siyasətlər isə dünyanı daha təhlükəli yerə çevirdi

 

2016-cı ilin ikinci yarısı ilə Suriya başda olmaqla regiona sülh gətirə biləcək yeni ümid işığı ortaya çıxdı. İlk başda müharibənin qonşusu Türkiyə ilə regionda baş verənlərdən ən çox zərər çəkənlər Rusiya ittifaqın nüvəsini yaratmaq üçün hərəkətə keçdilər. Beynəlxalq münasibətlər üçün çox qısa bir müddətdə qarşılıqlı etimad mühiti yarandı. İranın ittifaqa daxil olması məzhəb toqquşmalarının qarşısını almaq üçün bir vasitə oldu. Səudiyyə Ərəbistanı və İsrail birgə enerji siyasətləri ilə qismən bir yaxınlaşmanın içinə girdi. Başda Qazaxıstan və Azərbaycan olmaqla Orta Asiya Respublikaları ittifaqa açıq və gizli dəstək verməyə başladılar. Əfqanıstan, İran və Qərbi Asiyanın təhlükəsizliyi üçün Pakistan da bu yeni sistemə qoşulmalı idi.

 

Müsəlman dünyasının içindən çıxan bu ittifaq Suriyada bəhrələrini verməyə başlayıb. Bəzi yerli qırılmalar olsa da, 30 dekabrdan etibarən ölkədə atəşkəs rejimidir. Növbədə sülh danışıqları və ölkəni dirçəldəcək idarəçilik sistemi qurmaq var. İran, Rusiya, Türkiyə ittifaqı Astananı bu görüşlər üçün mərkəz seçib. İttifaqın gündəliyində ikinci sırada İraq gəlir. İraq və Türkiyə baş nazirləri yanvarın 7-də Bağdadda bir araya gəldilər və terrora qarşı birgə siyasət yürüdəcəklərini açıqladılar. Yaxın dövrdə İraq üçün də həll planı danışıqları başlayacaq.

 

Mən də bir çox müsəlman kimi bölgədəki çıxış yolunu bu ittifaqın möhkəmlənməsində və genişlənməsində görürəm. Baş verən zorakılığın 90%-də müsəlmanlar yenə də müsəlmanlar tərəfindən öldürülür. Həqiqi İslam anlayışı hakim olmadan və məcburi tətbiq olunan sünni-şiə gərginliyi aradan qalxmadan sülhün təsis edilməsi qeyri-mümkündür. Bu ancaq müsəlmanların və region ölkələrinin öz aralarında həll edəcəkləri bir problemdir. Kənardan hazırlanacaq planların uğurlu olma ehtimalı azdır və keçmiş təcrübələr bunu göstərib. Buna görə də region ölkələri birlikdə bu məsələnin ittifaqla həllini tapmalı və sözügedən lider ölkələr bunu dəstəkləməlidirlər. Bu gün hər kəs Trampın and içməsini və vəzifəyə gəldiyi zaman ittifaqı dəstəkləməsini gözləyir.

 

Bu ittifaq sosial, mədəni və humanitar layihələrlə də dəstəklənməlidir. Soyuq, mənfəətə əsaslanan, dini tövsiyələri olmayan bir ittifaqın Yaxın Şərqdə qalıcı olması mümkün deyil. Dostluqdan, qardaşlıqdan, qarşılıqlı sevgi və hörmətdən və mənəvi gücdən qidalanmayan əməkdaşlığın nə Yaxın Şərqdə, nə də dünyanın heç bir yerində mövcud olması mümkün deyil. Bunlar xüsusilə Yaxın Şərqdə müsəlman, xristian, musəvi, ərəb, kürd, türk, ələvi, sünni, şiə, nusayri olmaqla region insanın ortaq dəyərləridir. Bu dəyərlər iqtisadi və ya siyasi mənafelərdən daha öndə gəlir. Beləliklə, yol xəritəsi çəkənlər, regionun gələcəyini düşünənlər bu həqiqəti nəzərə almalıdırlar.

 

Daxildə və xaricdə 40 illik müharibə şəraitindən mənfəət götürənlər var. Bu dairələr sülh şəraitini istəməyəcəklər. Son bir ay ərzində üçlü ittifaqı gücdən salmaq üçün onlarla təxribata əl atılıb. Rusiya və Türkiyənin təhlükəsizliyi açıq şəkildə təhdid edilir. Ankaradakı Rusiya səfirinə sui-qəsd iki ölkəni qarşı-qarşıya gətirmək üçün edilmişdi. Lakin iki ölkə xalqının bir-birilərinə olan inamı bu təxribatı puça çıxarmışdır. Regionda sülhü ancaq bu qarşılıqlı inam və sevgi şəraiti gətirəcək. Əks halda bu 21-ci əsrdən daha qanlı dövr olacaq.

 

Adnan Oktarın «The China Post»da dərc edilən məqaləsi:

http://www.chinapost.com.tw/commentary/china-post/special-/2017/01/19/489782/Self-interest-sinks.htm

 

2017-01-26 13:14:24

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top